Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bibliomaniya
Bibliomaniya — kitab kolleksiyası toplamaq və ya kitab ehtiyatı yığmağın sosial münasibətlərə və ya sağlamlığa zərər vuracaq həddə çatması ilə nəticələnən obsessiv-komplusiv pozuntudur. == Təsviri == Kitablarla əlaqədar olan qeyri-adi davranışlardan biri olan biblomaniya bir kolleksiyaçı üçün lazımlı olmayacaq və ya böyük dəyəri olmayan kitabların toplanmasıdır. Eyni kitabın çoxlu nüsxələrini, nəşrlərini və ya istifadəyə yararlı olmayan kitabların toplanması bibliomaniyada tez-tez rast gəlinən simptomlarıdır. Biblomaniya Əqli Pozuntular üzrə Diaqnostik və İstatistik Təlimatlar kitabında (DSM-IV) psixoloji pozuntu kimi təsdiq olunmayıb. == Terminin yaranması == Termin Mançestr Kral Xəstəxanasının həkimi Con Ferriar tərəfindən yaradılıb. O, bu termini ilk dəfə 1809-cu ildə bibliomanik dostu Riçard Heberə həsr etdiyi şeirində işlədib. 19-cu əsrin əvvəllərində “Bibliomaniya” sözü obsessive kitab kolleksiyaçılarını təsvir etmək üçün bir çox məşhur mühazirələrdə istifadə edilib. == Bibliomaniyadan əziyyət çəkən şəxslər == Stefen Blumberq, 5.3 milyon dollarlıq kitab oğurlamaqda təqsirləndirilərək həbs olunub. Tomas Filip, 160 000 min kitab və əlyazmadan ibarət kolleksiyaya sahib idi.
Biblioman