Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cozef Badger
Cozef Badger- (1707–1765) portret rəssamı. == Həyatı və karyerası == O, Massaçusets ştatının Çarlstaun şəhərində anadan olub. O, karyerasına evdə rəssamlıq edərək və şüşəçi kimi başlamışdır. Portret sifarişləri zəiflədiyi zaman dolanışığını təmin etmək üçün lövhələr və lyuklar çəkməklə yanaşı, evdə rəssamlıq edərək şüşəçi kimi işləyərək qazanc əldə etmişdir. 1731-ci ildə Katarina Felç ilə evləndi və onlar 1733-cü ildə Bostona köçdülər. O, Bratl Strit kilsəsinin üzvü idi. O, 1765-ci il mayın 11-də Bostonda vəfat edib. Badgerin əsərləri Vorçestr İncəsənət Muzeyinin, Boston Təsviri İncəsənət Muzeyinin və Tarixi Nyu England Filips House, Salem, Mas kolleksiyalarındadır. == Portretləri == Ceyms (1676–1747), Massaçusets qubernatoru Ceyms Boudoinin atası Vilyam Foyenin həyat yoldaşı Elizabet Çambel Vilyam Kuper (1716–1743), Bostondakı Bratl Müqəddəs Kilsəsinin keşişi Andrev Krosvel (1709–1785), King's Çapel, Boston pastoru Tomas Kuşinq (1696–1746), Massaçusets Nümayəndələr Palatasının spikeri və Tomas Kuşinqin atası Tomas Daves Conatan Edvards == Həmçinin bax == Rəsm Rəssam Portret == Xarici keçidlər == Butler Institute of American Art, Youngstown, Ohio. Joseph Badger.
Georq Persi Badqer
Georq Persi Badqer (ing. George Percy Badger; aprel 1815 – 21 fevral 1888, London) —ingilis şərqşünası. == Həyatı == Georq Persi Badqer 1815-ci ildə Londonun şimal-şərqindəki Chelmsfordda doğulmuşdu. Ailəsi, uşaqlığı və yetişmə tərzi haqqında yetərli bilgi yoxdur. İngilis ordusunda çavuş olan atası, ehtimalən vəzifəylə getdiyi Maltada öldüyündə Badqer on doqquz yaşındaydı. Burada sıxıntı içində və qeyda dəyər bir rəsmi təhsil almadan yetişdi. Xarici dil öyrənməyə qarşı böyük bir qabiliyəti olduğundan qısa zamanda Malta dilini və xalq ərəbcəsinin məhəlli bir ləhcəsi olan bu dilə hakimiyəti sayəsində digər Orta Şərq ləhcələrini öyrəndi. Georq Persi Badqer 1835–1836-cı illərdə gerçəkləşdirdiyi ilk Orta Şərq ziyarəti çərçəvəsində getdiği Beyrutda Ərəb dilində çalışmalarını davam etdirdi. Maltaya dönüşündə qatıldığı Anglikan Kilisəsi Misyonerlik Təşkilatının (Anglican Church Missionary Society) Vallettadakı nəşriyyatın Ərəb dili bölümündə mütərcim və mətbəəçi olaraq təhsil gördü. Burada, aralarında modern Ərəb dili və ədəbiyatının öncülərindən olan Livanlı məşhur yazıçı Faris əş-Şidyakın da olduğu elm adamları və səyyah vaizlərdən mütəşəkkil bir qrupa qatıldı.