Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dilaram Sultan
Dilaram Sultan (1595 – 5 (15) yanvar 1647) — Səfəvi vəliəhdi Məhəmməd Bağır Mirzənin cariyəsi, Şah I Səfinin anası. == Həyatı == Dilaram Sultan 1605-ci ildə Tiflisdə knyaz ailəsində anadan olmuşdur.[mənbə göstərin] Səfəvi-Osmanlı müharibələrində Gürcüstanın bir çox əraziləri döyüş meydanına çevrilmişdi. Bu səbəbdən atası Konstans Baqrati ailəsini Şimala – daha təhlükəsiz əraziyə aparmalı oldu. 1612-ci ildə müharibə bitdikdən sonra onlar yenidən Tiflisə geri döndülər. Lakin sabitlik uzun sürmədi. 1613-cü ildə yenidən Səfəvi-Osmanlı müharibəsi başladı. Ağır günlər keçirən ailə 1618-ci ildə qələbə qazanan Şah I Abbas tərəfindən "böyük sürgün"ün qurbanı oldu. Minlərlə gürcü ailəsi ağır şərtlər altında İranın içərilərinə köçürüldü. Dilaram Sultanın valideynləri yolda vəfat etdi, yeganə qardaşını isə yolda itirdi. Siması olduqca gözəl olan Dilaram hərəm ağaları tərəfindən yolda ikən seçilir.