BİKAR

sif.zərf [ fars. ]
1. İşsiz, peşəsiz, məşğuliyyətsiz. Bikar adam. Bu gün bikaram. Bikar gəzmək. Bikar olanda bizə gəl.
[Əşrəf bəy:] Mənim işim belə düşübdür ki, bir dəqiqə bikar otura bilməyirəm… N.Vəzirov.
[Hüseyn:] Əgər bu cür boş sözün varsa, bikar vaxtında gəl, sən danış, mən də yazım, səhnədə lazım olar. S.Rəhman.
[Şamamanın anası:] Heç belə vaxtlarda da evdə bikar oturmaq olarmı? İ.Əfəndiyev.

2. məc. Əkilməmiş, toxum atılmamış, ağac əkilməmiş, boş (yer).

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİKAR BİKAR Bikar vaxtlarında Şəndə də onunla gəzişir, dərdlsşirdi (B.Bayramov); BOŞ Boş, bikar gəzməyin nə mənası var? (S
  • BİKAR işsiz — avara

Antonimlər (əks mənalı sözlər)

  • BİKAR BİKAR – İŞLƏK Mənim işim elə düşübdür ki, bir dəqiqə bikar otura bilməyirəm (N.Vəzirov); Qızxanım əri kimi işlək, xoşxasiyyətli, namuslu bir qadın idi

Etimologiya

  • BİKAR Farsca bi (-sız) və kar (iş) hissələrindən ibarətdir, “işsiz” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BİKAM
BİKARA

Digər lüğətlərdə

антитокси́ны бормоту́ха водоочи́стка восхваля́ться деидеологиза́ция капучи́но помо́йный предложи́ть убо́йность эре́кция бронхоскопи́я до́чки-ма́тери кособо́кость скверносло́вка устоя́ться утере́ть фольварковый clew deleterious fruit-stalk pood stick-slip thumb down zinnia счастливица