1. Gülən, gülər, şən, üzügülər.
Kim görübdür Qövsiyi məhzuni xəndan bir nəfəs?
Yanaqları güldü, heç olmaz xəndan; Əsildə mələkdi, nəsildə insan.
□ Xəndan etmək – şənləndirmək, sevindirmək, ürəyini açmaq.
Qönçə tək bağrını əzəldə fələk qan eylər; Sonra könlünü açıb dəhrdə xəndan eylər.
Qılaram səcdə müdam əcz ilə ol dərgahə; Ki həyatinlə bu gün könlümi xəndan etdin.
Xəndan olmaq – şadlığından üzü gülmək, fərəhlənmək, sevinmək.
Gözlülər başladılar ağlamağa; Kurlər də ona xəndan oldu.
Sənin xəndan olur gül dodaqların; Onda ki gözümdən yaşlar saçılır…
2. məc. Tamam açılmış (klassik şeirdə gözəlin üzü tam açılmış gülə oxşadılır).
Bədirlənmiş ya bir mahi-tabansan; Ya cənnət bağında güli-xəndansan.
Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda; Bir gül hələ də sən kimi xəndan ola bilməz.
□ Xəndan olmaq məc. – tamam açılmaq.
Qızılgül xəndan oldu; Dərmədim dən-dən oldu; Mən səndən ayrılmazdım; Ayrılıq səndən oldu. ( ).
[Qızlar və çocuqlar:] Açmış bənöfşə, sünbül; Xəndan olur qızılgül; Ötdükcə sanki bülbül; Rəqs etdirir xəyalı.