DALBADAL Dalbadal göndərdiyi məktubların hamısı cavabsız qalırdı (X.Hasilova); ARAMSIZ Səhərdən bəri aramsız atılan güllələr vıyıltı ilə uçuşaraq harada isə yerə düşür... (M.Hüseyn); ARASI KƏSİLMƏDƏN Arası kəsilmədən çalman zəngdən Cövdət diksinib gözlərini açdı (H.Abbaszadə); BİLAARAM Rza bütün günü bilaaram gah körük basar, gah dəmir döyərdi (M.İbrahimov); BİR-BİRİNİN ARDINCA (DALINCA) Daha Könül özünü saxlaya bilməyib, onun barəsində dürüst öyrəndiklərini bir-birinin dalınca üzünə vurdu (X.Hasilova); PEYDƏRPEY ... çomaqlar peydərpey enib qalxırdı (Çəmənzəminli).