Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biləyən
Biləyən, Bilağan — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Biləğan Ağcabədi rayonunun Boyat inzibati ərazi vahidində kənd. 1917-ci ildə Biləqan, 1933-cü ildə isə Biləxan variantında qeydə alınmışdır. Oykonim Beyləqan toponiminin variantı olub, "düzənlik, çöl" deməkdir.
Bilmədim (mahnı)
Bilmədim — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Afaq Şıxlıya, musiqisi isə Aygün Kazımovanın özünə məxsusudur. Mahnını Vaqif Gərayzadə aranjiman etmişdir.
Biləyən bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bitməyən ömür (kitab)
Bitməyən ömür — texniki elmlər namizədi Lətif Əsədovun həyat və fəaliyyəti haqqında kitab. == Kitab haqqında == Kitab "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzində yüksək keyfiyyətlə, nəfis şəkildə çap olunmuşdur. Kitab 500 nüsxə olmaqla 70x100, 1\16 formatında, bərk cilddə və təbaşirli kağızdan istehsal edilmişdir. Kitab 400 səhifə yazı və 96 səhifə rəngli şəkil olmaqla cəmi 496 səhifədir. Kitaba Lətif Əsədov haqqında kitabla eyni adlı "Bitməyən ömür" adlı filmin DVD diskləri də əlavə edilmişdir. Kitab cəmi 52 il ömür yaşamış tanınmış xeyriyyəçi, texniki elmlər namizədi Lətif Hacı Frunze oğlu Əsədovun həyat və fəaliyyətinə həsr olunub. Kitabda Lətif Əsədov haqqında xalq artisti Teymur Mustafayev, elm adamlarından — Ziyad Abbasov, Yusif Aslanov, Qələndər Canbaxışov, Ələmdar Cəfərov, İlham Mirzəyev, qələm sahiblərindən — Sərraf Şiruyə, Mübariz Əliyev, Tacir Səmimi, Zakir Şəhriyaz, Aşıq Ədalət Dəlidağlı, Qılman İman, Sənubər Fəziqızı, dostlarından Murad Muradov, Bakir Əzizov, Ələddin Əliyev, Cəsarət Əhmədov və digərlərinin xatirələri öz əksini tapmışdır. Kitabda Lətif Əsədova ithaf edilmiş və 2008-ci ildə işıq üzü görən Sərraf Şiruyənin “Göyçədən gələn səslər” adlı irihəcmli poeması da oxuculara təqdim olunur. == Mənbə == Araz Yaquboğlu, "Bitməyən ömür", Bakı, "Nurlar", 2013. – 400 səhifə.
Ömər Nəsuhi Bilmən
Ömər Nəsuhi Bilmən (1882-1971)—Türkiyənin dəyanət naziri. == Həyatı == Ömər Nəsuhi Bilmən 1883-cü ildə Ərzurumun Salasor kəndində dünyaya göz açıb.Atası dövrün tanınmış alimlərindən Hacı Əhməd Əfəndi idi. Kiçik yaşlarından atasını itirən Ömər ilk təhsilini Ərzurumun Əhmədiyyə Mədrəsəsində əmisi Əbdülrəzzaq Əfəndinin dəstəyi ilə alır. Onun təhsili ilə əsasən Ərzurum müftisi Narmanlı Hüseyin Əfəndi məşğul olurdu. Bir müddət təhsili doğulduğu yerdə alan Ömər, müəllimlərinin dünyadan getməsindən sonra 1908-ci ildə İstanbula gedir. Orada bir müddət Tokatlı Şakir Əfəndinin dərslərində iştirak edir.1909-cu ildə isə ondan dərs deməklə bağlı icazə alır. 1912-ci ildə imtahanlarda uğur qazanan Ömər Nəsuhi 1913-cü ildə yüksək qiymətlərlə Qazilər məktəbini bitirir. Müxtəlif illərdə fərqli sahələrdə iş fəaliyyətinə başlayır. 1926-cı ildə İstanbul Müftiliyində fəaliyyətə başlayan Ömər, 1943-cü ildə İstanbul müftisi təyin edilir. 1960-ci ildə Tükiyə Respublikasının Dəyanət İşləri Nazirliyinə təyin edilən beşinci nazir olan Bilmən, bir ildən sonra 1961-ci ildə siyasi oyunlara alət olmamaq üçün vəzifəsindən istefa verir.
Bitməyən ömür (film, 2013)
Bitməyən ömür — texniki elmlər namizədi, pedaqoq, xeyriyyəçi, "H. Z. Tağıyev" mükafatı laureatı Lətif Əsədovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli-bioqrafik film. == Film haqqında == Film 2013-cü ildə Lətif Əsədovun vəfatının ildönümü ilə əlaqədar çəkilmişdir. Filmdə Lətif Əsədovun elmi rəhbəri, Respublikanın əməkdar ixtiraçısı, əməkdar kənd təsərrüfatı işçisi, texniki elmlər doktoru, professor Ziyad Abbasov Lətif müəllimin alim kimi nüfuzundan söz açmışdır. Əməkdar həkim, tibb elmləri doktoru, professor Qələndər Canbaxışov onun hər hansı bir məsələyə tez-tələsik cavab verməməsindən – daha dərin düşünərək fəlsəfi cavab verməsindən, xalq artisti Teymur Mustafayev, dosent Yusif Aslanov və Səyyad Quliyev isə Lətif Əsədovun bir dost kimi qayğıkeşliyindən, diqqətcil olmasından danışmışlar. "Bitməyən ömür" adlanan filmdə söz sərrafı şair Sərraf Şiruyə və tədqiqatçı Araz Yaquboğlu Lətif Əsədovun xeyirxahlıqlarından, səxavətindən, şəxsi hesabına çap etdirdiyi kitablardan, onun mənsub olduğu "Hacı Hüseynlilər"in nəsil şəcərəsindən, doğulduğu Daşkənd kəndinin tarixindən dolğun məlumatlar vermişlər. Filmdə çəkilənlərdən Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev və Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov isə onun idmana və idmançılara qayğısından, yarışlara etdiyi sponsurluğundan danışmışlar. Filmdə həmçinin Lətif Əsədovun doğmaları — həyat yoldaşı Rəfiqə Əsədova, oğlu Vüqar Əsədli və gəlini Arzu Əsədli də unudulmaz xatirələrini televiziya tamaşaçıları ilə bölüşürlər. "Bitməyən ömür" adlı filmin nümayişi zamanı Lətif Əsədovun ailə albomundakı foto şəkillərdən də istifadə olunmuşdur. Kadrlarda Lətif Əsədovun qızı Aytən, nəvələri Lətif və Aylin də göstərilir. 2013-cü il avqustun 20-də filmin "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzində DVD diskləri 500 nüsxə istehsal edilmişdir.
Bağışla, gələ bilmədim (film, 2015)
Bağışla, gələ bilmədim qısametrajlı bədii filmi rejissorlar Faiq Kərimoğlu və Ramin Asimoğlu tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Filmdə İmam Hüseynin Kərbəlada olduğu zaman yaxınlıqdakı zindanda olan dustaqlardan, həmin dustaqların İmam Hüseynin şəhid olması xəbərini eşitməsindən sonra baş verən proseslər öz əksini tapır. Əsas rolları Rasim Balayev, Namiq Ağayev, Kamran M. Yunis, Şamil Süleymanov və Təvəkkül Əliyev ifa edirlər. == Məzmun == Filmdə İmam Hüseynin Kərbəlada olduğu zaman yaxınlıqdakı zindanda olan dustaqlardan, həmin dustaqların İmam Hüseynin şəhid olması xəbərini eşitməsindən sonra baş verən proseslər öz əksini tapır. == Film haqqında == Film Aqşin Fatehin eyniadlı romanının motivləri əsasında çəkilib.
Təkcə adanı özünlə apara bilməzsən...
Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.
Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.