Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bimetal
Bimetal — iki və ya daha çox müxtəlif metallardan hazırlanmış layların birləşməsindən əldə olunan material. Elektrik avadanlıqlarının hazırlanmasında istifadə olunur. == Bimetallik element == Elektrik avadanlıqlarının uzunömürlülüyü yüksək dərəcədə onların artıq yüklənməsindən asılıdır. Elektrik avadanlıqları artıq yüklənmə cərəyanlarından mühafizə etmək üçün bimetallik elementli istilik releləri geniş yayılmışdır. Bimetallik element müxtəlif xətti genişlənmə əmsalına α malik olan iki lövhədən ibarətdir. Onlar bir-biri üzərinə qoyular və sərt bərkidilir və ya qaynaq olunur. Əgər belə elementi tərpənməz bərkitsək və qızdırsaq, onda onun α əmsalı aşağı olan materiala tərəf əyilməsi baş verir. Artıq yük cərəyanının təsiri altında bimetallik lövhənin belə qızması və əyilməsi sayəsində lövhənin sərbəst ucuna bərkidilmiş kontakt açılır və avadanlığın idarə dövrəsini qızdıraraq, onu artıq yüklənmədən mühafizə edir.
Barisal (vilayət, Banqladeş)
Barisal (Benqal dilində: বরিশাল বিভাগ) — Banqladeşin cənubunda əyalət. 1797-ci ildə təşkil olunmuşdur. Əvvəlki adı Bakercanci, ölkənin inzibati ərazisinə daxil olan 8 əyalətdən biridir. İnzibati mərkəzi — ölkənin şimalındakı Dəkkə şəhəri ilə cənub-şərqində yerləşən Çittaqonq şəhərini əlaqələndirən avtomobil yolunun üzərində yerləşən Barisal şəhəridir. Son onilliklərdə yeni körpülərin tikilməsi hesabına yol kommunikasiyası xeyli yaxşılaşmışdır. == Səciyyəvi cəhətləri == Əyalətin sahəsi — 13 225,2 km²-dir. 2001-ci il siyahıya alınmasına görə əyalətin əhalisinin sayı 8 325 666 nəfərdir. Yaşlı əhalinin savadlılıq səviyyəsi 35,25 faizdir, bu isə Banqladeş üzrə orta səviyyədən (43,1%) aşağıdır. Ölkə əhalisinin 50,67 faizini kişilər, 49,33 faizini qadınlar təşkil edirlər. Əhalinin dini tərkibi: müsəlmanlar — 88,06 %, induizm dininə və digər dinlərə sitayiş edənlər — 11,94 %, == İnzibati ərazi bölgüsü == Barisal əyaləti 6 dairədən ibarətdir.
Barisal (əyalət, Banqladeş)

Bibişah Zeynəb
Zeynəb Paşa (az.-əski. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. == Həyatı == Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.