Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biosenologiya
Biosenologiya — biosenozlar haqqında elm. Bu elm biosenozları, onların tərkibini, quruluşunu, dinamik inkişafını, yayılmasını, mənşəyini, xarici mühit amilləri ilə qarşılıqlı əlaqəsini və növlər arasındakı münasibəti öyrənir. == Biosenologiyanın vəzifəsi == Ümumi ekologiyanın ekosistemlərini öyrənən biosenologiya, müxtəlif populyasiyalara aid olan növlər arasında, onların özləri və ətraf mühit arasında baş verən qarşılıqlı əlaqələri öyrənir. Biosenologiyanın vəzifəsinə ekosistemlər arasında sərhədlərin qurulması, orada mövcud olan ərzaq zəncirinin analizi, növ tərkibininn və onun sıxlığının təyin olunması və daxildir. == Biosenoloji mühit == Biosenoloji mühit orqanizmlərin xarici mühitə birgə təsiri ilə, əsasən də maddələr mübadiləsi vasitəsilə yaranan biosenozun daxili mühitidir. Bununla əlaqədar olaraq, xarici mühitin (hava, mineral, su) xasusiyyətləri biosenoloji mühitin əsasını təşkil edir və iki hissəyə bölünür: Humusu, ölü kütləsi və digər üzvi maddələri ilə birlikdə torpaq (polipedon) və günəş radiasiyasının tərkibi Xüsusi aerozol (tozcuq, biolin, spor), qaz tərkibi ilə birlikdə hava (klimatop) dəyişir. Dəniz biosenozlarında bioloji mühit öz xüsusiyyətləri ilə ayrılır: suda həll olan üzvi maddələrin və metobolizmin məhsullarının (zülallar, polisaxaridlər, nuklein turşuları, fermentlər) olması biolin rolunu oynayır. Bioloji mühit biosenozun ayrılmaz hissəsi olub, onu senoekosistemə (biogeosenoza) çevirir.
Biotexnologiya
Biotexnologiya bir tətbiqi elm kimi yaranma və formalaşmasında texniki mikrobiologiyaya əsaslanır. Ona görə də ilk əvvəl texniki mikrobiologiyanın yaranma tarixindən başlamaq lazımdır. İlk dəfə 1675-ci ildə Antoni van Levenhuk mikroorqanizmlərin təsvirini vermiş və mikrobiologiyanın təsviri dövrünün əsasını qoymuşdur. Lakin, bu kəşfdən çox-çox illər əvvəl hələ bizim eradan 6000 il əvvəl pivə istehsalı barədə tarixdə məlumatlar vardır. Həmçinin insanlar qədim dövrlərdə mikroorqanizmlərdən sirkə, süd məhsullarından qatıq, pendir və s. alınmasında, lifli bitkilərin yumşaldılmasında, çörəkbişirmə və şərabçılıqda istifadə etmişdirlər. Texniki mikrobiologiyanın bir elm kimi formalaşması Lui Pasterin dahiyanə kəşfləri ilə başlamışdır. O, ilk dəfə 1857-ci ildə isə pivə və şərabın xarab olmasında mikroorqanizmlərin rolunu göstərmiş və onlarla mübarizə pasterizasiya üsulunu təklif etmişdir. Həmçinin Paster müxtəlif yoluxucu xəstəliklərlə mübarizədə vaksinlərin alınma üsullarını da işləmişdir. Bu səbəbdən Lui Paster texniki-mikrobiologiyanın banisi sayılır.