Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biopsiya
Biopsiya (bio, yun. ờψις – görmə, görmə ilə qavrama) – xəstəliyin və ya patoloji prosesin diaqnozunu müəyyən etməkdən ötrü canlı orqanizmdən mikroskopik (optik, elektron mikroskopiyası), histokimyəvi tədqiqatlar, avtoradioqrafiya və s. üçün toxuma, yaxud orqanlardan hissəciklərin götürülməsi. Biopsiya toxumanın zədələnmə sərhədini müəyyən etməyə imkan verir. Biopsiyanın köməyi ilə alınmış material – bioptat patoloji anatomiyanın praktiki və nəzəri məsələlərinin həll edilməsində əsas tədqiqat obyektlərindən biridir. İlk diaqnostik biopsiyanı M.M. Rudnev həyata keçirmişdir (1875).
Miopiya (yaxındangörmə)
Miopiya (yaxındangörmə) — uzağı aydın görə bilməmək problemidir. Büllur fokuslana bilmədikdə, məsafədə olan obyektləri görmək çətin olur, lakin yaxınlıqda olan obyektləri aydın şəkildə görmək olur. Miopiya görmə qüsurlarından ən geniş yayılanlardan biridir, adətən məktəb yaşlarında özünü göstərir və yetkinlik yaşına qədər artır. Miopiya gözün şüa sındırma qüvvəsinin (refraksiya) qüsuru olub, təsvirin gözün kökündə, torlu qişada deyil, onun önündə fokuslanması ilə xarakterizə edilir. Miopiya zamanı insan uzaq məsafədə yerləşən əşyaları aydın şəkildə seçə bilmir, yaxını isə əksinə, yaxşı görür. Belə şəxslərdə göz yorğunluğu, baş ağrıları, qaranlıqda görmənin pozulması müşahidə edilir. Diaqnostika prosesində vizometriya (görmənin yoxlanması), skiaskopiya, refraktometriya, oftalmoskopiya, biomikroskopiya, gözün ultrasəs müayinəsi aparılır. Miopiyalı pasiyentlərə mənfi göstəricili, səpici linzalarla eynək və ya kontakt linzalar təyin olunur. Yaxından görmənin cərrahi üsullarla (lensektomiya, fakik linzaların implantasiyası, radial keratotomiya, keratoplastika, kollagenoplastika) və ya Eksimer lazer cərrahiyyəsinin (LASEK, FRK və s.) köməyilə korreksiyası mümkündür.