Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bitdili
Yeniabad (əvvəlki adı: Bitdili) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi 1789 nəfərdir ki, onunda 897 nəfəri kişi, 892 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. == İstinadlar == == Xarici keçidlər == CIRTDANLARIN tarixi: FIRILDAQ necə dönüb "xalq hərəkatı" oldu.
Bəydili
Bəydili (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Bəydili (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Bəydili (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Bəydili boyu — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, Türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biridir.
Birili
Birili Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Birili- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İndi Brili şəklində Xaşur, Sxinvali və Şuaxevi rayonlarında üç kənd adıdır. İrəvan quberniyasının İrəvan qəzasında Birəli, Batum əyalətində Artvin dairəsində Brili, Şimali Qafqazda Vladiqafqaz dairəsində Biracenq, Bakı quberniyasının Cavad qəzasında Biralambek, Zəngəzur qəzasında Biriulu toponimləri ilə eynidir. Altay-türk dillərində birə "kiçik çay" sözündəndir. Amur çayının Böyük Bira və Kiçik Bira qolları vardır (yenə orada). Naxçıvanda (Şərur rayonu) Birəliçay da bu sıradandır. Lakin 1593-cü ilə aid mənbədə Gəncə sancağının Ahiştabad dairəsində bir tayfanın adı Peyrəlu kimi yazılmışdır. Qazax bölgəsində bir çay Pərili adlanırdı. Ola bilsin ki, Birili tayfa adıdır.
Bitli
Bitli - İrəvan xanlığının Abaran mahalında kənd adı. XIX əsrin əvvəllərindən sonra mənbələrdə bu kəndin adı çəkilmir. == Toponimi == XIX əsrdə Kutais quberniyasındı Bit-Nağalı , Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Bituktəpə, Azərbaycanda Yelizavetpol quberniyasında (Tovuz rayonunda) Bit-Tılı (Bitdili) və Fitdaq (İsmayıllı rayonu), Zaqatala rayonunda Bitdili çay adı və s. toponimlərlə eynidir. Mə'nası mə'lum deyil.
Azər Bəydili
Azər Bəydili (7 fevral 1722, İsfahan, Səfəvilər – 1781, Qum, Zəndlər sülaləsi) — türkmanmənşəli Azərbaycan və İran antoloqu (təzkirəçi) və şairi. O, əsasən İran hökmdarı Kərim xan Zəndə (1751–1779) həsr etdiyi, 850-yə yaxın farsdilli şairdən ibarət "Atəşkədəyi Azər" (Azərin od məbədi) bioqrafik antologiyası ilə tanınır. Farsşünaslıq üzrə akademik Y.T.P. de Bryuin fars dilində yazılmış bu əsəri "XVIII əsrin ən mühüm farsdilli antologiyası" hesab edir. Azər erkən farsdilli poeziyanın üslub standartlarını diriltməyə çalışan "bazqəşti ədəbi" (ədəbi dönüş) hərəkatının aparıcı simalarından biri olmuşdur. == Həyatı == Azər 7 fevral 1722-ci ildə Səfəvilər dövlətinin paytaxtı İsfahan şəhərində, xaos və qeyri-sabitliyin olduğu bir dövrdə anadan olmuşdur. Onun doğulduğu ildə Səfəvilər dövləti parçalanmanın son mərhələsinə qədəm qoymuş və üsyankar əfqan Hotakilər İsfahana çatmışdır. Bu səbəbdən Azər və ailəsi İsfahandan Qum şəhərinə köçmək məcburiyyətində qalmışdır; onların burada mülkləri var idi və o, 14 il burada yaşamışdır. Azərin ailəsi türkman Şamlı tayfasının Bəydili boyundan idi. Onun əcdadları və Şamlı tayfasının digər nümayəndələri XV əsrdə, Əmir Teymurun hakimiyyətinin son illərində Suriyadan İrana köçərək İsfahanda məskunlaşmış, burada İran hökmdarlarına xidmət etmişlər. Azərin bir çox qohumu Səfəvilər dövlətinin son illərində və sonrakı Nadir şah hakimiyyəti dövründə (1736–1747-ci illərdə hakimiyyətdə olmuşdur) görkəmli diplomat və bürokrat olmuşdur.
Bəndili (Çaypara)
Bəndili (fars. بندلي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (23 ailə).
Bəydili (Biləsuvar)
Bəydili — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Bəydili kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Biləsuvar şəhər Sovetinin ərazisində faktiki mövcud olan Bəydili kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Bəydili kəndi Biləsuvar şəhər Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bəydili kənd Soveti yaradılmışdır. == Toponimikası == Kəndin adı oğuzların 24 boyundan biri olmuş Bəydili tayfasının adı ilə bağlıdır. Azərbaycanın Yevlax və Salyan rayonlarında da eyniadlı kəndlər mövcuddur. Bundan başqa 1933-cü ildə Ağdaş rayonunun Havarlı inzibati ərazi vahidində də Bəydili yaşayış məntəqəsi qeydə alınmışdır. == Tarixi == Bəydililər Suriya və Anadoluda yaşayıblar. Onlar Səfəvilər dövlətinin qurulmasında və onun idarəsində rol oynamış Şamlu tayfaları içərisindən bəzi görkəmli şəxsiyyətlərinə görə seçiliblər. Şahsevən tayfalarından biri olan Bəydili tayfası XVI əsrdə indiki Türkiyə ərazisindən Ərdəbil bölgəsinə gələrək burada yerləşib. Digər Şahsevən tayfaları kimi onlar qışı Muğan düzündə, yayı isə Savalan dağı ətəklərində keçirməklə köçəri həyat sürüblər.
Bəydili (Salyan)
Bəydili — Azərbaycan Respublikasının Salyan rayonunun Sarvan inzibati ərazi vahidində kənd. Bala Kur çayının sahilindədir. Tam adı Puta Bəydili ("Puta adlanan ərazidə yaşayan bəydillilər") olmuşdur. Cox vaxt Bəydilli variantında da yazıya alınmışdır.
Bəydili (Yevlax)
Bəydili — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yevlax rayonunun Aşağı Bucaq inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Mənşəcə Səlcuq oğuzlarının bəydili tayfasının adını əks etdirir. I Şah Abbas dövründə bəydillilərin bir qismi Kirmana və İiraza köçürülmüş, hal-hazırda da bu şəhərlərin ətrafında yaşayan, maldarlıq və əkinçiliklə məşğul olan bəydillilər oz adlarını regionun toponimiyasında və Bəqdili familiyasında yaşada bilmişlər. 1933-cu ildə Biləsuvar rayonunun Xırmandalı, Ağdaş rayonunım Havarlı inzibati ərazi vahidlərində də Beydilli yaşayış məntəqələri qeydə alınmışdır.
Bəydili boyu
Bəydili — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biri. == Tarixi == Orta əsrlərdə digər türkdilli tayfalarla birgə Orta Asiyadan Azərbaycana gəlmişlər.Səfəvilər dövlətinin ictimsai-siyasi həyatında mühüm rol oynamışlar.I Şah Abbasın dövründə Bəydililərin bir hissəsi Kirman və Şiraza köçürülüb. Hazırda Güney Azərbaycanda yaşamaqdadırlar.Azərbaycan respublikasının Yevlax və Salyan rayonlarında Bəydili adlı kənd var. == Oymaqları == Çaxırlı Qədirli Qubadlu Ərəblu Ulaşlı Xəlfəli Tatalı Eyvazalılar.
Bəydili bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bəydili oymağı
Bəydili — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biri. == Tarixi == Orta əsrlərdə digər türkdilli tayfalarla birgə Orta Asiyadan Azərbaycana gəlmişlər.Səfəvilər dövlətinin ictimsai-siyasi həyatında mühüm rol oynamışlar.I Şah Abbasın dövründə Bəydililərin bir hissəsi Kirman və Şiraza köçürülüb. Hazırda Güney Azərbaycanda yaşamaqdadırlar.Azərbaycan respublikasının Yevlax və Salyan rayonlarında Bəydili adlı kənd var. == Oymaqları == Çaxırlı Qədirli Qubadlu Ərəblu Ulaşlı Xəlfəli Tatalı Eyvazalılar.
Eirini Aindili
Eirini Aindili (11 mart 1983) — Yunanıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eirini Aindili Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Küpəotu bitkisi
Nepentes küpəotu bitkisi daha maraqlı bitkilərdəndir. Bu bitkidə yarpağın yuxarı hissəsi qapaqlı küpəyə oxşayır və tutucu aparat funksiyasını daşıyır. Küpə ilə yarpaq ayasının arasında olan sapşəkilli daralmış hissənin köməyilə bitki özünü dayağa bərkidərək küpələri asır. Bu küpələr çiçəyə oxşayır. Küpənin kənarlarından və qapağindan damcı şəklində şirin maye ifraz olunur. Bu həşəratı cəlb etmək üçündür. Küpənin kənarları hamar və süruşkəndir. Həşərat küpənin kənarlarına qonan kimi sürüşüb küpənin içinə düşur və orada həzm olunur. Küpəli bitkilərə Asiyanin tropik meşələrində təsadüf olunur. Bunlar hündürlüyü 35 sm gövdəsinin diametri 8 mm olan bitkilərdir.
Çay bitkisi
Çay (lat. Camellia sinensis) — Çaykimilər fəsiləsinin kamelliya cinsinə aid növ. Bu bitkinin yarpaqları geniş istehlak olunan içkinin, çayın istehsalında istifadə olunur. Ağ çay, sarı çay, yaşıl çay, qara çay və s. kimi çay növlərinin hamısı eyni bitkinin bu gün yetişdirilən iki əsas çeşidindən: C. sinensis var. sinensis və C. s. var. assamica çeşidlərindən birindən əldə edilsə də, müxtəlif oksidləşmə səviyyələrinə çatmaq üçün fərqli şəkildə emal edilirlər. Qara çay bunların arasında ən çox oksidləşmə səviyyəsinə malik olan, yaşıl çay isə, ən az oksidləşmiş olandır. Kukicha adlı çay da C. sinensis məhsuludur, ancaq yarpaq yerinə budaqcıqlar istifadə olunur.
İdris Bitlisi
İdris Bitlisi və ya Bitlisli İdris (tam adı: Molla Hakim İdris Bitlisi; 1452 və ya 1457, Bitlis – 1520, Konstantinopol) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış kürd əsilli Osmanlı tarixçisi və dövlət xadimi. Azərbaycan türkcəsində danışırdı. == Həyatı == Molla Hakim İdris Bitlisi 18 yanvar 1457-ci ildə indiki Türkiyənin Bitlis şəhərində anadan olmuşdur. O, Səfəvi şahına xidmət etmiş və sonradan Osmanlı sultanı II Bəyazidin sarayına köçmüşdür. Orada ona Osmanlı sülaləsinin tarixini yazmaq tapşırılmışdır. İdris daha sonra Bəyazidin oğlu sultan Yavuz Səlimin sarayında tarixçi kimi çalışmışdır.Bitlisli İdris "Səlimnamə" əsərində yazır ki, I Səlimin hakimiyyəti dövründə kürd aşirət rəhbərlərini bir araya gətirməyə nail olmuşdur. Bundan sonra o, kürdləri qızılbaşlarla döyüşməyə təşviq etmiş, onlar isə Anadolunu qızılbaşlardan qılıncla təmizləməyə and içmişdir. Bu vaxt 40 min qızılbaş qılıncdan keçirilir. Bitlisli İdris Osmanlının Kürdüstanı fəth etməsində göstərdiyi köməyə görə, vali təyin edilmişdir.Bitlisli İdris fars dilində olan "Həşt behişt" ("Səkkiz cənnət dairəsi") əsərində Osmanlı sülaləsinin tarixini yazmışdır. Əsər eyni zamanda, türk dilinə tərcümə edilmişdir.İdris Bitlisi 15 noyabr 1520-ci ildə İstanbul şəhərində vəfat etmişdir.
Şeyk Batili
Cheick Oumar Bathily (10 oktyabr 1982, Mali) — Malili futbol qapıçısı. == Karyera == 2009-cu ildə Djoliba AC-dan ayrıldı və CS Duquvolofila Liqasında rəqiblə müqavilə imzaladı.
David Attenboroug bitkisi
Nepenthes attenboroughii (lat. Nepenthes attenboroughii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin nepenteskimilər fəsiləsinin nepentes cinsinə aid bitki növü. Yalnız Filippinin Palavan adasında, Viktoriya dağının zirvəsində bitən və 2007-ci ildə tapılan ətyeyən bitkiyə botanik və kinorejissor David Attenboroughun adı verilib. Bu bitki çanağına düşən kiçik gəmiriciləri (siçan və s.) və böcəkləri tutur, sorucu boruları vasitəsi ilə onları tədricən həzm edir. Botanik və kinorejissor David Attenborough 50 ildir ki, ət yeyən bitkilərlə bağlı sənədli filmlər hazırlayır.
Yədulla xan Bəydili
Yədulla xan Hüseynqulu xan oğlu Bəydili (1883, Tehran – 1960, Tehran) — Hərbçi == Həyatı == Yədulla xan Şamlı elinin Bəydili oymağındandır. Onların oymağı Zəncan vilayətinin Xərqan mahalında yerləşirdi. Atası Hüseynqulu xan hərbçi olduğundan Yədulla xan Tehran şəhərində dünyaya gəlmişdi. Babi-Hümayunda hərb məktəbində oxumuşdu. Rza şah Pəhləviyə xidmət etmişdi. Əsləhədarbaşı kimi tanınırdı. Qaradağda Əyyub xanla bərtabər vuruşmuşdu. Yədulla xan Azərbaycan Milli hökumətinə qarşı vuruşmuşdu. Qulam Yəhya özxatirələrində yazır: == Mükafatları == Şiri-Xurşid ordeni ilə təltif olunmuşdu.
Şərəf Xan Bitlisi
Şərəf xan ya da Şərəf xan ibn Şəmsəddin bəy bin Şərəf bəy Bidlisi (fars. شرف‌خان‎ ya da شرف‌خان بدلیسی; d. 1543 Qum - ö. 1599? Bitlis) — Bitlisin kürd əmiri. O, həm də tarixçi, yazıçı və şair olmuşdur. Şərəf xan yalnız fars dilində yazıb yaratmışdır. O, gənc yaşlarında Səfəvi sarayına göndərilmiş və orada təhsil almışdır. Şərəfnamənin müəllifidir. == Həyatı == Şərəf xan Bidlisi 25 fevral 1543-cü ildə Qum vilayətində Rojkan (Ruzəki) əşirətindən olan Əmir Şəmsəddinin ailəsində doğuldu.
Bidli (Əhər)
Bidli (fars. بيدلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (8 ailə).
Qeyri-Münbit Torpaqlarda Pambıq Bitkisi (1972)
== Məzmun == Kinolentdə respublikamızın ərazisində mövcud olan qeyri-münbit torpaqlardan pambığın əkilib becərilməsi üçün istifadə olunması tədbirlərindən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Qeyri-münbit torpaqlarda pambıq bitkisi (film, 1972)
== Məzmun == Kinolentdə respublikamızın ərazisində mövcud olan qeyri-münbit torpaqlardan pambığın əkilib becərilməsi üçün istifadə olunması tədbirlərindən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Şərq atıl-batılı
Şərq atıl-batılı (lat. Zosima orientalis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin atıl-batıl cinsinə aid bitki növü.
Günəşin batdığı yer (film, 2012)
== Məzmun == Film erməni vəhşiliyi nəicəsində xüsusi amansızlıqla qətlə yetirilmiş 613 nəfərdən çox Xocalı sakininin taleyindən, hadisələrin mahiyyətindən, faktlardan və baş vermiş soyqırımından bəhs edir. == Film haqqında == Film Bakı şəhərində və Goranboy rayonunun Ağcakənd qəsəbəsində lentə alınıb. Bu qəsəbədə Xocalıdan olan məcburi köçkünlər məskunlaşıb. 1500 nəfərdən çox əhalinin çəkildiyi kütləvi səhnələr torpaqlarımızın düşmən tapdağından azad olunacağına bəslənən inamın təzahürüdür. Film hadisələr zamanı öz doğma övladını boğmağa məcbur olmuş bir ananın dəhşətli hekayəsinin fonunda təqdim edilir. Həmçinin, Xocalıdan qaçmağa məcbur edilmiş və bütün qırğınları öz gözləri ilə görmüş şahidlərin tükürpədici müsahibələri, açılmış cinayət işinin Beynəlxalq konvensiyalara görə soyqırımı olmasını təsdiq edən faktlar, canlı xronika filmin əsas süjetini təşkil edur. Azərbaycanda indi də yaşamaqda olan erməni milliyətindən olan insanların xoşbəxt həyatına rəğmən azərbaycanlılara qarşı bədnam qonşularımızın törətdiyi vəhşiliklər əslində kimin kim olduğu barədə danlması mümkün olmayan həqiqəti ortaya qoyur. Ekran əsəri Xocalı soyqırımı haqqında faktları tam əks etdirməklə əslində əsl həqiqət haqqında toplu şəklində təqdim edilib. Film ingilis, rus, fars və erməni dillərinə tərcümə edilib və nümayiş etdirilib. Bədii səhnələrdə aktrisa Aybəniz Əhmədova çəkilib.