Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağçalı
Bağçalı (Ağbaba)
Borçalı
== Yaşayış məntəqələri == Borçalı qəzası — Borçalı mahalı — Borçalı sultanlığı — Dağlıq Borçalı — Aran Borçalı — Borçalı distansiyası — Borçalı kəndləri — Borçalı (Üskü) Borçalı (Nir) == Digər == Borçalı Qarapapaq Türk Cümhuriyyəti — Borçalı elləri.
Boşçalı
Boşçalı — Azərbaycan Respublikasının Yevlax rayonunun Tanrıqulular inzibati ərazi vahidində kənd. == Tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsini XVIII əsrdə Gürcüstanın Borçalı mahalından gəlmiş ailələrin saldığı güman edilir. Etnotoponim olması da mumkundur. Boşçalı toponimi özündə təklə tayfasının boşçalı tirəsinin adını əks etdirir. Oğuz türk tayfa ittifaqına daxil olan Təklələr əvvəllər Türkiyə ərazisində yaşamış, 1540-cı ildə isə tayfa başçısı Qazı xanın rəhbərliyi ilə Səfəvi hökmdarı I Təhmasibin hakimiyyətini qəbul edərək Mahmudabad ərazisində (indiki Salyan rayonu) məskunlaşmışlar. Onlar sonra Şahsevənlərin tərkibinə daxil olmuşlar. Ağsu, Kürdəmir, Masallı, Cəlilabad və Şamaxı rayonlarında təkləlilərlə bağlı kəndlər mövcuddur. Don Juan İranlı adı ilə tanınmış Oruc bəy Bayat öz əsərlərində qızılbaş tayfaları içərisində boşçalı (bozçalı) tayfasının da adını çəkmişdir. Hal-hazırda İmişli rayonunda Boşçalılar kəndi var.
Abdallı (Borçalı)
Abdallı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == Abdallı kəndi Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, avtomobil magistral yolunun kənarında, dəniz səviyyəsindən 620 metr hündürlükdə yerləşir. == Tarixi == 1903-cü ildə erməni-azərbaycanlı münaqişəsi zamanı bu kənd Ağdamın Abdal-Gülablı kəndindən qaçqın düşən insanlar tərəfindən salınıb. İlk öncə bu kənd Marneuli rayonunun Kişmiştəpə ərazisində məskunlaşmışdır. Sonradan 1905-ci ildə indiki Abdallıya köçüb. Bir il sonra kəndin varlı təbəqəsi Dmanisi rayonunun Qızılkilsə kəndinə köç etmişlər. Sonradan kəndin adı dəyişdirilərək Cavşanı olmuşdur. Lakin 1990–1991-ci illərdə Gürcüstan hakimiyyətinin zorla gürcüləşdirmə siyasəti çərçivəsində kəndin əhalisinin istəyinin əleyhinə olaraq kəndin adı dəyişdirilərək Cavşaniani qoyulub. Kəndin əhalisi indi də Abdallının tarixi adı geri qaytarılmasını tələb edir.Abdallı toponimi qədim Ağ Hunlar sayılan Abdal tayfası ilə əlaqələndirilə bilər. == Əhalisi == Əhalisi 1870-ci ildə 216 nəfər; 1918-ci ildə 253 nəfər, 1926-cı ildə 40 ailədə 232 nəfər, 2002-ci ildə 232 ailədə 829 nəfər, 2006-cı ildə 185 ailədə 800 nəfər olub.
Aran Borçalı
Aran Borçalı — qədim Borçalı mahalı vilayətinin alçaq dağlıq və aran zonası. Borçalının əsasən Gürcüstan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. == Tarixi == 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır. 1929-cu ildə Borçalıda qəza üsul-idarəsi ləğv edildikdən sonra Aran Borçalı 6 rayona (Sarvan (hazırkı Marneuli), Çörük Qəmərli (hazırkı Bolnisi), Başkeçid (hazırkı Dmanisi), Qaratəpə (hazırkı Qardabani), Ağbulaq (hazırkı Tetritskaro) və Barmaqsız (hazırkı Tsalka və ya baqa adı ilə Salka ) rayonları) parçalanmışdır. Gürcüstan 2-ci dəfə müstəqillik əldə etdikdən sonra 90-cı illərdə bu rayonlar mərkəz şəhəri Rustavi olmaqla Kvemo Kartli adlı yeni inzibati-ərazi vahidi – mxare (quberniya) çərçivəsində birləşdirildi. == Coğrafiyası == Gürcüstanın cənub-şərqində yerləşən Aran Borçalı Qaraxaç və Cocer silsilələri, eləcə də Gürcüstanın Ermənistan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır. Paytaxt Tiflisdən cənubdadır. Borçalının bölüşdürülməsindən sonra sahəsi 4360 kv. km. təşkil etmişdir.
Ağbulaq (Borçalı)
Tetritskaro, Ağbulaq — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Ağbulaq bələdiyyəsinin inzibati mərkəzi. 1940-cı ilə qədər Ağbulaq (gür.: g.ə. აღბულაღი, l.ə. ağbulaği).
Ağcaqala (Borçalı)
Ağcaqala — keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, indiki Gürcüstan Respublikasının Kvemo Kartli mxaresinin Marneuli rayonunun Quşçu kəndi yaxınlığında yerləşir. Borçalı sultanlığının mərkəzi. Ağcaqala Tona çayının (gürcücə adı Debeda) sağ sahilində yerləşən qala idi, hazırda xarabalıqdır. 18-ci əsrdə qalanın adı ilə Tiflis əyalətinin bir nahiyəsi də Ağcaqala adlanırdı. Qədim gürcü mənbələrində 15-18-ci əsrlərə aid hadisələrdə çəkilir. Vaxuştinin yazdığına görə Sultan Yaqub tərəfindən tikilmişdir. Səfəvi şahı I Şah Abbas onu gürcü hökmdarı Georgidən almış və borçalıları yerləşdirmişdir. Həmin müəllifə görə keçmişdə Berduc adlanmışdır. Gürcü mənbələrindəki Berduci çay adı da bu qalanın adı ilə bağlıdır.
Ağqula (Borçalı)
Ağqula (gür.: g.ə. ახყულა, l.ə. axğula) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Ağqüllə" adlandırırlar. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 99%-i azərbaycanlılardan ibarət 150 nəfər (68 nəfəri kişilər, 82 nəfəri qadınlar) əhali yaşayır.
Bağçalı (Ağbaba)
Bağçalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində kənd. == Tarixi == Güllübulaq kəndinin yaylaq yеrində yaranmışdır. 1918–20-ci illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Əhalisi == 1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır. Qazax еlinin Qarapapaq tayfasından ibarət əhalisi 1921-ci ildə Türkiyəyə köçdükdən sonra kənd dağılmışdır. == Toponimi == Toponim bağça sözünə -lı şəkilçisi artırmaqla yaranmış fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Əsli Baxşalı, еhtimal ki, şəxs adındandır.
Bağçalı (Quba)
Bağçalı, Bağçaəli – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Bağçaəli kəndində bir təhsil ocağı, bir kitabxana və bir mədəniyyət evi vardır. Kənd meşələr və dağlarla əhatə olunub. == Toponimikası == Bağçalı oyk., düz. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Keçmiş adı Bağçalı Qışlaq olmuşdur. Kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən biridir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsl adı Bağça Əlidir. XIX əsrin əvvəllərində İsmayıllı r-nunun Lahıc kəndindən gəlmiş Əli adlı şəxsin ailəsinin orada məskunlaşması əsasında yaranmışdır. Lakin aparılan araşdırmalar Bağçalı toponiminin etnotoponim olduğunu söyləyir.
Bombalı maşın
Bombalı maşın və ya bomba yüklənmiş maşın bir maşına yerləşdirilən və partladılan partlayıcı maddələrdir. Adətən sui-qəsd, siyasi sui-qəsd, terror və ya partizan müharibələrində istifadə olunur.
Borçalı (Meşkinşəhr)
Borçalı (fars. برجلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 200 nəfər yaşayır (43 ailə).
Borçalı (Nir)
Borçalı (fars. برجلو‎) və ya Bürclü — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Nir kəndistanında, Ərdəbil şəhərindən 39 km qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 175 nəfər yaşayır (32 ailə).
Borçalı (Üskü)
Borçalı (fars. بوراچالو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Borçalı kəndi Şahı adasında yerləşir. Borçali boyu qarapapaq elinin qollarından biridir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (47 ailə).
Borçalı distansiyası
Borçalı distansiyası (rus. Борчалинская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyasının Tiflis qəzası (1804–cü ilədək Loru qəzası adlanırdı) tərkibində 24 sentyabr (12 sentyabr Yuli təqvimi) 1801 – 22 sentyabr (10 sentyabr Yuli təqvimi) 1840-cı illərdə mövcud olmuşdur. == Tarixi hadisələrin xronologiyası == == Ərazisi == Distansiyanın şimal, qərb və qismən cənub hissələrində kifayət qədər hündür dağlar yerləşir, şərq hissəsi isə çoxlu təpəlikləri olan geniş düzənliklərdən ibarət idi. Distansiyanın şimalında və qərbində yerləşən dağlar sıx meşələrlə örtülü idi. Dağlar:Babaqar dağları: Ləlvar kəndindən Sınıq körpüyədək uzanırdı.Düzənliklər: === Sərhədləri === Məxəzlərdə Borçalı distansiyasının sərhədləri haqqında müəyyən qeyri-müəyyənlik vardır. Bu xüsusiylə distansiya haqqında geniş məlumatları əhatə edən 1836-cı ildə Sankt-Peterburq şəhərində nəşr edilmiş, 4 hissəli "Qafqaz arxasındakı rus mülklərinin statistik, etnoqrafik, topoqrafik və iqtisadi münasibətlərinin icmalı" əsərində özünü büruzə verir: II hissə, 267-ci səhifədə verilən təsvirə əsasən: Borçalı distansiyası şimalda Tiflis və Qori qəzaları, şərqdə Sığnaq qəzası və Qazax distansiyası, cənubda Pəmbək-Şörəyel distansiyası, qərbdə isə Osmanlıya məxsus Qars paşalığı və Ahısqa paşalığı ilə həmsərhəd idi. I hissə, 307-ci səhifədə verilən təsvirə əsasən: Sığnaq qəzası şimalda Car-Balakən vilayəti, şərqdə İlisu sultanlığı və Yelizavetpol dairəsi, cənubda Şəmşəddil distansiyası və Qazax distansiyası, qərbdə isə Telavi qəzası ilə həmsərhəd idi. I hissə, 279-280-ci səhifələrdə verilən təsvirə əsasən: Tiflis qəzası (şimali-şərqdə) Duşeti qəzası, (şimali-şərqdə) Telavi qəzası, (qərbdə) Qori qəzası, (qərbdə) Borçalı distansiyası və Trialeti torpağı ilə həmsərhəd idi. I hissə, 357-ci səhifədə verilən təsvirə əsasən: Telavi qəzası şimalda Baş Qafqaz silsiləsi, şərqdə Sığnaq qəzası, cənubda Qazax distansiyası (sərhəd Kür çayından keçirdi), qərbdə isə Tiflis və Düşeti qəzaları ilə həmsərhəd idi.
Borçalı kəndləri
== Statistik məlumatlar == Son əhali siyahıyaalmasının nəticələrinə əsasən Borçalı bölgəsində 104 kənd bələdiyyəsində birləşdirilmiş 348 kənd mövcuddur. Kəndlərin 147-də etnik azərbaycanlılar, 128-də gürcülər, 31-də ermənilər, 25-də berzenlər, 2-də osetinlər üstünlük təşkil edir, 15 kənddə isə yaşayış mövcud deyildir. Kəndlərdən 11-də əhalinin sayı 5000 nəfərdən artıqdır. 3 kənddə isə 10 nəfərdən də az sakin yaşayır. Bütövlükdə Gürcüstan üzrə əhalisinin sayı beş mindən çox olan 28 kənd yaşayış məntəqəsi mövcuddur. == Əhalisi 5000 nəfərdən çox olan kəndlər == == Demoqrafik struktur == 2002-ci il siyahıyaalmasına əsasən bütövlükdə bu kəndlərdə 311025 nəfər əhali yaşayır ki, onların da 152456-sı kişilər (49%), 158569-u (51%) isə qadınlardır. Əhalinin etnik tərkibində azərbaycanlılar üstünlük təşkil edir (62,5%). Gürcülər 28,4%-lə 2-ci, ermənilər 6,7%-lə 3-cü, berzenlər 1,5%-lə 4-cü yeri tuturlar.
Borçalı mahalı
Borçalı — Gürcüstan tarixi-coğrafi hissəsi, Debedi dərəsi daxildir. Adı 17-ci əsrdə məskunlaşan türkmən tayfası Borçaludan gəlir. == Tarixi == 1213–cü ildən başlamaqla 16 il müddətində şərq ölkələrinə səyahət etmiş, 1213–1220–ci illərdə həm də Təbriz, Marağa, Urmiya, Əhər, Mərənd, Vəravi, Xoy, Sərab, Ərdəbil, Uşnu və Miyana kimi Azərbaycan şəhərlərini gəzmiş Yaqut əl-Həməvi 1224–1228–ci illərdə qələmə aldığı Mucəm əl-buldan adlı coğrafi lüğətində yazır: === Rus işğalı === ==== Gürcüstan quberniyası tərkibində ==== 1744-cü ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxetiya krallığının tabeçiliyinə verilmişdir. Fərman Gəncə bəylərbəyinin Nadir xan Əfşarın Muğanda şah elan olunmasına qarşı çıxması ilə izah olunur. Sonralar isə 1783-cü ildə Çar Rusiyası ilə Gürcüstan arasında bağlanmış Georgiyevsk traktatı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılmışdır. ==== Gürcüstan—İmeretiya quberniyası tərkibində ==== ==== Tiflis quberniyası tərkibində ==== 1880-1929-cu illərdə Tiflis quberniyasının ərazisində təşkil edilmişdir. Ərazisi 1880-ci ilin məlumatına görə 5940 kv. km., 1905-ci ildə 6870 kv. km. təşkil etmiş, 1917-1921-ci illərdə 4360 kv.
Borçalı qəzası
Borçalı qəzası (rus. Борчалинский уезд, gürc. ბორჩალოს მაზრა borçalos mazra) — Rusiya imperiyası, Xüsusi Cənubi Qafqaz Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Demokratik Federativ Respublikası, Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə inzibati-ərazi vahidi. 1880-ci ildə Tiflis quberniyasının Tiflis qəzasının ərazisində təşkil edilmişdir. == Tarixi == 1747-ci ildə Nadir şah Əfşarın sui-qəsdlə öldürülməsi nəticəsində yaranmış yarımmüstəqil feodal dövlətlərdən biri də Borçalı sultanlığı (1747-1801) idi. Yarandığı zaman Qazax və Şəmşəddil sultanlıqları kimi Borçalı sultanlığı da Gəncə xanlığının tərkibinə daxil oldu. Bu zaman Gəncə hakimi Şahverdi xan Ziyadoğlu-Qacar (1747-1756) idi. 1752-ci ildə Şəki hakimi Hacı Çələbi xan Borçalı, Qazax və Şəmşəddil sultanlıqları və Gəncə xanlığını özündən asılı vəziyyətə saldı. 1755-ci ildə Hacı Çələbi xanın ölməsi ilə təkrar Gəncə xanlığının tabeçiliyinə keçən Borçalı sultanlığı Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın (1756-1778) hakimiyyəti zamanı Gəncə xanlığının tərkibində qalmışdır. Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın ölümü ilə Borçalı, Qazax və Şəmşəddil sultanlıqları Kartli-Kaxeti çarı II İrakli tərəfindən işğal olundu.
Borçalı sultanlığı
Borçalı sultanlığı, Loru-Borçalı sultanlığı (gür: g. ბორჩალოს სახანო, l. borçalos saxano) — XVII-XVIII əsrlərdə Səfəvi və Əfşar imperiyalarının, həmçinin Kartli-Kaxetiya krallığının tərkibində mövcud olmuş feodal dövlət qurumu. == Tarixi == 1765-ci ildə İrakli]] Borçalını samouraviyə çevirmişdir. 1801-ci ildə Kartli-Kaxetiya çarlığının Rusiyanın tərkibinə daxil olması ilə Borçalı da rusların hakimiyyətinə keçdi. == Hakimləri == Hüseyn xanın oğlu Musaqulu xan (1752—1755) == İstinadlar == == Mənbə == Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Пётр Григорьевич Бутков. Часть первая. Санкт-Петербург, 1869 год. Высшие классы коренного населения Кавказского края и правительственные мероприятия по определению их сословных прав.
Borçalı xalçaları
Borçalı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna aid olan xovlu Azərbaycan xalçalarıdır. Xalçaların adı Azərbaycanın Qazax rayonundan şimal-qərbdə yerləşən Gürcüstanın Borçalı regionunun adı ilə bağlıdır. Regionun Qurdlar, Axurlu, Qaçağan, Sadaxlı, Daştəpə və Ləmbəli kimi iri kəndləri bu xalçaların əsas toxunma yeri olmuşdur. Yuxarıda adı çəkilən kəndlərin, həmçinin Borçalının digər kəndlərinin əhalisi əsasən etnik azərbaycanlılardan ibarətdir. == Tarixi == Sənətşünas və xalçaçı Lətif Kərimov qeyd edir ki, Borçalının indiki əhalisi Cənubi Azərbaycanın Sulduz rayonu ərazisində yaşamış Bozçalı adlı böyük tayfanın törəmələridir. Səfəvi hökmdarlarının göstərişinə əsasən bu tayfa yaşadığı ərazidən köçürülərək Qazaxın şimalında, indiki Gürcüstan ərazisində yerləşdirilmişdi. Bu tayfa həm də Qarapapaqlar adı ilə məşhurdur. Qazaxın üç kilometrliyində yerləşən Papaqlı, həmçinin, Qazaxdan şimalda yerləşən Qarayazı və Qaraçöp adlı xalçaçılıq məntəqələrinin adı da bu tayfanın adı ilə bağlıdır.Kərimov qeyd edir ki, bu regionun əhalisi, Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Sərab, Qaradağ, xüsusilə Urmiya gölü ətrafında yerləşən Ərək, Bicar, Sənnə və Fərəhan kimi yaşayış məntəqələri əhalisinin xalçaçılıq ənənələrinin davamçıları olmuşlar. Onlar Gəncə xalçaçılıq məktəbinin təsiri altına düşərək daşıyıcısı olduqları ənənələri daha da inkişaf etdirmişlər. Bu iki xalçaçılıq məktəbinin təsiri ilə Borçalının Qarayazı, Qaraçöp, Ləmbəli və sair yaşayış məntəqələrində də xalçaçılıq ənənələri formalaşmışdır.
Borçalı xalçası
Borçalı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna aid olan xovlu Azərbaycan xalçalarıdır. Xalçaların adı Azərbaycanın Qazax rayonundan şimal-qərbdə yerləşən Gürcüstanın Borçalı regionunun adı ilə bağlıdır. Regionun Qurdlar, Axurlu, Qaçağan, Sadaxlı, Daştəpə və Ləmbəli kimi iri kəndləri bu xalçaların əsas toxunma yeri olmuşdur. Yuxarıda adı çəkilən kəndlərin, həmçinin Borçalının digər kəndlərinin əhalisi əsasən etnik azərbaycanlılardan ibarətdir. == Tarixi == Sənətşünas və xalçaçı Lətif Kərimov qeyd edir ki, Borçalının indiki əhalisi Cənubi Azərbaycanın Sulduz rayonu ərazisində yaşamış Bozçalı adlı böyük tayfanın törəmələridir. Səfəvi hökmdarlarının göstərişinə əsasən bu tayfa yaşadığı ərazidən köçürülərək Qazaxın şimalında, indiki Gürcüstan ərazisində yerləşdirilmişdi. Bu tayfa həm də Qarapapaqlar adı ilə məşhurdur. Qazaxın üç kilometrliyində yerləşən Papaqlı, həmçinin, Qazaxdan şimalda yerləşən Qarayazı və Qaraçöp adlı xalçaçılıq məntəqələrinin adı da bu tayfanın adı ilə bağlıdır.Kərimov qeyd edir ki, bu regionun əhalisi, Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Sərab, Qaradağ, xüsusilə Urmiya gölü ətrafında yerləşən Ərək, Bicar, Sənnə və Fərəhan kimi yaşayış məntəqələri əhalisinin xalçaçılıq ənənələrinin davamçıları olmuşlar. Onlar Gəncə xalçaçılıq məktəbinin təsiri altına düşərək daşıyıcısı olduqları ənənələri daha da inkişaf etdirmişlər. Bu iki xalçaçılıq məktəbinin təsiri ilə Borçalının Qarayazı, Qaraçöp, Ləmbəli və sair yaşayış məntəqələrində də xalçaçılıq ənənələri formalaşmışdır.
Borçalı xanlığı
Borçalı sultanlığı, Loru-Borçalı sultanlığı (gür: g. ბორჩალოს სახანო, l. borçalos saxano) — XVII-XVIII əsrlərdə Səfəvi və Əfşar imperiyalarının, həmçinin Kartli-Kaxetiya krallığının tərkibində mövcud olmuş feodal dövlət qurumu. == Tarixi == 1765-ci ildə İrakli]] Borçalını samouraviyə çevirmişdir. 1801-ci ildə Kartli-Kaxetiya çarlığının Rusiyanın tərkibinə daxil olması ilə Borçalı da rusların hakimiyyətinə keçdi. == Hakimləri == Hüseyn xanın oğlu Musaqulu xan (1752—1755) == İstinadlar == == Mənbə == Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Пётр Григорьевич Бутков. Часть первая. Санкт-Петербург, 1869 год. Высшие классы коренного населения Кавказского края и правительственные мероприятия по определению их сословных прав.
Cəfərli (Borçalı)
Cəfərli - Gürcüstanın Bolnisi rayonunda kənd.
Darbaz (Borçalı)
Darbaz (gürcücə: დარბაზი - Darbazi, azərbaycanca: Darvaz və ya Darbaz) — Gürcüstanın Bolnisi rayonunda kənd. == Etimologiyası == Darvaz sözünün fars mənşəli "darvāze" - darvaza sözündən yarandığı ehtimal edilir. Orta əsrlərdə bu söz gürcü dilinin leksikonuna da daxil olmuşdur. Hazırda linqvistik olaraq daha çox "zal" və "dəhliz" anlamına gələn Darbaz həm də məşhur gürcü xalq memarlığı növüdür. Kaxeti və Samsxe-Cavaxeti vilayətlərində və Borçalının digər bölgələrində də analoji memarlıq nümunələrinə rast gəlmək mümkündür. Bolnisi rayonu ərazisində Darbaz adlı başqa bir kənd yaşayış məntəqəsi (rəsmi sənədlərdə Kiçik Darbaz kimi qeyd edilir və Faxralı kəndindən 7–8 km. cənubda yerləşir) də mövcuddur. 1536-cı ilə aid olan arxiv sənədlərində Darbasçala, Darbazqala, Darboğaz və s. kənd adlarına rast gəlinir və bu kəndlərin qədim adları olduğu ehtimal edilir. == Tarixi == Darvaz sözünün fars mənşəli "darvāze" - darvaza sözündən yarandığı ehtimal edilir.
Dağlıq Borçalı
Dağ Borçalı — qədim Borçalı mahalının yüksək dağlıq zonası. Borçalı mahalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. == Tarix == 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı mahalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır.. 30-cu illərdə Kalinino , Cəlaloğlu (Stepanavan), Noyemberyan və Allahverdi (hazırkı Alaverdi ) rayonlarına parçalanmışdır. Dağ Borçalı hazırda Ermənistanda Lori ( Loru-Pəmbək ) və Tavuş adlı əyalətlərin tərkibinə qatılmışdır. == Coğrafiyası == Ermənistanın şimal-şərqində yerləşən Dağ Borçalı Qaraxaç silsiləsi (indiki Cavaxet silsiləsi) və Ağlağan dağları (indiki Bazum silsiləsi), eləcə də Ermənistanın Gürcüstan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır.
Somali
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. == Tarixi == === Qədim dövr === E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.