Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bondaj
Bondaj (Azərbaycan dilində Əsarət) cinsi partnyorun razılığına əsasən estetik, erotik və/yaxud duyğusal məqsədlər üçün bağlanmasından və/və yaxud da məhdudlaşdırılmasından ibarət olan BDSM növüdür. Bir partnyor digərini simlər, qandallar, göz bağları, yaxalıqlar, yapışqan lentlər, tıxaclar, pranqalar və digər fiziki məhdudlaşdırıcılardan istifadə edərək bağlayır. Əsarət əsasən, lakin hər zaman yox, cinsi tətbiqdir. Bu, sadomazoxizm və ya dominantlıq və tabelik kimi digər BDSM tətbiqləri ilə əlaqəli ola və ya olmaya bilər. Aktiv partnyorun öz partnyorunu bağlamasının müştərək səbəbi hərəkətləri məhdudlaşdırılmış partnyorun tabe olma vəziyyətindən asılı olaraq nəzarət hissinin və gücün müvəqqəti ötürülməsi yolu ilə həzz almağa çalışmasıdır. Sadomazoxist insanlar üçün bondaj əsasən bağlanan tərəfdaşın digər sadomazoxist davranışlar üçün daha əlçatan olan bir məqsəd üçün bir vasitə kimi istifadə olunur. Bununla belə, bondaj təkbaşına da istifadə edilə bilər, burada hərəkətləri məhdudlaşdırılmış partnyor özünü çarəsiz və hərəkətsiz hiss edərək bundan Cinsi həzz alır, aktiv partnyor isə bağlı partnyorunu qarşısında görməkdən məmnunluq və vizual həzz alır.
Viktor Bondarev
Viktor Nikolayeviç Bondarev (rus. Виктор Николаевич Бондарев; d. 7 dekabr 1959, Voronej, SSRİ) Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. 1 avqust 2015-ci il tarixindən etibarən Rusiya Aerokosmik Qüvvələrinin Komandanıdır. Bu vəzifəyə təyin olunmazdan əvvəl Rusiya Hərbi Hava Qüvvələrinin Komandanı olmuşdur. == Həyatı == Bondarevin hərbi karyerası 1977-ci ildə Sovet Hərbi Hava Qüvvələrinə qoşulduqdan sonra başlamışdır. O, 1981-ci ilə qədər Borisoqlebsk şəhərində yerləşən Boris Aviasiya Təlim Mərkəzində, 1992-ci ilə qədər isə Qaqarin Hərbi Hava Qüvvələri Akademiyasında təhsil almışdır. 2004-cü ildə General heyəti üçün Hərbi Akademiyanı bitirmişdir.O, Boris Aviasiya Təlim Mərkəzində eskadrilya komandiri təyin olunmazdan əvvəl, Hücum Aviasiyası Alayında xidmət etmiş və Sovet hərbi qüvvələrinin tərkibində Əfqanıstan müharibəsində iştirak etmişdir. Voronej vilayətinin Buturlinovka şəhərində yerləşən 899-cu Döyüş Aviasiyası Alayının komandiri vəzifəsinə yüksələn Bondarev bu alayın tərkibində Çeçen-Rus müharibələrində iştirak etmişdir. 2006-cı ilin mayından etibarən 14-cü Ordunun Hərbi Hava və Hava Hücumundan Müdafiə Qoşunlarında komandir müavini, 2008-ci ilin iyun ayında isə həmin hərbi hissənin komandiri vəzifəsinə təyin olunmuşdur.
Bonate Sopra
Bonate Sopra (it. Bonate Sopra) — İtaliyada, Lombardiya regionunun Berqamo vilayətində yerləşən kommuna. Əhalisi 7537 nəfərdir (2008), əhalinin sıxlığı 1269 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 035. Kommunanın hamisi Theotokos Dormition hesab olunur.
Bonate Sotto
Bonate-Sotto (it. Bonate Sotto), İtaliyada, Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan bir kommunadır. Əhalisi 6010 nəfər, əhali sıxlığı 903 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 035. Müqəddəs Sebastyan kommunanın hamisi sayılır. Kommuna bayramı hər il 20 yanvarda qeyd olunur. Qonşu kommunalar: Dalmine, Madone, Filago, Bonate Sopra, Treviolo.
Cotto di Bondone
Cotto di Bondone (it. Giotto di Bondone; 1267, 1276 və ya 1266, Vikkyo[d], Toskana[…] – 8 yanvar 1337, Florensiya[…]) – Orta əsrlər İntibah dövrünün Protorenesans mərhələsinin çox görkəmli italyan rəssam və heykəltəraşı. == Həyatı == Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1266-cı ildə Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində dünyaya gəlib. Çimabuenin tələbəsi olub. Çimabuenin kiçik çoban Cottonun çöldə qoyun çəkməsini görməsi və onun istedadına heyran olması haqqında hekayət artıq ədəbi əfsanəyə çevrilmişdir. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan "İsanın meyiti üstündə ağlaşma"da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərgədəki "İudanın öpüşü" freskası gərgin və dramatik bir anı: insan xəyanətini əks etdirərək, böyük bəşəri hisslər doğurur və rəmzi məna daşıyır. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına böyük təsir göstərmişdir.
Bonave-le-Ba
Vonave-le-Ba (fr. Vaulnaveys-le-Bas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38528. Kommunanın 1999-cu il üçün əhalisi 1173 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 287 ilə 1326 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 24 km cənub-qərbdə yerləşir.
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Bozdağ
Bozdağ — Naxçıvan Muxtar Respublikasında dağ. Bozdağ — Abşeron yarımadasının qərb hissəsində, Qobu qəsəbəsindən şimalda böyük palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasında, Hökməli qəsəbəsindən qərbdə palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasının cənub-qərbində Güzdək qəsəbəsi yaxınlığında palçıq vulkanı. Bozdağ — Ağdam rayonunda, Xaçınçayın sağ sahilində dağ. Bozdağ — Goranboy rayonunun Qızılhacılı kəndindən şimal-şərqdə dağ. Bozdağ — Əli Bayramlı rayonunda, Bəndovan kəndindən şimalda dağ. Bozdağ — Şəki rayonunun Şin kəndindən şimal-şərqdə Baş Qafqaz silsiləsinin zirvəsi. Bozdağ — Şəki rayonunda Daşüz silsiləsinin zirvəsi. Bozdağ — Mingəçevir su anbarıdan cənubda, Gəncəçaydan sağ tərəfdə dağ silsiləsi.
Bozdağ (Naxçıvan)
== Toponimik izah == Bozdağ (Bozağıl) — Şərur rayonunun Dəmirçi kəndinin şimalında dağ. Dağın adı onun üst süxurunun boz rəngli gildən ibarət olması ilə əlaqədardır. Yerli əhali içərində Bozagil də adlanır. == Geomorfologiyası == Sədərək rayonu ərazisində dağ (hünd. 1182,7 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında, Bağırsaqdərəçayın aşağı axımında, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərq qurtaracaqında zirvə. Dəmirçilər kəndindən 7 km şimaldadır. Təpəsi Alt Karbon (Bozdağ lay dəstəsi) və Üst Perm (Qızılqaya lay dəstəsi) yaşlı əhəngdaşılardan təşkil olunmuş, şimala doğru alçalan günbəzvari yüksəklikdir. Yamaclarında Alt Karbona aid Dizə və Goranqalası lay dəstələrinin, cənub ətəyində isə Üst Devona aid Payadərə lay dəstəsinin əhəngdaşıları açılır. Hər tərəfdən Üst Miosen və Pleystosen çöküntüləri ilə əhatə olunmuşdur.
Bozdağ (dəqiqləşdirmə)
Bozdağ — Naxçıvan Muxtar Respublikasında dağ. Bozdağ — Abşeron yarımadasının qərb hissəsində, Qobu qəsəbəsindən şimalda böyük palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasında, Hökməli qəsəbəsindən qərbdə palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasının cənub-qərbində Güzdək qəsəbəsi yaxınlığında palçıq vulkanı. Bozdağ — Ağdam rayonunda, Xaçınçayın sağ sahilində dağ. Bozdağ — Goranboy rayonunun Qızılhacılı kəndindən şimal-şərqdə dağ. Bozdağ — Əli Bayramlı rayonunda, Bəndovan kəndindən şimalda dağ. Bozdağ — Şəki rayonunun Şin kəndindən şimal-şərqdə Baş Qafqaz silsiləsinin zirvəsi. Bozdağ — Şəki rayonunda Daşüz silsiləsinin zirvəsi. Bozdağ — Mingəçevir su anbarıdan cənubda, Gəncəçaydan sağ tərəfdə dağ silsiləsi.
Bozdağ silsiləsi
Bozdağ silsiləsi – Azərbaycan Respublikasında dağ silsiləsi. Acınohur ön dağlığının (Böyük Qafqaz) cənub hissəsi. Qanıxçayın (Alazançay) mənsəb hissəsindən başlayıb cənub-şərq istiqamətində Girdimançayadək davam edir. Uzunluğu təqrribən 150 km, hündürlüyü təqribən 500 m-dir. == Geoloji quruluşu == Silsilə Mingəçevir su anbarının sağ sahili ilə qərbdən şərqə uzanır. O, Mingəçevir şəhərində Kür çayı tərəfindən kəsilərək, iki hissəyə ayrılmışdır. Bozdağ silsiləsinə Qocaşen, Axar-Baxar, Arçandağ, Surxayxan silsilələri və Göy-çay tirəsi daxildir. Bozdağ silsiləsinin ən uca zirvəsi Babaeldağ ilə Qazanlı dağı arasında yerləşmiş 520 m-lik adsız zirvədir. Neogen və Antropogen sistemlərinin gil, qum, qumdaşı, konqlomerat və s. süxurlarından ibarətdir.
Mehmed Bozdağ
Mehmet Bozdağ (türk. Mehmet Bozdağ; 1 yanvar 1983, Kayseri) — türk senarist,prodüser və rejissor. == Bioqrafiya == Mehmet Bozdağ 1 yanvar 1983-cü ildə anadan olub.Sakarya Universtitetində təhsil alb."Ustalar, alimlər və sultanlar","Könül oğrusu","Diriliş:Ərtoğrul" və "Yunus Əmrə" seriallarına və filmlərinə prodüserlik və senaristlik etmişdir.İndi isə "Quruluş:Osman" serialına prodüserlik və senaristlik etməkdədir.
Mehmet Bozdağ
Mehmet Bozdağ (türk. Mehmet Bozdağ; 1 yanvar 1983, Kayseri) — türk senarist,prodüser və rejissor. == Bioqrafiya == Mehmet Bozdağ 1 yanvar 1983-cü ildə anadan olub.Sakarya Universtitetində təhsil alb."Ustalar, alimlər və sultanlar","Könül oğrusu","Diriliş:Ərtoğrul" və "Yunus Əmrə" seriallarına və filmlərinə prodüserlik və senaristlik etmişdir.İndi isə "Quruluş:Osman" serialına prodüserlik və senaristlik etməkdədir.
Öndağ düzənliyi
Öndağ düzənliyi- dağların ətəyinə söykənən, əmələgəlməsi və inkişafı onlarla bağlı olan, düzənlik. Aydın müşahidə edilən meyilliyə malik olub, akkumulyativ və ya denudasion mənşəli ola bilər.
Güzdək Bozdağı palçıq vulkanı
Güzdək Bozdağı palçıq vulkanı — Güzdək qəsəbəsindən 6 km qərbdə yerləşir. Abşeron yarımadasının ən iri orfoqrafik vahidlərindən biri hesab edilir. Vulkan təpəsi yastı səthli kəsik konus şəklindədir. Brekçiya əsasən, Paleosen, Eosen, Oliqosen-Miosen və qismən üst Təbaşir mənşəli bərk süxurlardan ibarətdir. Sahənin şimal-şərq hissəsində qaç və palçıq püskürən, paraçit çıxışların əmələ gətirdiyi 27 sopka yerləşir. Palçıq vulkanı sahəsinin geoloji quruluşunda Abşeron, Ağcagil mərtəbəsi və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Brekçiya örtüyü göstərir ki, vulkan bir neçə dəfə püskürmüşdür. Qıvrılan uçun dil şəklindəki püskürmənin uzunluğu bir kilometrədək uzanır. Yerli sakinlərin məlumatlarına görə vulkanın keçən əsrdə baş vermiş iri püskürməsi çamanı yaxınlıqda olan 6 çoban, 2000-dən çox mal-qara həlak olmuşdur. Ətrafı işıqlandıran güclü alovun şüaları 10 km məsafədən görünürmüş.
Qobu Bozdağı palçıq vulkanı
Bakıdan 15 km şimal-qərbdə, Qobu kəndindən 3 km şimal və şimal-şərqdə yerləşir. Boçdağ yüksəkliyi en istiqamətində yerləşmiş uzun bənddən ibarətdir. Bəndin mərkəzində iki qrupdan təşkil olunmuş palçıq vulkanı yerləşir. Bu qruplardan biri Qobu kəndindən şimalda eyni adlı dağın təpəsində, digəri isə birincidən 800–1000 m şərqə doğru yerləşmişdir. == Mənbə == Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
Ağzıbir (Bozdağ) palçıq vulkanı
Ağzıbir (Bozdağ)palçıq vulkanı -Xəzər dənizi sahilində Ələt Körpü qəsəbəsindən 17 km cənubda, Xıdırlı qəsəbəsindən 4,5-5 km cənub-şərqdə yerləşir. == Ümumi məlumat == Ondan şimal-şərqə Hamamdağ, cənub-şərqdə isə Bəndovan palçıq vulkanları yerləşir. Ağzıbir, Bozdağ və Dovşandağ palçıq vulkanları bir xətt üzrə şimal-qərbdən cənub-şərq istiqamətində uzanmaqla nida şəkillidirlər. Ağzıbir palçıq vulkanının geoloji quruluşunda Məhsuldarqat, Ağcagil, Abşeron və Dördüncü dövr çöküntüləri iştirak edir. Bu vulkan Bəndovan antiklinal quruluşunun catmavari hissəsində yerləşir. O, həmin quruluşun şimal-qərb periklinal hissəsinə uyğun gəlir. Bu tektonik quruluşun istər şimal-qərbdən cənub- şərqə doğru və istərsə də qərbdən-şərqə doğru uzanan tektonik sınmalarla kəsilir. Sonuncuların mürəkkəbləşdiyi hissədə də Ağzıbir palçıq vulkanı yaranmışdır. Öz geomorfoloji quruluşuna görə Ağzıbir palçıq vulkanı on xarakter vulkanlardan biridir. Antiklinal quruluşun ox hissəsinə yaxın zonalarda yerləşmiş vulkan ocaqları onun çatma hissəsini xeyli sahədə parçalamışdır.
Otman Bozdağ palçıq vulkanı
Otman Bozdağ palçıq vulkanı — Azərbaycanda, Qaradağ dəmir yolu stansiyasından 5 km şimal-qərbdə yerləşən palçıq vulkanı. == Quruluşu == Yüksəkliyin mərkəz hissəsini diametri 300 metr olan vulkan krateri tutur. Kəsik konus şəklində olan kraterin kənarları 6 metr hündürlüyündə bəndlə hüdudlaşmışdır. Onun dik yamacları dərin yarüanlarla kəsilmişdir. Otman Bozdağının qrifon və salçaları iki qrupdan ibarətdir. Palçıq vulkanı rayonunun geoloji quruluşunda pliosen çöküntüləri iştirak edir. == Püskürmə fəaliyyəti == Otman Bozdağının püskürmə fəaliyyəti haqqında maraqlı məlumatlar vardır. Məsələn, 1845-ci il yanvarın 22-də baş vermiş güclü püskürmə 3 saat davam etmişdir. Brekçiyanın tədqiqi vulkanın bir neçə dəfə – 1845, 1904, 1951, 1965-ci illərdə püskürdüyünü göstərir. 1965-ci il oktyabrın 1-də saat 11.50-də bir saat yarım davam edən növbəti püskürmə baş vermişdir.