BORDAQ

k.t.
1. sif. Bəslənmiş, yaxşı yedirilib kökəldilmiş, kök (ev heyvanları haqqında).
□ Bordağa bağlamaq, bordaqda saxlamaq – yemləyib kökəltmək.
Malqaranı çöldə və bordaqda kökəltmək işinin düzgün təşkil edilməsi ümumi ət istehsalını artırmaq üçün mühüm mənbədir. (Qəzetlərdən).

Bordaq dövrü – heyvanların bu vəziyyətdə saxlandığı dövr.
2. is. İri heyvanların başıbağlı saxlanması üçün tövlədə, pəyədə kiçik mənzil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BORDAQ kök — bəslək

Etimologiya

  • BORDAQ Bordamaq (yağlandırmaq, kökəltmək) feilindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BORCLULUQ
BORDAQLAMA

Digər lüğətlərdə