Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
John Wilkes Booth
Con Uilks But (ing. John Wilkes Booth; 10 may 1838 – 26 aprel 1865[…]) — 14 aprel 1865-ci ildə ABŞ prezidenti Abraham Linkolna Vaşinqtondakı Ford teatrında sui-qəsd təşkil edən amerikalı teatr aktyoru. Butun atası tanınmış Şekspir rolları ifaçısı Cunius Brutus But və anası Meri Anna Holms 1821-ci ildə İngiltərədən ABŞ-yə köçmüşlər. Ailə Harford Kauntidə, Merilenndəki Bel-Erdə bir ferma satın almışdır. Con Uilks But 10 may 1836-cı ildə bu fermada anadan olmuşdur. Ona ailənin uzaq qohumu olduğu iddia edilən ingilis radikal siyasətçi Con Uilksin adı verilmişdir. Butun uşaqlığının keçdiyi ev "Tudor Holl" ailənin Harford Kauntidəki torpağında 1847-ci ildə inşa edilmişdir və bu gün də qalmaqdadır. == Sui-qəsd == Butun atası Cunius Brutus But XIX əsrin tanınmış teatr aktyorlarından biri idi. O, özü də 1860-cı illərdə ABŞ-də artıq istedadlı teatr aktyoru kimi tanınırdı. But Konfederasiya hakimiyyətinin tərəfdarı idi və Cənubun vətəndaş müharibəsində məğlub olması onu qəzəbləndirmişdi.
Salix boothii
Salix boothii (lat. Salix boothii) — söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
This Town Ain't Big Enough for Both of Us
This Town Ain't Big Enough for Both of Us (azərb. Bizim üçün bu şəhər kifayət qədər böyük deyil‎)— amerikalı Sparks rok-qrupun "Kimono My House" albomunun birinci mahnısıdır. 1974-ci ilin martında ("Barbecutie" ilə o biri tərəfində) sinql kimi buraxılmışdır. O, "UK Singles Chart"- da #2 (#5 — Hollandiya, #12 — Almaniya) yerə qalxmışdı və tarixdə qalan "öz dövrun ən orijinal sinqllardan biri" ləqəbi almışdı (Deyv Tompson, Allmusic).
Benth.
Corc Bentam (ing. George Bentham; 22 sentyabr 1800 – 10 sentyabr 1884) — ingilis botaniki. == Əsərləri == "Labiatarum genera et species" (London, 1832–1836) (lat.) "Handbook of the British Flora" (1858 и 1865) (ing.) "Flora Honkongensis" (1861) (lat.) "Flora Australiensis" (Ferdinand Müllüer ilə birlikdə, 1863–1870) (lat.) == Şərəfinə adlandırılmış taksonlar == === Cinslər === Benthamia A.Rich. Benthamiella Speg. === Növlər === Acanthocephalus benthamianus Regel Andropogon benthamianus Steud. Gardenia benthamianus F.Muell. Croton benthamianus Müll. Arg. Distemonanthus benthamianus Baill. Nicotiana benthamiana Domin Pinus ponderosa ssp.
Biota
Biota (q.yun. βιοτή - həyat) — biosenozun, assosiasiyanın, həmçinin daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora və fauna). Biotanın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik, mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. Biota termini ən çox biocoğrafiyada istifadə olunur. == Mənbə == == Ədəbiyyat == О полифункциональной роли биоты в самоочищении водных экосистем // Экология. 2005. № 6. С. 452–459.
Boqota
Boqota və ya Santa-Fe-De-Bogota — Kolumbiyanın paytaxtı və ən böyük şəhəri; Kundinamarka departmanının mərkəzi. Əhalisi 6.8 milyon nəfərdir. Cənubi Amerikanın ən tez böyüyən meqapolislərindən biridir. 2008-ci ildən etibarən dünyanın 36-cı böyük şəhəri sayılır və əhali sıxlığına görə 33-cü pillədədir. == Şəhər haqqında == Boqota meqapolisi ölkənin "Paytaxt Rayonudur". (isp. Distrito Capital, qısaca D.C.); beləcə birbaşa mərkəzi hakimiyyət tərəfindən idarə olunur və Vaşinqtona bənzər bir statusa malikdir. Boqota ölkənin başlıca şəhəridir, bir çox universitet, lisey, muzey, tarixi abidələrlə Kolumbiyanın iqtisadi və mədəni mərkəzi sayılır. == Əhalisi == Şəhərində 6.8 milyon, şəhərətrafı ilə birlikdə isə 7,9 milyon əhali yaşayır. == Mədəniyyət == Kolumbiyanın tarixi mərkəzi sayılan Boqota, şəhərin dar küçələri ilə uzanan dağlar şəbəkəsindən ibarətdir.
Bosch
Robert Bosch GmbH (ümumi halda Bosch) — elektronika və mühəndislik firması. Şirkət 1886-cı ildə Almaniyanın Ştutqart şəhərində yaradılmışdır. Dünyanın ən böyük avtomobil hissələri istehsalçısıdır.
Thoth
Tot (yun.Θόουτ, Θώθ, Thoth)- Qədim Misir mifologiyasına görə müdriklik və yazı tanrısı. == Haqqında == Qədim mənbələrda Tot "əlifbanı icad edən və magiyanın himayədarı kimi" tanıdılır. == Sitayiş yerləri == Tot Allahına əsas sitayiş mərkəzi Şmun və ya Eşmunen (Hermopol) şəhəri idi.. Məhz bu şəhərdə Tota sitayişlə bağlı əsas şəbəd yerləşirdi . Bundan başqa Baxe, Per-abe, Urite, Ta-ure, Talmise, Pselkete, Sene, Xate, İa-ca-Mutete Ta-seti (Takense), Rexue, Xeserte və Abidos çəhərlərində də Tot allahının şərəfinə inşa edilmiş məbədlər var idi.. == Xarici keçid == Молитва богу Тоту о ниспослании умения хорошо писать. Гимн Тоту. Папирус Anastasi III. == Mənbə == Тураев Б. Тот, древнееегипетский бог. Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т.
BOKT
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. == Lisenziya == Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. == Maliyyələşdirilmə mənbələri == BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Bath
Bat (İngiltərə)
Biot
Biot (fr. Biot) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Antib-1, Antib-2 və Antib-3 kantonu . Kommunanın sahəsi 15,54 km², əhalisi 8791 nəfərdir (2006) artım tendensiyası ilə: 8791 nəfər (2012), əhalinin sıxlığı 647,0 nəfər / km²-dir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı — 8995 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 8791 nəfər.
Bolt
Bolt (şirkət)
Botë
Botë və ya digər adı ilə World (azərb. Dünya‎) — Albaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Lindita "World" mahnısı ilə Albaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mahnının musiqisi Alban bəstəkar Klodian Kafoku, sözləri isə ifaçı Lindita və Big Bastaya aiddir.
Root
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — sisteminə qoşulma və dəyişiklik etmə imkanı verir.
Biota orientalis
Bohot nunatakı
Bohot nunatakı (bolq. Бохотски нунатак, ‘Bohotski Nunatak’ \'bo-hot-ski 'nu-na-tak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 1120 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal-şərqində yerləşmişdir.Nunatak şimali Bolqarıstanda yerləşən Bohot şəhərinin adını daşıyır. == Yerləşməsi == Bohot nunatakı 77°23′37″ c. e. 85°34′32″ q. u. koordinatlarında yerləşmişdir. Veems dağından 13.7 km şimal-şərqdə, Pastroqor zirvəsindən 10.93 km şərqdə, Lanz zirvəsindən 15.96 km cənub-şərqdə, Ostruşa nunatakından 5.27 km şimal-qərbdə yerləşmişdir. ABŞ xəritəsinə 1961-cı ildə daxil edilmişdir.
Bootia saponaria
Dərman sabunotu (lat. Saponaria officinalis) — qərənfilkimilər fəsiləsinin sabunotu cinsinə aid bitki növü. == Sinonim == Bootia saponaria Neck. Bootia vulgaris Neck. Lychnis officinalis (L.) Scop. Silene saponaria Fr. ex Willk.
Bootia vulgaris
Dərman sabunotu (lat. Saponaria officinalis) — qərənfilkimilər fəsiləsinin sabunotu cinsinə aid bitki növü. == Sinonim == Bootia saponaria Neck. Bootia vulgaris Neck. Lychnis officinalis (L.) Scop. Silene saponaria Fr. ex Willk.
Google Books
"Google Books" və ya "Google Kitablar" — "Google" tərəfindən rəqəmsallaşdırılan kitablar üçün tammətnli axtarış xidməti. Burada ABŞ-nin ən böyük kitabxanalarından 10 milyondan çox kitab mövcuddur. 2010-cu ilə qədər layihədə 15 milyona yaxın kitab var idi, onlardan 1 milyonu ictimai mülkiyyətdə olmuşdur. Layihənin əməkdaşları dünyada mövcud olan kitabların sayını (təkrar nəşrlər istisna olmaqla) 130 milyon olaraq qiymətləndirmiş, onilliyin sonuna qədər hər şeyi rəqəmsallaşdırmaq niyyətində olduqlarını açıqlamışdılar. 2017-ci ilin məlumatına görə, təxminən 25 milyon kitab rəqəmsallaşdırılmışdır. Bundan sonra rəqəmsallaşma sürəti çox azalmışdır.
Imogen Poots
İmogen Pots (ing. Imogen Poots; 3 iyun 1989) ingilis aktrisası və modeldir. == Həyatı == Pots 3 iyun 1989-cu ildə Londonun Hammersmith şəhərində irlandiyalı televiziya prodüseri Trevor Poots və ingilis jurnalist Fiona Qudallın qızı olaraq anadan olub. O, Brook Greendə qızlar üçün Bute House hazırlıq məktəbində, Cənubi Kensinqtonda Queen's Gate məktəbində və Londonun Hammersmith şəhərində Latymer Upper Schoolda oxuyub və burada 3A-ALevel əldə edib. İmogenin model kimi fəaliyyət göstərən Aleks adında böyük qardaşı vardır. Uşaq ikən İmogen baytar olmaq niyyətində idi, lakin bir gün şəxsən baytarlıq klinikasında əməliyyat zamanı qan görməsi İmogenin özünü pis hiss etməsinə səbəb olmuşdur. 14 yaşında gələcək aktrisa YoungBlood şirkətinin Hammersmithdəki teatr seminarında iştirak etməyə başlayır. Teatr studiyasının tərkibində o, nəinki aktyorluğu öyrənir, həm də improvizasiya və ssenaristliyin sirlərinə malik olur. Məhz o zaman Pots gələcəkdə nə etmək istədiyini başa düşür. 2008-ci ildə imtahanları müvəffəqiyyətlə verərək İmogen Londondakı Courtauld İncəsənət İnstitutunda təhsil almaq üçün qrant alır, lakin həmin zamanlarda o, artıq çəkilişlərlə məşğul olduğu üçün təhsilini iki il təxirə salmalı olur.
Milton Obote
Milton Obote (ing. Apollo Milton Obote) - Uqandanın müstəqillikdən sonrakı ilk Prezidenti (1962-1966) və Baş Naziri (1966-1971, 1980-1985). Ölkəsinin müstəqillik əldə etməsində önəmli rol oynamış, iki dəfə hərbi çevriliş nəticəsində hakimiyyətdən kənarlaşdırılmışdır. == Həyatı == Əsil adı Apollo Milton Obote olan Milton Obote 1925-ci ilin 25 dekabr tarixində Uqandada dünyaya gəlib. 1948-1949-cu illərdə paytaxt Kampala şəhərində yerləşən Makerere Kollecində təhsil aldığı zaman, siyasi fəaliyyətləri səbəbindən təhsil kompleksindən kənarlaşdırılmışdır. Dönəmin hakimiyyəti Obotenin Amerika Birləşmiş Ştatları və Almaniyada ali təhsil almağa imkan verən təqaüd proqramlarındanda istifadə etməyə mane olduqdan sonra Obote, 1950-ci ildə Keniyaya yollanmışdır. Keniyada müxtəlif işlərdə işlədiyi dövrdə, Uqandanın azadlıq hərəkatına dəstək vermiş və Keniya Afrika İttifaqına üzv olmuşdur. 1957-ci ildə ölkəsinə qayıdaraq Uqanda Xalq Konqresi Partiyasına üzv olmuş; növbəti il parlamentdə təmsil olunmaq hüququ qazanmışdır. Uqanda Xalq Konqresi Partiyasının parçalanmasından sonra Uqanda Xalqının Birliyi təşkilatı ilə birləşərək Uqanda Xalq Partiyasını təsis etmişdir. Partiyanın əsas məqsədi, Kral II Mutesa rəhbərliyindəki Buqanda dövlətinin Uqandadakı varlığına son qoymaqdan ibarət idi.
Rockstar North
Rockstar Games (Rockstar NYC kimi də məlumdur) — ABŞ-də yerləşən Take Two Interactive-də videooyunların yaradıcı bölməsidir. Grand Theft Auto və Manhunt seriyaları, Max Payne və Midnight Club kimi məşhur oyunların müəllifidir. Rockstar Games müxtəlif studiyalardan ibarətdir. Bəziləri[hansı?] Take Two Interactive tərəfindən alınanlardan, digərləri isə daxilində yaradılıb Rockstar Games-ə verilənlərdən ibarətdir. Take Two Interactive bir çox studiyaları Rockstar Games tərkibinə versə də bəziləri[hansı?] müstəqil qalmış və ya 2K Games-in bir bölməsi olaraq fəaliyyətə başlamışlar. Rockstar Games 1998-ci ildə Sem Hauzer, Den Hauzer, Terri Dinovan, Ceymi Kinq və Qeri Formen tərəfindən yaradılıb. Rockstar Games-in mərkəzi ofisi Brodveydə yerləşir. Buradakı ofis ictimai əlaqələrlə, marketinqdən tutmuş oyunların yaradılmasına qədər məşğul olur. == Rockstar studiyaları == == Rockstar üçün çalışan digər şirkətlər == Bungie, Rockstar Games üçün Oni və populyar şuter Halonu hazırlamışdır. Bungie Studios, Microsoft tərəfindən alınmazdan əvvəl "Halo", Mac və PC üçün Rockstar nəşrçi kimi buraxılmışdır.
Smooth Criminal
Smooth Criminal (ing. Smooth Criminal – "Qüsursuz Cinayət", oxunuşu: Smuz Kriminal) – Maykl Cekson tərəfindən 1987-ci ildə ifa edilən mahnı. Bu mahnı Maykl Ceksonun Bad albomuna daxil olan 7-ci mahnıdır. "Smooth Criminal" mahnısına uyğun olaraq "Ay piyadası" filmi çəkilmişdir. Mahnının nəqarəti "Annie are you ok?" (azərb. Enni sən yaxşısan?‎) sözlərindən ibarətdir. == Mahnı haqqında == Smooth Criminal mahnısı Bad mahnısı ilə birlikdə ön plana çıxmış və dövrünün məşhur bir mahnısı olmuşdur. Mahnının fərqli versiyaları vardır. Uzun videoda mahnıya oynağalar edilmişdir. Rəqsçilərin motivasiyası üçün Michaelin fikri olaraq klipin ortasında musiqi kəsilər və hər kəs qışqırıqlar etməyə başlayarlar.
Smooth Operator
Smooth Operator – Məşhur ingilis musiqi qrupu olan Sadenin debüt albomu olan Diamond Life albomundan çıxardığı dördüncü və sonuncu sinql. Billboard Hot 100 hit paradında 1985-ci ilin may ayında iki həftə beşinci yerdə qalan mahnı Sadenin ABŞ-da ilk onluğa yüksələn birinci mahnısı olmuşdur. Mahnı ulduz həyat tərzi sürən və səfərləri zamanı onu sevən bir çox kişinin könlünü sındıran qadın haqqındadır. Mahnı Sade qrupundan sonra bir çox məşhur müğənnilər tərəfindən ifa edilmişdir.
Sonic Youth
Sonic Youth — 1982-ci ildə Amerikada qurulan rok qrupudur.
South Park
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. == Baş personajlar və ailələri == === Marş ailəsi === Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Börte
Börtə-Fücin, Börtə-Ücjin (1161, Xentiy vilayəti – 1230) — Temuçinin baş hərəmi; Dey-Seçen (Day Noyon) və onun unqirat soyundan olan xanımı Çotanın qızı. "Mongolların Gizli Tarixinə" əsasən əvvəlcə Temuçinin atası Yesugey, öz xanımının Öelunun mənsubu olduğu olxonut tayfasından gəlin almaq istəyib.Yolda onlar Dey-Seçenə rast gəliblər. Dey-Seçen onlara "Mənim Bortə adlı gözəl bir qızım var, gedək onu sizə göstərim. Əgər bəyənsəniz qohum olarıq. Bir də ki, bu gecə yuxuda sizin nəslinizin bayrağını görmüşəm. Mənə elə gəlir ki, bu, yaxşı əlamətdir" deyir və Temuçindın bir yaş böyük olan Börtə ilə əvlənməyi təklif edir. Yesugey qızı bəyənir, və oğlunu qoyub gedir. Yesugeyin ölümdən əvvəl son istəyini yerinə yetirmək üçün onun dostu və qohumu olan Munlik, Temuçini geri götürüb və bunu Yesugeyin oğlu üçün darıxması ilə izah edib. Bir neçə il sonra tayciut əsarətindən xilas olduqdan sonra,Temuçin unqiratların düşərgəsini tapıb Börtə ilə evlənir. Börtənin anası Çotan, qızına qara samur dərisindən tikilmiş kürk cehiz vermişdi.
Börtə
Börtə-Fücin, Börtə-Ücjin (1161, Xentiy vilayəti – 1230) — Temuçinin baş hərəmi; Dey-Seçen (Day Noyon) və onun unqirat soyundan olan xanımı Çotanın qızı. "Mongolların Gizli Tarixinə" əsasən əvvəlcə Temuçinin atası Yesugey, öz xanımının Öelunun mənsubu olduğu olxonut tayfasından gəlin almaq istəyib.Yolda onlar Dey-Seçenə rast gəliblər. Dey-Seçen onlara "Mənim Bortə adlı gözəl bir qızım var, gedək onu sizə göstərim. Əgər bəyənsəniz qohum olarıq. Bir də ki, bu gecə yuxuda sizin nəslinizin bayrağını görmüşəm. Mənə elə gəlir ki, bu, yaxşı əlamətdir" deyir və Temuçindın bir yaş böyük olan Börtə ilə əvlənməyi təklif edir. Yesugey qızı bəyənir, və oğlunu qoyub gedir. Yesugeyin ölümdən əvvəl son istəyini yerinə yetirmək üçün onun dostu və qohumu olan Munlik, Temuçini geri götürüb və bunu Yesugeyin oğlu üçün darıxması ilə izah edib. Bir neçə il sonra tayciut əsarətindən xilas olduqdan sonra,Temuçin unqiratların düşərgəsini tapıb Börtə ilə evlənir. Börtənin anası Çotan, qızına qara samur dərisindən tikilmiş kürk cehiz vermişdi.