Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Borjomi
Borjomi (gürc. ბორჯომი Borcomi) — Gürcüstannın cənub-qərbində kurort şəhəri, Samtsxe-Cavaxeti bölgəsində şəhərdir. Şəhər öz məşhur Borjomi mineral suyu ilə tanınır. Borjomi mineral suyu keçmiş SSRİ ölkələrində çox məşhurdur. Borjomidə XVIII əsrdə inşa edilmiş Romanov sülaləsinin malikanələri qorunub-saxlanılmışdır. == Nəqliyyat == Borjomi Borjomi-Bakuriani dəmiryolunun son stansiyasıdır. == Kurort == Borjomi kurortu Gürcüstanın cənubi-qərbində, Kür çayı sahilində, dəniz səviyyəsindən 810–850 m hündürlükdə yerləşir. Borjomi aşağı dağ yamac kurortlar sırasına daxildir və hər tərəfdən iynəyarpaqlı və sıxyarpaqlı meşələrlə örtülmüşdür. İqlimi həm qış, həm də yay aylarında mülayim temperatur müşahidə olunur. == Qalereya == == Partnyor şəhərlər == Borjominin aşağıdakı şəhərlərlə partnyor əlaqələri vardır: ABŞ Filippi, Qərbi Virciniya 2006-cı ildən == Xarici keçidlər == Borjomi-Kharagauli National Park Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine Borjomi Mineral Water Company Borzhom.
Borjomi (su)
Borjomi (gürc. ბორჯომი) — Gürcüstanın Borjomi dərəsindən çıxan qazlı mineral su brendi. Vadidə artezian bulaqları Bakuriani dağlarının zirvələrini əhatə edən buzlaqlardan 2,300 m (7,500 ft) yüksəkliklərdə süzülən sular ilə qidalanır. Su nasossuz səthə qalxır və Borjomi şəhərində yerləşən iki şüşə zavoduna boru ilə nəql olunur.Borjomi bulaqları 1820-ci illərdə Rusiya imperiyası ordusu tərəfindən aşkar edilmişdir. Bulaqlar Rusiya imperiyası boyunca məşhur olmuşlar və Borjomini məşhur turist məkanına çevirmişlər. Brendin tarixi Romanov imperial sülaləsi ilə yaxından əlaqələndirilir. 1890-cı illərdə Borjomi Mixail Nikolayeviç Romanovun Gürcüstan ərazilərində istehsal edilib. 1917-ci ildə Rusiya inqilabından və Gürcüstanın Sovet İttifaqı tərəfindən işğal edilməsindən sonra Borjomi müəssisəsi milliləşdirildi və su Sovet İttifaqının ən böyük eksportuna çevrildi.Borjomi 40-dan çox ölkəyə ixrac olunur. "IDS Borjomi"-yə daxil Borjomi şirkətinin əksər payı, Gürcüstanın iş adamı İnna Qudavadze tərəfindən 2013-cü ilin yanvar ayında Rusiyanın "Alfa Group" şirkətinə satılıb. 2012-ci ildə şirkət Forbes jurnalı tərəfindən 500 milyon dollar dəyərində qiymətləndirilmişdir.
Borjomi Bələdiyyəsi
Borjomi (gürc. ბორჯომის მუნიციპალიტეტი) Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində bələdiyyədir. Əsas şəhəri Borjomidir. Borjomi bələdiyyəsi Gürcüstanın tarixi hissəsində, Tori ərazisində yerləşir. == Coğrafiya və iqlim == Borjomi bələdiyyəsi qərbdə Axısqa, cənubda Aspindza və Axalkalaki, şərqdə Tsalka, şimalda Xaraqauli, Xaşuri, Kareli və Qori bələdiyyələri ilə həmsərhəddir. Bələdiyyənin əhəmiyyətli hissəsini Borjomi dərəsi tutur. Bura həm də Kiçik Qafqazın bir hissəsi, Trialet silsiləsinin qərb ucu və Mesxeti silsiləsinin şərq ucu daxildir. Bələdiyyə daxilində Trialeti silsiləsinin qolları — Qvirqvini silsiləsi və zirvələri dəniz səviyyəsindən 2000–2850 metr yüksəkliyə çatan Tsixisdziri var. Silsilənin Trialeti qolu arasında Tori hövzəsi yerləşir. Bələdiyyədə Mtkvari çayı keçir.
Borjomi-Xaraqauli Milli Parkı
Borjomi-Xaraquli Milli Parkı (gürc. ბორჯომ-ხარაგაულის ეროვნული პარკი, borjom-kharagaulis erovnuli parki) və ya qısaca BXMP — Gürcüstanın paytaxtı Tiflisin cənub-qərbində, Kiçik Qafqazda yerləşən milli park. Gürcüstanın ən böyük milli parklarından biridir. Altı inzibati rayondan ibarət olub Borjomi kurortundan Xaraqauli şəhərinə qədər uzanır. Qonşu Borjomi qoruğu ilə birlikdə sahəsi 851 km2-dir və Gürcüstan ərazisinin 1 %-indən çoxunu təşkil edir. Milli park 1995-ci ildə qurulsa da, rəsmi açılışı 2001-ci ildə baş tutmuşdur. Milli parkın özünəməxsus xüsusiyyətləri ekoloji və coğrafi zonalarının müxtəlifliyi, mənzərəsi, tarixi abidələri, zəngin flora və faunasıdır. Milli parkın turizm infrastrukturu sürətlə inkişaf edir. == Tarixi == Milli parkın tarixi orta əsrlərə gedib çıxır. Buradan əvvəllər yerli zadəganlar ovçuluq üçün istifadə etmişlər.
Borjomi-Xaraquli Milli Parkı
Borjomi-Xaraquli Milli Parkı (gürc. ბორჯომ-ხარაგაულის ეროვნული პარკი, borjom-kharagaulis erovnuli parki) və ya qısaca BXMP — Gürcüstanın paytaxtı Tiflisin cənub-qərbində, Kiçik Qafqazda yerləşən milli park. Gürcüstanın ən böyük milli parklarından biridir. Altı inzibati rayondan ibarət olub Borjomi kurortundan Xaraqauli şəhərinə qədər uzanır. Qonşu Borjomi qoruğu ilə birlikdə sahəsi 851 km2-dir və Gürcüstan ərazisinin 1 %-indən çoxunu təşkil edir. Milli park 1995-ci ildə qurulsa da, rəsmi açılışı 2001-ci ildə baş tutmuşdur. Milli parkın özünəməxsus xüsusiyyətləri ekoloji və coğrafi zonalarının müxtəlifliyi, mənzərəsi, tarixi abidələri, zəngin flora və faunasıdır. Milli parkın turizm infrastrukturu sürətlə inkişaf edir. == Tarixi == Milli parkın tarixi orta əsrlərə gedib çıxır. Buradan əvvəllər yerli zadəganlar ovçuluq üçün istifadə etmişlər.
Borbor
Borbor — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd'dir == Tarixi == Borbor Dəvəçi rayonunun Rəhimli inzibati ərazi vahidində kənd. Şabran Çay Borbor Kəndindən Axır. Samur-Dəvəçi ovalığındadır. 1917 və 1933-cu illərdə Burbur variantında qeydə alınmışdır. 1917-ci ildə Şamaxı ərazisində də Borbor kəndinin olması haqqında məlumat verilir. Tədqiqatçıların fikrincə, kənd XVIII əsrin axırlarında Qubalı Fətəli xanın Cənubi Azərbaycandan kocurub gətirdiyi borborlar (baharlı tayfasının qolu) tərəfindən salınmışdır. Abşeronda qeydə alınmış Borborşor göl adı, Cənubi Azərbaycandan Urmiya Şəhəri yaxınlığındakı Borbor yer adı da bu oykonimin paralelləridir.
Borium
Borium (Bh) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 107-ci element.
Borrou
Barrou (ing. Barrow) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Bottom
Bottom (nid. De Botte) — Sabanın paytaxtı və ən böyük şəhəri. == Məsafələr == Bottomdan Amsterdama məsafə 6.993 km-dir. Bottomdan Karib Niderlandındakı digər şəhərlərə – Oranyestada məsafə 32 km, Kralendeykə isə 816 km-dir.
Torjok
Torjok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Broom
Robert Brum (ing. Robert Broom; 30 noyabr 1866, Peysli, Renfryuşir qraflığı[d] – 6 aprel 1951, Pretoriya) — Cənubi Afrikalı həkim və paleontoloq. == Tanınmış əsərləri == "Fossil Reptiles of South Africa" в Science in South Africa (1905) "Reptiles of Karroo Formation" в Geology of Cape Colony (1909) "Development and Morphology of the Marsupial Shoulder Girdle" в Transactions of the Royal Society of Edinburgh (1899) "Comparison of Permian Reptiles of North America with Those of South Africa" в Bulletin of the American Museum of Natural History (1910) "Structure of Skull in Cynodont Reptiles" в Proceedings of the Zoölogical Society (1911). "The South Africa Fossil Ape-Men, The Australopithecinae" (1946).
Aleksandr Borzov
Aleksandr Borzov (tam adı: Aleksandr Aleksandroviç Borzov (rus. Александр Александрович Борзов); 29 iyul (10 avqust) 1874, Voronej – 6 mart 1939, Moskva, RSFSR, SSRİ) — rus fiziki coğrafiyaşünası, geomorfoloq, kartoqraf. Coğrafiya elmlər doktoru (1935). == Həyatı == 10 avqust 1874-cü ildə Voronejdə anadan olmuşdur. 6 mart 1939-cu ildə Moskvada vəfat etmiş və elə həmin şəhərdə də — Novodeviçye qəbiristanlığında dəfn edilmişdir. == Karyerası == Əvvəlcə Voronej gimnaziyasını, 1899-cu ildə Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1918-ci ildən Moskva Dövlət Universitetinin professoru olmuş və orada Coğrafiya fakültəsini yaratmışdır. SSRİ-nin Avropa hissəsindəki mərkəzi rayonlarda, Cənubi Ural öndağlığında və digər yerlərdə geomorfoloji tədqiqatlar aparmışdır. Şərqi Avropa düzənliyinin relyefini tədqiq edərək erozion və moren düzənlik landşaftlarının ümumi inkişaf qanunauyğunluğunu müəyyənləşdirmişdir. == Xatirəsi == 1946-cı ildə Kuril adalarında vulkana, 1956-cı ildə Antarktidada dağa, həmçinin Şərqi Sibirin Suntar Xayata silsiləsində və Uralda buzlaqlara, Novaya Zemlyada körfəzə Borzovun adı verilmişdir.
Morjov adası
Morjov adası — Kara dənizində, Pyasin körfəzində, Sibir sahillərindən şimalda, Pyotr Çiçakov sahilindən şimalda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir. Taymır yarımadasından Kuroçkin (11 km) boğazı ilə ayrılır. Rastorquev adasından 14 km məsafədə yerləşir. Adanın uzunluğu 4,4 km, maksimal eni isə 2,4 km təşkil edir. Sahil xəttinin uzunluğu 12,5 km-dir. Sahilləri sıldırımlıdır. Elədə böyük olmayan buxtalara adanın şərq və şimalıbda rastlanır. Kamennıe adaları qrupuna daxildir.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
Brom
Brom (Br) (q.yun. βρῶμος — "pis qoxulu","üfunətli" ) – Dmitri Mendeleyevin yaratdığı kimyəvi elementlərin dövri cədvəlində 35-ci elementdir. Brom atom nömrəsi 35, element simvolu Br, reaktiv qeyri-metal halogenlər qrupunun 4-cü elementi olan kimyəvi elementdir. Kimyəvi elementlərin dövri cədvəlinin 17-ci qrupuna aiddir (dövri sistemin köhnəlmiş qısa formasına görə VII qrupun əsas alt qrupuna aiddir və ya VII A qrupuna aiddir), cədvəlin dördüncü dövründədir. Elementin atom kütləsi vahidi 79.901 … 79.907-dir. Br simvolu ilə təyin edilmişdir (lat. Bromum). Normal şəraitdə olan sadə maddə brom,həm yodun,həm də xlorun qoxusunu xatırladan güclü xoşagəlməz "ağır" qoxu olan qırmızı-qəhvəyi rəngli ağır bir kaustik mayedir. Uçur,zəhərlidir. Brom molekulu diatomikdir (Br2 formulu) == Tarixi == Brom sərbəst olaraq iki kimyaçı tərəfindən kəşf edildi: 1825-ci ildə Karl Yakob Lyovix və 1826-cı ildə Antuan Jerom Balar tərəfindən kəşf edilib.
Adam Boroş
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Bordo (dəqiqləşdirmə)
Bordo
Bordo (rayon)
Bordo (fr. Bordeaux) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Jironda. Suprefektura — Bordo. Rayonun əhalisi 2006-cı ildə 933 025 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 212 nəf / km² . Rayon ərazisi — 4397 km².
Bordo FK
FC Girondins de Bordeaux — Fransız futbol klubu. Oyunlarını Bordodakı 35.200 nəfərlik Stade Chaban Delmas oynayan klub, 6 dəfə Liqa 1 çempionluğu qazanma müvəffəqiyyəti göstərmişdir. 1995-96 mövsümündə UEFA Intertoto Kubokunu qazanıb UEFA Kubokunda seçmələrə qalmış və daha sonra final oynamış ancaq Bayern Münhenə 2-0 və 3-1 məğlub edərək çempion olmağı bacarmışdır.
Borno ştatı
Borno ştatı (ing. Borno State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Berberlərin evi mənasını daşıyır. Keçmişdə o Bornu adını daşıyırdı. Bu ad Bornu İmperiyasından qalıb.
Boroy adası
Boroy (far. Borðoy), Boryu (dan. Bordø) — Farer adalarının şimal-qərbində yerləşən ada. 2013-cü il məlumatına görə8 yaşayış məntəqəsində 4954 nəfər yaşayır. Onlardan ən böyüyü Klaksvuykdır. Sahəsi 96 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 772 m-dir.
Jeno Boroş
Jeno Boroş (14 noyabr 1950 – 3 may 2023) — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ilə qədər)O, 1970–1975-ci illərdə Korvinus Universitetini bitirib. 1976–1981-ci illərdə Praqadakı (Çexoslovakiya) səfirliyin mətbuat attaşesi, sonra 1984-cü ilə qədər Xarici İşlər Nazirliyində Çexoslovakiya müxbiri olub. 1984–1988-ci illər arasında o, ilk olaraq Bratislavadakı Baş Konsulluqda, 1990–1993-cü illərdə isə orada baş konsul olub. 1993-cü il yanvarın 1-də müstəqillik qazanan Slovakiyadakı ilk Macarıstanın səfiri olub. O, uzun müddət, təxminən səkkiz il Slovakiya missiyasına rəhbərlik edib və onun əməyinə görə bir sıra mükafatlar alıb. 2002-ci ilə qədər Xarici İşlər Nazirliyində şöbə müdiri, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini. 30 noyabr 2005-ci ildən 2008-ci ilə qədər Berndəki xarici nümayəndəliyə rəhbərlik edib. 2008-ci ildə o, birbaşa Azərbaycana göndərildi: dekabrın 19-da o, etimadnaməsini Bakıda təqdim etdi. Burada Macarıstan və Azərbaycan arasında əlaqələrin açılışı olduğu üçün Macarıstan çox keçməmiş səfirlik yaratmışdı. 31 iyul 2010-cu ildə geri çağırılıb.
Borşod-Abauy-Zemplen
Borşod-Abauy-Zemplen — medye