Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bauhinia bowkeri
Bauhinia bowkeri (lat. Bauhinia bowkeri) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin bauhinia cinsinə aid bitki növü.
Bowmanitopsida
Qatırquyruğu (lat. Equisetopsida) — qatırquyruğukimilər şöbəsinə aid bitki sinfi.Qatırquyruğu sinfi anatomik quruluşunda artrostelin və vegetativ yarpaqlarla bilavasitə bağlı olmayan qalxancıqşəkilli sporangioforların olması ilə xarakterizə olunur. Bu sinfə 2 sıra məhv olmuş kalamitlər (Calamitales, Calamostachyales) və hazırda yaşayan qatırquyruğular (Eguisetales) daxildir.
Bowsette
Bouzett (ing. Bowsette, /baʊˈzɛt/ , bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime, azərb. Şahzadə Kupa‎) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilis və yapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı. Trend jurnalistlərin diqqətini cəlb etmişdi və bunun uzunömürlülüyü onları təəccübləndirmişdi. Onlar düşünürdülər ki, bu trendin ömrünün belə uzun olmasına personajın xarici görünüşü və cəlbedici olması çox təsir göstərmişdir.
Bulbophyllum bowkettiae
Bulbophyllum bowkettiae (lat. Bulbophyllum bowkettiae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum bowkettiae növü Kvinslend üçün endemik növdür. == Sinonim == Bulbophyllum waughense Rupp Phyllorkis bowkettiae (F.M.Bailey) Kuntze Serpenticaulis bowkettiae (F.M.Bailey) M.A.Clem.
Dorstenia bowmaniana
I Want a Little Sugar in My Bowl (Nina Simone)
Fincanım üçün azacıq şəkər istəyirəm (ing. I Want a Little Sugar in My Bowl) — Nina Simonenın Sings the Blues singlına daxil olan mahnılarından biri.
Phyllorkis bowkettiae
Bulbophyllum bowkettiae (lat. Bulbophyllum bowkettiae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum bowkettiae növü Kvinslend üçün endemik növdür. == Sinonim == Bulbophyllum waughense Rupp Phyllorkis bowkettiae (F.M.Bailey) Kuntze Serpenticaulis bowkettiae (F.M.Bailey) M.A.Clem.
Salvia bowleyana
Salvia bowleyana (lat. Salvia bowleyana) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Serpenticaulis bowkettiae
Bulbophyllum bowkettiae (lat. Bulbophyllum bowkettiae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum bowkettiae növü Kvinslend üçün endemik növdür. == Sinonim == Bulbophyllum waughense Rupp Phyllorkis bowkettiae (F.M.Bailey) Kuntze Serpenticaulis bowkettiae (F.M.Bailey) M.A.Clem.
Dorstenia bowmanniana
Dorstenia bowmanniana (lat. Dorstenia bowmanniana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
BMW
Bayerische Motoren Werke AG, qısaca olaraq BMW, baş ofisi Bavariyanın Münhen şəhərində yerləşir. Alman maşın və motosiklet istehsalçısıdır. == Tarixi == BMW şirkəti Münhendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırdada istifadə olunan ağ-mavi rəngli emblem fırlanan təyyarə propellerinin təsviri BMW-nin ilkin "təyinat"ının nişanəsidir. İlkin dövrdə şirkət Avstriya-Macarıstan üçün V12 tipli mühərriklər istehsal etməyə başlayır. Tezliklə Rapp əlavə pula ehtiyac duyur və kompaniyanı tərk edir. Onun yerinə avstriyalı sərmayəçi Frans Cozef Popp firmaya rəhbərlik etməyə başlayır. Birinci dünya müharibəsindən məğlub çıxmış Almaniyada hərbi qüvvələrə məhdudiyyət qoyulur. Bundan sonra Almaniyada təyyarə istehsal edilə bilməzdi — beləliklə BMW-nin mühərrik istehsalı Almaniya üçün yararsız oldu. 1922-ci ildə BMW Münhendə özünün bu günkü əsas binasını tikir.
BOK
Beynəlxalq Olimpiya Komitəsi (ing. International Olympic Committee (İOC); fr. Comité international olympique,) — müasir Olimpiya hərəkatının ali rəhbər orqanı. 23 iyun 1894-cü ildə Parisdə Beynəlxalq konqresdə Fransa ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya Oyunlarının dirçəldilməsi və təşkil olunması məqsədilə yaradılmış beynəlxalq təşkilat. == Məlumat == Təşkilatın mənzil-qərargahı İsveçrənin Lozanna şəhəridir. Rəsmi dilləri isə ingilis və fransız dilidir. BOK-un 20-dən çox komissiyası (o cümlədən idman, mədəniyyət və Olimpiya təhsili, etika, inkişaf, maliyyə, marketinq, hüquq, tibb, mətbuat, radio, televiziya və s.), 3 təşkilati, həmçinin icraedici, antidopinq komitələri var. BOK nəinki ölkələrin, həmçinin ayrı-ayrı coğrafi ərazilərin Olimpiya komitələrinin tanınması imkanlarını nəzərdən keçirir; Olimpiya bayrağının, rəmzinin və devizinin (lat. "Citius, altius, fortius" – "Daha sürətlə, daha yüksək, daha güclü") hüquqi qorunmasına görə məsuliyyət daşıyır, hər hansı idman növünün, həmçinin üsul və qaydalarının Olimpiya proqramına daxil edilməsini müəyyənləşdirir, bir sıra beynəlxalq təşkilatlarla müxtəlif formalarda əməkdaşlıq edir; Olimpiya hərəkatının inkişafında göstərilən xidmətləri Olimpiya ordeni (qızıl, gümüş, bürünc), Olimpiya diplomu və s. ilə mükafatlandırır.
BOT
Bot və ya BOT — "robot" sözünün qısaldılmış formasıdır və aşağıdakı mənaları ifadə edə bilər:
Boa
Boa-yatağanlar fəsiləsindən ilan. Uzunluğu təqribən 4 m-dək olur. Metal parıltılı pulcuqlarının rəngi çox gözəl və dəyişkəndir. Boa tropik Amerikada yayılmışdır. Meşədə,ağaclarda və yerdə yaşayır. Əsasən gecələr ovladığı kiçik heyvan və quşlarla qidalanır. Bütün yatağanlar kimi Boa da ovuna sarılaraq onu boğur.
Bon
Bon Jovi
Bor
Bor (B) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 5-ci elementdir. == Tətbiqi == Amorf bor, fərqli olan yaşıl rəngli olduğu üçün pirotekni (fişəng) sahəsində və atəşləyici olaraq raketlərdə istifadə edilir. Tennis raketlərinin, nüvə stansiyalarında istifadə edilən tənzimləyicilərin və istiliyə dayanıqlı şüşə məhsullarının istehsalında da əhəmiyyət daşıyır. Borun ən əhəmiyyətli ticarət qarışığı, izolyasiya məqsədilə şüşə lifinin və bir ağardıcı olan natrium perboratın istehsalında istifadə edilir. Digər bor birləşmələri də, borosilikat şüşələrin istehsalında istifadə edilir. Toxuculuq sahəsində əhəmiyyət daşıyan bir digər bor qarışımı isə, bor turşusudur. Elektrikə qaşı izolyatorik davranarkən, bir metalinkinə bənzər istilik keçiriciliyi göstərən boron nitrit qarışığı, eyni zamanda, qarışdırıldığı hər hansı bir maddəni almaz sərtliyinə gətirici xüsusiyyətdədir. Titan və volfram ilə birlikdə istifadəsi nəticəsində, çəkisi aşağı olur ancaq istiliyə qarşı müqavimətli ərintilər əldə edilir. Boron-10 izotopu, nüvə stansiyalarında mühitdəki neytronları sürətlə əmərək reaksiyaları ləngitmək və ya dayandırmaq üçün, nüvə radiasiyasına qarşı qalxan olaraq və neytron müəyyənləşdirici alətlərdə istifadə edilir. Yaxın zamanda artrit (oynaqların iltihabı) müalicəsində istifadə edilməyə başlanan bor birləşmələri də ümid vəd edir.
Bos
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Boz
Boz – rəng çaları. == Ümumi məlumat == Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir.Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s. Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır. Ayın bu adda olması da səbəbsiz deyil.
BMW 3
BMW 3 — Almaniya avtomobil istehsalçısı BMW tərəfindən, 1975-ci ildən bu günə kimi istehsal olunan kompakt avtomobillər seriyası.
BMW 5
BMW 5-ci seriya — Alman avtomobil istehsalçısı BMW tərəfindən, 1972-ci ildən bu günə kimi istehsal olunan orta ölçülü lyuks avtomobillər.
BMW 7
BMW 7-ci seriya — Alman avtomobil istehsalçısı BMW tərəfindən, 1977-ci ildən bu günə kimi istehsal olunan lyuks avtomobillər.
BMW AG
Bayerische Motoren Werke AG, qısaca olaraq BMW, baş ofisi Bavariyanın Münhen şəhərində yerləşir. Alman maşın və motosiklet istehsalçısıdır. == Tarixi == BMW şirkəti Münhendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırdada istifadə olunan ağ-mavi rəngli emblem fırlanan təyyarə propellerinin təsviri BMW-nin ilkin "təyinat"ının nişanəsidir. İlkin dövrdə şirkət Avstriya-Macarıstan üçün V12 tipli mühərriklər istehsal etməyə başlayır. Tezliklə Rapp əlavə pula ehtiyac duyur və kompaniyanı tərk edir. Onun yerinə avstriyalı sərmayəçi Frans Cozef Popp firmaya rəhbərlik etməyə başlayır. Birinci dünya müharibəsindən məğlub çıxmış Almaniyada hərbi qüvvələrə məhdudiyyət qoyulur. Bundan sonra Almaniyada təyyarə istehsal edilə bilməzdi — beləliklə BMW-nin mühərrik istehsalı Almaniya üçün yararsız oldu. 1922-ci ildə BMW Münhendə özünün bu günkü əsas binasını tikir.
BMW E39
BMW E39 seriyası — BMW-nin 1995–2003-cü illər arası satılan 5-ci seriyasının 4-cü nəsli.BMW E39 seriyalı sedanı 1995-ci ildə satışa çıxdı və 2003-cü ildə istehsalı dayandı. E39 kuza e34-ü əvəzlədi və özündən sonra isə E60 kuza gəldi. İlkin istehsalı 520i idi.150 at gücü , nə malik 2L tutulmu mühərrikdə idi, lakinr estaylinqdən sonra 2.2 mühərriyi əvəzlədi onu (170 at gücü ,). M5 versiyası isə 1998-ci ildə istehsal olundu. V8 S62 mühərriyi ilə təciz olunmuş bu buraxılış M62b44 bazasında oldu. Bütün modellərin sedan və universalı var idi, yalnız 535 və M5-dən başqa. Bu iki model ancaq sedan variantında buraxıldı. E39 modeli 1995-ci ilin Senyabrında Frankfurt avtosalonunda təqdim edilmişdir. Əvvəlki modeli olan E34-ə nisbətən daha müasir gorünürdü. Müasirləşdirilmiş fara və ön hissəsidə radiator barmaqlıqları dahada incələşdirilmişdi və əvvəlki model kimi, idarəçi konsol sürücüyə tərəf baxırdı.
BMW E90
E90 - 3-cü seriya BMW-nin 5-ci nəslinin əsasını təşkil edən avtomobil platforması. Sedan E90 2005-ci ildə istehsal olunmağa başlandı və əvvəlki E46 modelini əvəzlədi. E46 ilə müqayisədə E90 modelinin uzunluğu 8 sm artırılaraq 4,55 m olmuş, eləcə də eni 3 sm artmışdır. Təkər bazası 3,5 sm böyüdülmüşdür. Ümumiyyətlə modelin dizaynı 3-cü seriya BMW-lərdən kifayət qədər fərqlənir.
BMW M3
BMW M3 BMW motorsport bölgüsü tərəfindən hazırlanmış BMW 3-Seriasının yüksək-performansli versiyasidır. Modelləri E30, E36, E46 və E90/E92/E93 və F80 3-seriyası əldə edilmişdir.Cupe,sedan və kabrio govde üslub ilə satılır. Qara BMW M3 F80 bəzi insanlara görə yaxşıdır. "Standard" 3-Series avtomobil üzərində yüksəltmeləri daha güclü və performansli mühərrikləri daxildir.Sürət qutusu,əyləc sistemləri,aerodinamik aksesuarların yüksəldilmələri və üç-reng "M" (Motorsport) emblem ilə xarici və daxili vurğu yaxşılaşmışdır.Bu illər ərzində M3 və M5 öz sinfində ən güclü idman maşinları Mercedes-AMG və Audi Quattro (Audi RS) rəqabətə baxmayaraq qarşılaşdırıldığında qarşı reqibə çevrilmişdir.Son M3 coupe 2013 İyul 5-də Almaniyada yayılmışdır.
BMW M5
BMW M5 — avtomobil şirkəti BMW tərəfindən hazırlanmış, yüksək texnologiyalı avtomobil. BMW 5 Series sport sedanını təmsil edir. BMW M5 ilk dəfə 1984-cü ildə Amsterdam avtosalonunda əl istehsalı və 535i şassisi və dəyişdirilmiş BMW M1 mühərrikindən istifadə etməklə təqdim edilib. BMW M5 təqdim edildiyi andan dünyanın ən sürətli sedanı hesab olunurdu. 1970-ci illərin sonlarında həcmi 3,5 litr olan altı silindirli mühərrikə malik, BMW M hazırlanmışdır. 1980-ci illərdə BMW bu konsepsiyanı seriya istehsalına keçirdi, M5 belə yarandı. == E28 M5 (1985–1988) == İlk BMW M5 (E28 5 Series əsasında) 1984-cü ilin fevralında Amsterdam avtosalonunda debüt etdi. Sport avtomobilinin ümumi istehsalı ilə dörd qapılı sedan kateqoriyasından ibarətdir. BMW M5 535i şasisi və dəyişdirilmiş BMW M1 mühərrikindən istifadə edilib, çəkisi 1550 kq idi. E28 M5 təqdim edildiyi andan dünyanın ən sürətli sedanı hesab olunurdu.
BMW R1200GS
== Mənbə ==
BMW X
BMW X Models - BMW-nın istehsal etdiyi krossover və idman avtomobil modelləri:
BMW X1
BMW X1 — Almaniya avtomobil istehsalçısı BMW tərəfindən, 2009-cu ildən bu günə kimi BMW 3-cü seriyanın əsasında istehsal olunan kompakt krossover.
BMW X3
BMW X3 — Alman avtomobil istehsalçısı BMW tərəfindən, 2003-cü ildən bu günə kimi istehsal olunan lyuks kompakt krossover.
BMW X4
BMW X4 — Alman avtomobil istehsalçısı BMW tərəfindən, 2014-cü ildən bu günə kimi BMW X3-ün əsasında istehsal olunan kompakt lyuks krossover.
BMW X5
BMW X5 — Alman avtomobil istehsalçısı BMW tərəfindən, 1999-cu ildən bu günə kimi istehsal olunan lyuks krossover.
BMW X6
BMW X6 — Alman avtomobil istehsalçısı BMW tərəfindən, 2008-ci ildən bu günə kimi istehsal olunan orta ölçülü lyuks krossover.
BMW i8
BMW i8 — ön təkərləri elektrikli mühərriklə, arxa təkərlərinin isə benzinli turbo mühərriklə təchiz edilmiş əsas xüsusiyyətli maşın. Avtomobil sektorunda bir ilkə imza atan BMW-in bu avtomobillə ən müasir elektronika ilə təmin edilmişdir. "BMW i8"in bir digər xüsusiyyəti isə 4 təkərinin də çəkmə qabiliyyətinin olmasıdır. Mühərriki 362 at gücünə malikdir, maksimum sürəti 250 kilometrdir. Yanacaq sərfiyyatı 100 kilometrdə 2,5 litrdən aşağıdır. Avtomobil 1,5 litr silindr həcminə malikdir. "BMW I8" 100 km məsafəni 4,5 saniyədə yığa bilir.
BMW muzeyi
BMW Muzeyi — Almaniyanın Münhen şəhərində yerləşən avtomobil muzeyi. 1972-ci ildə – Yay Olimpiadalarından əvvəl açılmışdır. Muzey BMWnin tarixi haqqındadır və muzeydə BMW-nin köhnə avtomobilləri nümayiş olunur. == BMW muzeyi rəqəmlərdə == Hər il muzeyə 250.000-dən çox insan baş çəkir. Belə kiçik davamiyyət reklamın praktiki olaraq tam yoxluğuyla izah olunur.
Böv
Bövlər (lat. Solifugae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. 50–70 mm, az qismi 10–15 mm ölçüdə olurlar. Qonur-sarı, sarımtıl, nadir hallarda alabəzək və ya tünd rəngdə olurlar. "Solpuqi" sözü latın dilindən tərcümədə "günəşdən qaçan deməkdir. == Ümumi quruluşu == Baş-döş şöbədə xeliser, pedipalplar və 4 cüt yürüş ayaqları yerləşir. Xeliserləri iridir, güclü qısqaclara malikdir. Bövlərin pedipalpları quruluşuna görə ayaqlara oxşayır, lakin caynaqları yoxdur. Pedipalplar müxtəlif funksiyalar yerinə yetirir. Onlar hərəkətə, şikarın tutulmasına xidmət edir, həmçinin hissetmə orqanıdır.
Bor-e-Bar
Bor-e-Bar (fr. Bor-et-Bar, oks. Vòrs e Bar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12029. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 184 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 96 yaşında (15-64 yaş arasında) 65 nəfər iqtisadi cəhətdən fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,7%, 1999-cu ildə 69.4%).
Ki Bo-Bae
Ki Bo-Bae (d. 20 fevral 1988, Anyang, Cənubi Koreya) — Cənubi Koreyalı oxatan. Ki Bo-Bae 2012-ci ildə Londonda, 2016-cı ildə isə Rio-de-Janeyroda Olimpiya Oyunlarının çempionu olub. O, həmçinin üç dəfə Dünya Çempionatında, bir dəfə isə Asiya Oyunlarının qızıl medalını qazanıb. == Karyerası == Ki Bo-Bae birinci ciddi uğurunu 2011-ci ildə İtaliyanın Turin şəhərində qazandı. O, Dünya Çempionatında qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medal qazandı. Növbəti 2012-ci ildə isə Ki Bo-Bae XXX Yay Olimpiya Oyunlarında fərdi və komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. Ki Bo-Bae növbəti uğurunu 2013-cü ildə Antalya şəhərində qazandı. Ki Bo-Bae komanda və qarışıq komanda yarışlarında qızıl medal qazandı. 2 il sonra isə Ki Bo-Bae Danimarkanın paytaxtı Kopenhagen şəhərində fərdi və qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medala sahib çıxdı.