Electronic flight instrument system
EFIS (ing. Electronic flight instrument system, pilotaj cihazlarının elektron sistemi). Hava naviqasiyası məsələləri üçün təyyarənin kabinəsində stasionar şəkildə quraşdırılır. Uçuş məlumatlarına elektromexaniki nəzarət texnologiyasını əvəz edən ilk tam rəqəmsal sistemlərdən biridir. 1980-ci illərin sonlarından Boeing və Airbus təyyarələrində quraşdırılır.
Ümumiyyətlə iki uçuş displeydən (PFD) və iki çoxfunksiyalı displeydən (MFD) ibarətdir. Cari onillikdə maye kristallik displeylər şüa borularını (ELT) istifadə edən uçuş cihazlarının əvvəlki nəsilini dəyişmişdir.
Bu gün EFIS elektron uçuş-informasiya sistemlərinin müasir dünya nümunəsi kimi tanınır. Daxili sistem uçuş və naviqasiya məlumatlarını göstərmək üçün nəzərdə tutulmuşdur. Bu elektron-kompüter vasitəsi bir çox sensorlar sayəsində fəaliyyət göstərir.