Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boris
Boris — kişi adı. Boris Yeltsin — Rusiya dövlət xadimi və siyasətçisi Boris Antonov — Boris Kolker — Boris Xetaqurov — Boris Çinkin — Aktyor. Boris Baykov — Aktyor. Boris Rudnev — Aktyor. Boris Svetlov — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. Boris Barnet — Rejissor, montajçı, aktyor Boris Berezovski — Rusiya siyasətçisi. Boris Frumkin — kino dirijoru. Boris Medvedev — Rejissor. Boris Pumpyanski — operator, ssenari müəllifi, rejissor. Boris Conson — London şəhərinin meri Boris Laskin — ssenari müəllifi.
Benish GPS
Benish GPS kompaniyası dünya bazarında 26 ildən artıq, avtomobil parkının effektiv və əməli istismar, dispetçerləşdirilmə və GPS bazasında təhlükəsizliyinin təmin edilməsi və video texnologiyalar üçün həllər və sistemlər sahəsində lideridir. == Layihələr == Bizim kompaniya həmin sahədə ən geniş və kompleks layihələri tətbiq edir: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. Ukrayna DİN: DYP Departamentinin yol-patrul xidmətinin iş avtomobillərinin monitorinqi və idarə edilməsi üçün Apparat-proqram kompleksinin işlənməsi və tətbiq edilməsi (4 000-dən çox nəqliyyat vasitələri həmin kompleks ilə təchiz edilib), həmçinin, nəzarət altında olan şəxslərin monitorinq sistemi üzrə nadir layihə (elektron qolbaqlar); Ukrayna Dövlət gömrük xidməti üçün tranzit yüklərin qeydiyyatı və monitorinqi sistemi (2 500-dən artıq BeniLock elektron qıfıllar); “Ukrzaliznıtsya” Dövlət şirkəti: GPS / QLONASS texnologiyaları əsasında bütün lokomotivlərin nəzarət və qeydiyyatı üçün Avtomatlaşdırılmış sistemin tətbiq edilməsi (3 200-dən çox nəqliyyat vasitələri həmin sistem ilə təchiz edilib); Ukrayna ekologiya və təbii sərvətlər Nazirliyi: nəqliyyat vasitələrin və heyətin geoinformasiya kontrolu, monitorinqi və idarə edilməsi üçün Avtomatlaşdırılmış sistemin tətbiq edilməsi (3 300-dən çox obyekt); “Ukrpoçta” Ukrayna dövlət poçt rabitəsi müəssisəsi: GPS / GSM texnologiyaları əsasında nəqliyyat vasitələrinin vəziyyətlərinin (statuslarını) müəyyən edilməsi üçün Peyk sisteminin proqram-apparat kompleksinin tətbiq edilməsi və müşayiəti (4 000-dən çox nəqliyyat vasitələri həmin kompleks ilə təchiz edilib); “Kiyevpastrans” kommunal müəssisəsi: Kiyev şəhərində şəhər yerüstü nəqliyyat vasitələrinin hərəkətinin dispetçerlər vasitəsilə idarə edilməsi üçün Avtomatlaşdırılmış sistemin işlənməsi və tətbiq edilməsi, dayanacaqlarda və “Kiyevpastrans” KM-nin nəqliyyat vəsitələrinin salonlarında videomüşahidə sisteminin quraşdırılmasi (2 500-dən çox nəqliyyat vasitələri həmin sistem ilə təshiz edilib); “Qorelektrotrans” Xarkov kommunal müəssisəsi: nəzarət sisteminin hərəkət edən heyət və xüsusi texnika xəttində daxil olunması və xidməti – şəhər kommunal sərnişin nəqliyyat vasitələrinin və fərdi yük daşıyıcılarının hərəkət edən heyəti obyektlərinin avtomatlaşdırılmış dispetçer idarəsi (2 000-dən artıq nəqliyyat vasitələrinə quraşdırılıb); Ukrayna İnfrastruktura Nazirlik üçün nəqliyyat vasitələrinin nəzarəti və qeydiyyatı sistemi 3 000-dən artıq nəqliyyat vasitələrinə quraşdırılıb); “Ukrzerno” Ukrayna Dövlət ərzaq-alıcı üçün Benish AGRO proqramlar kompleksi (1 800-dən artıq nəqliyyat vasitələrinə quraşdırılıb); Aşağıda göstərilmiş ticarət strukturlar üçün həllər: British American Tobacco, Henkel Bautechnic Ukraine, DHL Ukraine, Kraft Foods Ukraine, CC Roshen, ATB supermarketlər şəbəkəsi, “Teva”, “Farmak”, Ukrayna Avtomobil korporasiyası (UkrAVTO), Gedeon Richter, AAT PHARMA LTD, Nycomed, Obolon, Ukrros-trans, TH Elite, Budpostach, Wirtgen, Vinkor, Grinko Group, Vesma, “Regal Petroleum Corporation Limited” DP, Sumitek, RABEN, MSD, Novo Nordisk, “Borispol” beynəlxalq hava limanı” dövlət şirkəti, Nikomed, Rekordati – “FİC Medical”, Abril Farma və s. (on minlərlə nəqliyyat vasitələri təchiz edilib); Maliyya strukturlar üçün həllər (on minlərlə nəqliyyat vasitələri təchiz edilib): lizinq kompaniyaları: “Raiffeisen Leasing Aval", "VAB Leasing», AVIS (FDI "VIP-RENT"), "Euro Leasing», Budget («Rental Group"), "First Leasing Company» (ALDAUTOMOTIVE), «Hypo Alpe-Adria-Leasing", "Credit Europe Leasing", "Nico Leasing", "LD-Leasing" və s. Çoxlu başqa Ukrayna dövlət və kommersiya strukturları; Nəqliyyat vasitələrinin, heyətin və yüklərin GPS monitorinqi sahəsində Benish GPS kompleks həllərinin tətbiq edilməsi idarəetmə, nəzarət və müştəri-müəssisədə hesabat proseslərinin optimallaşdırılmasını həyata keçirməyə kömək edir, həmçinin, nəqliyyat vasitələrini istismarı ilə bağlı xərclərin azaldılmasında və şirkətin mənffətliyinin artmasında müəyyən müsbət rol oynayır. == Məhsul == http://www.benishgps.com/az/products/sputnikovaya_sistema_monitoringa_transporta/ NƏQLIYYAT VASITƏLƏRININ MONITORINQI ÜÇÜN PEYK SISTEMI Sizin avtoparkınızın effektiv idarı edilməsi! Müasir sünyada şirkətin uzunmüddətli və rəqabətə layiq inkişafı yeniaçılmış peyk texnologiyalarının və pozisiyalaşdırma sistemlərinin istifadəsi olmadan mümkün deyil. Həmin şərtlərin yerinə yetirilməsi avadanlaqların qüsursuz və etibarlı istismarınıbütün istifadə müssəti ərzində təmin edir. Belə həllərin istifadəsi zamanı alınan üstünlüklərin parlaq ifadəsi benish GPS şirkəti ilə təqdim olunan yeganə avtomatlaşdırılmış GPS-monitorinqi sistemidir. Həmin sistem aşağıdakıları mümkün edir: Real zaman rejimində işçilərin iş avtomobillərinin hara olduqlarını bilmək və onların hərəkətini izləmək; Şirkət işçiləri ilə iş vaxtının səmərəsi və effektiv istifadəsini yoxlamaq: iş günü nə zaman başlayır və sona çatır, məntəqələrə gün ərzində gəlmə zamanı və s.; İş və istirahət zamanı nəqliyyat vasitələrinin hərəkəti haqqənda məlumatları almaq və onlara nəzarət etmək, alışqan və sürtkü materiallarının limitlərini azaltmaq, nəqliyyat vasitələrinin məqsədəuyğun olmayan istifadəsinin qabağını almaq, işçilərin intizam səviyyəsini yüksəltmək; Sürət rejiminin pozulmalarına nəzarət etmək, və bununla yol hərəkərinin bütün iştirakçılarının, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizlik səviyyəsini yüksəltmək; Sistemi müştərilərin istəklərinə uyğun olaraq dəyişmək.
Dodaq boyası
Dodaq boyası — əsasən qadınların dodaqlarına çəkdikləri müxtəlif rəngli kosmetik məhsul. == Tarixi == Dodaq boyama mədəniyyəti təxminən 5000 il bundan əvvələ təsadüf edir. Dodaq boyasını ilk icad edənlər qədim Mesopotomiyalılar hesab edilir. Qədim zamanlarda qadınlar dəyərli daşları əzərək əldə etdikləri rəngdən dodaqlarını boyamaq üçün istifadə etmişlər. Qədim Misirdə isə dodaq boyasından istifadə kral və şahzadə ailələrinə mənsub olmuş, onlar böcək, bitki, yod, brom, yosun, balıq pulcuğu və oxralardan istifadə edərək dodaq boyası əldə edirdilər. Orta əsrlərdə kilsə güclü bir təşkilat idi və buna görə dodaq boyasını günah hesab etdiyi üçün qadağan etmişdir, amma sonrakı dövrdə bu mədəniyyət sərbəstləşdirilmişdir.
Erməni Borisi
Börü (əvvəlki adı: Erməni Borisi) — Azərbaycan Respublikasının Goranboy rayonunun Börü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Erməni Borisi kəndi Börü kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Börü kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 155 nəfər əhali yaşayır.
Rus Borisi
Rus Borisi — Azərbaycan Respublikasının Goranboy rayonunun Rus Borisi kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kəndin əhalisi əhalisi 1893-cü ildə bura Rusiya çarı tərəfindən köçürülmüş rus kolonistlərindən ibarət olub. Sovet dövründə kənd xeyli böyümüş, kəndin əhalisi təxminən 2.000 nəfərə yaxın olub. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra rusların bir çoxu kimi, bu kəndin də əhalisi Azərbaycanı tərk etməyə başladılar. Boş qalmış evlərdə əsasən Xocalıdan olan azərbaycanlılar məskunlaşıb. == Toponimikası == Rus Borisi kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1842-ci ildə Çar hökumətinin ucqarlara köçürdüyü Tambov və Saratov quberniyalarından olan duxobor və malakan ailələri salmışdır. Yaşayış məntəqəsi o zaman Paris adlanan kəndin yaxınlığında yerləşdiyinə görə Rus Parisi, sonralar təhrif olunaraq Rus Borisi adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 251 nəfər əhali yaşayır.. Hal-hazırda kəndin 500 nəfərə yaxın əhalisi var, bunun 80%-ni azərbaycanlılar təşkil edir.
Dırnaq boyası
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. == Tarixi == Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədi ilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Boris-Arıta
Boris-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Şimalında Kutun-Tyebyoleqe cənubunda isə Canqılax-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şərqində Boris-Byolkyoyo adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Maksimal hündürlüyü 3 metrdir. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Boris Adrianov
Boris Mixayloviç Adrianov (rus. Бори́с Миха́йлович Адриа́нов; 31 dekabr 1920 – 10 oktyabr 1993, Moskva) — SSRİ pilotu, əməkdar sınaq pilotu. O, İkinci Dünya müharibəsi illərində döyüşlərdə iştirak etmiş, buna görə təltif edilmişdir. 1960-cı ildə Adrianov Beynəlxalq Aviasiya Federasiyası tərəfindən "de Lavo" medalı ilə qeyd olunan qapalı döngədə mütləq dünya sürət rekordunu qoymuşdur.
Boris Akunin
Boris Akunin (əsl adı Qriqori Şalvoviç Çxartişvili, gürcü: გრიგორი შალვას ძე ჩხარტიშვილი; 20 may 1956[…], Zestafoni və ya Tbilisi) — rus yazıçısı, yaponşünas alim, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim. Ayrıca Anatoli Brusnikin, Anna Borisova ədəbi təxəllüsləri ilə nəşr edilib. O, daha çox detektiv və tarixi fantastika üslubunda yazan yazıçı kimi tanınır. Akunin həm də esseist və bədii tərcüməçidir. Onun əsərlərinin personajları arasında Erast Fandorin, Nikolay Fandorin və Pelaqeya bacı məşhurdur. Akunin siyasi bəyanatları və Rusiya prezidenti Vladimir Putin rejimini tənqid etməsi ilə tanınır. Belə ki, Çxartişvili "Liberation" qəzetinə müsahibəsində Putini "sevilməkdən daha çox qorxutmağı üstün tutan imperator Kaliqula" ilə müqayisə edib. Putinin isə öz növbəsində onun bu mövqeyinin, Qriqori Çxartişvilinin gürcü mənşəli olmasına görə şəxsi narazılığı ilə bağlı olduğunu bidirib (Qeyd edək ki, 2008-ci ildə Rusiya–Gürcüstan müharibəsi dövründə, Rusiya Gürcüstanı bombalamışdı). Boris Akunin Rusiyanı tərk edərək 2014-cü ildən Londonda yaşayır. == Həyatı == Qriqori Çxartişvili artilleriya zabiti, Böyük Vətən Müharibəsi iştirakçısı, Qırmızı Ulduz ordeninin kavaleri.
Boris Andreyev
Boris Andreyev – rus aktyoru. == Kino fəaliyyəti == Nazar Duma (“Traktorçular”, 1939) kinoda ilk roludur. “Böyük həyat” (1-ci seriyası 1940), “Boqdan Xmelnitski” (1941), “İki döyüşçü” (1943), “Sibir torpağı haqqında dastan” (1948), “Böyük ailə” (1954), “İlya Muromets” “Alovlu illərin povesti” (1961), “Nikbin faciə” (1963), “Dəfinələr adası” (1971), “Vanyuşinin uşaqları” (1973), “Mənim işim” (1976) və s. filmlərdə çəkilmişdir. Andreyevin yaratdığı obrazlar xarakterinin mənəvi zənginliyi, genişliyi ilə fərqlənir.
Boris Kolker
Boris Qriqoryeviç Kolker (rus. Бори́с Григо́рьевич Ко́лкер; 15 iyul 1939, Tiraspol, Moldova MSSR, SSRİ) — sovet esperantoloqu, dil pedaqoqu və tərcüməçi, müxtəlif bilik səviyyələri üçün bir neçə esperanto dili dərsliyinin müəllifi. == Həyatı == Boris Kolker 15 iyul 1939-cu ildə Moldova MSSR-in Tiraspol şəhərində doğulmuşdur. Anası - iqtisadçı Fanya Samoylovna Kolker Xarkov Ticarət İnstitutunun məzunudur; atası — Qriqori Davidoviç Kolker, tərtibatçı-rəssam və fotoqrafdır. 1940-cı ildə ailə Kişinyova köçmüşdür. 1944-1965-ci illərdə Moldova SSR-nin Kişinyov şəhərində, 1965-1993-cü illərdə isə Başqırdıstan MSSR-in Birsk və Ufa şəhərlərində yaşamışdır. 1993-cü ildən ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayır. 1962-ci ildə Kişinyov Universitetini "Rus dili, ədəbiyyatı və fransız dili" ixtisası üzrə bitirib. 1985-ci ildə SSRİ EA-nın Dilçilik İnstitutunda ümumi dilçilik ixtisası üzrə esperanto mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Kişinyovda Krupskaya adına Respublika Kitabxanasında biblioqraf, Birsk Pedaqoji İnstitutunun və Başqırd Pedaqoji İnstitutunun xarici dillər fakültələrində baş müəllim, Ufa Aviasiya İnstitutunda tərcüməçi, Ufa Mühərrik İstehsalı Zavodunda Reno fransız maşınqayırma şirkətinin mütəxəssislərinin tərcüməçisi, VNİİ-nin neft sənayesi geofizikasında baş elmi işçi və tərcümə bürosu müdiri işləmişdir.
Boris Laskin
Boris Savelyeviç Laskin — sovet ssenaristi. == Həyatı == Boris Laskin 22 iyul 1914-cü ildə Orşada anadan olub. ÜDKİ-nin ssenari fakültəsində təhsil alıb (1935). Boris Laskin 22 avqust 1983-cü ildə vəfat edib.
Boris Listenqarten
Listenqarten Boris Moyiseyeviç — geologiya-mineralogiya elmləri doktoru, professor == Həyatı == Listenqarten Boris Moyiseyeviç Bakı şəhərində anadan olmuşdur. Mühəndis-geoloq ixtisası üzrə AzSİ-nu bitirdikdən sonra onun həyat yolu "Leninneft" tresti ilə bağlı olmuşdu və burada o geoloq, geoloji dəstənin rəhbəri işləmişdir. Listenqarten B.M. "Azneftgeofizika" trestinin geoloji xidmətinə rəhbərlik edib, sonra isə "Leninneft" trestinin baş geoloqu təyin edilmişdi. 1963-cü ildə "Neft-mədən geologiyasında radioaktiv üsullar" mövzusunda namizədlik, 1966-cı ildə isə "İstismarın gec mərhələsində olan neft və qaz yataqlarının işlənilməsinin geoloji əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1964-1982-ci illərdə Listenqarten B.M. Azərbaycan DNQYPİ-nun neft, qaz və qaz-kondensat yataqlarının geoloji tədqiqatları laboratoriyasına rəhbərlik edib. == Elmi fəaliyyəti == Listenqarten B.M. neft-qaz geologiyası sahəsində tanınmış alimdir. Onun tədqiqatları və əldə etdiyi nəticələr "Makarov b.", "Bulla-dəniz", "Palçıq-Pilpiləsi" və s. neft və qaz-kondensat yataqlarının karbohidrogen ehtiyatlarının hesablanması, işlənilməsinin layihə edilməsi və təhlili üçün əsas olub. Elmi tədqiqatların sahəsi: radioaktiv üsulların neft-mədən geologiyasına tətbiqi; mədən geofizikası. Listenqarten B.M. onlarla elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.
Boris Livanov
Boris Nikolayeviç Livanov (rus. Бори́с Никола́евич Лива́нов; 25 aprel (8 may) 1904, Moskva – 22 sentyabr 1972, Moskva) — sovet aktyoru, teatr rejissoru, SSRİ xalq artisti (1948), Stalin mükafatı (1941, 1942, 1947, 1949, 1950) və SSRİ Dövlət mükafatı (1970) laureatı, Vasili Livanovun atası. == Həyatı == Boris Livanov 1924-cü ildən Moskva Bədaye Teatrının aktyoru, 50-ci illərdən eyni zamanda rejissoru olmuşdur. Ən yaxşı rolları Şvandiya ("Lyubov Yarovaya", K.Trenyov), Nozdryov ("Ölü canlar", N.Qoqolun eyniadlı əsəri üzrə), Solyonı ("Üç bacı", A.Çexov), Rıbakov ("Kreml saatı", N.Poqodin), Yeqor Bulıçov ("Yeqor Bulıçov və başqaları", M.Qorki), Dmitri Karamazov ("Karamazov qardaşları", F.Dostoyevskinin eyniadlı əsəri üzrə) və b. olmuşdur. 1924-cü ildən kinoda çəkilmişdir. "Dubrovski" (1936), "Baltik deputatı" (1937), "Minin və Pojarski" (1939), ""Varyaq" kreyseri" (1947), "Admiral Uşakov" (1953), "Dəniz haqqında poema" (1958) və. Lenin ordeni, 5 başqa orden və medallarla təltif edilmişdir.
Boris Lukinski
Boris Dmitriyeviç Lukinski — teatr rejissoru və aktyoru. == Həyatı == Boris Dmitriyeviç Lukinski 1971-ci ildə Sverdlovsk şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirib. 1972-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktyor vəzifəsində işləyib. 1998-ci ildən quruluşçu rejissor kimi fəaliyyət göstərir. B.Lukinskinin aktyorluq rollarından V.İ.Lenin (R.İbrahimbəyov "Ultimatum"), Mortimer (F.Şiller "Mariya Stüart"), Fabrisio (Qoldoni "Xozəyka qostinisı"), Alyoşa (M.Qorki "Na dne"), Aleksey (V.Rozov "Kabançik") kimi rollar qeyd etmək olar. Quruluşçu-rejissor kimi 20-dən artıq tamaşa səhnələşdirib. Onun "Xitroumnaya vlüblennaya" L.de Veqa, "Kadril" V.Qurkin, "Çinqizxanın sirri" M.Şaxanov, "Burla Xatun" N.Xəzri, "Daha bir Cekson" X.Berqer kimi tamaşaları misal gətirmək olar. Əməkdar artistdir.
Boris Matis
Boris Matiz (15 avqust 1997-ci ildə anadan olub) — Everton klubundan icarə əsasında Liqa 1 təmsilçilərindən olan Northempton Taun klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Matis Olimpik Lion klubu ilə inkişaf etmişdir. Matis 2015-ci ildə Liqa 1 təmsilçilərindən olan Metz klubu ilə müqavilə imzalamışdır. O, Liqa 1-də debütünü 5 aprel 2017-ci ildə Lion klubuna qarşı oyunda etmişdir. Matis üç gün sonra Metz klubu ilə Liqa 1-də Bordo klubuna qarşı oyunda da iştirak etmişdir. Hər iki oyun Metz klubunun 0-3 hesablı məğlubiyyəti ilə başa çatmışdır. 5 iyul 2017-ci ildə Matis Everton klubunun U-23 yığması ilə iki illik müqavilə imzalamışdır. O, 2018-ci ilin yanvar ayında Northempton Taun klubuna icarəyə verilmişdir.
Boris Mixaylov
Boris Mixaylov (ukr. Борис Андрійович Михайлов 25 avqust 1938[…], Xarkov, SSRİ) — Ukraynalı rəssam, fotoqraf. == Bioqrafiya == Boris Mixaylov, ən əhəmiyyətli müasir fotoqraflardan biri, təhsil mühəndisidir. Onun yaradıcılıq yolu və ilk fotoşəkilləri Xarkovda başlamışdır. Onun əsəri sosial sənədli fotoqrafiya rəmzləri oldu. 1960-cı illərin sonlarında ilk sərgisini keçirdi. Onun çılpaq arvadının fotoşəkillərini tapıldıqdan sonra onu pornoqrafiyadan suçladılar. Sonra o Xarkov zavodunda mühəndis işini tərk etmək və müxtəlif işlərdə əlavə pul qazanmaq, bütün boş vaxtlarını fotoşəkillərlə təmin etmək məcburiyyətində qaldı. 1998-ci ildən bəri sənətə tamamilə həsr olundu. O gündəlik həyatın sənədli səhnələrini çəkdi.
Boris Nemtsov
Boris Efimoviç Nemtsov (rus. Борис Ефимович Немцóв) — rus liberal siyasətçi. Nemtsov Rusiyanın Sovet iqtisadi modelindən kapitalist modelinə keçidi mərhələsində çox mühüm rol oynamışdır. Prezident Boris Yeltsin rəhbərliyində (1990-cı illərdə) uğurlu siyasi kareyeraya malik olmuşdur. 2000-ci ildən ölümünə qədər Vladimir Putinin açıq-aşkar ən böyük tənqidçisi olan Nemtsov, 27 fevral 2015-ci ildə ukraynalı sevgilisi Anna Duritskaya ilə birlikdə olarkən Moskva şəhərindəki Kremlin körpüsünün yaxınlığında arxadan açılan atəş nəticəsində qətlə yetirilmişdir. Qətlə yetirilməsindən bir neçə həftə əvvəl Putinin onu öldürə biləcəyini bildirmişdir. 2017-ci ilin iyununda Nemtsovun qətlində günahlandırılaraq 5 çeçen həbs edilmiş və onlar məhkəmədə bunu 15 milyon rubl (253.000 dollar) müqabilində etdiklərini etiraf etmişdirlər. Lakin bu qətlin sifarişinin kim tərəfindən verilməsi hələ də bilinmir. Nemtsov Putin hakimiyyətini avtoritarlığın yüksəlişinə, qeyri-demokratik rejimə, məmur özbaşnalığına, korrupsiyaya, Soçi Olimdiyadasının təşkilindəki yeyintilərə, Rusiyanın Ukraynaya siyasi və hərbi müdaxiləsinə görə tənqid edirdi. 2008-ci ildən sonra Nemtsov birbaşa Putin ilə əlaqələndirilən korrupsiya və yeyinti ilə bağlı apardığı araşdırmanı yayımladı.
Boris Pasternak
Boris Leonidoviç Pasternak (rus. Борис Леонидович Пастернак, təxminən 1920-ci ilə qədər Boris İsaakoviç Pasternak; 29 yanvar (10 fevral) 1890, Moskva – 30 may 1960[…], Peredelkino[d], Moskva vilayəti) — rus şair, yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1958). == Həyatı == Boris Leonidoviç Pasternak yəhudi əsilli rus sovet şairi və yazıçı, sovet ədəbiyyatının Nobel mükafatı alan ilk nümayəndəsidir. Moskvada, ziyalı ailəsində doğulmuşdu. Atası Leonid Pasternak Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq məktəbinin professoru və tanınmış portretçi-rəssam, anası Poza Kaufman isə uşaqlarının tərbiyəsi üçün musiqi karyerasından imtina etmiş məşhur pianoçu idi. Ailənin mütəvazi güzəranına baxmayaraq, Pasternakların evi Moskva bomondunun toplaşdığı əsas yerlərdən biri idi. Bu evdə Lev Tolstoy, Raxmaninov, Skryabin, Erix Mariya Rilke və s. məşhur adamlar olmuşdular. Rəssamlıq və musiqi mühitində böyüyən Boris Pasternak əvvəlcə Moskva Konservatoriyasında kompozisiya nəzəriyyəsini öyrənməyə başlamışdı. Lakin musiqi duyumunun yetərincə olmadığını başa düşdükdən sonra bu işdən əl çəkmişdi.
Boris Paton
Boris Yevgenyeviç Paton (ukr. Борис Євгенович Патон, 14 noyabr 1918, Kiyev – 19 avqust 2020, Kiyev) — Metallurgiya və metal texnologiyası sahəsində sovet və ukraynalı alim, texnika elmləri doktoru, professor. 1962-ci ildən Ukrayna Milli Elmlər Akademiyasının prezidenti. 1953-cü ildən - E. O. Paton adına Elektrik Qaynaq İnstitutunun direktoru işləmişdir. Dünyasını dəyişdiyi zaman o, dünyanın ən yaşlı (həm yaşına, həm də səlahiyyət müddətinə görə) dövlət Elmlər Akademiyasının prezidenti, həmçinin Ukrayna Milli Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının ən yaşlı (həm yaşına, həm də səlahiyyət müddətinə görə) yaşayan həqiqi üzvü olmuşdur. SSRİ Elmlər Akademiyasının akademiki (1962); Rusiya Mühəndislik Akademiyasının və Beynəlxalq Mühəndislik Akademiyasının fəxri prezidenti olur. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1969, 1978), Ukrayna Qəhrəmanı (1998) SSRİ-nin əməkdar ixtiraçısı (1983), Lenin mükafatı (1957), 3-cü dərəcəli Stalin mükafatı (1950), SSRİ Nazirlər Sovetinin mükafatı və iki Ukrayna Dövlət Mükafatı (1970, 2004) laureatı. Dörd Lenin ordeni (1967, 1969, 1975, 1978) laureatı. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. SSRİ Ali Sovetinin deputatı (1962-1989), Ukrayna SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (1963-1980), Sovet İttifaqı Kommunist Partiyası MK-nin üzvü (1966-1991), Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyanın prezidenti, Roma Klubunun fəxri üzvü.
Boris Piotrovski
Boris Borisoviç Piotrovski (rus. Бори́с Бори́сович Пиотро́вский; 1 (14) fevral 1908, Sankt-Peterburq – 15 oktyabr 1990[…], Leninqrad) — sovet arxeoloq və şərqşünası. == Həyatı == Boris Borisoviç Piotrovski 14 fevral 1908-ci ildə Sankt-Peterburq şəhərində zadəgan ailəsində anadan olmuşdu.Ailəlikcə Orenburq şəhərinə köçmüşdülər. Bu şəhərdə orta təhsil almışdı. Elə bu şəhərdə də tarixlə ilgilənməyə başlamışdı. Boris Piotrovski 15 oktyabr 1990-cı ildə Sankt-Peterburq şəhərində vəfat edib.
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Boris Popov
Boris Popov (bolq. Борис Стефанов Попов; 8 iyun 1894, Sofiya, Bolqarıstan knyazlığı – 12 dekabr 1979, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Boris Popov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Centaurea albofimbriata Centaurea parilica Colchicum filifolium Colchicum soboliferum Eranthis bulgaricus Gymnadenia × borisii Hypecoum pendulum subsp. ponticum Jasione bulgarica == Əsərləri == Stefanoff, B. Monographie der Gattung Colchicum L.. — Sofia, 1926. — 100 p. Stefanoff, B. Herkunft und Entwicklung der Vegetationstypen in den Rhodopen. — Sofia, 1927. — 205 p.
Boris Pumpyanski
Boris Pumpyanski — operator, ssenari müəllifi, rejissor. == Tərcümeyi-hal == 1927-ci ildə bədii məktəbi, 1931-ci ildə Odessa kinotexnikumunun operator bölməsini qurtardı. 1931-ci ildən 1935-ci ilə qədər — operator və Azkino-Azerfilma kinostudiyasının xronika bölməsinin bədii rəhbəri kimi çalışdı. 1938-1943-cü illərdə isə — Alma-Ata xroniki-sənədli filmlər studiyasının operatoru kimi çalışdı. O, həmçinin cəbhə operatoru da olmuşdur. Cəbhədə çəkilişlər zamanı həlak olmuşdur. Azad edilmiş Çexoslovakiya filminin çəkilişlərinə görə Stalin mükafatı ilə təltif olunmuşdur. == Filmoqrafiya == === Operator olduğu filmlər === Pambıq koluna qulluq edilməsi (film, 1931) (qısametrajlı sənədli film) Azərbaycan diviziyasının düşərgələrində (film, 1932) (qısametrajlı sənədli film) Köçərilər (film, 1933) (tammetrajlı sənədli film) Neft simfoniyası (film, 1933) (qısametrajlı sənədli film) Məhəbbət oyunu (film, 1935) (tammetrajlı bədii film) === Ssenari müəllifi olduğu filmlər === Lökbatan (film, 1933) (qısametrajlı sənədli film) Şöhrətli Azərbaycan (film, 1935) === Rejissor olduğu filmlər === Lökbatan (film, 1933) (qısametrajlı sənədli film) Neft simfoniyası (film, 1933) (qısametrajlı sənədli film) Bakıda Oktyabrın 17-ci ildönümü (film, 1934) (qısametrajlı sənədli film) İnqilab tribunu (film, 1934) (qısametrajlı sənədli film) Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934) (qısametrajlı sənədli film) Şöhrətli Azərbaycan (film, 1935) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Boris Qelfand
Boris Abramoviç Gelfand (24 iyun 1968) — SSRİ və İsrail şahmatçısı, qrosmeyster. 6 dəfə dünya çempionluğuna namizəd (1991, 1994-1995, 2002, 2007, 2011, 2013), 2009-cu ildə "Şahmat Dünya Kuboku"nun və 2011-ci ildə Dünya Şahmat Namizədlər Turnirinin qalibi olub. Bunlar onu 2012-də Dünya Çempionluğuna iddiaçı edir. Vişvanatan Anandla oyunlar 6-6 nəticələnir. Qelfand həlledici sürətli (rapid) taybreakdə 3-1 uduzur. Qelfand 11-ci Şahmat Olimpiadasında iştirak edib və 1990 yanvarından bu yana FİDE-nin reytinq siyahısında top 25 oyunçu arasındadır . == Erkən illər == Boris Gelfand 24 iyub 1968-ci ildə Minskdə, Belarusiya SSR-də anadan olub. Valideynləri- Abram və Nella mühəndis olublar. Atası 5 yaşı olanda ona Averbakh və Beilin-nin Şahmat krallığına səyahət (Journey to the Chess Kingdom) kitabını aldı. Onun ilk məşqiçisi 1974-dən 1979-a kimi Eduard Zelkind olub.