Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ata Boyla xaqan
Ata Boyla xaqan — Türgiş xaqanlığının bilinən son hökmdarı. 759-cu ildə Çin sarayına səfir göndərmişdi.
Baylar
Baylar (özlərini baytszılar, baynilər – “ağ adamlar” adlandırırlar; 1956-cı ilədək Çin dilində mintszyalar, lisu dilində lemolar, nasi dilində namalar adlanırdılar) — Çinin cənub-qərbində yaşayan xalq. Sayları 1,858,063 nəfərdir (2015). == Ümumi məlumat == Əksəriyyəti (85%) bay xalqının Dali muxtar mahalında (1956-cı ildə yaradılmışdır), Yunnan əyalətinin qonşu qəzalarında, həmçinin Sıçuan, Xunan və Quyçjou əyalətlərində yaşayır. Erkən ayrılan Çin dillərindən biri olan və Tibet-Birma dillərinin təsirinə məruz qalan bay dilində danışırlar; Çin tədqiqatçılarının fikrincə bu dil Tibet-Birma dillərinə aiddir; üc dialekti var. 1950-ci illərdə latın qrafikası əsasında yazı sistemləri yaradılmışdır. VIII əsrdən heroqlif yazı sistemi (bouen, boven, lao-bayuen, lao-bayven) mövcud olmuşdur. Çin dili də yayılmışdır. Dindarların əksəriyəti (65%) ənənəvi dini etiqadlarını saxlayanlardır; 30%-i daosizimin elementlərini daşıyan buddistlər (mahayana), 5%-i isə xristianlardır. Bəzi tədqiqatçılara görə, e.ə. III əsrdə bu ərazidə məskunlaşmış Çin əsgərlərinin nəsilləridir.
Bayram
Bayram — milli, dini və xüsusi olaraq əhəmiyyəti olan,qeyd olunan gün və ya günlərdir. == Türk xalq mədəniyyətində bayramlar == Türk və altay xalq inancında bayram xüsusiyyəti daşıyan fərqli müqəddəs günlər tapılar. Türklərdə İslam əvvəli ümumi qəbul görmüş iki bayram vardır. Qoçaqan: Bahar gün dönümü. (Qoça və Saya) Paqtıqan: Payız gün dönümü. (Paqta və Payna)Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı tapılar. Qoçagan (Kosa) baharda edilir və Novruz bayramıdır, bahar gün dönümündedir. Qoça xan adına edilir. Paqtıqan (Paqta) isə payız gün dönümündedir və Baxtı Xan adına edilir. Yakutlar payız bayramına "Abası Isıyah", bahar bayramı ilə isə "Ayıhı Isıyah" deyərlər.
Bedlam
Bedlam ilk olaraq Londonda yerləşən ruhi xəstələr üçün hospitaldır. Daha sonra bedlam sözü xaos, qarmaqarışıqlıq mənasını verməyə başladı. == Tarixi == Bedlam hospitalı məşhur Taueronun qabağında tikilmişdir. Onu 1330-cu ildə burada xəstəxana tikilmiş, 1377-ci ildə isə ruhi xəstələr üçün xəstəxanaya çevrilmişdir. 1403-cü ildə burada cəmi 9 xəstə var idi. 1815-ci ildə bu xəstəxananın yerində burada nəhəng ruhi hospital tikilmişdir. Burada xəstələri zəncirlə bağlayıb, ac saxlayırdılar.
Beyram
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Boyama
Boyama — qələm, boya, flomaster və ya başqa bədii vasitələrlə müxtəlif kompozisiyaları rəngləmək üçün nəzərdə tutulmuş kitabdır və ya səhifədir. Kitabda rəsmin bütün konturları artıq çap edilmiş olur, lakin bütün rəsm, qara rəng istisna olmaqla, adətən rəngsiz olur. == Tarix == The Little Folks' Painting Book adını daşıyan ilk boyama kitabı 1880-ci ildə ABŞ-da, McLoughlin Brothers şirkəti tərəfindən hazırlanmışdır. 1907-ci ildə Riçard F. Autkolt (Richard F. Outcault) adlı müəllif boyama üçün komikslərdən ibarət olan Buster’s Paint Book kitabını nəşr etdirmişdir və ondan sonra boyama kitabları populyarlıq qazanmağa başlamışdırlar. 1960-cı illərdə boyama kitablarının “Qızıl vaxtı” başlamışdır və onlar uşaq mağazalarında ən populyar mala çevrilmişdirlər. Boyama kitablarında tozsoranlardan tutmuş avtomobillərə və müxtəlif komikslərin qəhrəmanlarınadək müxtəlif şəkillər təqdim edilirdi. 1980-ci illərdə bir neçə nəşriyyat evi böyüklər üçün maarifləndirici boyama kitabları nəşr etmişdirlər. Onlar rəngli kodlaşdırmanın və ətraflı sxemlərin köməkçi təhsil vasitələri kimi istifadə olunduğu anatomiya və fiziologiya kimi buraxılış ili səviyyəsində olan fənlərin öyrənilməsi üçün nəzərdə tutulmuşdur. Nümunə kimi “Anatomik boyama kitabı”nı (orijinal adı “The Anatomy Coloring Book”) və Uin Kapitin (Wynn Kapit) və Lourens Elsonun (Lawrence Elson) müəllifliyi altında HarperCollins (1990-cı illərdə) və Benjamin Cummings (2000-ci illərdə) nəşriyyat evlərində nəşr edilmiş sonrakı kitab seriyasını göstərmək olar. == Faydalı xüsusiyyətləri == Qələm və ya fırça ilə edilən monoton hərəkətlər insanı rahatlaşdırırlar.
Boyxan
Boyxan - Külüg Bilgə xanın ölümündən sonra hakimiyyətə onun baş naziri Boyxan gəldi. Hakimiyyətinin ilk üç ilini Çin vassalı olaraq yaşayan xaqan sonra ondan müstəqil olaraq hərəkət etməyə başladı. Çinli şahzadə tələb etsə də, Çin imperatoru buna razı olmadı. Xaqan buna görə dəfələrlə Çinə yürüşlər etdi. 821-ci ildə Çinlə sülh imzalamağa ömrü çatmadan öldü. Yerinə Çindexan seçildi.
Soylan
Əzizbəyov, Vayk, Soylan — Ermənistanda şəhər. Paşalı rayonunun inzibati mərkəzi.
Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Botlar
Botlar (lat. Bothidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Bobla
Bobla — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 134 nəfərdir. == Tarixi == Bobla Lerik rayonunun Dəstər inzibati ərazi vahidində kənd. Dağlıq ərazidədir. Kəndin ərazisindəki Bobla türbəsi pir hesab edilir. Kənd öz adını pirin adından almışdır. Talış dilindəki baba/boba (pir) və -lə (Şək.) komponentlərindən düzəlmiş bu oykonim "pir yeri" mənasındadır.
Bolad
Bolad (1240, Monqolustan – 26 aprel 1313, Arran) — Yuan sülaləsinin Elxanilərə göndərdiyi səfiri. == Həyatı == 1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci ilə birlikdə təhsil almış, çin dilini öyrənmişdi. 1260-cı ildə saray hakimi vəzifəsinə yüksəldi və 1264-cü ildə Arıq Buğanın məhkəməsi və 1282-ci ildə Əhməd Fənakatinin qətli işlərində hakimlik etdi. 1285-ci ildə Arqun xanın taxta keçməsindən sonra Elxanilər dövlətinə səfir kimi göndərildi. === Səfir kimi === ==== Arqun xan dövrü ==== 7 Aprel 1286-cı ildə Arqun xana yarlıq və tac gətirən Bolad, Kaydu xanın üsyanına görə Monqolustana qayıda bilmədi və bir həyat yoldaşı ilə iki oğlunu arxada qoydu. Oğulları daha sonra Yuan sülaləsində vəzifələrə yüksəldilər. Arqun xan tərəfindən cariyə və keşik verilərək Xorasan valisi təyin olundu. ==== Keyxatu xan dövrü ==== 1294-cü ildə Keyxatu xana yeni kağız valyutanın çapını məsləhət görmüşdü.
Boyad
Uzunboyad — Şabran rayonunda kənd. Sincanboyad — Şabran rayonunda kənd.
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. == Etimologiya == Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. == X-XIII əsrlər == İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı == XIV-XVII əsrlər == XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Bayram Hüseynli
Hüseynli Bayram Xəlil oğlu (22 mart 1923, Gəncə – iyul 1992) — musiqişünas, professor == Həyatı == Bayram Xəlil oğlu 1923-cü il martın 22-də Gəncə şəhərində anadan olub. Ilk musiqi təhsilini də burada alıb. 1941-ci ildə Gəncə musiqi texnikumuna daxil olub. 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakultəsində təhsilini davam etdirib və ali musiqi təhsili alıb, təhsil almaqla yanaşı M.Maqomayev adına Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblında işləyib, ansablın instrumental qrupuna rəhbərlik edib. Musiqi texnikumunda müəllim, Gəncə dövlət filarmoniyasında xormeyster işləyib. 1959-1962-ci illərdə Azərbaycan EA Me’marlıq və Incəsənət Intstitutunun aspiranturasında namizədlik mövzusu üzərində зalışıb, 1966-cı ildə "Azərbaycan xalq rəqs musiqisi" mövzusunda dissertasiya müdafiə edib və sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1972-ci ilə qədər Institutda elmi işзi kimi зalışıb, folklor tədqiqatları aparıb. 1970-ci ildən ömrünün sonuna kimi o, Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında elmi-pedaqoji fəaliyyət göstərib. 1976-cı ildə kafedranın dosenti, 1991-ci ildə isə professoru seзilib. B.X.Hüseynli uzun müddət Konservatoriyanın xalq musiqisi kabinetinə rəhbərlik edib.
Bayram Hüseynzadə
Bayram Hüseynzadə (25 dekabr 1974, Kükü, Şahbuz rayonu) — əməkdar jurnalist, Bakı Universiteti (1997–1998) və Azərbaycan müəllimi qəzetinin (2007–2017) baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Mühəndislik Universitetinin tərbiyə işləri üzrə prorektoru. == Həyatı == Bayram Əvəz oğlu Hüseynzadə 1974-cü il 25 dekabr tarixində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbər kadrların idarə olunması fakültəsini bitirib. 1998–2001-ci illərdə BDU-nun aspirantura şöbəsində təhsil almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 8 dekabr 2009-cu il tarixli qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.Ailələlidir. 3 övladı var. == Karyerası == 1997–1998-ci illərdə "Bakı Universiteti" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. 1998–2013-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatında baş mütəxəssis, sektor müdiri və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri vəzifələrini icra edib. Dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə 2005-ci ildə Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilib.
Bayram Kürdəxanlı
Bayram Kürdəxanılı (31 dekabr 1962, Bakı – 22 avqust 2017, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. Məşhur meyxanaları "Noldu sana" İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazmışdır. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib. === Həbsi === 2014-cü ilin iyul ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. == Vəfatı == Bayram Kürdəxanılını avtomobil vuraraq öldürüb. Hadisə 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində baş verib.
Bayram Kürdəxanılı
Bayram Kürdəxanılı (31 dekabr 1962, Bakı – 22 avqust 2017, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. Məşhur meyxanaları "Noldu sana" İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazmışdır. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib. === Həbsi === 2014-cü ilin iyul ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. == Vəfatı == Bayram Kürdəxanılını avtomobil vuraraq öldürüb. Hadisə 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində baş verib.
Bayram Musayev
Musayev Bayram Mehman oğlu (20 mart 2001, Sabirabad rayonu – 8 oktyabr 2020, Cəbrayıl rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Musayev Bayram Mehman oğlu 2001-ci il martın 20-də anadan olmuşdur. Novruzda doğulduğu üçün adını Bayram qoymuşdular. Orta məktəbi Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta məktəbində oxuyub. O öz istəyi ilə sənədlərini Sabirabad rayonu Peşə Liseyinə verir. Liseyi müvəffəqiyyətlə qurtararaq, traktorçu ixtisasına yiyələnmişdir. Bayramın 7 yaşı olanda anası Qızbəst xanım rəhmətə gedir, Bayram anadan yetim qalır. == Döyüş yolu == Bayram Musayev 2019-cu ilin iyulunda Sabirabad Rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Bayram həqiqi hərbi xidmətini Ağdam rayonunun “N”saylı hərbi hissəsində keçmişdir. İkinci Qarabağ müharibəsi başlayanda da hərbi hissədən birbaşa cəbhəyə yollanan Bayram, Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə fəal iştirak edir və 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalır.
Bayram Mustafayev
Bayram Bəxtiyar oğlu Mustafayev (23 may 1987; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2016-cı ildə XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == Bayram Mustafayev 1987-ci il mayın 23-də Bakı şəhərində anadan olub. Şəxsi məşqçisi Bəxtiyar Mustafayevdir. == Karyerası == Bayram Mustafayev 2011-ci ildə Kroli şəhərində (Birləşmiş Krallıq), 2013-cü ildə isə Eger şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatlarının qalibi oldu. Bayram Mustafayev 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Paralimpiadanın birinci görüşündə Rusiya nümayəndəsi Vihtor Rudenhoya qalib gələn Bayram Mustafayev, 1/4 final mərhələsində Çin nümayəndəsi Xu Jaoya məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi. Bu mərhələnin birinci görüşündə Bayram Mustafayev Əlcəzair nümayəndəsi Sid Ali Lamriya məğlub oldu və turniri yeddinci pillədə başa vurdu. Bayram Mustafayev 2014-cü ildə Kolorado Sprinqs şəhərində (ABŞ) Dünya Çempionatının qızıl medalına sahib oldu. 2015-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatında da qızıl medala sahib olan Bayram Mustafayev, üçüncü dəfə Avropa Çempionatının qalibi oldu.
Bayram Məmmədov
Bayram Məmmədov (1 mart 1995, Azərbaycan – 2 may 2021, Türkiyə) — azərbaycanlı ictimai-siyasi fəal; "Amnesty International"-ın tanıdığı sabiq siyasi məhbus. Bayram Məmmədov və dostu, digər siyasi fəal Qiyas İbrahim 2016-cı il mayın 10-u gecə saatlarında Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin abidəsinin postamentinin ön tərəfinə "FUCK THE SYSTEM", sol tərəfinə isə "QUL BAYRAMINIZ MÜBARƏK" ifadələrini yazdılar və həmin gündəcə Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələri ilə ittiham olundular. Nəticədə Bayram Məmmədov və Qiyas İbrahim 10 il müddətinə azadlıqdan məhrum edildi. 2019-cu cu il martın 16-da imzanan əfv sərəncamına əsasən Bayram və Qiyas azadlığa buraxıldı. == Həyatı == Bayram Məmmədov 1995-ci il martın 1-də anadan olub. O, 2 may 2021-ci ildə Türkiyədə ölüb. Rəsmi açıqlamaya görə, o, dənizdə boğulub. == Fəaliyyəti == Bayram Məmmədov və Qiyas İbrahim 2016-cı il mayın 10-u gecə saatlarında Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin abidəsinin postamentinin ön tərəfinə "FUCK THE SYSTEM", sol tərəfinə isə "QUL BAYRAMINIZ MÜBARƏK" ifadələrini yazdılar. Hər bir ifadənin aşağısında anarxistlərin rəmzidə yer aldı. Həmin fotolar mayın 10-u səhər saatlarında sosial mediada və xəbər portallarında yayıldı.
Bayram Nuruzadə
Bayram Nuruzadə (29 mart 1996-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Sumqayıt === Nuruzadə Sumqayıt FK akademiyası vasitəsilə inkişaf etmişdir. Nuruzadə əsas komanda ilə debütünü 20 dekabr 2013-cü ildə etmişdir. O, 84-cü dəqiqədə Xəzər-Lənkəran FK klubu ilə qarşılaşmada Aqşin Muxtaroğlunu əvəz etmişdir. Həmin görüşdə Sumqayıt Azərbaycan Premyer Liqası görüşündə Xəzər-Lənkərana 4-3 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Mart 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Bayram Nəsibov
Bayram İsmayıl oğlu Nəsibov - "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb. == Haqqında == 1930-cu il martın 22-də Todan kəndində anadan olmuşdur. 4 oğlu, 4 qızı qaldı. Böyük övladının 33,kiçiyinin isə 13 yaşı var. == Şəhid olması == Yanvarın 15-də Todan kəndinin üstündəki təpədə yerləşən Maraşen kəndi yaxınlığında və rusların yaşadığı Mixaylovka kəndi ətrafında toqquşmalar baş vermiş, ölənlər və yaralananlar olmuşdur.Nəsibov Bayram həmin gün kəndin müdafiəsi uğurundakı atışmada həlak olmuşdur. Gəncə qəbiristanlığında dəfn edilmişdir. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == Xarici keçidlər == Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik.
Bayram Ələsgərov
Bayram Ələsgərov Cavad oğlu 15 yanvar 1934, Miskinli, Gədəbəy rayonu – 2013) — coğrafiya elmlər doktoru, professor. == Həyatı == B.C.Ələsgərov 1934-cü ildə Azərbaycanın Gədəbəy rayonunda Rüstəm Əliyev kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakultəsini bitirərək mühəndis geoloq ixtisası almışdır. 1966–1969-cu illərdə AMEA Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsində aspirant olmuşdur. == Elmi fəaliyyəti == 1964–1965-ci illərdə Azərbaycan Geoloji İdarəsində istehsalatda işləyib. 1971-ci- ildə böyük elmi işçi 1991-ci-ildə aparıcı elmi işçi 1971-ci-ildə "Şəmkirçay-Zəyəmçay hövzələrinin paleocoğrafiyası" mövzusunda namizədlik dissertasiyası, 1990-cı-ildə isə "Pleystosendə Azərbaycanın paleocoğrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1969-cu-ildən Azərbaycan EA Coğrafiya institutunda işləyir. 2004-cü-ildən Paleocoğrafiya şöbəsinin rəhbəridir. Azərbaycan ərazisində Pleystosenin ayrı-ayrı əsrlərinin (Bakı, Xəzər, Xvalın və Holosen) relyefini, bitki və torpaq örtüyünü, iqlim şəraitini, çay şəbəkəsini, Xəzər dənizinin inkişaf tarixini bərpa etmək məqsədilə ardıcıl elmi tədqiqat işləri aparmışdır. Pleystosenin ayrı-ayrı əsrləri üçün paleocoğrafi, paleoiqlim, paleolandşaft xəritələrini (1:500 000 miqyaslı) tərtib etmiş və dəqiq məlumatlar vermişdir.