Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bavers
Bavers (fars. باورس‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,147 nəfər yaşayır (696 ailə).
Bem-Baverk
Oygen fon Bem-Baverk (alm. Eugen von Böhm-Bawerk‎; 12 fevral 1851[…], Brno, Bohemiya tacı torpaqları[d] – 27 avqust 1914[…], Kramzax[d], Tirol[d]) — Avstriya iqtisadçısı və dövlət xadimi. == Həyatı == == Fəaliyyəti == Avstriya məktəbinin son faydalıq nəzəriyyəsi Karl Mengerdən sonra Bem-Baverk tərəfindən dərinləşdirilmiş və zənginləşdirilmişdir. Bem-Baverkin müvafiq subyektiv-iqtisadi baxışları onun əsasən "Təsərrüfat nemətlərinin qiymət nəzəriyyəsinin əsasları" (1886), "Kapital və mənfəət" (1884), "Kapitalın pozitiv nəzəriyyəsi" (1889), "Marksist sistemin başa çatması" (1890) və s. əsərlərində əks olunmuşdur. Bem-Baverkin tədqiqatı üçün əsasən aşağıdakı istiqamətlər xasdır: - təkcə fərdi mübadilənin deyil, bütövlükdə bazar kateqoriyalarının, o cümlədən istehsal və bölgü sferalarının sistemli tədqiqatı əsasında subyektiv və obyektiv dəyər anlayışlarının bir-birindən fərqləndirilməsi və bu əsasda qiymətin subyektiv baxımdan səciyyələndirilməsi; - istehsal xərclərinin sahibkar tərəfindən subyektiv qiymətləndirilməsi və mövcud sərvətlərin gələcəyin və hazırkı dövrün sərvətlərinə bölünməsi əsasında "Gözləmələr nəzəriyyəsi"nin irəli sürülməsi. Mübadilə prosesini tədqiq edərkən Bem-Baverk yazırdı ki, ictimai mübadiləyə daxil olan hər kəs üç əsas prinsipdən çıxış etməlidir. Birincisi, mübadilə fayda gətirməlidir, yəni alqı-satqı zamanı əldə edilmiş məhsulun faydası satılmış məhsulun faydasından daha çox olmalıdır; İkincisi, mübadilənin hər bir iştirakçısı çalışır ki, onu özü üçün daha faydalı şərtlərlə həyata keçirsin; üçüncüsü isə, faydanın yüksək səviyyədə olmadığı hallarda mübadilədən imtina etməkdənsə, onu az fayda ilə həyata keçirmək daha münasibdir. Bem-Baverk Qossenin qanunlarından istifadə edərək istehlak dəyəri kimi mübadilə dəyərinin də məhsulların son faydalığı ilə subyektiv cəhətdən müəyyən olunduğunu sübut etməyə çalışırdı. O, subyektiv və obyektiv dəyər anlayışlarını bir-birindən fərqləndirmişdir.
Stiven Brayer
Stiven Brayer (ingl. Stephen Breyer, d. 15 avqust 1938-ci il, San-Fransisko, Kaliforniya) - amerikalı hüquqşünas, ABŞ Ali Məhkəməsinin üzvü. ABŞ prezidenti Bill Klinton tərəfindən təyin edilmişdir. Yəhudi ailəsində doğulmuşdur. Stenford universiteti və Harvard hüquq məktəbində təhsil almış, Harvard hüquq məktəbində dərs demişdir. Brayerin müəllimlərindən biri Nürnberq prosesinin "memarlarından" biri Benjamin Kaplan idi. 1980-ci ildən 1994-cü ilə qədər ABŞ birinci dairə Apelyasiya məhkəməsində hakim olmuşdur (1990-1994-cü illərdə həmin məhkəmənin sədri vəzifəsində çalışmışdır). 3 avqust 1994-cü ildə Senatın təsdiqindən sonra Ali Məhkəmənin üzvü olmuşdur. Məhkəmənin ən liberal hakimlərindən biri sayılır.
Brave (brauzer)
Brave — Chromium brauzeri koduna əsaslanan Brave şirkəti tərəfindən hazırlanmış pulsuz və açıq mənbəli veb-brauzerdir. Bir çox digər brauzerlər də Chromium koduna əsaslanır,Microsoft Edge və Opera bunlardan bir neçəsidir. Reklamları və veb-sayt izləyicilərini bloklamağı ilə fərqlənir. 2019-cu ildən etibarən Brave Windows, macOS, Linux, Android və iOS üçün buraxılıb. Hazırkı versiyada partnyoru DuckDuckGo da daxil olmaqla bir qayda olaraq beş axtarış motoru mövcuddur.
Brave (veb-brauzer)
Brave — Chromium brauzeri koduna əsaslanan Brave şirkəti tərəfindən hazırlanmış pulsuz və açıq mənbəli veb-brauzerdir. Bir çox digər brauzerlər də Chromium koduna əsaslanır,Microsoft Edge və Opera bunlardan bir neçəsidir. Reklamları və veb-sayt izləyicilərini bloklamağı ilə fərqlənir. 2019-cu ildən etibarən Brave Windows, macOS, Linux, Android və iOS üçün buraxılıb. Hazırkı versiyada partnyoru DuckDuckGo da daxil olmaqla bir qayda olaraq beş axtarış motoru mövcuddur.
Oygen fon Bem-Baverk
Oygen fon Bem-Baverk (alm. Eugen von Böhm-Bawerk‎; 12 fevral 1851[…], Brno, Bohemiya tacı torpaqları[d] – 27 avqust 1914[…], Kramzax[d], Tirol[d]) — Avstriya iqtisadçısı və dövlət xadimi. Avstriya məktəbinin son faydalıq nəzəriyyəsi Karl Mengerdən sonra Bem-Baverk tərəfindən dərinləşdirilmiş və zənginləşdirilmişdir. Bem-Baverkin müvafiq subyektiv-iqtisadi baxışları onun əsasən "Təsərrüfat nemətlərinin qiymət nəzəriyyəsinin əsasları" (1886), "Kapital və mənfəət" (1884), "Kapitalın pozitiv nəzəriyyəsi" (1889), "Marksist sistemin başa çatması" (1890) və s. əsərlərində əks olunmuşdur. Bem-Baverkin tədqiqatı üçün əsasən aşağıdakı istiqamətlər xasdır: - təkcə fərdi mübadilənin deyil, bütövlükdə bazar kateqoriyalarının, o cümlədən istehsal və bölgü sferalarının sistemli tədqiqatı əsasında subyektiv və obyektiv dəyər anlayışlarının bir-birindən fərqləndirilməsi və bu əsasda qiymətin subyektiv baxımdan səciyyələndirilməsi; - istehsal xərclərinin sahibkar tərəfindən subyektiv qiymətləndirilməsi və mövcud sərvətlərin gələcəyin və hazırkı dövrün sərvətlərinə bölünməsi əsasında "Gözləmələr nəzəriyyəsi"nin irəli sürülməsi. Mübadilə prosesini tədqiq edərkən Bem-Baverk yazırdı ki, ictimai mübadiləyə daxil olan hər kəs üç əsas prinsipdən çıxış etməlidir. Birincisi, mübadilə fayda gətirməlidir, yəni alqı-satqı zamanı əldə edilmiş məhsulun faydası satılmış məhsulun faydasından daha çox olmalıdır; İkincisi, mübadilənin hər bir iştirakçısı çalışır ki, onu özü üçün daha faydalı şərtlərlə həyata keçirsin; üçüncüsü isə, faydanın yüksək səviyyədə olmadığı hallarda mübadilədən imtina etməkdənsə, onu az fayda ilə həyata keçirmək daha münasibdir. Bem-Baverk Qossenin qanunlarından istifadə edərək istehlak dəyəri kimi mübadilə dəyərinin də məhsulların son faydalığı ilə subyektiv cəhətdən müəyyən olunduğunu sübut etməyə çalışırdı. O, subyektiv və obyektiv dəyər anlayışlarını bir-birindən fərqləndirmişdir.
Ravər
Ravər — İranın Kirman ostanının şəhərlərindən və Ravər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,910 nəfər və 5,921 ailədən ibarət idi.
Ravər şəhristanı
Ravər şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ravər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 38,539 nəfər və 10,236 ailədən ibarət idi.