Bronxial astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər.
Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır.
Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur.
== Simptomlar və gedişat ==
Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır.
Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər.
Astmanın ən xarakterik simptomları:
öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.