Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bülüdül
Bülüdül — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 799 nəfərdir. == Toponimiyası == Buludul/Bululdul kəndi Peştəsər silsiləsinin ətəyində yerləşir. Tədqiqatçılar toponimi Bolı (Şəxs adı) və dul (hündürlüyüdur təpələr arasında çökəklik) komponentlərinin birləşməsi kimi "Bolının çökəkdəki sahəsi" mənasında izah edirlər. Azərbaycanda yetişən bulul adlı lobyaya oxşar bitki növü də vardır. Güman ki, bulul və dul (dərə) sözlərindən ibarət olan oykonimi "bulul yetişən dərə" mənasında da izah etmək olar.