Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Burğu
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş. Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı. Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib.
Payız burğu çiçәyi
Hündürlüyü 10-20 (35) sm, gövdəyə sıxılan bir neçə sivriləşmiş qınları və yuxarıya doğru daralmış kiçik kök yumruları olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları enli-yumurtavari və sivridir, rozet əmələ gətirir. Çiçək qrupu birtərəfli, sünbülşəkilli, oxu spiralvari burulmuş, vəzili-yumuşaq tüklüdür.Çiçək altlığı yumurtavari-neştərşəkilli, vəzilitüklüdür.Çiçəkləri xırda, ağ rəngli, bayır tərəfdən yumşaq tüklüdür. Çiçək yanlığının xariciyarpaqcıqları küt, xətli neştərvaridir, daxili yarpaqcıqları isə dilcikşəkilli, novlu, orta hissədən yuxarısı bir az genişlənmişdir, az dalğavari kənarlıdır. Kapsulu 5-7 mm uzunluqda, 2-4 (və ya 5) mm qalınlıqda, yumurtavari və saysız kiçik və çox yüngül toxumlarla doludur. Sentyabr Oktyabr Lənk. dağ. (Lənk.rayonunun Qafqaz kəndi ətrafında S. Nenyukov tərəfindən 25/IX 1936-cı ildə toplanmışdır,Astara rayonunun Fensar kəndi ətrafında L. İ.Prilipko tərəfindən 10/X 1948-ci ildə toplanmışdır, İsmayıllı rayonu ərazisində, Göyçay çayı boyunca kolluqlarda E. S. Şükürov tərəfindən 25/IX 2015-ci ildə qeydə alınmışdır. Dağətəyi zolaqda və aşağı dağ qurşağında-kəsilmiş meşələrdə, kolluqlar arasında və otlu yamaclarda rast gəlinir.
Burğulama
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş. Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı. Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib.
Əl burğulama maşını
Əl burğulama maşını - hissələrdə deşiklərin açılması üçün işlədilir. Quruluşuna görə onlar düz və bucaqlı olurlar. Əl burğulama maşınları bir, iki, çoxpilləli sürətlərə malik olur. Bundan əlavə fırlanma pilləsiz tənzimlənən reversiv və reversiv olmayan maşınlar da mövcuddurlar. Emal olunan materialın (metal, beton, kərpic, keramika və s.) xassələrindən asılı olaraq fırlanma zərbə ilə də müşayiət oluna bilir ki, bununla deşmədə böyük güc əldə olunur. Əl burğulama maşınlarında xüsusi alətlərin tətbiqi ilə təmizləmə, kəsmə, pardaqlama, mişarlama, frezləmə və digər köməkçi işləri yerinə yetirmək mümkündür. Əl burğulama maşınlarının gövdəsində alət sıxıcısı ilə oxla əlqələndirilmiş iki qütblü elektrik mühərriki yerləşdirilir. Elektrik mühərrikinin valı iki yastıqda oturdulur. Mühərrikin iş zamanı qızmasının qarşısını almaq üçün onun oxuna pərlər quraşdırılır. Valın çıxışında bucaq altında dişli çarx bərkidilir.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Baba burnu
Baba burnu (türk. Bababurnu) — Türkiyənin Kiçik Asiya yarımadasının şimal-qərbində yerləşir. Sahillərini Egey dənizinin suları yuyur. Burun Asiya qitəsinin ucqar qərb nöqtəsini təşkil edir. 31 may 1828 il. Baba burnu döyüşü zamanı Yunanlar tərəfindən iki Osmanlı korveti babatırılmışdır. 8 mart 1915 ildə Baba burnundan alman minadaşıyan «Teymur-Hissar» keçmişdir. 19 dekabr 1941 burun yaxınlığında «Varlan Avanesov» gəmisi Qara dəniz Uzaq şərq maşrutu üzrə hərəkət edərkən qəzaya uğramışdır.
Baklaniçnı burnu
Baklaniçnı burnu (ukr. Бакланічний) — Kerç yarımadasının ucqar şimal-şərqində, Leninski rayonu ərazisində yerləşir. Osovinı kəndindən şərqdə, Azov dənizi sahillərində qərarlaşır. Sahillərində su altı və üstü daşlar müşahidə edilir. Xroni burnundan cənub-şərqdə, Qolubinnı (şimal) və Borzovka burunları yaxınlığında yerləşir. Burun boyunca sərt örtüklü yol gedir.
Baliya burnu
Baliya burnu — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən cənubda yerləşən burundur. Burun Beripara buxtasından cənubda yerləşmişdir. Makleod burnundan 4.75 km şimal-şərqdə, Leşko burnundan 2.45 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978. Antarctic Digital Database (ADD). Scale 1:250000 topographic map of Antarctica.
Bayron burnu
Bayron burnu (ing. Cape Byron) — Avstraliya materikinin ucqar şərq nöqtəsidir. Burun ilk dəfə Ceyms Kuk tərəfindən onun yaxınlığından 15 may 1770-ci ildə keçərkən adlandırmıışdır. O, burnu Britaniya donanmasının admiralı Con Bayronun şərəfinə adlandırmişdir. Con Bayron dünya dövr səyahətini «HMS Dolphin (1751, Delfin)» gəmisində 1764—1766 illərdə həyata keçirmişdir.
Bayıl burnu
Bayıl burnu — burun olaraq Abşeron yarımadasının cənub-qərbində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri, Səbail rayonu ərazisinə daxildir. Burun Bakı buxtasındadır. Bayıl mayakı burada yerləşir.
Biser burnu
Biser burnu (bolq. нос Бисер, ‘Nos Biser’ \'nos 'bi-ser\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şərqdə yerləşən burundur. Burun Rusalka buzlağından şimalda yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Biser şəhərinin adını daşıyır. Loki burnundan 3.91 km cənub-qərbdə, Polke dağından 7.7 km şimal-qərbdə, pripek burnundan 6.8 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976.
Blanko burnu
Blanko burnu və ya Ben-Sekka (Babi-Blanko, Kap-Blan; ərəb. الرأس الأبيض‎) — Afrika materikinin şimal qutaracağında yerləşən burun. Aralıq dənizi sahilində, Tunis ərazisində yerləşir. Bizerta şəhəri yaxınlığında yerləşir.
Blossom burnu
Blossom burnu (Vrangel)
Boil burnu
Boil burnu (bolq. нос Боил, ‘Nos Boil’ \'nos bo-'il\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən burundur. Burun Retije buxtasından qərbdə yerləşmişdir. Burun şimal-şərqi Bolqarıstanda yerləşən Boil şəhərinin adını daşıyır. Vyu burnundan 6.45 km şimal-qərbdə, Teodolit təpəsindən 7.45 km cənub-şərqdə, Kamel nunataklarından 8.45 km cənubda, Qarvan burnundan 5.82 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. Trinity Peninsula. Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine Scale 1:250000 topographic map No. 5697. Institut für Angewandte Geodäsie and British Antarctic Survey, 1996.
Bolnistıy burnu
Bolnistıy burnu (rus. Волнистый) — Çukot yarımadasının şimalında yerləşir. Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisinə daxildir. Çukot dənizi sahilində, Çequtun çayı mənsəbindən 10 km cənub-şərqində yerləşir. Sahilində bir çox quşlar yuva qurur.
Byevoter burnu
Byevoter burnu — Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən şimal-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Boyd boğazından şimalda yerləşmişdir. Burun 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Burun 1829-cu ildə Britaniya hərbi dəniz ekspedisiyasının kapitanı olan Henri Foster tərəfindən adlandırılmışdır. Timblon burnundan 10.3 km cənub-qərbdə, Konvey burnundan 10.58 km şimal-qərbdə, Smit burnundan 42.8 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L. L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Bıstrov burnu
Bıstrov burnu — Cekson adasının şimal-qərbində yerləşir. Koordinatları:81°19′50″ şm. e. 55°40′50″ ş. u.. Bu ad 1963-cü ildə L. S. Qooruxoy tərəfindən (Arktika və Antarktida elmi-araşdırma İnstitutunun əməkdaşı) tərəfindən təklif edilmişdir. Burun dahi rus poleontoloqu Aleksey Nıstrovun şrəfinə adlandırılmışdır (1899–1959). Burun De-Lonq körfəzi sahilində yerləşir. Ondan bir qədər aralıda yerləşən Norveç burnunda Frans-İosif Torpağı arxipelaqının şərqində yerləşir. Burunda quş koloniyasına rast gəlmək mümkündür.
Cenretlen burnu
Cenretlen (çuk. Йынрыльын) — Qayalıqdan ibarət olan burun Çukot dənizinin şimal-şərq sahillərində Neskenpilqin laqununun qərbində, Neşkan qəsəbəsindən 30 km aralıda yerləşir. Maksimal hündürküyü 71 metrdir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsi ərazisində yerləşir. Burun ilk dəfə Adolf Erik Nordenşedin Veqa qəmisində ekspedisiyası kəşf edilmişdir. O,1878-1879-ci illərdə burada qışlamışdır. 1930-cu ilərdə burada Qütb stansiyası fəaliyyət göstərirdi. 1943-cü ildə stansiya Kolyoçin adasına köçürülmüşdür. Burada naviqasiya işarəsi quraşdırılmışdır. Burunda quş koloniyaları yuva qurur.
Debelyanov burnu
Debelyanov burnu (bolq. Дебелянов нос, ‘Debelyanov Nos’ \de-be-'lya-nov 'nos\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimal-qərbdə yerləşən qayalardan ibarət burundur. Burun Mikalvi buxtasından şimal-qərbdə yerləşmişdir. Burun Bolqarıstan yazıçısı olan Dimço Debelyanovun (1887–1916) adını daşıyır. Burun Neqra burnundan 2.8 km şimal-qərbdə, Fort Vilyam burnundan 3.81 km cənub-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Dejnyov burnu
Dejnyov burnu (esx/Тугнехалха) — Rusiyanın və Çukot yarımadasının, Asiya qitəsinin, Avrasiya materikinin ucqar şərq nöqtəsi. Burun dənizdən əhatələnmiş və hündürlüyü 740 metrə çata dağlıq massivə malikdir. Sahilləri hündürdür. Dejnyov burnu Berinq boğazının suları ilə yuyulur. Burada Şimal Buzlu okeana daxil olan Çukot dənizi ilə Sakit okeana daxil Berinq dənizi birləşir. Dejnyov burnu ilə Şimali Amerika ucqar qərb nöqtəsi olan Şahzadə Uels burnu arasında məsafə 86 km təşkil edir. Burun tarixən Beringiya bərzəxinin bir hissəsi olmuşdur. Sonradan suyun qalxması nəticəsində ərazidə boğa əmələ gəlmişdir. Materikin şərq hissəsi Şimal buzlu okeanın təsirinə məruz qalır. Arktik iqlim ilin böyük qismi öz hakim olur.
Disilitsa burnu
Disilitsa burnu (bolq. нос Дисилица, ‘Nos Disilitsa’ \'nos di-'si-li-tsa\) — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən cənubda yerləşən burundur. Burun Bolbabriya buxtasından cənubda, Vapa buxtasından şimalda yerləşmişdir. Burun Bolqarıstanda yerləşən Pirin dağındakı Disilitsa zirvəsinin adını daşıyır. Polejan burnundan 1.65 km şimal-şərqdə, Bebreş burnundan 5.9 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978.
Divotino burnu
Divotino burnu (bolq. нос Дивотино, ‘Nos Divotino’ \'nos di-'vo-ti-no\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-şərqdə, Alfatar yarımadasında yerləşən buzlaqlardan azad olan burundur. Burun Mitçell buxtasından 200 m aralıda, Debelyanov burnundan 2 km şimal-şərqdə, Neqra burnundan 3.35 km şimal-qərbdə yerləşmişdir. Burun qərbi Bolqarıstanda yerləşən Divotino şəhərinin adını daşıyır. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Dondra burnu
Dondra burnu (tam. தேவேந்திரமுனை, ing. Dondra Head) — Şri-Lanka adasının cənub qutaracağı. Burundan bir qədər aralıda Dondra şəhəri yerləşir.
Doob burnu
Doob — Qara dəniz sahillərində, Semesskaya buxtasının cənub-şərqində yerləşir. Navaqir silsiləsinin buxtanın daxilinə uzanan hissəsidir. Burun yaxınlığında Kabardinka kəndi yerləşir. 31 avqust 1986-cı ildə Doob burnunda «Admiral Naximov» gəmisi toqquşma nəticəsində batmışdır.
Baranix burnu
Baranix burnu — Şərqi Sibir dənizində Kitepveem çayının mənsəbinə yaxın ərazidə yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çaunski rayonu ərazisində yerləşir. Burunda Malaya Baranix adlı stasionar stansiya fəaliyyət göstərir. Stansiyanın Radioizotop termoelektrik generatorunda radiasiya sızması müşahidə edilmişdir. Bununla belə ora giriş əngəllənməmişdir. 2012 ildə generator çıxarılmış və çıxdaş edilmişdir.
Barrou burnu
Barrou burnu (ing. Point Barrow) — ABŞ və Şimali Amerika materikinin qərb hissəsinin ən ucqar şimal nöqtəsi. Şimal Buzlu okean sahillərində yerləşir. Alyaskanın ən ucqar şəhəri olan Barroudan 14, Şimal qütbündən isə 2078 km aralıda yerləşir. Burun Çukot dənizi ilə Bofort dənizi arasında sərhəd xəttini təşkil edir. Burun Admirallığın ikini müavini olan Con Barraounun şərəfinə adlandırılmışdır.
Barıkov burnu
Barıkov burnu (çuk. Ылвылю) — Berinq dənizinin Anadır körfəzi suları yuyulan burun. Uqlovaya buxtasının ucqar şimal çıxışını təkil edir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsi ərazisinə daxildir. Burun 1886-cı ildə burunda araşdırma işləri aparmış Kreyserin ekipajı olmuş miçman Fyodr Barikovun şərəfinə adlandırılmışdır. Çukot dilində Ылвылю — «Vəhşı maral» mənasınında işlədilir. 5 km cənub-qərbində Berinq limanı yereləşir. Qayalıqda dəniz quşları yuva qurur. Barıkov burnunda gələcəkdə daş kömürün hasilatı məqsədi ilə dərin bir limanın inşası planlaşdırılır.
Bergü
Buruq
Buruq — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır. Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilərdən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir. Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin] Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir.
Dolça bürcü
Dolça (astrologiya) — bürc Dolça (astronomiya) — Zodiak qurşağında olan bürclərdən biri.