Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Süzənək
Süzənək və ya qonoreya (yun. gonorrhoia, gonos – toxum + rheo — axıram), pereloy — əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlik. Zöhrəvi xəstəliklər qrupundandır. Törədicisini (qonokokk) 1879-cu ildə A.Neyser tapmışdır. Cinsi yolla yayılır, qeyri-çinsi yolla uşaqlar doğuş zamanı xəstə anadan (qonokokk uşağın gözünə düşüb blennoreya törədir, yaxud qız uşağının çinsiyyət orqanına düşür) və ya xəstənin əşyalarından (dəsmalından, yatağından və s.) istifadə etdikdə yoluxurlar. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan bir neçə dəfə xəstəliyə tutula bilər. İnkubasiya dövrü 3—5 gün-dür. Sidik-cinsiyyət orqanlarının selikli qişasına düşmüş qonokokk tez bir zamanda çoxalaraq iltihabi proses yaradır. Bu da iltihabi infiltrata, irinli ifrazata səbəb olur.
Kücənəq (Meşkinşəhr)
Kücənəq (fars. كوجنق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,487 nəfər yaşayır (514 ailə).
Anjero-Sucensk
Anjero-Sucensk – Rusiya Federasiyasının Kemerovo vilayətində şəhər (1931-ci ildən). Əhalisi 85,6 min (2004). Dəmiryol stansiyası (Anjerskaya). 1897-ci ildə salınmışdır. Kuzbasın iri kömür sənayesi mərkəzidir. Maşınqayırma, traktor mühərrikləri, dağ-mədən avadanlıqları, kimya-əczaçılıq, şüşə, dəmir-beton məmulatları, yüngül və yeyinti sənayesi müəssisələri, muzey var.
Biçənək (Şahbuz)
Biçənək — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Coğrafi mövqeyi == Biçənək Şahbuz rayonunun mərkəzindən 24 kilometr şimal-şərqdə, Zəngəzur silsiləsinin ətəyində, Naxçıvan-Laçın-Yevlax avtomobil yolunun kənarında yerləşən kəndin adıdır. Kənd Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Rayon ərazisində bu kənd adı ilə bağlı Biçənək aşırımı, Biçənək çayı, Biçənək mineral su bulaqları, Biçənək yolu, Biçənək meşəsi, Biçənək körpüsü və sair kimi coğrafi obyekt adları da mövcuddur. Biçənək kəndi keçmiş Zərnətün və Xınzirək kəndləri və Azərbaycanın tarixi ərazisi olan Zəngəzur qəzası ilə həmsərhəd ərazidə yerləşir. Məşhur Batabat yaylağı, Biçənək aşırımı, Fərhad evi, Zorbulaq bu kəndin yaxınlığındadır. Buradakı Əyriqar dağı, Ağ qaya, Qara qaya, Ballı qaya, Sarı qaya, Gəlin qayası, Xəznə təpəsi, Sandıq daş, Miz daş, Saat daşı, At taxta, Yanıq taxta, Yuxarı pay, Orta pay, Bənövşəli dərə, Qara göl, Cilli göl, Zorbulaq, Söyüdlü bulaq, Karvansara bulağı, Soyuq bulaq, Qiblə bulaq, Qızıl bulağı, Qırxgözlü bulaq, Turşsu və sair kimi yer-yurd adları ərazinin qədim oğuzlara məxsusluğunu təsdiqləyən faktlardır. == Tarixi == Tarixi qaynaqlara görə, Biçənək aşırımı qədim və orta əsrlərdə Naxçıvandan Beyləqana və oradan da Bərdəyə gedən yolun üstündə idi. IX əsr ərəb tarixçilərinin məlumatına görə, Azərbaycanın şimal hissələrinə hücum edən ərəb sərkərdəsi Salman ibn Rəbiə öz qoşununu Beyləqana Biçənək aşırımı ilə aparmışdı. Bu aşırım Naxçıvanla Arranı birləşdirən yeganə yol idi.
Biçənək aşırımı
Biçənək aşırımı - inzibati cəhətdən Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın mənbə hissəsində olan aşırımdır (hünd. 2346,9 m). Biçənək kəndi ərazisində yerləşir. Öz adını yaxınlığında yerləşən kəndin adından götürmüşdür. Mühüm əhəmiyyət kəsb edən Naxçıvan-Laçın-Yevlax avtomobil yolu aşırım ərazisindən keçir. Naxçıvan ilə Azərbaycanın tazixi torpaqları olan Zəngəzuru birləşdirir. Alt pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Cənub-qərb yamacı orta pleystosen yaşlı flüvioqlasial konqlomeratlarla örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir. Aşırımın gəzdək hissəsi və yamacında şimal-qərb istiqamətli eyniadlı fay qırılması və onun şaxələri müşahidə olunur.
Pəçənək dili
Pəçənək dili — peçeneqlər tərəfindən danışılan Oğuz qrupuna aid bir türk dilidir. Pəçənəklər Orta Asiyadan Avropaya gəlmişlər və Balkanlara yerləşmişlər. Bizansa axınlar etmişlər Pəçənək Xanlığını qurmuşlar. Daha sonra Pəçənək Xanlığı Bizanslılar tərəfindən yıxılmışdır.
Biçənək-i Cədid
Biçənək-i Cədid (fars. بوچينك جديد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 95 nəfər yaşayır (27 ailə).
Pyotr Zaxarov Çeçenes
Pyotr Zaxarov Çeçenes (rus. Пётр Захарович Захаров-Чеченец; 18 sentyabr 1816, Dadi-yurt[d] – 15 sentyabr 1846, Moskva) — Rusiyalı çeçen rəssam. Onun XIX əsrdə çeçenlər içərisindəki tək rəssam olduğu düşünülür. == Həyatı == 1819-cu ildə Qafqaz müharibəsi zamanı rus qoşunları çeçen kəndi Dadiyurtda ölmüş bir qadın və ölümcül yaralanmış üç yaşlı körpəni tapdı. Rusiya ordusunun baş komandanı Aleksey Petroviç Yermolov həkimlərin onu xilas etməyin mümkünsüz olduğunu deməsinə baxmayaraq,körpəni xilas etmək üçün mümkün olan hər şeyi etməyi əmr etdi. Bütün ehtimallara rəğmən körpə sağ qaldı. Körpə böyüdülməsi üçün kazak Zaxar Nedonosova verildi. Bu kazak adından körpə soyadını və atasının adını aldı. Daha sonra Pyotr etnik kimliyini göstərmək üçün onun soyadına “çeçenes” sözünü əlavə etdi. Yeddi yaşında Pyotr Aleksey Petroviç Yermolovun əmisi oğlu, Gürcüstan Qrenader alayının komandiri, general-mayor Pyotr Yermolov tərəfindən övladlığa götürüldü.