SÜZƏNƏK

is. [ fars. ] Sidik yollarına düşmüş qonokokk mikroblarının törətdiyi yoluxucu zöhrəvi xəstəlik; tripper.

Etimologiya

  • SÜZƏNƏK Sidik kanalında mikrobların əmələ gətirdiyi xəstəlikdir (гоноррея), süzmək feili ilə əlaqəsi yoxdur: fars mənşəlidir (süzənək); süzən “iynə”dir, xəstə
SÜZƏLƏNMƏK
SÜZGƏC
OBASTAN VİKİ
Süzənək
Süzənək və ya qonoreya (yun. gonorrhoia, gonos – toxum + rheo — axıram), pereloy — əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlik. Zöhrəvi xəstəliklər qrupundandır. Törədicisini (qonokokk) 1879-cu ildə A.Neyser tapmışdır. Cinsi yolla yayılır, qeyri-çinsi yolla uşaqlar doğuş zamanı xəstə anadan (qonokokk uşağın gözünə düşüb blennoreya törədir, yaxud qız uşağının çinsiyyət orqanına düşür) və ya xəstənin əşyalarından (dəsmalından, yatağından və s.) istifadə etdikdə yoluxurlar. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan bir neçə dəfə xəstəliyə tutula bilər. İnkubasiya dövrü 3—5 gün-dür. Sidik-cinsiyyət orqanlarının selikli qişasına düşmüş qonokokk tez bir zamanda çoxalaraq iltihabi proses yaradır. Bu da iltihabi infiltrata, irinli ifrazata səbəb olur.

Digər lüğətlərdə