Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sünbaş (Şaran)
Sünbaş (başq. Сөнбаш, rus. Сюньбаш) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Nürəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Nürəy): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (73%), tatarlar (27%) üstünlük təşkil edir.
Tükbaş qurd
Tükbaş qurd (lat. Trichocephalus trichiurus) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Ağımtıl rəngdədir, uzunluqları 3,0 – 5,5 sm çatır. Bədənin ön tərəfi sap şəklində nazikləşmişdir.. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. İnsanın geniş yayılmış parazit qurdlarından biridir. Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar.Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. Bağırsağın selikli qişasının dərinliyinə keçir və elə buna görə də bağırsaqdan çətin qovulur. Tükbaş çox geniş yayılmışdır. Yoluxma tükbaşın yumurtaları düşmüş suyu və ya qidanı qəbul etməklə baş verir (xüsusilə yaxşı yuyulmamış tərəvəzlə).
Curcas
Yatrofa (lat. Jatropha) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Cuybar
Cuybar — İranın Mazandaran ostanınında şəhərlər.. Həm də Cuybar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,117 nəfər və 7,052 ailədən ibarət idi.
Cubba
Cubba — Somalinin cənubunda Cubbalend adlanan yerdə çay. Uzunluğu 1600 kilometr. Əsasını Efiopiya ilə sərhəddə Daya və Genale çaylarının kəsişdiyi yerdən götürür və cənuba, Hind okeanına axır. Çayın adı ilə Somalinin əyalətləri adlanır: Orta Cubba və Aşağı Cubba.
Rubas
Rubas (keçmişdə Xoşmənzil adlanırdı) – Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. 2002-ci il əhali siyahıyaalınmasına əsasən sakinlərinin sayı 3.326 nəfər olmuşdur. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən tərkib baxımından kənd əhalisini azərbaycanlılar, tabasaranlılar və ləzgilər təşkil edir.
Çüvaş
Çüvaş — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Çuvaş Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Etnotoponimdir.
Cudias Buenoano
Cudias Buenoano (ing. Judias V. “Judy” Buenoano; d. 4 aprel 1943, ABŞ, Texas, Kuana — ö. 30 mart 1998, ABŞ, Florida) — əri Ceyms Qudiyerin 1971-ci ildə öldürülməsinə görə edama məhkum olunan amerikalı bir qatil. O, həmçinin 1980-ci ildə oğlu Maykl Buenoanonun öldürülməsinə və 1983-cü ildə sevgilisi Con Centrini öldürməyə təşəbbüs etdiyinə görə məhkum olundu. Buenoano, həmçinin 1978-ci ildə Koloradoda sevgilisi Bobbi Co Morrisin ölümündən məsuliyyət daşıdığını etiraf etdi. Eyni zamanda hakimiyyət orqanları Buenoano ilə Morris arasında əlaqə yaratdığı vaxt o, artıq Florida ştatında ölüm cəzasına məhkum edilmişdi.Buenoanonun 1974-cü ildə Alabamada baş vermiş cinayətdə və 1980-ci ildə sevgilisi Cerald Dossettin ölümündə də iştirak etdiyi güman edilir. Onun həbsindən sonra Dossettin cəsədi ekshumasiya edildi və arsen zəhərlənməsi əlamətləri üçün analiz edildi. Buenoano 1848-ci ildən bəri Florida ştatında edam edilən ilk qadın idi və 1976-cı ildə edam cəzasının bərpasından sonra ABŞ-də edam edilən üçüncü qadın idi. Dövlət miqyasında 1957-ci ildə Ronda Bell Martin elektrik stulunda edam edildikdən sonra edam olunan ilk qadın idi.
Cuybar şəhristanı
Cuybar şəhristanı- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Cuybar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 70,204 nəfər və 18,276 ailədən ibarət idi.
Durbaş (Təkab)
Durbaş (fars. دورباش‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. == Etimologiyası == Bu kəndin adı azərbaycan dilindəki dur (dayan, qalx) və baş (üst, yuxarı, yüksək, hündür) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu isə kəndin yüksək yerdə yerləşməsi ilə əlaqədardır. == Coğrafiya == Durbaş kəndi Təkab bölgəsinin cənub-şərqində yerləşir. Sabil, Qırxlı və Tamay kəndləri ilə həmsərhəddir. Kənd dağlıq ərazidə yerləşdiyindən qışı çox qarlı və soyuq keçir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,067 nəfər yaşayır (231 ailə). Durbaşlıların çoxu demək olarki müxtəlif şəhərlərə o cümlədən Tikantəpə, Zəncan, Urmiya,Təbriz, Tehran və Kərəc kimin şəhərlərə köçmüşlər. Təxminən 10,000 nəfərə yaxın Durbaşlı yuxarıda adları çəkilən şəhərlərdə yaşaşayır.[mənbə göstərin] === Milli tərkibi === Durbaş kəndində yaşayanların şiə etiqadlı azərbaycan türklərindən ibarətdirlər.
Jatropha curcas
Jatropha curcas (lat. Jatropha curcas) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin yatrofa cinsinə aid bitki növü.
Kulbaş bataqlığı
Kulbaş — Başqırdıstanın Uçalı rayonu ərazisində Ozyornı və Kazakulov kənd sovetliyi arasında yerləşən bataqlıq. == Coğrafiyası == Bataqlıq Uzunkul gölündən şimalda yerləşir. Gölün şimal hissəsidə daxil olmaqla bataqlığın bir hissəsi Uçalı rayonunun xüsusi qorunan təbiət ərazilərindəndir. Bataqlıq ərazisində su-bataqlıq təbiət ərazilərinin qorunması üçün xüsusi bir yasaqlıq olaraq təşkil olunması planlaşdırılır. Bataqlıq ərazisinin sahəsi 300 ha-dır. === Flora === Bataqlıq ərazilərində zəngin su-bataqlıq bitkiləri yayılmışdır. Onların ekoloji əhəmiyyəti olduqca böyükdür. === Fauna === Bataqlıqda Yaşılbaş ördək, Ağqaş qaz, qaradöş qaqar və digər o cümlədən nadir növ quşlar yayılmışdır.
Əmir Çalbaş
Əmir Çalbaş (Krım tatarcası: Emir Üsein Çalbaş, rusca: Эмир Усеин Чалбаш; 5 yanvar 1918 – 6 avqust 2005, Aluşta) — Krım tatarı olan döyüş təyyarəçisi, squadron komandanı, sınaq pilotu və Əhmədxan Sultanın dostu. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanlığına namizəd göstərilsə də, bu adı ala bilməmişdir. == Həyatının erkən dövrü == Krım tatarı olan kasıb ailədə 1918-ci ilin əvvəllərində anadan olmuşdur. Ailənin maddi vəziyyətinə görə erkən yaşlarından kənd təsərrüfatı sahəsində işləməyə başlamışdır. O, həyatının bu dövründə 6 kilometr uzaqlıqda olan Aluşta şəhərinə süd qutuları daşımaqla məşğul olmuşdur. O, 2 il davam etməli olan ibtidai məktəbini uğurla daha tez müddətə bitirmişdir. 4 il yerli məktəbdə təhsil aldıqdan sonra 7 il internat məktəbində təhsil almışdır. 1933-cü il aclığı zamanı o, qısa müddətlik məktəbdən ayılıb aşpaz kimi çalışsa da, müəlliminin danlağından sonra məktəbə geri dönmüşdür. Daha sonra o, Simferopoldakı nəqliyyat məktəbinə yollandı və daha sonra donanma gəmilərində elektrik kimi çalışdı. Orada o, məşhur test pilotu Vladimir Kokkinaki ilə tanış olmuşdur.
Cuba
Cuba (ərəb. جوبا‎, ing. Juba) — Cənubi Sudanın paytaxtı, Cənubi Sudanda Mərkəzi Ekvatoriya əyalətinin inzibati mərkəzi. Ölkə rəhbərliyi müstəqillikdən sonra paytaxtı başqa şəhərə köçürmək planlarını açıqlamışdır. == Mənbə == Equatorians Abroad Fisher, J. 2005, 'Southern Sudan's Front-line Town', BBC News, 20 April 2005.
Rubas çayı
Rubas çayı (Rubasçay) — Dağıstanın Tabasaran və Dərbənd rayonları ərazisindən axan çay. Uzunluğu — 92 km-dir. Su toplayıcı hövzəsinin sahasəsi — 1180 km² təşkil edir. == Coğrafiyası == Dağıstanın silsilələrinin şimal-şərqində, Cufu-Dağ zirvəsindən 3,4 km cənub-şərq ətəklərində yerləşən bulaqlardan başlanğıcını götürərək Xəzər dənizinə tökülür (Ərəblər kəndi). == Hidrologiya == İlin isti və soyuq dönəmlərində suyunda azalma müşahidə edilir. Su sərfiyyatı yağışlı dövrdə artır. Yay yağışları katastrofik nəticələrə sahib olur. Orta illik su sərfiyyatı — 1,01 m³/s, maksimal isə — 59,3 m³/s təşkil edir. == Qolları == Ən iri qolları: Afnaçay, Xanaqçay, Karçaq-su, Qamışçay. Aşağı axarda çayın suyu Samur-Dərbənd kanalı ilə birləşir.
Çuvaş Respublikası
Çuvaşıstan, Çuvaşıstan Respublikası, Çuvaşiya, Çuvaşiya Respublikası (rus. Чувашская республика, çuvaş Чăваш Республики) — Rusiya Federasiyası subyektlərindən biri. Paytaxtı Çeboksarı şəhəridir. == Tarixi == Çuvaşıstan ərazisi 1551-ci ildə Rus imperiyası tərəfindən işğal edilib. O dövrdən başlayaraq çar hökumətinin müstəmləkə siyasəti çuvaş xalqını acınacaqlı hala salıb. Ən məhsuldar torpaqları əllərindən alınıb və xristianlığı qəbul etməyə məcbur olmuşlar. == Coğrafiya == Respublikanın ərazisi 18.3 min kvadrat kilometrdir .Çuvaş Respublikası Volqa-Ural regionunda yerləşir. Paytaxtı Çeboksarı şəhəridir. Rusiya Federasiyasının tərkibindədir. Rəsmi dili çuvaş və rus dilidir.
Çuvaş dili
Çuvaş dili (Чăваш чĕлхи) - türk dillərinin oğur qoluna aid dil, Rusiyanın Çuvaşiya Respublikasının rus dili ilə yanaşı ikinci rəsmi dili. == Müqayisə == == İstinadlar == Эктор Алос-и-Фонт. Оценка языковой политики в Чувашии Picket in defense of the Chuvash in Cheboksary Эктор Алос-и-Фонт, «Преподавание чувашского языка и проблема языкового поведения родителей», Чувашский государственный институт гуманитарных наук, 2015, Шупашкар.
Ər-Rutbа
Rutba — İraqın Anbar mühafazasında şəhər. 1941-ci ildə baş vermiş Anqlo-İraq müharibəsi burada cərəyan edib.
Köhnə Mutabaş (Askın)
Köhnə Mutabaş (başq. Иҫке Мутабаш, rus. Старый Мутабаш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Mutabaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 37 km, ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 80 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (96%) üstünlük təşkil edir.
Yeni Mutabaş (Askın)
Yeni Mutabaş (başq. Яңы Мутабаш, rus. Новый Мутабаш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Mutabaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 42 km, kənd sovetliyindən (Starıy Mutabaş): 5 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 60 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (97%) üstünlük təşkil edir.
Çuvaş Milli Muzeyi
Çuvaş milli muzeyi (çuvaş Чăваш наци музейĕ) — Çuvaşıstan Respublikasının mədəniyyət, təhsil və tədqiqat müəssisəsi. Çuvaş və digər etnik qrupların təbii abidələrinin, tarixinin, maddi və mənəvi mədəniyyətinin ən böyük anbarı. Çuvaşıstan Respublikası ərazisində və Rusiya Federasiyasının digər bölgələrində çuvaşların kompakt yaşadığı bütün yerlərin mədəni irsinin saxlandığı muzey mərkəzidir. Muzey daş dövründən bu günə qədər olan materialları (arxeologiya, tarix, incəsənət, texnika və s.) toplayır, saxlayır, öyrənir və nümayiş etdirir. Fonduna 160 mindən çox muzey əşyaları daxildir. Muzey 1921-ci ildə təşkil edilmişdir. == Tarixi == 12 fevral 1921-ci il tarixində Çuvaşıstan Muxtar Bölgəsinin muzeylər seksiyasının qərarı ilə sənət və antik abidələrin qorunması məqsədilə Mərkəzi Çuvaş Muzeyi təşkil edildi. Muzeyin ilk rəhbəri Varşava Universitetinin Tarix və Filologiya Fakültəsinin məzunu 1937-ci ildə repressiyaya məruz qalmış Nikolay Pavloviç Neverov hesab olunur. Muzeyin arxeoloji və etnoqrafik kolleksiyaları 1920–1930-cu illərdə formalaşmağa başlamışdır. Muzeydə XVII–XVIII əsrlərə aid run əlifbası yazı abidələri var.
Çuvaş Nuqazaq (Auırqazı)
Çuvaş Nuğazağı (başq. Сыуаш Нуғаҙағы, çuvaş Чӑваш Нукасак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 8 km.
Çuvaş Nuğazağı (Avurğazı)
Çuvaş Nuğazağı (başq. Сыуаш Нуғаҙағы, çuvaş Чӑваш Нукасак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 8 km.
Çuvaş Qaramalı (Avurğazı)
Çuvaş Qaramalı (çuvaş Чăваш Хурамалĕ, başq. Сыуаш-Ҡарамалы) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 7 km.
Göksu Üçtaş Şanlı
Göksu Üçtaş Şanlı (türk. Göksu Üçtaş Şanlı) — Türkiyəli bədii gimnast. O, Olimpiadada gimnastika üzrə Türkiyəni təmsil edən ilk qadın idmançıdır. O, Türkiyədə gimnastika növü üzrə Olimpiya Oyunlarına qatılan ilk idmançıdır. Üçtaş 2012 Yay Olimpiya Oyunlarına qatılıb. 1908-ci ildə Türkiyə adı ilə Olimpiya Oyunlarına qatılan Osmanlı İmperatorluğunun London Olimpiadasında Aleko Mulos tərəfindən təmsil olunmasından 104 il sonra o, gimnastikada Türkiyəni olimpiadada təmsil edən ilk şəxs olub. London Olimpiadasından sonra 4 illik fasilədən sonra, 2016-cı ildə gimnastikaya qayıdıb və Bədii Gimnastika üzrə Dünya Kubokunda qadınların döşəmə hərəkəti kateqoriyasında gümüş medal qazanıb. Bu medal Türkiyənin gimnastika üzrə böyüklər kateqoriyasında qazandığı ilk medaldır. == Həyatı == 1990-cı ildə Qaziantepdə anadan olub. Beş yaşında Qaziantep Gənclik Xidməti və İdman İl Müdirliyinin gimnastika kurslarında gimnastikaya başlayıb.