Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəfərağa Şiriyev
Şiriyev Cəfərağa Ağabala oğlu — “Azvirt” MMC-nin baş mühəndisi,Əməkdar Mühəndis (2012-ci il) == Həyatı == Şiriyev Cəfərağa Ağabala oğlu 19 mart 1952-ci ildə Salyan şəhərində anadan olmuşdur. 1968-cı ildə Salyan şəhərində orta məktəbi bitirmişdir. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş və avtomobil yolları üzrə mühəndis ixtisasını almışdır. Cəfərağa Şiriyev 1974 -1978-ci illər ərzində Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin 12 saylı Yol Tikinti İdarəsində iş icraçısı və baş mühəndis vəzifələrində işləmişdir. O, 1978-1990-ci illər ərzində 6 nömrəli “Xüsusiyoltrest” İdarəsində iş icraçısı, baş mühəndis, 1990-1992-ci illər ərzində “Azərneft” Yol Tikinti Təmir Trestinin 1 nömrəli Yol Tikinti İdarəsində baş mühəndis və həmin idarənin rəisi vəzifələrində işləmişdir. 1992-1993-cü illərdə C.A. Şiriyev Bakı şəhər İcra Hakimiyyətinin “Yoltəmirtikinti” Baş İstehsalat İdarəsində Elmi-İstehsalat Müəssisəsinin direktoru, 1993-1995-ci illər ərzində "Azərneft" Yol Tikinti Təmir Trestinin 3 nömrəli Yol Tikinti İdarəsinin rəisi, 1995-ci ildə Yol Təmir Trestində Baş İstehsalat İdarəsinin Şəhər Yolları istismarı idarəsində rəis müavini vəzifəsində işləmişdir. C.A. Şiriyev noyabr 1995-ci ildən “Azvirt” Azərbaycan-Almaniya Birgə Müəssisənin Asfalt-Beton İstehsalı zavodunun direktoru vəzifəsində işləmişdir. 2004-cü ildə müəssisənin adı dəyişdirilərək "Azvirt" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmış və həmin tarixdən hal-hazırkı vaxta kimi o, “Azvirt” MMC-nin baş mühəndisi vəzifəsində işləyir. “Azvirt” MMC-nin yarandığı vaxtdan bu günə kimi həyata keçirdiyi elə bir layihə yoxdur ki, Cəfərağa Şiriyevin orada zəhməti və rolu olmasın. == Tikintisinə rəhbərlik elədiyi obyektlər == Heydər Əliyev Beynəlxalq Aeroportunda, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ, Yevlax Hava Limanlarında yeni uçuş-enmə zolaqlarının tikintisi və yenidənqurma işləri, Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni Aerovağzal Kompleksinin və Hava Nəqliyyatına Nəzarət Qülləsinin tikintisi, Mövcud Aerovağzal Terminalının yenidənqurulması, Şəmkir-Qazax avtomobil yolunun yenidənqurulması, Böyük Şor dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı Avtomobil Yolunun Yenidənqurulması, Heydər Əliyev Beynəlxalq Hava Limanı-Bilgəh qəsəbəsi avtomobil yolunun yenidənqurulması, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi (km 0,00÷42,00), Bakı-Ələt avtomobil yolunun 2÷6 km hissəsinə (Dövlət Bayrağı Meydanına gedən yol) bağlantı yollarının əsaslı təmiri, Qəbələ-Ağdaş avtomobil yolunun (0÷22 km) tikintisi, Qəbələ rayonu, Mirzəbəyli - Çuxur Qəbələ - Dızaxlı - Çarxana avtomobil yolunun yenidənqurulması, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun yenidənqurulması, Nobel prospektinə paralel dənizkənarı 8 hərəkət zolaqlı yeni avtomobil yolunun tikintisi, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi, Ağ şəhər layihəsi çərçivəsində avtomobil yollarının tikintisi, Qala - Pirallahı avtomobil yolunun yenidənqurulması, Altıağac - Xızı avtomobil yolunun yenidənqurulması, Mingəcevir-Mingəçevir Stansiyası yolunun yenidənqurulması, 2016-cı ildə Bakı şəhərində "Formula-1 Avropa Qran Pri" yarışlarının keçirilməsi üçün təmir işləri, Serbiya Respublikasında E763 magistral yolunun tikintisi: Belqrad–Juzni Jardan və digər çoxlu sayda layihələrin həyata vəsiqə almasında Cəfərağa Şiriyevin böyük əməyi olmuşdur və o, müəssisənin baş mühəndisi kimi üzərinə düşən vəzifələri yüksək peşəkarllıqla yerinə yetirərək ona göstərilən etimadı doğrultmuşdur.
Cəfərabad
Toponimlər AzərbaycandaCəfərabad (Şəki) — Şəki rayonunda kənd. Cəfərabad (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd.ErmənistandaCəfərabad (Zəngibasar) — Zəngibasar rayonunda kənd. Cəfərabad (Sərdarabad) — Sərdarabad rayonunda kənd.İrandaCəfərabad (Bicar) Cəfərabad (Biləsuvar) — İranda şəhər. Cəfərabad (Kiyar) — İranda şəhər. Cəfərabad (Qərbi Azərbaycan ostanı) — Cəfərabad (Qoşaçay) — İranda kənd. Cəfərəbad (Əhər) — İranda kənd. Cəfərabad (Miyanə) — İranda kənd. Cəfərabad (Xoy) — İranda kənd. Cəfərabad (Çaroymaq) Cəfərabad (Vərzəqan) Cəfərabad-i Çəlik (Qoşaçay) — İranda kənd.
Cəfərova
Cəfərova — Azərbaycan soyadı. Bəsti Cəfərova (d. 1959) — aktrisa. Dilrüba Cəfərova (d. 1954) — yazıçı və şair. Elmira Cəfərova (d. 1937) — fizika-riyaziyyat elmləri doktoru. Əminə Cəfərova (1925—2011) — Sosialist əməyi qəhrəmanı. Fidan Cəfərova (d. 1987) — azərbaycanlı televiziya aparıcısı.
Bəsti Cəfərova
Bəsti Cəfərova (13 iyun 1959, Bakı) — aktrisa. Azərbaycanın xalq artisti (1998), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru (2013). == Həyatı == Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakıda doğulub. 1976-cı ildə Bakı şəhəri 82 nömrəli tam orta məktəbi bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" psixoloji dramını tamaşaya hazırlayan Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə Səltənət rolunu oynayıb. Milli rejissorlarımızın fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan, böyük sənətkar Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb. Bəsti Cəfərova Akademik Milli Dram Teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində "Mən Dədə Qorqud…" (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin "Təskinlik verməyi unutmayın" ("Kiçik şahzadə", Qızılgül, Göl çiçəyi, və Fanarçı), Yuğ Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın "Heydərbaba" əsəri əsasında səhnələşdirildiyi "Salam" (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb. Akademik teatrda oynadığı rollar səhnə təcəssümündə daha geniş şəkildə üzə çıxıb. Səltənət ("Quşu uçan budaqlar", Ə.Əylisli), Nazlı ("Əliqulu evlənir"), Bənövşə ("Nişanlı qız" S. Rəhman), Qadın ("Sizi deyib gəlmişəm…", Anar), Əsmər ("Günah", R.Əlizadə), Bədidə və Nigar ("Qanlı Nigar", S.Şendil), Gülruh ("Şeyx Xiyabani"), Azadə xanım ("Dəlilər və ağıllılar"), Ağabəyim ağa ("Hökmdar və qızı"), Lalə ("Büllur sarayda"), Sürəyya ("Tənha iydə ağacı"), Xurşidbanu Natəvan ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev), Solmaz ("Od gəlini", C.Cabbarlı), Martrio ("Dişi canavar", F.Q. Lorka), Qonerilya ("Kral Lir", V.Şekspir), Qaliyə və Adlay ("Sokratı anma gecəsi", Ç.Aytmatov və M.Şahanov), Ədilə ("Poçt şöbəsində xəyal", Elçin), Fedra ("Fedra", J.Rassin), Afət ("Afət", H.Cavid), Qadın ("İnsan səsi", J.Kokto), Xanuma ("Xanuma", A. Saqarelli), Jivka ("Nazirin xanımı", B. Nuşiç), Qətibə İnanc ("Qətibə İnanc", M.S. Ordubadi) və s.
Cəfərabad (Bicar)
Cəfərabad (fars. جعفر آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 698 nəfər yaşayır (165 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Cəfərabad (Biləsuvar)
Cəfərabad — İranın Ərdəbil ostanında, Biləsuvar şəhristanının Qışlaqdəşt bəxşində şəhər və bu bəxşin inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,024 nəfər və 1,508 ailədən ibarət idi.Cəfərabad şəhərinin əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan türkcəsində danışır.
Cəfərabad (Cəbrayıl)
Cəfərabad — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir.Cəfərabad Cəbrayıl rayonunun Qarxun inzibati ərazi vahidiində kənd. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini 1806-cı ildə Rusiya himayəsinə keçmiş Xoy hakimi Cəfərqulu xana məxsus ailələr salmış və kəndi də xanın adı ilə adlandırmışlar. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Cəfərabad (Hurand)
Cəfərabad (fars. جعفرآباد‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (18 ailə).
Cəfərabad (Kiyar)
Cəfərabad— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər.
Cəfərabad (Meşkinşəhr)
Cəfərabad (fars. جعفرآباد‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 273 nəfər yaşayır (52 ailə).
Cəfərabad (Miyanə)
Cəfərabad — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Miyanə şəhərindən 14 km qərbdədir.
Cəfərabad (Qoşaçay)
Cəfərabad (fars. جعفراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyanə şəhərindən 4,5 km şimaldadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 869 nəfər yaşayır (203 ailə).
Cəfərabad (Sərdarabad)
Cəfərabad — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Tarixən burada azərbaycanlılar yaşamışdır. Toponim Cəfər şəxs adı ilə fars dilindən Azərbayca dilinə keçən abad sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Getaşen (Çaykənd) qoyulmuşdur. == Əhalisi == Kəndə ermənilər, əsasən, 1917-1918-ci illərdə Türkiyənin Xoy, Sürməli, Muş vilayətlərindən köçürülmüşdür.
Cəfərabad (Vərzəqan)
Cəfərabad (fars. جعفراباد‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Dizmar kəndistanında, Vərzəqan qəsəbəsindən 27 km şimaldadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (4 ailə).
Cəfərabad (Xalxal)
Cəfərabad (fars. جعفرآباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (52 ailə).
Cəfərabad (Xoy)
Cəfərabad (fars. جعفراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər. yaşayır (10 ailə).
Cəfərabad (Xudafərin)
Cəfərabad (fars. جعفراباد‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (27 ailə).
Cəfərabad (Zəngibasar)
Cəfərabad — İrəvan xanlığı, Zəngibasar mahalı İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimalda yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Cəfər şəxs adı ilə fars dilində «müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan yer» mənasında işlənən abad sözündən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.
Cəfərabad (Çaroymaq)
Cəfərabad (fars. جعفراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (6 ailə).
Cəfərabad (Şəki)
Cəfərabad — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin əsasını car I Aleksandr tərəfindən Şəki xanı təyin edilmış xoylu Cəfərqulu xan qoymuşdur. XIX əsrin sonunda kənd icmasına Cəfərabad-Xoy və Cəfərabad-Şəki adlı iki yaşayış məntəqəsi daxil idi. Hazırda bu kəndlərdən biri Cəfərabaddır. Bu kəndlərin bünövrəsini əslən dumbuli tayfasından olan Cəfərqulu xanla birlikdə buraya gələn ailələr (əsasən Şəkkaki tayfasına mənsub idilər) qoymuşdular. Oykonim Cəfər (Cəfərqulu xana iŞarədir) və abad (kənd) komponentlərindən düzəlib. Antropotoponimdir. == Əhalisi == Kəndin əhalisi 2005 nəfər təşkil edir ki, onun da 1015 nəfəri kişi, 990 nəfəri isə qadındır. .
Cəfərabad (Əsədabad)
Cəfərabad (fars. جعفرآباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 130 nəfər yaşayır (45 ailə).
Cəfərabad bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cəfərabad rayonu
Cəfərabad rayonu — 1930-1931-ci illərdə Azərbaycan SSR ərazisində, Nuxa, yaxud Şəki dairəsinin tərkibində inzibati ərazi. == Haqqında == Rayonun inzibati mərkəzi Cəfərabad kəndi idi. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə Göynük rayonu və bir çox rayonlarla birlikdə yaradılmış və 1931-ci ilin fevralında hər ikisinin bəzi rayonlarla birlikdə ləğv edilmişdir. Lakin ilin sonunda nəşr olunmuş "Şəki fəhləsi" qəzetində Cəfərabad rayonunun hələ ləğv edilmədiyi görünür. Ləğv edildikdən sonra ərazisi yeni yaradılmış Nuxa rayonunun tərkibinə keçmişdir. == Qeydlər == == Mənbə == İnzibati-ərazi vahidləri. Səh.: 4.
Cəfərabad türbəsi
Pir Hüseyin türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi — Ermənistan'in Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztinli türbə. XV əsrə aid müsəlman abidəsi. Türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilmişdir. == Xüsusiyyətləri == Qaraqoyunlu əmirinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saadlu türk tayfasından olan əmirləri Pir Hüseyin və Əmir Səədin (1411 – ci ildə vəfat etmişdir) adları çəkilmişdir. Başqa sözlə kitabədə yazılıb ki, "Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allah ... Allahdan başqa Allah yoxdur, diri (və ya) həqiqi. Nə yuxu, nə də mürgü onu tuta bilməz. Göylərdə və yerdə olan hər şeyə sahibdir.
Elmira Cəfərova
== Həyatı == Elmira Cəfərova 1937-ci il iyun ayının 7-də Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, 1961-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib və təyinatla AMEA Fizika İnstitutuna göndərilib. Burada görkəmli alim, akademik H.M.Abdullayevin rəhbərlik etdiyi yarımkeçiricilər laboratoriyasında elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. O, 1968-ci ildə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə “Diffuziya yolu ilə alınmış n- və p- bazalı silisium diodlarının reaktiv xassələrinin tədqiqi” mövzusunda nаmizədlik dissertasiyasını müdafiə edib. Elmira Cəfərova 1969-cu ildə yeni yaradılmış “Heteroquruluşlar fizikası“ laboratoriyasında böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmiş və 2000-ci ildən hal-hazıradək həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışır. 2007-ci ildə isə “Dərin aşqar səviyyəli germanium, silisium və onlar əsasında çəpər quruluşlarda qeyri-stasionar elektron prosesləri” mövzusunda “Fiziki elektronika” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. Elmi əsərlərinin sayı-160 Xaricdə dərc olunan əsərlərinin sayı-70 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı -40 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı-10 Elmi-pedaqoji fəaliyyəti - 1978-1990-cı illərdə Azərbaycan Texniki Universitetinin “Mikroelektronika” kafedrasında mühazirələr oxumuş və elektron texnikası mühəndisliyi üzrə mütəxəssislərin hazırlanmasında fəal iştirak etmişdir Dil bilikləri- rus, ingilis dilləri Əsas elmi nəticələri - Qeyri-stasionar tutum spektroskopiyası, fotokeçiricilik, fototutum və EPR metodlarından istifadə edərək germanium, silisium və onların əsasında yaradılan baryer quruluşlarda qeyr-stasionar elektron proseslərinin mexanizmləri araşdırılmış, keçid metalların (Ti, V, W, və Ni) Ge və Si-da yaratdığı dərin səviyyələrin əsas energetik parametrləri təyin edilmişdir. Al-SiO2-Si-Me, In2O2-SiO2-Si-Me quruluşları alınmış, onların elektrik, fotoelektrik, aşırma xarakteristikaları öyrənilmiş, rastrelektron mikroskopunda tədqiqatlar aparılmış, onlar əsasında aşırıcı və yaddaş elementləri yaradılmışdır. Moskva şəhərinin Dubna vilayətindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə Si əsasında yeni tipli foroqəbuledici detektorlar yaradılmış və onların əsas xassələri öyrənilmişdir. Hazırlanmış koordinat həssaslıqlı detektorlar tək-tək işıq kvantlarını yüksək effektivliklə qeyd etməyə qabildirlər.