Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəfərağa Şiriyev
Cəfərabad
Toponimlər Azərbaycanda Cəfərabad (Şəki) — Şəki rayonunda kənd. Cəfərabad (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Ermənistanda Cəfərabad (Zəngibasar) — Zəngibasar rayonunda kənd. Cəfərabad (Sərdarabad) — Sərdarabad rayonunda kənd. İranda Cəfərabad (Bicar) Cəfərabad (Biləsuvar) — İranda şəhər. Cəfərabad (Kiyar) — İranda şəhər. Cəfərabad (Qərbi Azərbaycan ostanı) — Cəfərabad (Qoşaçay) — İranda kənd. Cəfərəbad (Əhər) — İranda kənd. Cəfərabad (Miyanə) — İranda kənd. Cəfərabad (Xoy) — İranda kənd.
Cəfərova
Cəfərova — Azərbaycan soyadı. Bəsti Cəfərova (d. 1959) — aktrisa. Dilrüba Cəfərova (d. 1954) — yazıçı və şair. Elmira Cəfərova (d. 1937) — fizika-riyaziyyat elmləri doktoru. Əminə Cəfərova (1925—2011) — Sosialist əməyi qəhrəmanı. Fidan Cəfərova (d. 1987) — azərbaycanlı televiziya aparıcısı.
Bəsti Cəfərova
Bəsti Cəfərova (13 iyun 1959, Bakı) — aktrisa. Azərbaycanın xalq artisti (1998), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru (2013). Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi (2023) == Həyatı == Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakıda doğulub. 1976-cı ildə Bakı şəhəri 82 nömrəli tam orta məktəbi bitirib və həmin ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" psixoloji dramını tamaşaya hazırlayan Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə Səltənət rolunu oynayıb. Milli rejissorlarımızın fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan, böyük sənətkar Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb. Bəsti Cəfərova Akademik Milli Dram Teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində "Mən Dədə Qorqud…" (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin "Təskinlik verməyi unutmayın" ("Kiçik şahzadə", Qızılgül, Göl çiçəyi, və Fanarçı), Yuğ Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın "Heydərbaba" əsəri əsasında səhnələşdirildiyi "Salam" (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb. Akademik teatrda oynadığı rollar səhnə təcəssümündə daha geniş şəkildə üzə çıxıb. Səltənət ("Quşu uçan budaqlar", Ə. Əylisli), Nazlı ("Əliqulu evlənir"), Bənövşə ("Nişanlı qız" S. Rəhman), Qadın ("Sizi deyib gəlmişəm…", Anar), Əsmər ("Günah", R. Əlizadə), Bədidə və Nigar ("Qanlı Nigar", S. Şendil), Gülruh ("Şeyx Xiyabani"), Azadə xanım ("Dəlilər və ağıllılar"), Ağabəyim ağa ("Hökmdar və qızı"), Lalə ("Büllur sarayda"), Sürəyya ("Tənha iydə ağacı"), Xurşidbanu Natəvan ("Xurşidbanu Natəvan", İ. Əfəndiyev), Solmaz ("Od gəlini", C. Cabbarlı), Martrio ("Dişi canavar", F. Q. Lorka), Qonerilya ("Kral Lir", V. Şekspir), Qaliyə və Adlay ("Sokratı anma gecəsi", Ç. Aytmatov və M. Şahanov), Ədilə ("Poçt şöbəsində xəyal", Elçin), Fedra ("Fedra", J. Rassin), Afət ("Afət", H. Cavid), Qadın ("İnsan səsi", J. Kokto), Xanuma ("Xanuma", A. Saqarelli), Jivka ("Nazirin xanımı", B. Nuşiç), Qətibə İnanc ("Qətibə İnanc", M. S. Ordubadi) və s.
Cəfərabad (Bicar)
Cəfərabad (fars. جعفر آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 698 nəfər yaşayır (165 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Cəfərabad (Biləsuvar)
Cəfərabad — İranın Ərdəbil ostanında, Biləsuvar şəhristanının Qışlaqdəşt bəxşində şəhər və bu bəxşin inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,024 nəfər və 1,508 ailədən ibarət idi. Cəfərabad şəhərinin əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan türkcəsində danışır.
Cəfərabad (Cəbrayıl)
Cəfərabad — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini 1806-cı ildə Rusiya himayəsinə keçmiş Xoy hakimi Cəfərqulu xana məxsus ailələr salmış və kəndi də xanın adı ilə adlandırmışlar. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Elmira Cəfərova
Elmira Cəfərova Əsəd qızı (7 iyun 1937) — AMEA Fizika İnstitutunun alimi. == Həyatı == Elmira Cəfərova 1937-ci il iyun ayının 7-də Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, 1961-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib və təyinatla AMEA Fizika İnstitutuna göndərilib. Burada görkəmli alim, akademik H. M. Abdullayevin rəhbərlik etdiyi yarımkeçiricilər laboratoriyasında elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. O, 1968-ci ildə "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə "Diffuziya yolu ilə alınmış n- və p- bazalı silisium diodlarının reaktiv xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Elmira Cəfərova 1969-cu ildə yeni yaradılmış "Heteroquruluşlar fizikası" laboratoriyasında böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmiş və 2000-ci ildən hal-hazıradək həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışır. 2007-ci ildə isə "Dərin aşqar səviyyəli germanium, silisium və onlar əsasında çəpər quruluşlarda qeyri-stasionar elektron prosesləri" mövzusunda "Fiziki elektronika" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. Elmi əsərlərinin sayı-160 Xaricdə dərc olunan əsərlərinin sayı-70 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı -40 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı-10 Elmi-pedaqoji fəaliyyəti — 1978–1990-cı illərdə Azərbaycan Texniki Universitetinin "Mikroelektronika" kafedrasında mühazirələr oxumuş və elektron texnikası mühəndisliyi üzrə mütəxəssislərin hazırlanmasında fəal iştirak etmişdir Dil bilikləri- rus, ingilis dilləri Əsas elmi nəticələri — Qeyri-stasionar tutum spektroskopiyası, fotokeçiricilik, fototutum və EPR metodlarından istifadə edərək germanium, silisium və onların əsasında yaradılan baryer quruluşlarda qeyr-stasionar elektron proseslərinin mexanizmləri araşdırılmış, keçid metalların (Ti, V, W, və Ni) Ge və Si-da yaratdığı dərin səviyyələrin əsas energetik parametrləri təyin edilmişdir. Al-SiO2-Si-Me, In2O2-SiO2-Si-Me quruluşları alınmış, onların elektrik, fotoelektrik, aşırma xarakteristikaları öyrənilmiş, rastrelektron mikroskopunda tədqiqatlar aparılmış, onlar əsasında aşırıcı və yaddaş elementləri yaradılmışdır. Moskva şəhərinin Dubna vilayətindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə Si əsasında yeni tipli foroqəbuledici detektorlar yaradılmış və onların əsas xassələri öyrənilmişdir.
Kubra Cəfərova
Lalə Cəfərova
Lalə Tahir qızı Cəfərova; (14 sentyabr 1966, Bakı) — Azərbaycan bəstəkarı, musiqişünas, pedaqoq, pianoçu. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (2021). Azərbaycanda balet müəllifi olan ilk qadın bəstəkarlardandır. == Həyatı və karyerası == Lalə Cəfərova 14 sentyabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Lalə Cəfərova ilk musiqi təhsilini Bakı şəhəri Rauf Hacıyev adına 15 saylı uşaq musiqi məktəbi Alla Timofeyevna-Mustafayevanın fortepiano sinfində almışdır. Orta musiqi təhsilini isə 1982–1986-cı illərdə Bakı Musiqi Kollecində Həbib Həbibovun fortepiano sinfində başa vurmuşdur. Bakı Musiqi Kollecini bitirib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, fortepiano fakültəsində 1986–1988-ci illərdə Validə Muradovanın və 1988–1991-ci illərdə professor Oqtay Abasquliyev sinfində təhsilini davam etdirmiş, fortepiano sinfini fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra 1993-cü ildə professor Arif Məlikovun bəstəkarlıq sinfinin 2-ci kursuna qəbul olunaraq, təhsilini davam etdirmişdir. 1997-ci ildə diplom işi kimi, ilk iri həcmli əsərini — fortepiano və simfonik orkestr üçün konsertini təqdim edərək bəstəkarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildə Arif Məlikovun sinfində bəstəkarlıq ixtisası üzrə aspirant-stajorluğu bitirərk, elə həmin ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.
Nigar Cəfərova
Nurlana Cəfərova
Nurlana Cəfərova (tam adı: Cəfərova Nurlana Sakit qızı) — azərbaycanlı aparıcı, tərcüməçi. Nurlana Cəfərova 1988-ci ilin 24 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb. İxtisasca filoloq olan aparıcı ilk dəfə 2006-cı ilin iyun ayında Azad Azərbaycan televiziyasının elan etdiyi müsabiqədə iştirak edərək, müsabiqə qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlamışdır. İlk radio efirinə Emin Musavi ilə birlikdə 2006-cı ilin 25 sentyabrında çıxmışdır. Həmin ilin sonu, şəxsi istəyi ilə eyni şirkətin 106 FM radiosunda işə davam edərək, 2007-ci ilin yanvar ayında ATV kanalında TOP 10 adlı ilk televiziya efirinə başlamışdır. Daha sonra, Azad Azərbaycan televiziyasının efirində , həm müəllifi olduğu gündəlik canlı efir yayımına çıxan ATV Club verilişini müğənni Azad Şabanovla birlikdə tamaşaçılara təqdim etmişdir. Ardınca , ATV Səhər və FreeZone verilişləri ilə efirdə olan aparıcı, paralel olaraq radio fəaliyyətini davam etdirmişdir. Nurlana Cəfərova aktrisa kimi ATV-nin "Qız Atası" və "Kişi Sözü" seriyallarında rol alıb. 2014–2016-cı illər ərzində 106 FM radiosunun direktoru vəzifəsində çalışmışdır. Nurlana həm də İdman Azərbaycan kanalının "Mərc Meydanı" verilişinin aparıcısı olub.
Rəna Cəfərova
Rəna Cəfərova (tam adı: Rəna Ələkbər qızı Cəfərova; 20 yanvar 1953, Tovuz) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Fiziki və fiziki-kimyəvi tədqiqatlar” şöbəsinin müdiri, kimya üzrə elmlər doktoru, professor. Rəna Ələkbər qızı Cəfərova 1953-cü il yanvarın 20-də Tovuz şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Tovuzdakı 1 saylı orta məktəbi fərqlənmə ilə bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki M.Ə. Rəsul-zadə, Bakı Dövlət Univer- siteti ) “Fizika” fakultəsinə qəbul olunmuşdur. O,1975-ci ildə bu fakultəni “ Fizik, fizika müəllimi “ ixtisası üzrə bitirmişdir. Təyinatla Az.EA-nın Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutuna (NKPİ) göndərilmiş və 1975-1978-ci illərdə ETS-də baş laborant, stajer-tədqiqatçı, mühəndis vəzifələrində çalışmışdır. O, 1978-1984-cü illərdə NKPİ-də “Optika” ixtisası üzrə aspiranturada oxumuş və 1984-cü ildə Azərbaycan Dövlət Universitetində “Bərk cisimlər fizikası” ixtisası üzrə “Alkilammonium və alkilfosfonium halogenidlərdə məxsusi elektron həyəcanlanması, lüminessensiya və rekombinasiya prosesləri” adlı dissertasiya işini müdafiə etmiş, 1985-ci ildə AAK (Rusiya ) tərəfindən ona fizika-riyaziyyat elmləri namizədi dərəcəsi verilmişdir. Alim 1992- 2002-ci illərdə böyük elmi işçi ( 1994-cü ildə AAK tərəfindən baş elmi işçi diplo- mu verilmişdir), 2002-ci ildən isə aparıcı elmi işçi və baş elmi işçi vəzifələrini icra etmişdir. 2005-ci ildə Y.H.Məmmədəliyev adına NKPİ-də 02.00.13-Neft kimyası və 02.00.04 – Fiziki kimya ixtisasları üzrə “ Neft lüminoforlarında fotofiziki və fotokimyəvi proseslər” adlı doktorluq dissertasiyasını müdafiə edərək, kimya elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. R.Ə. Cəfərova 16.02.2012-2019-cu illərdə NKPİ-da “Spektroskopik analiz” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
Sevda Cəfərova
Səidə Cəfərova
Cəfərova Səidə Allahverdi qızı — texnika üzrə fəlsəfə doktoru. Səidə Cəfərova 1961-ci il oktyabrın 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhəri 135 saylı orta məktəbi 1978-ci ildə bitirmişdir. 1978-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Metallurgiya fakultəsinə daxil olmuş və 1983-cu ildə həmin institutu müvəffəqiyyətlə bitirərək, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. 1983-cü ildən 1986-cı ilədək Radioquraşdırma EİB-də təyinatla işləməyə göndərilmişdir. 1986-1990-cı illərdə EA-nın Kristal təcrübə zavodlu XKTMB-nin Ovuntu metallurgiyası laboratoriyasında mühəndis vəzifəsində çalışmışdır. 1990-1993-cü illərdə "Ovuntu metallurgiyası və kompozisiya materialları" ixtisası üzrə AzTU-nun aspiranturasının əyani şöbəsində təhsilini davam etdirmişdir. 1998-ci ildən indiyədək AzTU-nun Materiallar texnologiyası kafedrasında dosent vəzifəsində çalışır. 2001-ci il noyabr ayının 6-da "Dəmir əsaslı qismən legirli ovuntudan alınmış bişmiş materialların struktur və xassələri" mövzusunda dissertasiya müdafiə edərək texnika eimləri namizədi alimlik dərəcəsi almışdir. 60-dan artıq elmi məqalənin, bir ədəd patentin, bir dərsliyin, dərs vəsaiti və rusca-azərbaycanca texniki lüğətin həmmüəlliflərindəndir.
Səriyyə Cəfərova
Səriyyə Cəfərova — yazıçı, publisist, müstəqil jurnalist. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri. Qarabağ müharibəsi veteranı - hərbi repartyor. Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itiribdir. 1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirmişdir. 1991-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. 1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə müxbiri işləmişdir. Xocalı soyqirımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunmuşdur.
Tahirə Cəfərova
Tahirə Cəfərova (Cəfərova Tahirə Ənvər qızı; d. 1940. Bakı, Azərbaycan SSR, SSRİ) — Fin ədəbiyyatı tərcüməçisi, yazıçı Cəfərova Tahirə Ənvər qızı 1940-cı il aprelin 19-da Bakıda anadan olub. 1957-ci ildə 124 nömrəli məktəbi qızıl medalla bitirib. Eyni dərəcədə həm riyazi, həm də ədəbi bacarığa malik olaraq və o zaman “fiziklər və liriklər haqqında” aparılan debatları nəzərə alaraq sənət seçimində fizikaya üstünlük verib - S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə qəbul olunub, 1962-ci ildə oranı “nəzəri fizika” ixtisası üzrə qırmızı diplomla bitirib. T.Cəfərova 1962-1964-cü illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnstitutunda kiçik elmi işçi işləyib. Sonra 1965-1968-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında yarımkeçiricilər kafedrasında professor V.L.Bonç-Bruyeviçin rəhbərliyi altında təhsil alıb, aspiranturanı qurtarandan Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda (EAFİ) işləyib. Həmin vaxt onun taleyində köklü dəyişiklik baş verib, o, sənətini dəyişmək qərarına gəlib, çünki ədəbiyyat və xarici dillər onu uşaq vaxtından cəlb edirdi. T.Cəfərova 1970-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinin qiyabi bölməsinə, 1972-ci ildə isə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olunub. Bu iki ali məktəbdə sessiyalar müxtəlif vaxtda keçirildiyi üçün o, iki təhsil müəssisəsini asanlıqla qurtarıb.
Tamam Cəfərova
Tamam Cəfərova (azərb. Tamam Şaməmməd qızı Cəfərova‎; 5 aprel 1959, Bakı) — Tarix elmləri namizədi, dosent, VI çağırış Milli Məclisin Şamaxıdan seçilən deputatıdır. Tamam Şaməmməd qızı Cəfərova 1959-cu il aprelin 5-də Bakı şəhərində anadan olub. 1976-cı ildə Bakı şəhəri, 180 saylı orta məktəbi qızıl medalla bitirib. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən gənclərin Azərbaycandan kənarda təhsili proqramı çərçivəsində 1976-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinə daxil olub. 1981-ci ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1987–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) aspiranturasında əyani təhsil alıb. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi adına layiq görülüb. 1996-cı ildən dosent vəzifəsində çalışır. 2007-ci ilə qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Siyasi Tarix" kafedrasında, 2007-ci ildən 2019-cu ilin fevral ayına qədər Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsinin "Diplomatiya və müasir inteqrasiya prosesləri" kafedrasında dosent vəzifəsində çalışıb.
Xülya Cəfərova
Xülya Sabirli və ya Xülya Cəfərova (tam adı: Xülya Rabil qızı Sabirli; 17 fevral 1992, Qəbələ) — Azərbaycanlı yazıçı, jurnalist, pedaqoq və tərcüməçi. Xülya Sabirli 1992-ci il fevralın 17-də ziyalı ailəsində anadan olmuşdur. İki övladı var. Orta təhsilini 1998–2009-cu illərdə Bakı şəhərində Qafqaz Özəl Gimnaziyasında almışdır. 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuş, 2013-cü ildə adı çəkilən universiteti bitirmişdir. Elə həmin ildə o, Bakı Dövlət Universitetinin magistraturasına daxil olmuşdur. 2016-cı ildə magistratura pilləsini fərqlənmə ilə bitirmiş və beynəlxalq jurnalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. Hazırda AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır. Hazırda Amerikanın Vaşinqton universiteti ilə Azərbaycan Dövlət Pedaqoji universitetinin "Təhsilin idarəedilməsi" ixtisası üzrə magistratura ikili diplom proqramında təhsil almaqdadır. Xülya Sabirli peşəkar əmək fəaliyyətinə 2012-ci ildə Lider televiziyasında jurnalist və teleaparıcı kimi başlayıb.
Zəhra Cəfərova
Zəhra Hüseyn qızı Cəfərova (1924, Bakı – 2005, Bakı) — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Konservatoriyasının orqan sinfinin təsisçisi və rəhbəri. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. Zəhra Cəfərova 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax qəzasının Dağkəsəmən (həmin kənd indiki Ağstafa rayonundadır) kəndindəndir. 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında, 1951-ci ildən isə Leninqrad (indiki Sankt-Peterburq şəhəri) konservatoriyasında orqan ifaçısı ixtisası üzrə təhsil almışdır. Oxumaqla yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olmuşdur. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. Uzun illər ərzində konservatoriyanın böyük zalında özünün ifaçılığını dinləyicilərə nümayiş etdirmişdir. Zəhra Cəfərova 1961–1991-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasında əsasını qoyduğu orqan sinfinə rəhbərlik etmiş, yüzə qədər orqan ifaçısı yetişdirmişdir. Uzun müddət bu təhsil müəssisəsində professor olaraq çalışmışdır.
Zəkiyyə Cəfərova
Əminə Cəfərova
Cəfərova Əminə Surxay qızı (1925, Ağdam, Ağdam qəzası – 13 avqust 2011, Bakı) — Sov.İKP-nin üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949). Cəfərova Əminə Surxay qızı 1925-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Gənc yaşlarından Çəlik deyilən üzümçülük sahəsində əmək fəaliyyətinə başlamış, az bir vaxtda öz işgüzarlığı, əməksevərliyi sayəsində Manqa başçısı vəzifəsinə qədər yüksəlmişdir. 1941–1971-ci illərdə Ağdam rayonundakı "Nətəvan" adına üzümçülük sovxozunda manqabaşçısı, uşaq bağçasının müdiri, şərab zavodunda laborant, 1971-ci ildən isə mikrobioloq işləmişdir. 1947-ci ildən Sov.İKP-nin üzvü olmuşdur. Əminə Cəfərova 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Belə ki, 3 hektarlıq məhsuldar sahənin hər hektarından 230,2 sentner məhsul götürmüşdür. Hökumət qarşısında xidmətini nəzərə alan SSRİ Ali Soveti 5 oktyabr 1949-cu il tarixli 4724 saylı qərarı ilə ona Sosialist Əməyi Qəhrəmanı adı vermişdir. Bundan əlavə Əminə Cəfərova 3 dəfə Lenin ordeni və müxtəlif medallarla təltif edilmişdir. 1951-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində əmək qabaqcılları ilə birgə Moskva şəhərindəki Ümumittifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisində iştirak etmişdir.
Mahirə Cəfərova
Nəzrin Cəfərova
Nəzrin Cəfərova - Azərbaycanlı qadın tennisçi. Cəfərova 2013-cü ildə Bakı kubokunda QTA turunda debüt etdi və əsas püşkə vəsiqə qazandı, lakin ilk raundda Xorvatiyadan olan dünya 62-cisi Donna Vekiçə uduzdu. O, həmçinin Tamari Çalaqanidze ilə cütlər turnirinə də vəsiqə qazandı, lakin cütlük ilk raundda İlon Kremen və Marina Melnikovaya uduzdu.
Cəfərabad (Xürrəmdəşt)
Cəfərabad (az.-əbcəd. جفرآباد‎, fars. جعفرآباد‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 753 nəfər yaşayır (218 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.