Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bancul
Banjul (ing. Banjul, 1973-cü ilədək Baterst) — Qambiyanın paytaxtı. Əhalisi 2003-cü ilin hesablamalarına görə 34 828 nəfər, şəhər ətrafı ilə birlikdə 357 238 nəfərdir. Şəhər Qambiya çayının Atlantik okeanına töküldüyü yerdə, Müqəddəs Məryəm adasında yerləşir. == Tarixi == Şəhərin əsası 1816-cı ildə ingilislər tərəfindən liman şəhəri kimi qoyulmuş və o vaxtkı Böyük Britaniya Müharibə və Koloniyalar naziri Henri Baterstin şərəfinə Baterst adlandırılmışdır. 1973-cü ildə şəhərin adı dəyişdirilərək indiki adını almışdır.
Çançun
Çançun (çin. 长春市) — Çin Xalq Respublikasının şimal-şərqində yerləşən Qirin əyalətinin paytaxtı və ən böyük şəhəridir. Mançuriya düzənliyinin mərkəzində yerləşən Çançun 7 rayondan ibarət əyalət altı şəhərdir. 2010-cu il hesablamalarına görə şəhər əhalisinin ümumi sayı 7,674,439 nəfərdir.Şəhərin adı çin dilindən tərcümədə "uzun payız" deməkdir. 1932 və 1945-ci illər aralığında Yaponiya İmperiyasının "kukla dövlət"i olan Mançuriya tərəfindən işğal altında saxlanılan Çançun şəhərinin adı Hsinkin olaraq dəyişdirilmişdir. 1949-cu ildə Çin Xalq Respublikasının əsasının qoyulmasından sonra şəhər Qirin əyalətinin inzibati mərkəzi elan olunmuşdur. Çində "avtomobillər şəhəri" adı ilə tanınan bu yaşayış məntəqəsi ölkənin vacib sənaye bazalarından biri hesab olunur. Yerli avtomobil sənayesində oynadığı mühüm rola görə Çançun şəhərinə bəzən "Çinin Detroytu" da deyirlər. Bu şəhər Çin Xalq Respublikasının Tikinti Nazirliyi tərəfindən "Milli Bağ Şəhəri" mükafatına layiq görülən dörd şəhərdən biridir.
Çançun Yatay FK
Çançun Yatay FK — Çinin futbol klubu == Tarixi == 1996-cı ildə yaranmışdır. == Uğurları == Çin Super Liqası qalib (1) - 2007 ikinci (1) - 2009 == Azərbaycanla bağlılığı == Bir müddət Neftçi Bakı klubunda çıxış etmiş bolqar futbolçu Svetoslav Stefanovla 2007-ci ildə Çin çempionu olan "Çanqçun Yatay" 2008 mövsümünü 6-cı yerdə başa vurub. Azərbaycan millisinin üzvü Branimir Subaşiç 2009-cu ildə bu komanda ilə Çin Superliqasının gümüş medalını qazanıb.
Banjul
Banjul (ing. Banjul, 1973-cü ilədək Baterst) — Qambiyanın paytaxtı. Əhalisi 2003-cü ilin hesablamalarına görə 34 828 nəfər, şəhər ətrafı ilə birlikdə 357 238 nəfərdir. Şəhər Qambiya çayının Atlantik okeanına töküldüyü yerdə, Müqəddəs Məryəm adasında yerləşir. == Tarixi == Şəhərin əsası 1816-cı ildə ingilislər tərəfindən liman şəhəri kimi qoyulmuş və o vaxtkı Böyük Britaniya Müharibə və Koloniyalar naziri Henri Baterstin şərəfinə Baterst adlandırılmışdır. 1973-cü ildə şəhərin adı dəyişdirilərək indiki adını almışdır.
Carcur
Carcur — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Hangul
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır.
Yanaul
Yanaul — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.
Concu
Concu (Hanqıl:전주) Cənubi Koreyanın ən böyük 16 Şəhərindən biri olub, Şimali Colla vilayətinin mərkəzidir. Bura həm şəhər həm də kənd kimi tanınır. Concu adının hərfi mənası "Mükəmməl bölgə" ( Hanca: 全 (전;con)- mükəmməl, 州 (주;cu)- bölgə) deməkdir. Bura Koreyanın milli yeməklərinə, tarixi binalarına, idman fəaliyyətlərinə, yaradıcı festivallarına görə əsas turizm məzkəzi hesab olunur. 2012-ci il may ayında, UNESCO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"-nin bir hissəsi olaraq Concu qastronomiya sahəsində "Yaradıcı Şəhər" olaraq seçilib. Bu şərəflə şəhərin min illərdir nəsildən nəsilə ötürülən ənənəvi ev yeməkləri, fəal ictimai və özəl qida araşdırmaları, istedadlı aşpazları yetişdirmək sistemi və fərqli yemək festivallarına ev sahibliyi etməsi qiymətləndirilir. == Tarixi == Bekçe krallığı cənub-qərbi Koreyada,indiki Concunun yerləşdiyi ərazidə yerləşmişdir. İnanılır ki, Concu şəhəri b.e.ə 57-ci ildə bazar şəhəri kimi qurulub. Concu (Bekçe ilə birlikdə) Şila krallığı və Çinin Tan sülaləsi tərəfindən 660-cı ildə fəth edildi. Qısa müddətə Şila krallığının bir parçası oldu və 685-ci ildə Concu, 9 chu (krallığın əyalət mərkəzi)-dan biri oldu.
Manul
Manul (lat. Otocolobus manul) — Pişiklər fəsiləsinin yırtıcı məməli heyvanıdır. == Ümumi məlumat == Bədənin uzunluğu təxminən 55 sm, quyruğun isə 30 sm çatır. Ölçüləri ev pişiyi boyda olsa da, görkəmcə ondan xeyli fərqlənir. Onun qolları daha qısa, bədəni daha massiv, xəzi isə sıx və uzundur. Enli və yastı başının üzərində kiçik qulaqları bir-birindən aralı şəkildə yerləşmişdir, bəzən tükün içində gizlənmiş olur. Gözlərinin qırağından sifətinin kənarı ilə uzun tüklər (baklar) nəzərə çarpır. Xəzi bəzən tutqun (çirkli-sarı-boz), bəzən isə qırmızımtıl-sarı rəngdə olur. == Yayılması == Orta və Mərkəzi Asiya, cənubi Qafqaz və qərbi İrandan başlayaraq, Baykal ətrafı, Monqolustan və şimal-qərbi Çinə qədər. Azərbaycanda, yalnız Naxçıvanda rast gəlinməsi barədə 3 - 4 fakt vardır.
Amor caecus
Amor caecus — latın dilində məşhur ifadə "sevgi kordur" ya "eşqin közü kordur", sevən, eşqə düşən insanın gözü kor olar mənasını daşıyır. Buna bənzər ifadə azərb. "Sən ona Məcnunun gözlərilə bax"‎, rus dilində isə rus. "Любовь зла, полюбишь и козла" — sevgi kordur, keçini də sevə bilərsən və s.
Bulbophyllum caecum
Bulbophyllum caecum (lat. Bulbophyllum caecum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum caecum növü Maluku adaları üçün endemik növdür.
Cambul Cabayev
Cambul Cabayev (qaz. Жамбыл Жабайұлы; 1846 – 1945) — Qazax akını, şairi, Stalin mükafatı laureatı.
Cambul vilayəti
Cambul vilayəti (qaz. Жамбыл облысы) — Qazaxıstanın cənubunda vilayət. İnzibati mərkəzi Taraz şəhəridir. == Tarixi == 1939-cu il oktyabrın 14-də təşkil olunmuşdur. Vilayət məşhur qazax akını Cambul Cabayevin (1846 - 1945) şərəfinə adlanmışdır. == Coğrafiyası == Sahəsi 144,2 min km2 . 10 rayonu, 4 şəhəri, 13 qəsəbəsi var. Mərkəzi Taraz şəhərdir Ərazisi, əsasən, düzənlikdir. Şimal hissəsini Bədbəxttala s əhrası tutur. Cənub şərqi, şərqi və cənubu dağlıqdır.
Canqur (Heris)
Canqur (fars. جانقور‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,940 nəfər yaşayır (492 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Heris bölgəsinin Ətraf kəndistanında, Heris qəsəbəsindən 21 km cənub-qərbdədir.
Epidendrum mancum
Epidendrum mancum (lat. Epidendrum mancum) — səhləbkimilər fəsiləsinin epidendrum cinsinə aid bitki növü.
Erigeron mancus
Erigeron mancus (lat. Erigeron mancus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Feri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Fəri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Mancur dili
Mancur dili ( Mançur dili: manju gisun, Çin dili: 滿語; Yapon dili: 満州語/満洲語) — Tunquz dillərindən Şimali Çində danışılan dil. Mançu dilinin özünə xas bir əlifbası vardır. Bu gün Mançu dili ölmək üzrə olan dillərdən biridir.
Mancur göyrüşü
Mancur göyrüşü (lat. Fraxinus mandshurica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Asiyada iynəyarpaqlı və enliyarpaqlı meşələrin əsas ağaclarından biridir. Rusiyanın Primorsk diyarı və Saxalin vilayətində, Koreyada, Çində, Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Bu növ adi göyrüşə oxşardır. Hündürlüyü 25 m, diametri 1,5 m olan, birinci dərəcəli ağacdır. Gövdəsi düz, sütunvari, çətiri yuxarı qalxmış, enli-yumru, zərifdir. Cavan ağaclarda nazik yarıqlarla örtülmüş, yaşlandıqda rəngi bozdan tünd bozadək dəyişir. Zoğları və cavan budaqları tünd sarı və ya qonur rəngli, ağtəhər pulcuqlu, tumurcuqları qara və ya qara-qonur, çılpaqdır. Mayın əvvəllərində yarpaqları açılanadək çiçəkləyir, meyvələri sentyabrın axırları – oktyabrda yetişir, qış ərzində tökülür.
Phytoseius mancus
Phytoseius mancus (lat. Phytoseius mancus) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius mancus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Sancud (Sayınqala)
Sancud (fars. ‎سانجود‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (100 ailə).
Sancuh (Sərdəşt)
Sancuh (fars. ‎سنجوه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (90 ailə).
Yanaul rayonu
Yanaul rayonu (başq. Яңауыл районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Yanaul kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimal-qərbində yerləşir. Qərbdən Udmurdiya, şimaldan isə Perm diyarı ilə sərhəddə malikdir. İqlimi mülayim kontinentaldır. İsti və bir az quraqdır. Ərazisindən Buy çayı axır. Çay üzərində Karmanov SES vardır. Boz meşə torpaqlarına sahibdir.
Zümrüt Cansel
Zümrüt Cansel (23 mart 1963, Böyük Britaniya) – Türk aktrisasıdır. Anası aktrisa Feri Cansel olub. Zümrüt Canselin əsl adı "Zümrüt Vedjhi"dir. Zümrüt Canselin ilk iştirak etdiyi film "Hababam Sınıfı Dokuz Doğuruyor" adlı komediya janrlı filmdir. Onun həyat yoldaşı Eser Özaltınderendən üç övladı vardır.
Canal 13
Canal 13 Çilinin pulsuz yayımlanan bir televiziya kanalıdır. 21 avqust 1959-cu ildə Santyaqonun 2-ci analog kanalında Çili Papa Katolik Universitetinin bir qrup mühəndisinin rəhbərliyi ilə yayımlandı. Daha sonra televiziya stansiyası tezliyini VHF kanal 13-ə köçürdü və bu da indiki adının yaranmasına səbəb oldu. Başlanğıcda ən mühüm mərhələlərdən biri, Çilidə təşkil edilən 1962 FIFA Dünya Kubokunun yayımı idi. Luksic Group-a məxsus olan Canal 13, Çilinin ikinci ən köhnə televiziya stansiyasıdır. 2010-cu ilə qədər Şili Korporasiyası de Televisión de la Pontificia Universidad Católica de Chile (Çili Papa Katolik Universitetinin Televiziya Korporasiyası) olaraq adlandırıldı. Bununla birlikdə, stansiya Çili’də qurulduğu gündən bu yana El 13 (on üçüncü) olaraq bilinir.
Çyançü
Şanyü Çyançü (II əsr – 188) — bir hun əyanı idi. Hunların Qiyan qəbiləsindən olan Çyançü imperator tərəfindən şanyü təyin edilmişdi. Qiyan qəbiləsi hun qanunlarına hökmdarlığa iddia edə bilməzdi və bu qəbilə üzvləri şanyü ola bilməzdi. Ancaq Luanti sülaləsindən çıxanlar şanyü olurdu. Bu hadisəyə etiraz edən hunlar qərbə köçdülər. Çyançü 9 il hakimiyyətdə olduqdan sonra üsyançı hunlar 100.000 əsgərlə onu devirərək öldürdü. Onun qəbiləsindən gələnlər Qanqlılar adlanır.