Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Musa Carullah
Musa Bigiyev (Musa Bigi, Musa Carullah tatar. Муса Җаруллаһ Бигеев, rus. Муса Яруллович Бигеев; 24 sentyabr 1874, Kikino[d], Penza quberniyası[d] – 28 oktyabr 1949, Qahirə) — görkəmli tatar ilahiyyatçı filosof, publisist. XX əsrin əvvəllərində Rusiya müsəlmanları arasında başlayan cədidizm mütərəqqi hərəkatın liderlərindən biri idi. == Bioqrafiya == Musa Carullah Bigeyev (Penza mişər tatarların qədim transkripsiyalarında Bigi kimi gedir) 25 dekabr 1873-ci ildə Penza quberniyasının Kikino kəndində anadan olub. Onun atası Rostov-na-Donuda axund təyin edildikdən sonra, ailəsi ilə ora köçdü. Bigeyev anadan olduğu vaxta və yerə lazımlı diqqət vermədiyi üçün, hazırda bu məlumatın üstündə mübahisələr aparılır. Dünyəvi və dini təhsil almışdır. Rostov-na-Donuda real məktəbi bitirdikdən sonra Bağçasarayın, Kazanın, Buxaranın mədrəsələrində və Qahirənin qocaman müsəlman Əl-Əzhər universitetində təhsilini dava etdirmişdir. 1905-ci ilin mayında vətənə qayıdanda Çistaylı tacir və işan, həmçinin "Kəmaliyyə" mədrəsəsinin banisi olan Məhəmmədzakir Kəmalovun qızı ilə evləndi.
Varilla
Varilla (lat. Varilla) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Aquilegia caerulea
Cennifer Parilla
Cennifer Parilla (d. 9 yanvar 1981; Nyuport-Biç, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən batut gimnastı. Cennifer Parilla, 2000 və 2004-cü illərdə Birləşmiş Ştatları Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Cennifer Parilla, 2000-ci ildə Birləşmiş Ştatların bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Parilla, 60.70 xal topladı və 12 idmançı sırasında 9-cu yeri tutaraq mübarizəni dayandırdı. Cennifer Parilla növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Parilla, 52.70 xal topladı və 16 idmançı sırasında 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Lonicera caerulea
Göy doqquzdon (lat. Lonicera caerulea) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Mehriban Yadulla
Mehriban Yadulla — Azərbaycan iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru, BDU-nun “İqtisadiyyat” kafedrasının dosenti. == Bioqrafiya == 1970-ci il 13 yanvar tarixində Bakı şəhərində (Azərbaycan Respublikası) anadan olmuşdur. 1986-ci ildə Bakı şəhəri 54 nömrəli orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Maliyyə-kredit» fakültəsinin "Maliyyə" ixtisasını əla qiymətlərlə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetində 08.00.01- “İqtisadi nəzəriyyə” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1990-cı ildən Bakı Dövlət universitetində çalışır. 2003-cü ildən iqtisad elmləri namizədidir - «Azərbaycanda əmək bazarının təşəkkülü və fəaliyyətinin tənzimlənməsi problemləri» mövzusunda namizədlik dissertasiya işini müdafiə etmişdir. 2013-cü ildə Dosent elmi adını alıb. 2012/2013-cü tədris ilində 5307.01 – “İqtisadi nəzəriyyə” elmlər doktoru proqramı üzrə qiyabi doktoranturaya qəbul olunub. “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin Elmi Şurasının qərarı ilə dissertasiya mövzusu “Milli iqtisadiyyatın səmərəliliyinin xarici ticarət problemləri” (30 aprel 2013 -cü il tarixli 8 saylı protokol) kimi təsdiq edilmişdir.
Nurulla Əliyev
Nurulla Arif oğlu Əliyev (25 sentyabr 1962, Dərbənd, Dağıstan MSSR) — ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor. == Həyatı == Əliyev Nurulla Arif oğlu 1962-ci ilin sentyabr ayının 25-də RF-nın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. "Dərbənd" xeyriyyə cəmiyyətinin sədridir. Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının "Adyunktura və elm" şöbəsinin hərb tarixi üzrə professoru. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə akademiyanın həqiqi (akademik) üzvü seçilib və onun fəxri üzvü statusu ilə təltif olunub. Türk dünyası hərb tarixi elminə verdiyi böyük töhfələrə və yüksəkixtisaslı zabit kadrların hazırlanması sahəsindəki xidmətlərimə görə akademiyanın "Beynəlxalq qızıl ulduz" medalına layiq görülüb. 1 ensiklopediya, 10 monoqrafiya, 45 kitab, 13 tədris proqramları və metodik vəsaitləri, 200-ə yaxın elmi məqalənin müəllifi. Akademiyanın Leybnic "Fəxri medalı"na layiq görülüb. == Elmi fəaliyyəti == 1969-cu il tarixində 1977-ci il tarixədək Bakı şəhərinin 68 saylı orta məktəbdə oxuyub.
Nymphaea caerulea
Nymphaea caerulea (lat. Nymphaea caerulea) — suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü.
Passiflora caerulea
Passiflora caerulea (lat. Passiflora caerulea) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. Vətəni Cənubi Braziliya və Argentinadır. == Botaniki təsviri: == Həmişəyaşıl liandır. Düzənliklərdə və dağlarda dəniz səviyyəsindən 1200 m-ə qədər hündürlükdə bitir. Bu bitkinin cavan yarpaqları qırmızı, yaşlı yarpaqları isə tünd yaşıl, uzunsov formalı, 5-7 hissəyə dərin bölünmüş, diametri 20 sm-ə qədərdir. Çiçəkləri iri, mavi rəngli, təkdir, diametri 7-9 sm, zərif ətri feyxoanın çiçəklərinin ətrinə bənzəyir. Erkəkcikləri və dişiciyi əhatə edən rəngli saplaqlardan ibarət «tac» bitkiyə əsas dekorativ effekt verir. Əsasən yaz-payız dövründə çicəkləyir. Meyvəsi qışda yetişir.
Poa caerulea
Poa pratensis (lat. Poa pratensis) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid biki növü. == Sinonim == Paneion pratense (L.) Lunell Poa agassizensis B.Boivin & D.Löve Poa alpigena subsp. sobolevskiana (Gudoschn.) Tzvelev Poa anceps (Gaudin) Hegelm. Poa anceps var. breviculmis Hook.f. Poa angustifolia Elliott [Illegitimate] Poa angustifolia subsp. anceps (Gaudich.) K.Richt. Poa angustifolia var. anceps (Gaudin) K. Richt.
Prunella caerulea
Adi boğazotu (lat. Prunella vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin boğazotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (3) 8-40 (60) sm, gövdəsi düzduran və yaxud əyilib qalxandır, çılpaq və ya nahamar tüklü, uzun sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları saplaq üzərindədir, uzunluğu 2-6 sm, eni 1-3 sm-dir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, adətən pazşəkilli olur, uc hissədə küt və ya sivritəhər, kənarları tamkənarlı və ya seyrək dişlidir. Çiçək qrupu başcıq və ya sünbülşəkilli, yumurtaşəkilli və ya uzunsov olub, onun əsasında bir cüt oturaq yarpaq yerləşir. Çiçək qrupunda çiçək köbəsi yığılmışdır. Tac bənövşəyi, bəzən isə ağ rəngdə olur, uzunluğu 8-12 mmdir, 1,5-2 dəfə kasacıqdan uzun və ya ondan az fərqlənir, tacın borucuğu düzdür. Fındıqcalar yumurtaşəkilli və ya ellipsvari, hamar, parlaq, bayır tərəfi yastı və uzunluğu 2 mm-ə qədərdir. May ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, nadir halda Kür-Araz oval.
Toyota Corolla
Toyota Corolla — Toyota şirkətinin istehsal etdiyi kompakt (C seqment) sinif avtomobil. İstehsal olunmağa başlandığı 1966-cı ildən bu günə qədər 11 nəsildir. 32 milyondan çox istehsal sayıyla dünyanın ən çox satılan avtomobili ünvanını qorumaqdadır. 2013-cü ildə 11-ci nəsil Corolla satışı başlanmışdır. Yaponiyada sedan karoseri Axio adıyla satılmaqdadır. Avtomobilin hatchback modeli olan Auris Türkiyə və İngiltərə fabriklərində istehsal edilir. 1.33 (benzinli), 1.4 D-4D (dizel) və 1.6 Dual VVT-İ (benzinli) variantları olmaqla üç motor çeşidi var.
Trigonella caerulea
Göy güldəfnə (lat. Trigonella caerulea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü.
Yadulla Həsənli
Yadulla Həmdulla oğlu Həsənli (7 mart 1959, Saatlı) — İqtisad elmləri doktoru, professor, AMEA İdarəetmə Sistemləri İnstitutunda laboratoriya müdiri. İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru. == Həyatı == 1959-cu il, martın 7-də Azərbaycanın Saatlı rayonunda anadan olmuşdur. Ailəlidir, bir oğlu var. === Təhsili və Elmi dərəcə və Elmi Adları === 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tətbiqi-riyaziyyat və Kibernetika fakültəsini bitirib. 1983–1987-ci illərdə Azərbaycan Ellər Akademiyasının Kibernetika İnstitunda aspiranturada oxuyub və 1989-cu ildə "Kənd təsərrüfatı müəsssisələrinin fəaliyyətinin modelləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 2007-ci ildə "Azərbaycanın sosial-iqtisadi inkişafının modelləşirilməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. == Elmi Fəaliyyət == === Tədqiqat Sahəsi === Ekonometrika, iqtisadi-riyazi modelləşdirmə === Əsas elmi nailiyyətləri === Qarşılıqlı borc problemini tədqiq edərək məsələnin həllinin iqtisasdi-riyazi üsulunu ("Kredit təkanı" və "İmtina təkanı") yaratmış və onun həlli alqoritmlərini vermişdir. Habelə C. M. Keyns nəzəriyyəsi əsasında borc ləğvinin multiplikaroru anlayışı daxil edərək onun Azərbaycan iqtisadiyyatı timsalında qiyməti hesablanaraq təhlil edilmişdir; K. Marksın təkrar istehsal sxemi modifikasiya edilərək Təbii sərvətlərlə zəngin olan ölkələrin iqtisadi inkişaf dinamikası araşdırmış və inkişaf xüsusiyyətləri müəyyənləşdirmişdir. Əsaslandırılmışdır ki, ölkələrin qeyri-tarazlı inkişaf meyli (maliyyə böhranı və s.) təbii sərvətlərin istismarı nəticəsində artıq dəyər və ya artıq pulun əldə olunması ilə əlaqədardır; Azərbaycanın sosial və iqtisadi inkişafının makroekonometrik modelini işləmiş və əsas makroiqtisadi göstəricilər proqnozlaşdırılmışdır; Azərbaycan iqtisadiyyatının bazar münasibətləri şəratində "Xərclər-Buraxılış" modelini işləmiş və müvafiq təhlillər aparmışdır; Çapdan çıxmış elmi əsərləri: 121 elmi əsər, o cümlədən 1 dərslik, 2 dərs vəsaiti, 3 monoqrafiya Xaricdə çıxmış elmi əsərlərin sayı: 25 === Əsas elmi əsərlərin adları === Assessment of mutual economic relations the countries of the world on the basis of input-output table// EcoMod2012 International Conference on Economic Modeling Seville, Spain, July 4–6, 2012.
Əmrulla Saleh
Əmrulla Saleh (dəri və puşt. امرالله صالح; 15 oktyabr, 1972-ci il, Pəncşir vilayəti) — Əfqanıstan dövlət xadimi, siyasətçi, Əfqanıstanın Birinci Vitse-prezidenti (2020-2021), Əfqanıstan Daxili İşlər Naziri (2018-2019), Milli Təhlükəsizlik İdarəsinin rəisi (2004-2010). 17 Avqust 2021-ci ildə keçmiş prezident Əşrəf Qəni ölkədən qaçdıqdan sonra Əmrulla Saleh özünü prezident vəzifəsini icra edən elan etdi və Taliban yaraqlılarına müqavimət göstərməyə çağırdı. Əhməd Məsudla birlikdə Pəncşir Müqavimətini təşkil etmişdir. == Həyatı == Əmrulla Saleh 15 oktyabr 1972-ci ildə Pəncşir vilayətidə anadan olub. Milliyətcə tacikdir. Siyasətçinin uşaqlıq və gənclik illəri haqqında demək olar ki, heç nə məlum deyil. 1980-ci illərdə Pakistanda yaşamış və təhsil almışdır. 1990-cı ildə Əfqanıstan müxalif qüvvələrinə qoşulmuş, Pakistanda hərbi təlim keçmişdir. O, Mücahidlərin səhra komandiri Əhməd Şah Məsudun başçılığı ilə müharibələrdə iştirak etmişdir.
Pinus arolla
Sibir sidrağacı (lat. Pinus sibirica) - şam ağacı cinsinə aid bitki növü. == Arealı == Sibir sidrağacı növü Rusiyanın Avropa hissəsindən Uzaq Şərq hissəsinə qədər ərazidə yayılmışdır. == Sinonim == Pinus arolla Petrov Pinus cembra f. coronans (Litv.) Krylov Pinus cembra var. sibirica (Du Tour) A.E.Murray Pinus cembra var. sibirica (Du Tour) G.Don Pinus cembra subsp. sibirica (Du Tour) Krylov Pinus coronans Litv. Pinus hingganensis H.J.Zhang Pinus sibirica var. hingganensis (H.J.Zhang) Silba Pinus sibirica subsp.
Hacı Əmrulla hamamı
Hacı Əmrulla hamamı — günbəzli hamam olub, Sumqayıt şəhərinin Corat qəsəbəsi mərkəzindən keçən Sülh küçəsində, Corat cümə məscidinin qarşı tərəfində yerləşir. Günbəzşəkilli olan bu hamam dövlət tərəfindən mühafizə edilir. == Tarixi == Corat sakini Hacı Əmrulla bəyin sifarişi ilə XVII əsrdə tikilməsi qeyd olunur. Qəsəbə sakinləri arasında təzə hamam olaraq tanınır. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir.
Musa Cərullah Biqi
Musa Bigiyev (Musa Bigi, Musa Carullah tatar. Муса Җаруллаһ Бигеев, rus. Муса Яруллович Бигеев; 24 sentyabr 1874, Kikino[d], Penza quberniyası[d] – 28 oktyabr 1949, Qahirə) — görkəmli tatar ilahiyyatçı filosof, publisist. XX əsrin əvvəllərində Rusiya müsəlmanları arasında başlayan cədidizm mütərəqqi hərəkatın liderlərindən biri idi. == Bioqrafiya == Musa Carullah Bigeyev (Penza mişər tatarların qədim transkripsiyalarında Bigi kimi gedir) 25 dekabr 1873-ci ildə Penza quberniyasının Kikino kəndində anadan olub. Onun atası Rostov-na-Donuda axund təyin edildikdən sonra, ailəsi ilə ora köçdü. Bigeyev anadan olduğu vaxta və yerə lazımlı diqqət vermədiyi üçün, hazırda bu məlumatın üstündə mübahisələr aparılır. Dünyəvi və dini təhsil almışdır. Rostov-na-Donuda real məktəbi bitirdikdən sonra Bağçasarayın, Kazanın, Buxaranın mədrəsələrində və Qahirənin qocaman müsəlman Əl-Əzhər universitetində təhsilini dava etdirmişdir. 1905-ci ilin mayında vətənə qayıdanda Çistaylı tacir və işan, həmçinin "Kəmaliyyə" mədrəsəsinin banisi olan Məhəmmədzakir Kəmalovun qızı ilə evləndi.
Salvia africana-caerulea
Salvia africana-caerulea (lat. Salvia africana-caerulea) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Yadulla Məftun Amini
Yadullah Məftun Amini (fars. یدالله مفتون امینی‎; 12 iyun 1926, Sayınqala, Qərbi Azərbaycan ostanı – 1 dekabr 2022, Tehran) — azərbaycanlı şair. == Həyatı == Yadulla Amini 1926-cı ildə Qərbi Azərbaycan ostanının Şahindej şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Təbriz şəhərində almışdır. Ali təhsilini almaq üçün Tehrana yollanmış və burada Tehran Universitetində hüquq təhsili almışdır. == Ədəbi fəaliyyəti == Məftun ləqəbi ilə şeirlər yazan Yadulla Amini ilk dövrlərdə farsca klassib üslubda şeirlər yazmışdır. 1980-ci illərdən etibarən Yadulla Amini ritmik olmayan və müasir üslublu şerlər yazmışdır. Fars dili ilə yanaşı azərbaycanca da şeirlər yazan Yadulla Amininin bu dildə ilk şeirlər toplusu Aşıqlı karvan adlanır.
Karula Milli Parkı
Karula Milli Parkı (est. Karula rahvuspark) — Estoniyanın Vırumaa (Antsl və Mıniste volostları) və Valqamaa (Karula volostu) qəzaları ərazisində yerləşən milli park. Estoniyanın beş milli parkının ən kiçiyidir. Ərazisi 123 km²-dir. Milli park Cənubi Estoniyaya xas meşə və göllərlə zəngin olan dağlıq mənzərələri, yerli mədəniyyətini qorumaq və təmsil etmək üçün qurulmuşdur. Bölgədəki yerli insanlar eston dilinin xüsusi bir ləhcəsi olan murde dialektində danışırlar. Milli park əvvəlcə təbiət qoruğu kimi 1979-cu ildə qurulmuş və 1993-cü ildə milli parka çevrilmişdir. Hazırda bütün Karul dağlarının üçdə bir hissəsini tutur. Karula Milli Parkına gələnlər üçün mərkəz Yaxijarvedir. Məntəqə bölgədəki ən böyük gölün sahilində yerləşir.
Thekla Carola Wied
Thekla Carola Wied (5 fevral 1944, Vrotslav, Prussiya[d], Almaniya Reyxi[d]) — alman aktrisa.
Mirzə Nurulla xan Yekani
Mirzə Nurulla xan Yekani (1873-?) — İran Məşrutə hərakatının fəal üzvü. == Həyatı == Mirzə Nurulla xan Ağa bəy oğlu 1873-cü ildə Yekan mahalının Yekan kəhrizi kəndində anadan olmuşdu. İbtidai təhsilini doğma kəndlərində almışdı. Şimali Azərbaycana gəlmiş burda bir müddət çalışmışdı. Mirzə Nurulla xan Məşrutə hərəkatına qoşulmuşdu. Qohumları Qoçəli xan, Baxşalı xan, Şirəli xan və başqaları ilə çiyin-çiyinə istibdada qarşı mübarizə aparmışdı. Mücahidlərə başçılıq etmişdi. Qaynaqlarda yazılır: “Qafqaz mücahidləri, beynəlmilçilərlə birlikdə Mirzə Nurulla xan Yekaninin və Qoçəli xanın başçılıq etdikləri mücahidlər Ələmdardan hərəkat edərək noyabrın 21-də Xoyun şimalında yerləşən Evoğlu kəndində toplandılar. Mücahidlərə qarşı göndərilmiş Maku qoşun hissələri bu kəndə yaxın olan Bilvar kəndində yerləşib mücahid dəstələrinin Xoya hərəkət etməsinə imkan verməli idilər. Lakin onlar mücahid dəstələrinin Xoya hücumunun qarşısını ala bilmədilər.
T'Çalla
Qara pantera (ing. Black Panther) – Marvel Comics nəşriyyatı tərəfindən 1966-cı ildə yaradılmış komiks personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Fantastic Four" komiksinin 52-ci sayında peyda olmuşdur. Qara panteranın əsl adı T'Çalladır, Afrikada yerləşən uydurma dövlət Vakandanın kralı və qoruyucusudur. Qədim Vakanda ritualları sayəsində güclər əldə etməklə yanaşı güclü elmi biliklərə və döyüş sənəti bacarığına malikdir. Döyüşərkən Vakandanın üstün texnologiyasından da istifadə edir. Qara pantera ABŞ komikslərində peyda olmuş ilk Afrika əsilli personajdır. O, Şahin (1969), Lük Keyc (1972), Bleyd (1972) və Con Stüart (1971) personajlarından da öncə yaradılmışdır. Bir komiksdə Qara pantera kostyumu Nyu-York polisi Kasper Kolun əlinə düşür və Kasper Kol Ağ pələng adı ilə Qara panteranın müttəfiqi olur. Qara pantera bir müddətliyinə onun bacısı Şuriyə də verilmişdi.