Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keratin
Keratin (/ˈkɛrətɪn/ ) — skleroproteinlər kimi də tanınan struktur lifli zülallar ailəsindən biri. Alfa-keratin (α-keratin) onurğalılarda olan bir keratin növüdür. Onurğalılarda pulcuqları, saçları, dırnaqları, lələkləri, buynuzları, pəncələri, və dərinin xarici təbəqəsini təşkil edən əsas struktur materialdır. Keratin həmçinin epiteliya hüceyrələrini zədələnmədən və ya stressdən qoruyur. Keratin suda və üzvi həlledicilərdə yüksək dərəcədə həll olunmur. Keratin monomerləri bərk və sürünənlərdə, quşlarda, suda-quruda yaşayanlarda və məməlilərdə olan sərt, minerallaşmamış epidermal əlavələr meydana gətirən ara filamentlər yaratmaq üçün dəstələrə yığılır. Həddindən artıq keratinləşmə müəyyən toxumaların, məsələn, mal-qara və kərgədanların buynuzları, eləcə də armadillosların osteodermlərinin möhkəmlənməsində iştirak edir. Məlumdur ki, keratinləşdirilmiş toxumanın gücünə yaxınlaşan yeganə digər bioloji maddə xitindir. Keratin iki növdür: bütün onurğalılarda rast gəlinən ibtidai, daha yumşaq formalar və yalnız sürünənlər və quşlar olan daha sərt törəmə formalar . Hörümçək ipəyi keratin kimi təsnif edilir , baxmayaraq ki, protein istehsalı onurğalılarda prosesdən asılı olmayaraq inkişaf etmiş ola bilər.
Certhia
Süzər (lat. Certhia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinə aid heyvan cinsi.
Cortan
Cortan, Cortdan və ya Cotdan- Bir növ süd məhsulu. == Hazırlanması == Kəndlərdə qatığı motal içinə töküb, onu çalıb kərəsini alarlar.Qatıqın kərəsi alınandan sonra,ayran əldə edilər.Sonra qurut hazırlamak üçün bu ayran torbaya tükülər və suyu alınar və bununla belə cortan ələ gələr ki süzmə qatıq kimi bərkdir və aşlarda istifadə olunar.Cortanları bir qoz ölçüsü qədər düzəldib və qurutsalar qurut yaranar. Bu məhsul Cənubi Azərbaycanda Marağa, Binab, Əcəbşir və Azərşəhrdə hazırlanar.
Sertin
Sertin (fr. Certines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01069. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 993 nəfər (15-64 yaş arasında) arasında 793 nəfər iqtisadi cəhətdən, 200 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 76.3%). Fəaliyyət göstərən 793 sakindən 758 nəfər (404 kişi və 354 qadın), 35 nəfəri işsizdir (7 kişi və 28 qadın).
Hertsin qırışıqlığı
== Hertsin qırışıqlığı == Yer qabığının müxtəlif sahələrində paleozoy erasının II yarısında( Devonun sonu- Triasın əvvəlləri) baş verən qırışıqlıq, qranitoidli intruziv maqmatizm və dağəmələgəlmə proseslərinin məcmuyunə deyilir. Paleozoy geosinklinallarında baş vermiş hertsen qırışıqlığı qırışıq dağ sistemlərinin – hersinidlərin yaranmasına səbəb olmuşdur. Hertsin qırışıqlığı nəticəsində Qərbi, Mərkəzi və Cənubi Avropanın Şimal- qərbi Afrikanın, Şimali Qafqazın, Uralın, Tyan- Şanın, Altayın, Appalaçların, Cənubi Amerika adalarının, Avstraliya Alplarının qırışıq dağ qurğuları yaranmışdır.
Certhia brachydactyla
Qısabarmaq süzər (lat. Certhia brachydactyla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinin süzər cinsinə aid heyvan növü. Azərbaycan hüdudlarında, Astara rayonunda Kiçikasiya yarımnövü aşkar edilmışdir. Adi süzərə çox oxşayır, ancaq qaşları və bədəninin altı ağ, qarnında və böyürlərində qara-qonur çalar vardır. Arxa barmağının caynağı 7,5 mm-dən uzun deyildir. Ağac gövdələrində tək-tək və ya cütlərlə olur. Növün arealı Avropa, Şimal-Qərbi Afrika, Türkiyə, güman ki, İranın şimal-qərbidir. Oturaq yaşayır, ancaq qışda köçmələr edir. Azərbaycanda statusunun müəyyənləşməsi üçün əlavə materiallara ehtiyac duyulur.
Certhia familiaris
Adi süzər (lat. Certhia familiaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinin süzər cinsinə aid heyvan növü. Azərbaycan faunasına iki yarımnövü daxil olur. Lənkəran təbii vilayətində yaşayan İran və qalan meşələrdə məskunlaşmış Qafqaz yarımnöləri. Bədəninin üst tərəfi qonurumtul-qəhvəyi, uzununa ağımtıl çilli, altı ağdır. Qanadları və quyruğu köndələn açıq zolaqlıdır. Tək-tək cə ya cütlərlə gəzir. Səsi sakit nəğməsi cingiltili cəh-cəh şəklindədir. Arealı Avropa, Asiya, Şimali Amerikadır. Meşələrdə, parklarda və köhnə ağacları olan bağlarda məskunlaşır.
Sertan Taşkın
Sertan Taşkın (8 oktyabr 1997, Azərbaycan) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda və Azərbaycan milli futbol komandasının müdafiəçisi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qızıl medallarının sahibidir. == Klub karyerası == === İnter Bakı === Taşkın İnter Bakı PİK akademiyası vasitəsilə inkişaf etmişdir. Taşkın əsas komanda ilə debütünü 28 may 2015-ci ildə etmişdir. O, Sumqayıt FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Premyer Liqası görüşündə Sumqayıta 3-1 hesabı ilə məğlub olmuşdur. Keşlə FK ilə UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində 2 rəsmi matçda meydanda olub. == Milli komanda == Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan, U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində 2 rəsmi oyun keçirib.U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub.2021-ci ildən Azərbaycanın milli futbol komandasının əsas heyətinə çağırılanlardan biri oldu. 2022-ci ildə Qətərdə keçiriləcək Futbol üzrə Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində 2 rəsmi oyunda meydana çıxıb.
Ertan Demirtaş
Ertan Demirtaş — "Dostluq" ordeni laureatı. == Həyatı == Ertan Demirtaş 1947-ci ildə Türkiyənin Merzifon bölgəsində anadan olub. 1980–2003-cü illərdə Gülhanə Askeri Tibb Akademiyasında (GATA), daha sonra 1986–1989-cu illərdə London Müqəddəs Tomas Xəstəxanasında həkim işləyib. 1997–2003-cü illərdə GATA Kardioloji Ana Bilim Universitetinin rəhbəri olub, 2001–2003-cü illərdə isə GATA Daxili Tibb Bilimləri Bolumu rəhbəri olaraq vəzifə alıb. == Mükafatları == 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.
Captain EO (film, 1986)
Captain EO, Frensis Ford Koppolanın rejissorluğunu üstləndiyi və baş rolunda Maykl Ceksonun oynadığı bir 3D filmi. 1980-ci və 1990-cı illərdə Disneyland'lərdə də göstərilmişdir. Filmin prodüseri Corc Lukas'dır. Filmin xeoqrafisti Jeffrey Hornaday, görüntü rejissoru Peter Anderson, ssenaristi isə Rusty LeMorande'dir. Anjelika Hyuston filmdə Cadı Kraliça rolunu canlandırmışdır. == Xüsusi effektlər == "Captain EO" da tamamilə 3D effektlərindən istifadə edilmişdir. Effektin on yeddi dəqiqəlik xərci təxminən 30.000.000 $ 'dır. Film dəqiqə başına 1.760.000 $ xərci ilə ən bahalı filmlər arasındadır.
Cergin dövlət təbiət qoruğu
Cergin dövlət təbiət qoruğu (ing. Dzherginsky Nature Reserve, rus. Джергинский заповедник) — Rusiya Federasiyasının Buryat Respublikasında Barquzin çayının yuxarı axınındadır. == Sahəsi == Sahəsi 2378 km2 . == Tarixi == 1992-ci ildə yaradılmışdır. == Coğrafiyası == Relyefi dağ silsilələri, dərin dərələr, yüksək dağlıq platolardan ibarətdir. Ərazisinin 75%-indən çoxu meşələrlə örtülüdür. Şaquli zonallıq səciyyəvidir. 500–1200 m yük səklikdə çöl sahələri ilə növbələşən tozağacı və qaraşam meşə-çölləri üstünlük təşkil edir; şam və ağcaqovaq meşələrinə rast gəlinir. == Flora və faunası == 1300 m yüksəkliyədək, əsasən, qaraşamlıqlardan ibarət dağ-tayqa meşələri tozağacı, sidr kolları və qarışıq şam meşələri ilə əvəz olunur.
Age of Pirates: Captain Blood
Age of Pirates: Captain Blood (azərb. Quldurlar Dövrü: Kapitan Qanı‎) — "THQ" tərəfindən hazırlanan, "MTV Games" tərəfindən nəşr edilən və döyüş-macəra janrında olan ləğv edilmiş videooyunu. Oyun Rafael Sabatininin "Kapitan Bladanın odisseyası" romanına əsaslanmışdı. Oyunçu bir 1685-ci ildə Amerikanın İspaniya sahillərində yaşamış bir gəmi kapitanını idarə edəcəkdi. == Geympley == "Captain Blood" dəniz qulduru-mövzulu missiya-əsaslı strukturu olan bir hack and slash döyüş oyunu olacaqdı. Oyunçular həm quruda, həm də dənizdə çoxlu düşmənlərlə, gəmilərlə döyüşəcəkdi. Oyunda əlbəyaxa döyüş üçün düşmən gəmisinə abordaj etmək xüsusiyyəti olacaqdı. Oyunçular düşmənləri məğlub edərək xüsusi ballar toplaya, bu ballarla yeni silahlar və döyüş yolları əldə edə biləcəkdi.Oyun 2006-cı ildə orijinal Xbox konsolu üçün satışa çıxarılacaqdı, ancaq 2005-ci ildə 7-ci nəsil videooyun konsolları üçün hazırlanmağa başlandı.
Çerdın
Çerdın — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarının tərkibinə daxildir
Çərbin
Çərbin (fars. چربين‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 49 nəfər yaşayır (12 ailə).
Lona Çemtai
Lona Korlima Çemtai (12 dekabr 1988, Keniya) — Keniya əsilli İsraili təmsil edən marafonçu. Lona Çemtai İsraili 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lona Çemtai birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyrp şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada məsafəni sona gədər qət edə bilmədi.
Sərtan (Soyuqbulaq)
Sərtan (fars. سرطان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (51 ailə).
Sərtan Taşkın
Sertan Taşkın (8 oktyabr 1997, Azərbaycan) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda və Azərbaycan milli futbol komandasının müdafiəçisi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qızıl medallarının sahibidir. == Klub karyerası == === İnter Bakı === Taşkın İnter Bakı PİK akademiyası vasitəsilə inkişaf etmişdir. Taşkın əsas komanda ilə debütünü 28 may 2015-ci ildə etmişdir. O, Sumqayıt FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Premyer Liqası görüşündə Sumqayıta 3-1 hesabı ilə məğlub olmuşdur. Keşlə FK ilə UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində 2 rəsmi matçda meydanda olub. == Milli komanda == Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan, U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində 2 rəsmi oyun keçirib.U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub.2021-ci ildən Azərbaycanın milli futbol komandasının əsas heyətinə çağırılanlardan biri oldu. 2022-ci ildə Qətərdə keçiriləcək Futbol üzrə Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində 2 rəsmi oyunda meydana çıxıb.
Cərin (Zəncan)
Cərin — İranın Zəncan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Xudabəndəli kəndistanında, Qiydar qəsəbəsindən 27 km cənub-şərqdədir.
Duran Çetin
Duran Çətin
Servet Çetin
Sərvət Çətin (17 mart 1981, Duzluca, İğdır ili) — Əskişəhərspor və Türkiyə milli futbol komandasında oynayan Azərbaycan əsilli futbolçu. == Həyatı == Sərvət Çətin 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib.30 iyul 1999-cu ildə İstanbulun "Qartalspor" klubunda peşəkar futbolçu karyerasına başlayıb. Sonra transfer olunduğu Göztəpə klubu Türkiyə milli futbol çempionatının yüksək liqasına çıxıb. 2002-ci ildə yüksək liqada oynayan digər bir kluba — Dənizlispora transfer olunub. Dənizlisporun heyətində uğurlu oyunu ilə yadda qalıb. 1 sentyabr 2003-cü ildə Fənərbaxçaya transfer olunub. Bu klubun heyətində 2 dəfə Türkiyə çempionu adını qazanıb. Amma zədə aldığına görə uzun müddət yaşıl meydana çıxa bilməyib Fənərbaxçanın baş məşqçisi Ziko ona əsas heyətdə yer vermədiyinə görə 30 avqust 2006-cı ildə Sivasspora transfer olunub. Bu klubun heyətində 2006/2007 mövsümündəki uğurlu çıxışından sonra böyük futbol klublarının transfer siyahılarında yer alıb. 17 aprel 2007-ci ildə Qalatasaray klubuna transfer olunub.
Sərvət Çətin
Sərvət Çətin (17 mart 1981, Duzluca, İğdır ili) — Əskişəhərspor və Türkiyə milli futbol komandasında oynayan Azərbaycan əsilli futbolçu. == Həyatı == Sərvət Çətin 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib.30 iyul 1999-cu ildə İstanbulun "Qartalspor" klubunda peşəkar futbolçu karyerasına başlayıb. Sonra transfer olunduğu Göztəpə klubu Türkiyə milli futbol çempionatının yüksək liqasına çıxıb. 2002-ci ildə yüksək liqada oynayan digər bir kluba — Dənizlispora transfer olunub. Dənizlisporun heyətində uğurlu oyunu ilə yadda qalıb. 1 sentyabr 2003-cü ildə Fənərbaxçaya transfer olunub. Bu klubun heyətində 2 dəfə Türkiyə çempionu adını qazanıb. Amma zədə aldığına görə uzun müddət yaşıl meydana çıxa bilməyib Fənərbaxçanın baş məşqçisi Ziko ona əsas heyətdə yer vermədiyinə görə 30 avqust 2006-cı ildə Sivasspora transfer olunub. Bu klubun heyətində 2006/2007 mövsümündəki uğurlu çıxışından sonra böyük futbol klublarının transfer siyahılarında yer alıb. 17 aprel 2007-ci ildə Qalatasaray klubuna transfer olunub.
Çetan Babor
Çetan Babor (22 aprel 1974) — Hindistanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Çetan Babor Hindistanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Çetan Babor Hindistanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Çetan Babor Hindistanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Abbas Əli Çətin
Abbas Əli Çətin və ya Abbasəli Çətin (türk. Abbas Ali Çetin, 1 yanvar 1914, İrəvan – 26 avqust 1975) — Azərbaycan əsilli türk siyasətçi, dövlət xadimi, hüquqşünas, prokuror və hakim. == Həyatının erkən dövrü == 1914-cü ildə İrəvan şəhərind dünyaya gəlmişdir. Atasının adı Əbdüləli, anasının adı isə Gözəl olmuşdur. Təhsilini Ankara Universitetinin Hüquq fakültəsində almışdır. Birinci Dünya müharibəsinin gedişatında Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti nəticəsində ailəsinin Türkiyəyə (o dövrdə Osmanlı) köçməyə məcbur olduğu düşünülür. == Fəaliyyəti == Türkiyə Respublikasında müxtəlif dövlət qurumlarında çalışmışdır. Bunlara misal olaraq Maliyyə Təhsil Müfəttişliyini, Ankara və Qars Məhkəmələri katibliyini, Ulduzeli, Kağızman hakimi köməkçiliyini, Kağızman sorğu hakimliyini, Ərzincan prokuroru köməkçiliyini, Diyarbəkir Ağız Cinayətlər Məhkəməsi üzvlüyünü, Yozqat sülh prokurorluuğunu göstərmək olar. O, həmçinin sərbəst vəkil, xəzinə vəkili, Türkiyə Respublikası Sosial Fond İdarə Məclis rəhbəri, Dövlət Dəmiryolları Müdirliyində hüquq müşaviri olaraq da işləmişdir.CHP-dən IX çağırış və Ədalət Partiyasından XIII çağırış (10.10.1965–12.10.1969) Qarsdan TBMM üzvü olmuşdur CHP-nin millət vəkili olarkən, partiyasından ayrılaraq bir müddət müstəqil qaldıqdan sonra, yeni qurulan Demokrat Partiyaya keçmişdir. == Ölümü == 1975-ci ilin 26 avqustunda həyatını itirmişdir.
Çətin Məsələ (1988)
== Məzmun == Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qirtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. == Film haqqında == Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev === Filmi səsləndirən === Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.