Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ceyrançöl
Ceyrançöl — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. == Coğrafiyası və iqlimi == Acınohur alçaq dağlığı ( 1000 m-ə qədər), ən alçaq hissəsi isə Xəzərin sahilləridir (-27 m). Vilayətdə Gəncə-Qazax, Qarabağ, Şirvan, Muğan, Mil, Salyan, Cənub-Şərqi Şirvan və Arazboyu (Hərami, Gəyən və s.) düzləri yerləşir. Kaynozoy yaşlı (xüsusilə, Dördüncü dövr) çöküntülər üstünlük təşkil edir. Vilayət neft, təbii qaz, müxtəlif tikinti materialları ehtiyatlarına malikdir. Dünyada yeganə müalicə nefti də burada (Naftalanda) yerləşir. === Ceyrançöl-Acınohur === Ceyrançöl-Acınohur ön dağlığı yarımvilayəti Kür çökəkliyinin şimal hissəsindədir. Bura Alazan-Həftəran vadisindən cənubda yerləşən Ceyrançöl, Acınohur ön dağlıqları, Kür çökəkliyinin şimal-şərq kənarlarını təşkil edən Ləngəbiz-Ələt ön dağlığı və s. daxildir. Relyefi, əsasən, antiklinal və singlinal qırışıqlara uyğun gələn silsilə, tirə və yüksəkliklərdən, onların arasındakı dərə və çökəkliklərdən ibarətdir.
Ceyrançöl (1974)
Ceyrançöl (dəqiqləşdirmə)
Ceyrançöl — Azərbaycanın Tovuz rayonunda qəsəbə. Orta Ceyrançöl — Azərbaycanın Tovuz rayonunda kənd.
Ceyrançöl düzü
Ceyrançöl düzü — Eldar çölü düzü ilə Kürçayı arasında yerləşərək Qazangöl rayonundan Mingəçevir su anbarına qədər uzanır. == Ümumi məlumat == Ceyrançöl düzünün sahəsi 0,9 km²-dir. Relyefi onun tektonikası ilə sıx əlaqədar şəraitdə formalaşmışdır. Düzün mərkəzində yerləşən Ceyrançöl dağı digər dağlardan fərqli olaraq, gümbəzvari quruluşa malikdir. O, hər tərəfə tədriclə enərək düzənliklərlə birləşir və qalxanvari səth əmələ gətirir. Ceyrançöl düzünün mərkəzindən keçən Qanlı qobu və onun inkişaf etməkdə olan qolları Çeyrançöl düzünü kəsir. Ceyrançöl rayonu yağıntısının az (Samuxda 265 mm), orta illik, yay və qış temperaturunun yüksək olması ilə əvvəlki rayonlardan fərqlənir. Burada boz-qonur və açıq şabalıdı torpaqlar geniş yayılmışdır. Bu torpaqlar humusun azlığı, karbonatın çoxluğu ilə bir-birindən fərqlənir. Rütubət nisbətən çox olan sahələrdə torpaq örtüyü tamamilə şoranlaşmış və səthdə ağ örtük əmələ gətirmişdir.
Orta Ceyrançöl
Orta Ceyrançöl — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi vahidinin tərkibindəki Orta Ceyrançöl kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Ceyrançöl (film, 1974)
Ceyrançöl öndağlığının relyefi
Ceyrançöl öndağlığının relyefi — Ceyrançöl öndağlığı inzibati cəhətdən Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl rayonlarına daxil olub, şimal və şimal-qərbdən Gürcüstanla sərhədlənir. Cənubdan Kür çayının orta axımı, cənub-şərqdən isə Mingəçevir su anbarının sahilləri ilə həmsərhəddir. Onun şimal-qərbdən cənub-şərqə doğru uzunluğu təxminən, şimaldan-cənuba doğru eni isə 15-30 km-ə qədərdir. Ümumi sahəsi isə 250 min hektardan çoxdur. Kür və Qabırrıçay çayları arasında yerləşən bu sahənin relyefində alçaq dağ tirələri, onların arasında yerləşən geniş çökəklik sahələr və düzənliklər əsas yer tutur. Bu relyef formaları üçüncü və dördüncü dövrlərin çay daşları, konqlomeratları, qumdaşı, lyosabənzər gillicə və gillərdən təşkil olunmuşdur. Ərazinin səthi şimaldan cənuba doğru pilləvari alçalır. Buradakı nisbi yüksəklik fərqi 200-400 m-ə qədərdir. Bu cür yüksəklik fərqi şimali-qərbdən cənubi-şərqə doğru da müşahidə edilir. Ceyrançöl öndağlığında Yaylaçı, Çobandağ, Ağtaxtəpə, Eldaroyuğu, Palantökən, Görükçalan, Bozdağ kimi müstəqil dağ tirələri ayrılır.
Ceyrançöl alçaq dağlığın landşaftları
== Ceyrançöl alçaq dağlığın landşaftları == Ceyrançöl alçaq dağlığı Azərbaycanın intensiv kənd təsərrüfatının həm əkinçilik, həm də heyvandarlığın inkişaf etdiyi regionlardan biridir. Tədqiq olunan ərazi Azərbaycanın qış otlaqları içərisində özünün əlverişli iqlimi, zəngin bioloji məhsuldarlığı ilə fərqlənir. Ceyrançöl alçaq dağlığında landşaft tədqiqatları M. Ə. Süleymanov (1965), A. A. Mikayılov (1982) M. A. Müseyibov, M. Ə. Süleymanov (1975). M. C. İsmayılov, E. Ş. Məmmədbəyov (2015) və b. tərəfindən aparılmışdır. Bu tədqiqatlar əsasən ərazinin təbii landşaftlarının öyrənilməsinə və relyefin landşaftların formalaşmasına təsiri istiqamətində olmuşdur. Son 50–60 il ərzində Ceyrançölün təbii komplekslərindən səmərəsiz istifadə nəticəsində arid meşə və kolluqlar, tuqay meşə ekosistemləri, müxtəlifotlu quru çöllər geniş sahədə deqradasiya uğramış, səhralaşma, xətti və sahəvi eroziya güclənmiş və geosistemlərinin təbii ehtiyat potensialı kəskin şəkildə pozulmuşdur. Ərazidə kənd təsərrüfatının davamlı inkişafına nail olmaq üçün landşaft tədqiqatları əsasında kompleks ekoloji qiymətləndirilmə aparılması vacib şərtlərdən biridir. Ceyrançöl alçaq dağlığının arid landşaftlarının formalaşması, onların struktur-genetik xüsusiyyətləri və inkişaf meyllərinin müəyyən olunması, bu əsasda landşaftların antropogen təsirlər nəticəsində transformasiyası, onlardan istifadənin optimallaşdırılması, ekoloji cəhətdən davamlı geosistemlərin formalaşması yollarının müəyyən olunması tədqiqatın əsas məqsədidir. Ceyrançöl alçaq dağlığı kənd təsərrüfatında geniş istifadə olunan və ən məhsuldar yerlərdən olduğundan ərazinin təbii ehtiyat potensialının öyrənilməsi və qiymətləndirilməsi qarşıya qoyulan ən mühüm məqsədlərdən biridir.
Acınohur-Ceyrançöl öndağlığı fiziki-coğrafi rayonu
Acınohur-Ceyrançöl öndağlığı fiziki-coğrafi rayonu — rayon ərazisi Qərbdə Gürcüstan Respublikası sərhəddindən başlayıb, şərqdə Ağsuçaya kimi davam edir. Şimalda Alazan - Əyriçay çökəkliyi, cənubda Kür-Araz ovalığı ilə əhatə olunur. Relyefin mütləq yüksəkliyi 200 m-lə 700–1000 m arasında dəyişib, asimmetrik quruluşlu alçaqdağ tirələrindən və onların arasında qalan sinklinal quruluşlu çökəkliklərdən və yüksək düzənliklərdən ibarətdir. Dağlığın dik, cənub yamaclarında arid- denudasiya prosesləri əsas relyefəmələgətirici proses olub, onun yaratdığı bedlend, gilli karst və yarğanlar geniş inkişaf etmişdir. Ərazidə yerüstü şirinsu ehtiyatı az olub, başlıca olaraq ərazini kəsən tranzit çaylardan ibarətdir. Rayon ərazisi yüksək aridliyi ilə xarakterik olub, relyefin müxtəlif yüksəkliklərində yarımsəhra, kserofit kollu quruçöl, seyrək arid - meşə landşaftları bir - birini əvəz edir (Müseyibov, Süleymanov, 1978, Mikayılov,1982). Acınohur- Ceyrançöl fiziki- coğrafi rayonu ərazisindən bilavasitə qış və payız otlaqları kimi geniş istifadə olunur, respublikamızda qoyunçuluğun inkişafında mühüm əhəmiyyəti vardır. Acınohur öndağlığında həmçinin taxılçılıq və üzümçülük inkişaf etmişdir. == Dövlət qoruqları == Acınohur öndağlığı ərazisində landşaftları mühafizə məqsədilə əsasən Ağdaş və Yevlax rayonları ərazisində Axar-Baxar silsiləsinin Türyançay və Əlicançay çayları arasında yerləşən hissəsinin cənub yamacında Türyançay dövlət qoruğu yaradılmışdır. Qoruqda arid seyrək meşə- kol bitkiliyi və bura üçün xarakter olan fauna kompleksi qorunur.