Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şirin Hanter
Şirin Hanter və ya Şirin Təhmasib-ABŞ-nin Cənubi Qafqaz və Yaxın Şərq siyasəti üzrə analitik və Corctaun Universitetinin professoru olan İran azərbaycanlısı elm xadimi. 2019-cu ilə qədər Prince Şahzadə Əlvaled İbn Təlal Müsəl-Xristian Anlaşma Mərkəzinin araşdırmaçı-professoru idi. O, burada 2005-ci ildən çalışmaqda idi. O, 2019-cu ildən burannı fəxri araşdırmaçısı oldu. == Fəaliyyəti == Pəhləvi sülaləsinin hakimiyyəti dövründə, 1965-ci ildən 1979-cu ilə qədər Şirin İran XİN-də diplomat kimi fəaliyyət göstərmişdir. 1983-cü ildən 2005-ci ilə kimi Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çalışmış, İslam Proqramının direktoru, Orta Şərq Proqramının direktor müavini (1983-2002) olmuşdur. Həmçinin o, Corc Mason Universitetində və Vaşinqton Kollecində dərslər vermişdir. O, Carnegie Korperasiyasının akademik araşdırmaçısı olmuşdur. 1993-cü ildən 1997-ci ilə qədər Şirin Brüsseldə yerləşən Avropa Siyasət Araşdırmaları Mərkəzində qonaq araşdırmaçı olmuş və Aralıq Dənizi Proqramını icra etmişdir. Bundan başqa o, Brookings İnistitutunda qonaq müəllim kimi, Harvard Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzində araşdırmaçı kimi çalışmışdır.
Hanter Stokton Tompson
Hanter Stokton Tompson (ing. Hunter Stockton Thompson; 18 iyul 1937[…], Luisvill, Kentukki – 20 fevral 2005[…]) — amerika yazıçısı. == Həyatı == Amerikalı məşhur jurnalist və yazıçı Hanter Tompson 20 fevral 1937-ci ildə doğulub. “Qonzo” jurnalistikasının yaradıcısı hesab olunan Tompson alkoqol və narkotik aludəçisi idi. “Qonzo” jurnalistikasının əsas xüsusiyyəti bundan ibarət idi ki, jurnalist burada klişe söz və ifadələrdən tamamilə imtina edir. Obyektiv olmaq məcburiyyəti yoxdur. Əksinə, jurnalist gördüyü hadisələri subyektiv formada nəql edir. Çoxu siyasi mövzuda olan məqalələrdə klişe ifadələr yerinə, daha səmimi, daha dürüst və daha əyləncəli ifadə tərzi seçilmişdi. Söyüşdən, jarqondan, ironiyadan, lağlağıdan da bol-bol istifadə edilirdi. Hadisələrin mərkəzində jurnalist özü dayanırdı.
Billi Hanter (futbolçu)
Uilyam Braun (2 aprel 1885 – 2 yanvar 1937, Nyu-York, Nyu-York ştatı) — Şotlandiyalı peşəkar futbolçu və menecer. Hollandiya millisini, Avstriyanın "Hakoah Vyana" klubunu, İsveçrənin "Lozanna Sports" klubunu, Türkiyə millisini və "Qalatasaray"ı idarə edib. == Futbol karyerası == 1904-cü ildə İngiltərə komandalarından biri olan Millwall FC- də oynadı. İngiltərənin cənub-qərb liqası olan Qərb Futbol Liqasında iki titul qazandı. Uğurlu nəticələrdən sonra 1909-cu ildə Bolton Uonderersə transfer olundu. Burada o, ilk liqa təcrübəsini yaşadı. İlk mövsümdə ikinci liqaya düşsələr də, növbəti mövsümdə yenidən ikinci liqanın ikincisi kimi yüksəldilər. Hunter birinci liqada daha bir mövsüm oynadı və onlar liqada dördüncü yeri tutdular. 1912-ci ildə futbolu tərk etdi. == Məşqçilik karyerası == O, ilk məşqçilik təcrübəsinə 1912-ci ildə futboldan ayrıldığı il başlayıb.
Hunter × Hunter
Ovçu × Ovçu (OVÇU × OVÇU kimi stilizə, "ovçu-ovçu" kimi də tələffüz edilir) — Yoşihiro Toqaşi tərəfindən yazıb illustrasiya edilən manqa serialı. 2006-cı ildən tez-tez uzunmüddətli fasilələrə gedilməsinə baxmayaraq Şueişanın şonen jurnalı olan Weekly Shōnen Jumpda 1998-dən bəri çap olunmaqdadır. 2022-nin noyabrı etibarilə 37 tankobon buraxılışında toplanmışdır. Əsas hekayə Qon Fırikısı adında onu gənc yaşda tərk edən atasının, əslində, dünya şöhrətli, nadir və yaxud tanımlanmamış heyvan növlərinin yerini təsbit etmək, xəzinə ovlamaq, kəşf edilməmiş anklavları araşdırmaq yaxud qeyri-qanuni fərdləri yaxalamaq kimi fantastik axtarışlarda ixtisaslaşmış lisenziyalı professional — bir ovçu olduğunu öyrənən gənc bir oğlana fokuslanır. Qon bir ovçu olmaq məqsədilə yola çıxır və ən sonda öz atasını tapır. Yol boyunca Qon digər bir sıra ovçularla da tanış olur və paranormal olaylarla rastlaşır. Manqa serialı 1999-cu ildən 2001-ci ilədək Fuci Televiziyasında yayımlanan Kazuhiro Furuhaşinin rejissorluq etdiyi və Nippon Animation tərəfindən istehsal olunmuş 62 bölümlük bir anime serialına köçürülmüşdür. Daha sonra isə ayrı-ayrılıqda cəmi 30 bölümlük 3 ədəd OVA Nippon Animation tərəfindən istehsal olunmuş və 2002–2004-cü illərdə Yaponiyada yayımlanmışdır. İkinci bir anime serialı isə 2013-də buraxılmış 2 animə edilmiş teatr filmi ilə birlikdə Madhouse tərəfindən yaradılıb Nippon Televiziyasında 2011-ci ilin oktyabrından 2014-cü ilin sentyabrına qədər cəmi 148 bölüm olaraq yayımlanmışdır. Habelə bu manqa serialını əsas alan bir sıra audioalbomlar, videooyunlar, müzikllar və dahası da mövcuddur.
Chantia
Chantia (lat. Chantia) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinə aid heyvan cinsi.
Channel
Channel 3
Chanel
Chanel S. A. (fr. [ʃaˈnɛl]; azərb. Şanel‎) — XX əsrin əvvəlində Parisdə moda dizayneri Koko Şanel tərəfindən təsis edilmiş dəbdəbəli geyim firması. Sonralar Koko Şanel kimi tanınan Qabriel Bonyor Şanel 1913-cü ildə Aşağı Normandiya bölgəsinin kiçik Dovil şəhəində özünün ilk "Chanel" kiçicik butik geyim mağazasını açmışdır. 2013-cü ildə "Chanel" butikinin 100 illik yubileyi qeyd edilmişdir. Hal-hazırda ən sanballı, dəbdəbəli və dünya geyim dəbinin bayraqdarı sayılan "Chanel modalar evinin" mənzil gərargahı Parisin O-dö-Sen departamentində yerləşir. "Chanel Evi" qadın geyim və bəzək əşyalarından başqa kişilərin də zövqünə oxşayan geyim, qol saatları, eynəklər, kəmərlər və s. kimi aksessualar təqdim etməkdədir. Forbes juranalının yazdığına görə, Koko Şanelin iş ortağı Piyer Vertheimerin (1888–1965) nəvələri, Alayn Vertheimer (* 1949) və Jerard Vertheimer (* 1950) "Chanel"in sahibləridirlə. == Tarixi == Dərziliyi öyrənmiş Koko Şanel 1909-cu ildə şlyapa atelyesi açır.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Hunter × Hunter personajlarının siyahısı
Yoşihiro Toqaşi tərəfindən yaradılan Hunter × Hunter manqa serialında çox sayda personaj mövcuddur. Olaylar Ovçular adlandırılan lisenziyalı mütəxəssislərin xəzinə ovçuluğundan assassinliyədək geniş bir intervaldakı özəl işləri alaraq dünyanı gəzdikləri uydurma bir əvrəndə baş verir. Hekayə, əsasən, Qon Friks və özü də məşhur bir ovçu olan atası Cinqi tapmaq üçün bir Ovçu oluşuna fokuslanır. Yolda Qon Killıa Zoldik, Kırapika və Leorio Paradinayt ilə tanışır və dostlaşır. Baxmayaraq ki, obrazların çoxu insandır, onların çoxu Nen — birinin öz həyat enerjisi və yaxud aurasını idarə edə bilmə gücü sayəsində superinsani güc və (yaxud) supernatural bacarıqlara sahibdirlər. Serialın dünyası həmçinin ximera qarışqaları kimi fantastik varlıqları da ehtiva edir. == Baş rollarda == === Qon Friks === Səsləndirən: Rica Matsumoto (1998 film, Japanese), Junko Takeuchi (1999 series, Japanese), Elinor Holt (1999 series, English), Megumi Han (2011 series, Japanese), Erica Mendez (2011 series, English) Qon Friks (ゴン=フリークス, Gon Furīkusu) atletik, sadəlövh və istiqanlı bir oğlandır. Uşaqlığında təbiətdə, xüsusilə meşədə çox vaxt keçirdiyindən heyvanlarla çox yaxşı yola gedə bilir, həmçinin güclü iybilmə və görüş kimi bir sıra superinsan hisslərinə sahibdir. Onu xalası Mito böyüdüb, analıq edib. Ovçu olan atasını tapmaq üçün o da ovçu olmağı arzulayır.
Hunter × Hunter: Phantom Rouge
Hunter × Hunter: Phantom Rouge (yaponca: 劇場版 HUNTER×HUNTER 緋色の幻影(ファントム・ルージュ), Hepbörn: Gekijō-ban Hantā Hantā: Fantomu Rūju) — Yoşihiro Toqaşinin Hunter × Hunter manqa seriyası əsasında çəkilmiş, 2013-cü ildə yayımlanan yapon animasiya filmi.
Aphanius chantrei
Aphanius chantrei (lat. Aphanius chantrei) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin çəkidişlər fəsiləsinin aphanius cinsinə aid heyvan növü.
Blind Channel
Blind Channel — Fin rok qrupu. Finlandiyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində Dark Side mahnısı ilə təmsil edəcək.
Channel 3
Channel 3 (tay สถานีโทรทัศน์ไทยทีวีสีช่อง 3 (ช่อง 3 เอชดี ช่อง 33)) — 26 mart 1970-ci ildə Taylandın ilk ticari televiziya kanalı olaraq fəaliyyətə başlayan bir Tay sərbəst televiziya şəbəkəsidir. Channel 3, BEC World Public Company Limited şirkətinin törəmə şirkəti olan BEC Multimedia Company Limited ("BECM") tərəfindən idarə olunur. Şəbəkənin mənzil-qərargahı Banqkokun Maleenond Towers-da yerləşir.
Channel 7
Channel 7 (tay สถานีโทรทัศน์สีกองทัพบกช่อง 7) — 27 noyabr 1967-ci ildə istifadəyə verilmiş Tayland sərbəst televiziya şəbəkəsidir. Ankara Cənub-Şərqi Asiyada ilk rəngli televiziya yayımıdır. Analoq ötürmədə Tayland Kral Ordusuna məxsus idi. Baş ofisi Banqkok, Mo Chit, Chatuchak-da yerləşir.
Chantal Quesnel
Şantal Kvesnel (ing. Chantal Quesnelle, 1971, Ottava) — Kanadalı aktrisa. Kanadalı Teletoon kanalında yayımlanan cizgi filmi Zeromanda səsləndirərək tanınıb.
Chantia paradoxa
Chantia paradoxa (lat. Chantia paradoxa) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chantia cinsinə aid heyvan növü.
Chester Dewey
Çester Dyui (ing. Chester Dewey, 25 oktyabr 1784 – 15 dekabr 1867) — Amerika botaniki, professor təbiətşünası, riyaziyyat, fizika, kimya geologiya və botanika müəllimi, pedaqoq və nazir == Bəzi əsərləri == Families and Natural Orders of Plants. History of the Herbaceous Plants of Massachusetts. The True Place of Man in Zoology. An Examination of some Reasoning's against the Unity of Mankind.
Counter-Strike
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar.
Discovery Channel
Discovery Channel Con Hendricks tərəfindən qurulmuşdur. Sənədli proqramlarıyla məşhur olan kanal ümumiyyətlə elm, texnologiya və tarix haqqında da verlişlər yayınlamaqdadır. == Xarici keçidlər == Discovery Communications Inc.
Disney Channel
Disney Channel — ABŞ-dən 24 saat yayımlanan televiziya kanalı. Kanal cizgi film və seriallar yayımlayır. Hədəf kütləsi ilk qurulduğunda 7 yaş qrupu uşaqlar olsa da zamanla dəyişmiş; proqramların məzmunu dəyişdikcə, izləyənlərin də yaş həddi də artmışdır. Kanalın sahibi Volt Disney şirkətidir.
Euthanasia Coaster
Evtanaziya lunapark qatarı sərnişinlərini öldürmək üçün dizayn edilmiş dəmir sürət qatarı konsepsiyadır. 2010-cu ildə elmlər doktoru namizədi Culicanas Urbanas tərəfindən London Kral Sənət Kollecində dizayn edilib miqyaslı modeli düzəldildi. Əyləncə parkında çalışmış Urabans öz lunapark sürət qatarının yaradılmasın hədəfi insan canını "eyforiya və zərifliklə" alması olduğunu dedi. Dizaynının praktik tətbiqlərinə gəldikdə, Urbanas "evtanaziya" və ya "edam" olduğundan bəhs etdi. Filadelfiya Toboqqan Şirkətində başçı vəzifəsində xidmət göstərən Con Allen Urbanası "sonuncu" lunapark sürət qatarı odur ki, "24 adam göndərir və hamısı ölü olaraq geri qaytarır." açıqlaması ilə ilhamlandırdı. == Dizaynı == Sxemin dizayn konsepsiyasına əsasən yuxarı doğru dik dərəcə ilə 510 metrə qədər 24 sərnişini qatar liftlə çəkir. 510 metr yüksəkliyə çatana qədər hər hansı sərnişin geri qayda bilər. Bundan sonra yeddi kolotoidə və qatarın inversiyasına qədər(Eyler spiralı) saatda 360 kilometrə yaxın bir sürətdə aşağı düşür, özünün terminal sürətinə yaxındır. Qatar sürətini itirərkən , hər inversiyada diametr daha da kiçilir və 10g qüevəsini qoruyur. Kəsgin sağ dönüşdən sonra qatar yeni sərnişinləri almaq cəsədləri boşaldmaq üçün düz istiqamətdə başladığı yerə geri qaydır.
History Channel
«History» (əvvəlki adı: «The History Channel») — beynəlxalq çoxdilli kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «Hearst Communications» ilə «Walt Disney Company» şirkətinin mülkü olan «Disney–ABC Television Group» şirkətinin birgə müəssisi olan «A&E Networks» şirkətidir. Teleşəbəkənin baş qərargahı ABŞ-nin Nyu-York ştatının eyniadlı şəhərində yerləşir. Teleşəbəkənin flaqman telekanalından başqa «History en Español» (ispan dilində) və «Military History» kimi qardaş kanalları da var. Teleşəbəkə ilkin olaraq tarixi mövzuları əhatə edən sənədli televerilişləri və teleserialları nümayiş etdirirdi. Teleşəbəkə son illərdə Pawn Stars və Ax Men kimi realiti televerilişlərini yayımlamağa başlamışdır. Teleşəbəkə Qədim yadplanetlilər, UNO ovçuları və Nostradamus effekti kimi fərziyyə sənədli filmləri yayımladığına görə bir çox alim və tarixşünaslar tərəfindən tənqidə məruz qalmışdır. 2015-ci ilin fevral ayında teleşəbəkənin flaqman kanalının ABŞ-də təqribən 96.149.000 abunəçisi (ümumi televiziya sahibləeinin 82.6%-i) var idi. Teleşəbəkənin ABŞ, Kanada, Skandinaviya, Latın Amerikası, Şərqi Avropa və Asiya variantları var. Teleşəbəkənin ilk Avropa variantı «Viasat» tərəfindən 1997-ci ildə Skandinaviyada təsis edilmişdir.
Science Channel
Science Channel texnologiya, elm və planetlər ilə əlaqədar sənədli filmləri yayımlayan kanal.
Allen Center
Allen Center - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn kompleksidir. Kompleks One Allen Center, Two Allen Center və Three Allen Center binalarından ibarətdir. Kompleks 280,000 m² yeri tutur.
Demon Hunter
Demon Hunter — 2000-ci ildə Ryan Klark və Don Klark qardaşları tərəfindən Sietldə yaradılan ABŞ metal musiqi qrupu. == Haqqında == Qardaşların ilk qurduqları qrup "Training for Utopia" qrupu olmuşdur. 1996–2000-ci illərdə fəaliyyət göstərmişdir. "Demon Hunter" də Don Clark daha sonra ailəsi ilə çox vaxt keçirtmək üçün 2009-cu ildə qrupdan ayrıldı. Qrupun üslubu müxtəlifdir, Melodik Metalcore və Alternativ metal tərzin də ifa edir.2002-ci ildə "Solid State" albom şirkəti ilə ilk "Infected", "Through the Black" sinqllərini və "Demon Hunter" albomlarını çıxartdılar, albom 10 trekdən ibarət idi. Qrupun 2010-cu ilə qədər artıq yarım milyon albom diskləri satılmışdır.