Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kentucky Fried Chicken
KFC (Kentucky Fried Chicken - ing. Kentuki Qovrulmuş Toyuq) — 1930-cu ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır. == Tarixi == === KFC-nin 11 şəfalı otu və sousu === KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır. O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur. Bu menyunun sirrini isə Coca Cola firmasında olduğu kimi sadəcə 2 idarəedici bilir. KFC-nin baş ofisində sirr saxlanılır. Baş ofisdə üstdəki mühafizə şefinin açıqlamasına görə, sirrin qorunduğu məkanın 2 metr qalınlığında divarları var.
Evidently Chickentown
Evidently Chickentown (azərb. Şübhəsiz ki, çolpa şəhəri‎) — Böyük Britaniya şairi Con Kuper Klark tərəfindən yazılmış poema. Poema faydasızlıq və qıcıqlandırma hissi yaratmaq üçün təkrarlanan təhqirlərdən istifadə edir. Klarkın 1980-ci ildə buraxılmış "Snap, Crackle & Bop" albomunun bir hissəsi olan poemanın sözlərində realizm, musiqisində isə qorxuducu və tündməcaz notalar mövcuddur.Poemanın sözləri Endrü Ceyms Freyzer Bler tərəfindən Kapitan Hemiş Bler təxəllüsü altında yazılmış "The Bloody Orkneys" əsəri ilə oxşarlığı var. Klark 2009-cu ildə bildirmişdir: "Mən onu bilə-bilə koplayamadım. Lakin mən yəqin ki, həmin peomanı illər əvvəl dinləmişəm. Bu, heyranedicidir"."Evidently Chickentown" Denni Boylun 2001-ci ildə çəkdiyi "Fahişə" və Jak Audiarın 2012-ci ildə çəkdiyi "Pas və sümük" filmində səsləndirilib. Klark Anton Korbeynin 2007-ci ildə çəkdiyi "Kontrol" filmində özünü canlandırır və bu peomanı səsləndirir. Peoma həmçinin, ABŞ dram teleserialı olan "Sopranolar"ın 2007-ci ildə çəkilmiş "5-ci mərhələ" adlı seriyasının axırında səsləndirilib. "The A.V. Club" saytının müəllifi Şon O'Nil qeyd edir ki, peoma "şit pivə və soyuq çipsdən şikayət edən britaniyalı bir avaranın sözləri ilə nyu-yorklu bir mafia adamının dilxorluğunu birtəhər təsvir edərək teleserialın ən kəskin və ən effektiv musiqili momentini canlandırır".
Quicken Loans Arena
Quicken Loans Arena və ya digər adı ilə "The Q" ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yerləşir. Bu arena NBA üzvü Klivlend Kavalers, Amerika Xokkey Liqasında çıxış edən Klivlend Monsters və Arena Futbol Liqasının üzvü Klivlend Qladitors komandalarının oyunlarına ev sahibliyi edir. Bundan əlavə arena Klivlend Steyt Vikinqs kişi və qadın basketbol komandalarının ikinci arenasıdır.
Clicked Singles Best 13
Clicked Singles Best 13 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
Çiken burnu
Çiken burnu (ukr. Чікенин) — Krım yarımadasının cənub-şərqində yerləşən burun. Novı Svet və Morskoye qəsəbələri arasında yerləşir. «Novı Svet» botanik yasaqlığı ərazisinə daxildir. Burun Karaul Oba dağının Qara dənizə olan bir çıxıntısıdır. Dağ Dəliliman və Kutlak buxtalarını ayırır. Burun Karaul-Oba dağları kimi qədim mərcan rifidir. Əsasən əhəng daşından təşkil olunmuşdur. Bəzi mənbələrdə Çiken burnunu Koba Kaya dağının bir cənub-şərq çıxıntısı hesab edirlər.
Çiçen-İtsa
Çiçen-İtsa — mayyalılar tərəfindən ən son klassik mədəniyyət dövründə tikilmiş Kolumb əvvəli şəhərdir. O, arxeoloji cəhətdən Meksinanın Yukatan ştatındakı Tinum bələdiyyəsində yerləşir. Çiçen-İtsa son klassik dövrdən (600-900) başlayaraq ən son klassik dövrdə (800-900) bütövlükdə və hətta post-klassik dövrün (900-1200) erkən illərində şimali mayya ovalıqlarının əsas fokus nöqtəsi olmuşdur. Ərazidə Şimali Mayya ovalıqlardakı Puuk və Çenes və həmçinin mərkəzi Meksikada rast gəlinən digər arxeoloji üslubların qalıqları cəmləşmişdir. Burada mərkəzi Meksika üslublarına rast gəlinməsi ilk öncə birbaşa miqrasiya və ya Meksika tərəfindən işğalın nəticəsi kimi başa düşülürdü, lakin ən müasir araşdırmalar bunun mədəni diffuziya nəticəsində baş verdiyini qeyd edir. Çiçen-İtsa mayya sivilizasiyasına aid ən böyük şəhərlərdən biri idi. == Ad və orfoqrafiya == Mayalılara məxsus “Chichen İtsa” adı “İtsa quyusunun ağzında” mənasını verir. Yəni, chi' sözü ağız və ya kənar, chʼen və ya chʼeʼen sözləri isə quyu kimi tərcümə olunur. Itzá isə şimali yarımadada iqtisadi və siyasi üstünlük əldə etmiş etnik qrupun adıdır. Bu sözün tərcüməsi ilə bağlı ehtimallardan biri “suyun sehrbazı (və ya sehri)” dir.