APART

adv 1. 1) ayrı, ayn-ayn; birbirindən aralı; The 2 buildings are 3 miles apart Bu 2 bina bir-birindən 3 mil aralıdır; to live / to dwell ~ ayrı / ayrı-ayrı yaşamaq; 2) kənar, aralı; The new boy stood apart from his classmates Təzə oğlan sinif yoldaşlarından kənar dayanmışdı; We planted the trees apart Biz ağacları aralı-aralı əkdik / basdırdıq; 3) kənara; to set the English books ~ ingilis kitablarını kənara qoymaq; 2. parça-parça; He tore the cooked chicken apart and began to eat it O, bişmiş toyuğu parça-parça etdi, sonra onu yeməyə başladı

APACE
APARTMENT
OBASTAN VİKİ
Aparteid
Aparteid, apartheyd (afrik. apartheid; azərb. ayrı yaşamaq‎) — İrqi ayrı-seçkiliyin ən kəskin formasıdır. Bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməsidir. Aparteid genosidi xatırladır və onun bir növüdür. CAR-ın hakim dairələri tərəfindən 20-ci əsr də "ağdərili" olmayan əhaliyə qarşı həyata keçirilən ifrat irqi və milli diskriminasiya və seqreqasiya siyasəti. Aparteidin məqsədi azlıq təşkil edən ağ əhali tərəfindən qeyri-avropalıları istismar etmək və milli-azadlıq mübarizəsinə qarşı güclü maneələr yaratmaq idi. 1910-cu ildə Cənubi Afrika haqqında aktın qəbul olunması Aparteid sisteminin əsasını qoydu. Cənubi Afrika İttifaqında irqçi Millətçi partiya hakimiyyətə gəldikdən sonra (1948) rəsmi dövlət siyasəti kimi tətbiq edildi. 1950–54-cü illərdə seqreqasiyanı kəskinləşdirən bir sıra qanunlar qəbul olundu.
Ponte City Apartments
Ponte City Apartmens – Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yerləşən göydələn. == Ümumi məlumat == Ponte city Apartments göydələni silindr formasında tikilmişdir ki, bunun nəticəsində günəş işığı mənzillərə daxili tərfdən də girə bilir. 55 mərtəbəli bu bina 173 metrdir(567,6 fut). Bu bina yaşayış binası kimi tikilmişdi. Ponte City Apartmens göydələninin memarı Manfred Xermer olmuşdur. == Tarixi == 1970-ci illərdə bina Yohanessburqda ən nüfuzlu yaşayış binalarından biri idi, lakin 1980-ci illərin sonlarında ərazidə cinayət kəskin şəkildə çoxaldığına görə sakinlər binadan ayrıldı və bina bandalar tərəfindən tutuldu. XXI əsrin əvvəllərində bina və ətraf ərazini bərpa etmək üçün cəhdlər edilmişdir, lakin 2007-ci il ipoteka böhranı əmlak qurucularının planlarını qismən pozub. Bina 2015-ci ildən etibarən yaşayış yeridir, 24 saat mühafizə olunur və biyometrik giriş nəzarəti sistemi ilə təmin olunur.
İsrail və aparteid
İsrail və aparteid — İsraildə aparteid rejiminin mövcud olması iddiası. İsrail hakimiyyəti ilə Qəzzə zolağının 2005-ci ilə qədər İsrail tərəfindən işğal olunmuş ərazilərinin və İordan çayının qərb sahilində məskunlaşan yəhudilərdən fərqli olaraq İsrail vətəndaşlığına malik olmayanlar ərəb sakinləri arasında mövcud münasibətlər sistemi bəzi ictimai xadimlər və analitiklər tərəfindən aparteid hesab edilir. Bir sıra hallarda İsrail hakimiyyətinə qarşı aparteid ittihamları ictimai xadimlər tərəfindən bu ərazilərə səfər etdikdən və oradakı vəziyyətlə tanış olduqdan sonra səslənir. Bu yanaşmanın əleyhdarları bunu siyasi böhtan adlandırır, belə tənqidi müəlliflərin və nəşrlərin İsrailin təhlükəsizlik narahatlığını nəzərə almadıqlarını, bununla da onların fikrincə qərəzli olduqları və antisemitizm nümayiş etdirdiklərini qeyd edirlər. İsraildə irqi ayrı-seçkilik qadağandır. İsrail Dövləti irqi ayrı-seçkiliyin bütün formalarını rəsmi səviyyədə qınayır. İsrail hökumətinin fikrinə görə, o, bu cür ayrı-seçkiliyi qadağan etməyə yönəlmiş ardıcıl siyasətə malikdir. == Həmçinin bax == İsraildə fələstinli məhbuslar == İstinadlar == == Əlavə ədəbiyyat == Митчелл Бард. Мифы и факты. Путеводитель по арабо-израильскому конфликту (5000 nüs.).