WING

wing1

n 1. qanad; ~s of birds / of insects / of airplanes / of windmills quşların / həşəratların / təyyarələrin / yeldəyirmanlarının qanadları; to eat a chicken ~ çolpa qanadı yemək; to add / to lend ~s (to) 1) məc. qanadlandırmaq, ürəkləndirmək, ruhlandırmaq; This success lends me wings Bu müvəffəqiyyət məni qanadlandırır / ruhlandırır; 2) tezləşdirmək, sürətləndirmək; Fear lent him wings Qorxu onu dabanına tüpürüb qaçmağa məcbur etdi; 2. hərb. id. cinah, qanad; left / right ~ sol / sağ qanad; 3. mem. fligel, evin artırması / əlavə tikilisi; The North wing was added ten years ago Şimal artırması on il bundan əvvəl əlavə edilib; 4. cinah, qanad (siyasi partiyalarda); the right / the left ~ of a political party siyasi partiyanın sağ / sol qanadı; 5. pl teatr. kulis 6. pl sirma, nişan (təyyarəçilərdə paltarın qolunda emblem); 7. id. yan hücumçu (futbolda və s.); left / right ~ sol / sağ hücumçu; to take ~ 1) uçmaq, uçub yüksəklərə qalxmaq, qanad çalmaq; 2) məc. qaçmaq, əkilmək, götürülmək, daban almaq; sivişmək, yayınmaq; on the ~s of the wind sürətlə, küləyin qanadlarında;

◊ to take smb. under one’s ~ kimisə öz qanadı altına almaq; She immediately took the new secretary under her wing O dərhal təzə katibi / katibəni öz qanadı altına aldı; to clip one’s ~s bir kəsin qol-qanadını kəsmək; bir kəsi ruhdan salmaq; His wings are sprouting O, göylərdə uçur /gəzir

wing2

v 1. qanadlarla təchiz etmək; 2. məc. qanadlandırmaq, ruhlandırmaq, ürəkləndirmək; 3. tələsdirmək, tezləşdirmək, sürətləndirmək; Fear winged his steps Qorxu onu addımlarını sürətləndirməyə məcbur etdi; 4. ox atmaq; 5. pərvaz etmək, uçmaq; A bird wings the sky Quş səmada uçur / pərvaz edir; 6. yaralamaq (qanadı, əli); to ~ a bird quşu qanadından vurub yaralamaq; 7. artırma artırmaq, fligel əlavə etmək (binaya)

WINESHOP
WING-BEAT
OBASTAN VİKİ
Debra Winger
Debra Winger 16 may 1955[…], Klivlend, Ohayo An Officer and a Gentleman filmi ilə daha çox məşhurluq qazanmış ABŞ aktrisasıdır