Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hidden Hills (Kaliforniya)
Hidden Hills – ABŞ-nin Kaliforniya ştatının Los Angeles County regionunda yerləşən bir şəhər. Şəhər San Fernando vadisindən qərbdə yerləşir və Böyük Los Ancelesin bir hissəsidir. Sahəsi 4.37 km² olan şəhərin əhalisi 2010-cu ilə görə 1856 nəfərdir.
Hidden-Hills (Kaliforniya)
Hidden Hills – ABŞ-nin Kaliforniya ştatının Los Angeles County regionunda yerləşən bir şəhər. Şəhər San Fernando vadisindən qərbdə yerləşir və Böyük Los Ancelesin bir hissəsidir. Sahəsi 4.37 km² olan şəhərin əhalisi 2010-cu ilə görə 1856 nəfərdir.
Tiny Toon Adventures: Buster’s Hidden Treasure
Tiny Toon Adventures: Buster’s Hidden Treasure — Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunudur. "Tiny Toon Adventures" seriyanın bu epizodu resenziya saytlarında yüksək mövqe qazanmışdır. Dovşanlardan xoşlanmayan qəddar varlı Montana Maks Baster Banni adında dovşanın sevgilisi Bebs Bannini qaçırır. Bu müddətdə isə pis Cin qızılları oğurlayır. Baster Banni həm sevgilisini, həm də qızılları tapmaq üçün macəralara qatlaşmağa məcbur olur. Oyundakı raundlar müxtəlif yerlərdə: Meşədə, qarda, dağda, adada və s. Hər raundun sonunda Boss vardır. Baster Banni Bossları məğlub etdikdən sonra onlara işləyən köməkçilər Banninin tərəfinə keçir. Gəmi raundunda Montana Maks ilə vuruşur və ona qalib gəlir. Bu raundda qızılları tapır.
Children of Bodom
Children of Bodom - Finlandiyadan olan melodic death metal qrupu. 1993-ci ildə Aleksi Laiho və Jaska Raatikainen adlı iki dost tərəfindən Espoo, Finlandiyada yaradılıb. Əvvəlcə qrup Inearthed adlanırdı. Daha sonra qrupun adı dəyişilərək Children of Bodom olaraq dəyişdirildi. Bu adın meydana gəlməsinin səbəbi isə, 1960-cı ildə Helsinkiyə 20 km uzaqlıqdakı Bodom gölündə silahlı bir manyak tərəfindən, təcavüzə məruz qalan dörd Fin gəncinin qətlinnən gəlirdi. Onların ilk debüt albomları 1998-ci ildə "Something Wild" işıq üzü gördükdən sonra, qrup Avropada konsertlər də çıxış etməkdən ötrü, dünyaca məşhur Nuclear Blast albom şirkəti ilə müqavilə imzaladılar. Bu imzanın ardından onlar, öz adlarını daşıyan sinql çıxartdılar. Bu sinql həftələrcə boyu reytinqlər də bir nömrə olaraq qaldı, buda onların məşhurlaşmağına şərait yaratdı. Daha sonra hər şey daha da sürətlənməyə başladı. 1998-ci ilin Fevralında Hypochrisy, Benediction və Covenant kimi qruplarla çıxdıqları ilk Nuclear Blast qastrolu uğurla həyata keçirildi.
Kentucky Fried Chicken
KFC (Kentucky Fried Chicken — ing. Kentuki Qovrulmuş Toyuq) — 1930-cu ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır. KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır. O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur. Bu menyunun sirrini isə Koka-Kola firmasında olduğu kimi sadəcə 2 idarəedici bilir. KFC-nin baş ofisində sirr saxlanılır. Baş ofisdə üstdəki mühafizə şefinin açıqlamasına görə, sirrin qorunduğu məkanın 2 metr qalınlığında divarları var.
Save the Children
Save the Children Fund — beynəlxalq qeyri-hökumət təşkilatı. 1919-cu ildə Birləşmiş Krallıqda yaradılmışdır və məqsədi bütün dünyada uşaqların həyatını yaxşılaşdırmağa kömək etməkdir. Təşkilat daha yaxşı təhsil imkanları, daha yaxşı səhiyyə xidməti və təkmilləşdirilmiş iqtisadi imkanlar yaratmaqla uşaqların həyatını yaxşılaşdırmaq üçün pul yığmağa kömək edir. Təşkilat Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında ümumi məşvərətçi statusa malikdir. "Save the Children Fund" 15 aprel 1919-cu ildə İngiltərənin London şəhərində Eqlantayn Cebb və onun bacısı Doroti Bakston tərəfindən Birinci Dünya müharibəsi zamanı Almaniyanın müttəfiqlər tərəfindən blokadası zamanı və atəşkəşdən sonra Almaniya və Avstriya-Macarıstanda uşaqların aclığını azaltmaq məqsədi ilə yaradılmışdır. Birinci Dünya müharibəsinin sonunda qidasız və xəstə uşaqların təsvirləri bütün Avropada yayılmışdır. Aclıqla Mübarizə Şurası ilk olaraq 1919-cu ildə blokadaya son qoyması üçün Britaniya hökumətinə siyasi təzyiq göstərmək üçün kampaniyaya başlamışdır. 15 aprel 1919-cu ildə şuranın bəzi üzvləri oradan ayrılaraq "Save the Children Fund"ı yaratmışdılar. "Save the Children" əməkdaşları İkinci Dünya müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə ilk daxil olanlar arasında olmuşdur. Onlar keçmiş işğal olunmuş ərazilərdə qaçqın uşaqlar və köçkünlərlə, o cümlədən nasist həbs düşərgələrindən sağ çıxanlarla işləyirdilər.
Rudi Hiden
Rudolf Hiden (9 mart 1909 və ya 19 mart 1909, Qras – 11 sentyabr 1973, Vyana) — Avstriya futbolçu 1931-ci il mayın 16-da Vyanada olmuş hadisəni o zaman idman aləmində görünməmiş sensasiya kimi qəbul etdilər. Həmin gün Avstriyanın milli futbol komandası Şotlandiya yığması ilə üz-üzə gəldi. Görüş başlamamışdan qabaq stadiona gələnlər arasında bir nəfər də olsun oyunun avstriyalıların qələbəsi ilə qurtaracağını ağlına gətirməmişdi. Çünki Britaniya adalarından gəlmiş rəqib çox güclü idi. Bununla belə, Avstriya komandası 5:0 hesabı ilə qalib gəldi. Həmin gün Avstriya yığmasının "Vundertim" - "möcüzə komanda" adını almış məşhur komandanın doğum günü sayılır. Doqquz gün sonra isə mayın 25-də təzəcə yaranmış möcüzə-komanda Berlində Almaniya yığmasını 6:0 hesabı ilə darmadağın etdi. Vyana şəhərində nəşr olunan "Arbayter-tsaytunq" qəzeti matçdan sonra avstriyalıların qapçısı Rudi Xiden haqqında belə yazmışdı: "Qapıçı Xiden əsl möcüzə göstərdi. Onun oyunu sirkdə göstərilən tryukları xatırladırdı. Alman futbolçular avstriyalıların qapısına yaxınlaşanda Xiden onları cəsarətlə qarşılayırdı.
Rudolf Hiden
Rudolf Hiden (9 mart 1909 və ya 19 mart 1909, Qras – 11 sentyabr 1973, Vyana) — Avstriya futbolçu 1931-ci il mayın 16-da Vyanada olmuş hadisəni o zaman idman aləmində görünməmiş sensasiya kimi qəbul etdilər. Həmin gün Avstriyanın milli futbol komandası Şotlandiya yığması ilə üz-üzə gəldi. Görüş başlamamışdan qabaq stadiona gələnlər arasında bir nəfər də olsun oyunun avstriyalıların qələbəsi ilə qurtaracağını ağlına gətirməmişdi. Çünki Britaniya adalarından gəlmiş rəqib çox güclü idi. Bununla belə, Avstriya komandası 5:0 hesabı ilə qalib gəldi. Həmin gün Avstriya yığmasının "Vundertim" - "möcüzə komanda" adını almış məşhur komandanın doğum günü sayılır. Doqquz gün sonra isə mayın 25-də təzəcə yaranmış möcüzə-komanda Berlində Almaniya yığmasını 6:0 hesabı ilə darmadağın etdi. Vyana şəhərində nəşr olunan "Arbayter-tsaytunq" qəzeti matçdan sonra avstriyalıların qapçısı Rudi Xiden haqqında belə yazmışdı: "Qapıçı Xiden əsl möcüzə göstərdi. Onun oyunu sirkdə göstərilən tryukları xatırladırdı. Alman futbolçular avstriyalıların qapısına yaxınlaşanda Xiden onları cəsarətlə qarşılayırdı.
Ciddə
Ciddə (ərəb. جدة‎) — Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 3,8 milyon nəfərdir (2009).
Ciddə müqaviləsi (1927)
Ciddə müqaviləsi, formal olaraq Əlahəzrət və Hicaz Kralı Əlahəzrət və Nəcd və Onun Asılı Əraziləri arasında Müqavilə — Birləşmiş Krallıq ilə İbn Səud arasında 1927-ci ildə imzalanmış müqavilə. 20 may 1927-ci ildə Birləşmiş Krallıq adından Ser Gilbert Kleyton ilə Hicaz və Nəcd krallığı adından şahzadə Feysəl ibn Əbdüləziz tərəfindən imzalanmışdır. Müqavilə 1915-ci il Darin müqaviləsini əvəz etmişdir.
Hindən qaçış (cizgi filmi, 2000)
Hindən qaçış (ing. Chicken run) - 2000-ci ildə 3D formatında çəkilmiş qısametrajlı animasiyadır. Bu animasiya Böyük Britaniyada 1972-ci ildə əsası qoyulmuş "Aardman Animations" studiyasının ilk qısametrajlı animasiyasıdır. Animasiyanın bütün çəkilişləri ABŞ-də "Aardman Animations" studiyası tərəfindən 2000-ci ildə aparılmışdır. Animasiya 1963-cü ildə ABŞ tərəfindən çəkilmiş "Böyük qaçış" filminə parodiyadır. Filmdəki əsirlər animasiyada toyuqlar kimi göstərilmişdir. Hadisə 1950-ci ildə İngiltərədə Yorkşir qraflığında yerləşən bir toyuq Fermasında baş verir. Cincer, Banti, Bebs və Fouler adlı dörd toyuq digər toyuqlarla birlikdə tel hörgülər arxasında həyatlarını davam etdirməkdədirlər. Toyuqların hamısı hər gün mütləq yumurta qoymalıdırlar. Əks halda onlar cəzalandırılacaqlar.
Həddən artıq uyğunluq (film, 2016)
Həddən artıq uyğunluq — Rejissor Ülviyyə Könülün filmi. Böyük hisslərdən və aldanmaqdan heç kəs sığortalanmayıb. Dünyanın hər yerində sevgi, xəyanət və yalanla qarşılaşmaq olar. Mayk və Aydan ayrı-ayrılıqda aldanılıblar. Həyatlarındakı hədsiz uyğunluq onları görüşdürür və bir-birinə sevdirir. Sevgi isə məsafəyə baxmır. Əsasən də böyük sevgi. Görəsən, növbəti dəfə onlar harada görüşəcək? Bakıda yoxsa Nyu-Yorkda. Bəlkə də, heç görüşməyəcəklər?