CHILDLIKE
CHILDSHIP
OBASTAN VİKİ
Children of Bodom
Children of Bodom - Finlandiyadan olan melodic death metal qrupu. == Yaranışı və Haqqında == 1993-ci ildə Aleksi Laiho və Jaska Raatikainen adlı iki dost tərəfindən Espoo, Finlandiyada yaradılıb. Əvvəlcə qrup Inearthed adlanırdı. Daha sonra qrupun adı dəyişilərək Children of Bodom olaraq dəyişdirildi. Bu adın meydana gəlməsinin səbəbi isə, 1960-cı ildə Helsinkiyə 20 km uzaqlıqdakı Bodom gölündə silahlı bir manyak tərəfindən, təcavüzə məruz qalan dörd Fin gəncinin qətlinnən gəlirdi. Onların ilk debüt albomları 1998-ci ildə "Something Wild" işıq üzü gördükdən sonra, qrup Avropada konsertlər də çıxış etməkdən ötrü, dünyaca məşhur Nuclear Blast albom şirkəti ilə müqavilə imzaladılar. Bu imzanın ardından onlar, öz adlarını daşıyan sinql çıxartdılar. Bu sinql həftələrcə boyu reytinqlər də bir nömrə olaraq qaldı, buda onların məşhurlaşmağına şərait yaratdı. == Konsertlər == Daha sonra hər şey daha da sürətlənməyə başladı. 1998-ci ilin Fevralında Hypochrisy, Benediction və Covenant kimi qruplarla çıxdıqları ilk Nuclear Blast qastrolu uğurla həyata keçirildi.
Save the Children
Save the Children Fund — beynəlxalq qeyri-hökumət təşkilatı. 1919-cu ildə Birləşmiş Krallıqda yaradılmışdır və məqsədi bütün dünyada uşaqların həyatını yaxşılaşdırmağa kömək etməkdir. Təşkilat daha yaxşı təhsil imkanları, daha yaxşı səhiyyə xidməti və təkmilləşdirilmiş iqtisadi imkanlar yaratmaqla uşaqların həyatını yaxşılaşdırmaq üçün pul yığmağa kömək edir. Təşkilat Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında ümumi məşvərətçi statusa malikdir. == Mənşəyi == "Save the Children Fund" 15 aprel 1919-cu ildə İngiltərənin London şəhərində Eqlantayn Cebb və onun bacısı Doroti Bakston tərəfindən Birinci Dünya müharibəsi zamanı Almaniyanın müttəfiqlər tərəfindən blokadası zamanı və atəşkəşdən sonra Almaniya və Avstriya-Macarıstanda uşaqların aclığını azaltmaq məqsədi ilə yaradılmışdır. Birinci Dünya müharibəsinin sonunda qidasız və xəstə uşaqların təsvirləri bütün Avropada yayılmışdır. Aclıqla Mübarizə Şurası ilk olaraq 1919-cu ildə blokadaya son qoyması üçün Britaniya hökumətinə siyasi təzyiq göstərmək üçün kampaniyaya başlamışdır. 15 aprel 1919-cu ildə şuranın bəzi üzvləri oradan ayrılaraq "Save the Children Fund"ı yaratmışdılar. === İkinci Dünya müharibəsi === "Save the Children" əməkdaşları İkinci Dünya müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə ilk daxil olanlar arasında olmuşdur. Onlar keçmiş işğal olunmuş ərazilərdə qaçqın uşaqlar və köçkünlərlə, o cümlədən nasist həbs düşərgələrindən sağ çıxanlarla işləyirdilər.