Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Katya Chilly
Yekaterina Petrovna Boqolyubova (Kondratenko) (ukr. Катерина Петрівна Боголюбова; 12 iyul 1978, Kiyev) — Katya Chilly səhnə adı altında çıxış edən ukraynalı müğənni, musiqiçi və bəstəkar. Peşəkar karyerasının on üç ilində mətbuatın və ictimaiyyətin diqqətini çəkən dörd albom buraxmışdır. == Bioqrafiya == === Uşaqlıq və gənclik === Kondratenko ilk dəfə 1986-cı ilin yayında televiziya kanallarında görünür. Onun pioner düşərgələrindən birində “Çernobıl uşaqları” konserti zamanı çıxışı sovet televiziyası tərəfindən göstərilib. Bu səkkiz yaşlı müğənninin "33 inək" mahnısını ifa etdiyi ilk ciddi çıxış idi. Kondratenko ümumtəhsil məktəbinin üçüncü sinfində oxuyarkən folklor dərnəyində iştirak edir və “Oryol” uşaq folklor xorunda oxuyur. Musiqi məktəbində fortepiano və violonçel siniflərində oxuyub. VII sinifdə incəsənət məktəbinin folklor şöbəsində təhsil alır. Daha sonra Taras Şevçenko adına Milli Universitetə daxil olan Milli Humanitar Liseydaha oxuyur Taras Şevçenko adına Milli Universitetinin filologiya fakültəsində oxuyarkən ali təhsil alıb.
Chillán
Chillán - Çili şəhəri. Ərazisi 511 km². Əhalisi 161.953 nəfərdir. (2002).
Berberis chillacochensis
Berberis chillacochensis (lat. Berberis chillacochensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Senecio chillanensis
Senecio chillanensis (lat. Senecio chillanensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Solanum chilliasense
Solanum chilliasense (lat. Solanum chilliasense) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Solanum ellipticum var. chillagoense
Solanum ellipticum (lat. Solanum ellipticum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum ellipticum f. albiflora Domin (lapsus) Solanum ellipticum f. albiflorum Domin Solanum ellipticum var. chillagoense Domin Solanum ellipticum var. mollibaccalis J.M.Black Solanum lithophilum F.Muell.
Hill
Hill — soyad. Con Hil — ingilis botaniki.
Cill (personaj)
Cill və ya Cill Moss (ing. Gill) — "Kim Possibl" serialının düşmən personajlarından biridir. "Batmaq və ya üzmək" və "Vonnavipə qayıdış" epizodlarında görünmüşdür. == Xarakteristika == Cill əvvəllər Ron ilə bir məktəbdə oxuyurdu. Bir gün onlar "Vonnavip" (ing. Wannaweep) adlı düşərgəyə gəlirlər. Burada "Vonnavip" gölü vardır. Həmin göl çox zəhərlidir. Bu səbəbdən Ron orada üzmür. Lakin Cill ona əhəmiyyət verməyərək, orada üzməyə başlayır.
Cill Bayden
Cill Bayden (3 iyun 1951[…]) – ABŞ-nin 46-cı prezidenti Co Baydenin həyat yoldaşı; ABŞ-nin birinci xanımı.
Cill Saddat
Cill Saddat (9 sentyabr 1971) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Cill Saddat Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cill Saddat Olimpiadanın qalibi olub.
Cill Severi
Cill Severi (2 may 1972) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Cill Severi Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cill Severi Olimpiadanın qalibi olub.
Con Hill
Con Hill (ing. John Hill, 1716[…], Piterboro[d], Kembricşir qraflığı[d] – 21 noyabr 1775, London) — ingilis botaniki və yazıçısı. == Botanika üzrə elmi əsərləri == The useful family herbal (1755). Thoughts concerning God and Nature (1755). The British Herbal, (1756–1757). Outlines of a System of vegetable generation (1758). The virtues of honey in preventing many of the worst disorders (1759). The Vegetable System (26 volumes) (1759–1775). The construction of timber from its early growth (1770). Virtues of British herbs (1771).
Kapitol Hill
Capitol Hill ABŞ Konqresinin metaforası olsa da, Vaşinqton şəhərində ən böyük tarixi məhəllədir. Geniş küçələri ilə Capitol adlı ABŞ Konqres Binasının önündən şərqə doğru uzanır. Vaşinqtonun ən qədim məhəllələrindən biri olsa da, 5 km² ərazisində təxminən 35.000 əhalisi ilə ən sıx məskunlaşılan məhəllələrdən biridir.
Kennet Hill
Kennet Hill (ing. Kenneth D. Hill; 6 avqust 1948 – 4 avqust 2010, Sidney) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Kennet Hill toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 400-dən artıq növ təsnif etmişdir. == Əsərləri == Hill, K.; Osborne, R. Cycads of Australia. — Sydney, 2001. — 116 p. — ISBN 0–7318-0886-X. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Stanberg, Leonie. "Hill, Kenneth (Ken) D. (1948 - 2010)". Australian National Herbarium. 2010.
Nottinq-Hill
Nottinq-Hil (ing. Notting Hill) — London şəhərinin rayonu. Kosmopolitan olan rayonda hər il Avropanın ən böyük küçə karnavalı olan Nottinq-Hil karnavalı keçirilir. == Tarixi == Rayon Londonun 19-cu əsrdə qərbə genişlənməsinə qədər kənd kimi qalmışdır. 19-cu əsrin əvvəllərində Ledbrok ailəsi memar Tomas Elloma Nottinq-Hili Belqravia kimi nüfuzlu rayona çevirməyi sifariş verdi. == Mədəniyyəti == 1965-ci ildən rayonda hər ilin Avqustu Nottinq-Hil küçə karnavalı keçirilir. Karnaval 1950-ci illərdən yaşayan Karib əsilli əhali tərəfindən təşkil olunur.
Peti Hill
Peti Smit Hill (27 mart 1868 - 25 may 1946), bacısı Mildrid Ceyn Hill ilə birlikdə sonralar "Happy birthday to you" (azərb. Doğum günün mübarək‎) kimi məşhurlaşan melodiyanı yazmaqla,tanınan bəstəkar və müəllim. O,Amerikada uşaq bağçasında müəllimə və hazırda Gənclərin Təhsili üzrə Milli Dərnək olaraq mövcud olan Məktəbəqədər Təhsil üzrə Milli Dərnəyin əsas təsisçisi idi. == Erkən həyatı == Peti Smit Hill,1868-ci ildə Luisvill (Kentukki) kənarda yerləşən Ankoreyg şəhərində anadan olmuşdur. Valideynləri,Peti və digər bacı-qardaşlarına təhsilin əhəmiyyətini,oyunun dəyərini və başqaları üçün bunları təbliğ etməyin zəruriliyini aşılayan insanlar idi. Atası Uilyam Vols Hill,Kentukki Basda anadan olub,1833-cü ildə Kentukki,Danvilldəki Mərkəzi kollecdən məzun oldu və 1838-ci ildə Prinston Universitetindən ilahiyyat doktoru dərəcəsi aldı. Bütün həyatını nazir və təhsil işçisi olaraq davam edtdirməsi,Hill ailəsinin Kentukkidən,Missuriyə,Texasa apardı. Anası Marta Ceyn Smit, Uilyamın ikinci həyat yoldaşı idi (birinci həyat yoldaşı doğuş zamanı vəfat etmişdi). O,Pensilvaniyada anadan olmuşdu,yeniyetmə ikən qardaşı ilə birlikdə,əmi və bibisinin Denvildəki plantasiyalarında yaşamaq üçün ora köçürlər. Marta Ceyn öyrənmək və öyrəndiklərini başqaları ilə bölüşməkdə olduqca həvəsli və diqqətcil idi,buna misal olaraq Qrayms plantasiyalarındakı qullara oxumağı və yazmağı öyrətməsini göstərmək olar.
Silent Hill
Silent Hill (yap. サイレントヒル) — Keiichiro Toyama tərəfindən hazırlanan və "Konami" tərəfindən yayımlanan survival horror janrında olan oyun seriyası. İlk epizodu 31 yanvar 1999-cu ildə satışa buraxılmışdır. 2006-cı ildə oyun kinoekranizasiyası çəkilmişdir. Əsasən PlayStation platforması üçün buraxılan oyunun personal kompüter üçün emulyasiyasını da tapmaq mümkündür.
Terens Hill
Terens Hill (ing. Terence Hill; əsl adı Mario Cirotti (it. Mario Girotti); 29 mart 1939, Venesiya, İtaliya) — İtalyan aktyor, prodüsser, ssenarist və rejissor. == Həyatı == Terens Hill 29 mart 1939-cu ildə İtaliyanın Venesiya şəhərində anadan olub. 1943-1945-ci illərdə anasının vətəni olan Almaniyada, Lommaç şəhərində yaşayıb. Bir neçə vaxtdan sonra Roma şəhərinə dönmüşdü. Mario uşaqlıqdan üzgüçülüklə məşğul olmuşdu. Burda Bad Spenserlə tanışlığın binasını qoymuşdu.
Virciniya Hill
Virciniya Hill (ing. Virginia Hill; 26 avqust, 1916 −24 mart, 1966) — qanqster qadın. == Həyatı == Virciniya Hill 26 avqust 1916-cı ildə Alabama ştatının Liskombe şəhərində anadan olmuşdu. Uşaqlıqdan cinayət aləmi ilə maraqlanırdı.
Brayn Hill (futbolçu)
Brayn Hill (31 İyul 1941 – 27 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş İngiltərə futbolçusudur. Hill İngiltərə Futbol Liqasında Bristol Siti FK, Torkay Yunayted və Koventri Siti klublarında çıxış etmişdir.
Corc Roy Hill
Corc Roy Hill (ing. George Roy Hill) (20 dekabr 1921, Minneapolis, Minnesota, ABŞ - 27 dekabr 2002, Nyu York, Nyu York, ABŞ) - amerikalı kinorejissor. == Filmoqrafiyası == Rejissor Prodüser The Great Waldo Pepper (1975): Producer The World According to Garp (1982): ProducerSsenari müəllifi The Great Waldo Pepper (1975): Story A Little Romance (1979): Dialogue (uncredited)Aktyor Walk East on Beacon!
Hill (Heraklın oğlu)
Hill (q.yun. Ὕλλος və ya Ὕλας ) — yunan mifologiyasında personaj. O, Heraklın övladlarından idi, Herakl və Deyaniranın böyük oğlu olmuşdur. Hill Makariyanın qardaşı, İolun həyat yoldaşı, Kleodayın atası olmuşdur . Herakl və arvadı Deyanira öldükdən sonra oğulları Yevrisfeydən qaçaraq Traxini tərk etmiş, Afinaya sığınaraq Trikorit şəhərində məskunlaşmışdılar. == Sonrakı ənənə == Hillin öldürülməsindən 50 il sonra belə Heraklın övladları Peloponnesə hücum etməkdən çəkinmişdir. Gill Meqarada dəfn edilmişdir. Sparta filalardan birinin adı onun şərəfinə verilmişdir.
K.D.Hill
Kennet Hill (ing. Kenneth D. Hill; 6 avqust 1948 – 4 avqust 2010, Sidney) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Kennet Hill toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 400-dən artıq növ təsnif etmişdir. == Əsərləri == Hill, K.; Osborne, R. Cycads of Australia. — Sydney, 2001. — 116 p. — ISBN 0–7318-0886-X. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Stanberg, Leonie. "Hill, Kenneth (Ken) D. (1948 - 2010)". Australian National Herbarium. 2010.
Mildred Ceyn Hill
Mildrid Ceyn Hill (27 iyun 1859, Luisvill, Kentukki – 5 iyun 1916, Çikaqo, İllinoys) — "Good Morning to All"( "Hamınızın sabahı xeyir") mahnısını bəstələyən, sonradan bütün dünyada məşhur "Happy birthday to you" (Doğum günün mübarək) melodiyasının Amerikalı müəllifi və musiqişünası. == Həyatı == Kentukki ştatının Luisvill (Kentukki) şəhərində anadan olan Mildred Ceyn Hill üç bacının: Mildred, Peti və Cessikanın ən böyüyü idi. Musiqini atası,Kalvin Kodi və Adolf Veydiqdən öyrənmişdi. Mildrid Hilldə kiçik bacısı Peti kimi bir uşaq bağçasında müəllimə idi. Professor Robert Brauneis, Hill ailəsini geniş araşdırdıqdan sonra onun uşaq bağçasında müəllimə olmadığı qənaətinə gəldi. Zenci ruhani müziqisinə həvəs göstərən Mildrid musiqiyə, tədrisə, bəstələməyə, ifa etməyə və bu sahədə ixtisaslaşmağa doğru irəlilədi. Hill və bacısı eksperimental uşaq bağçasında,Luisvill Eksperimental Uşaq Bağçası Məktəbində mütərəqqi təhsil proqramındakı işlərinə görə Chicago World Fair-də (1893) mükafatlandırıldı. Cohann Tonsor təxəllüsünü istifadə edərək musiqi haqqında yazdı və 1892-cü ildə yazdığı "Zənci Musiqisi" adlı məqaləsində, mövcud zənci musiqisinin fərqli bir Amerika musiqi üslubunun əsası olacağını təklif etdi; Antonin Dvorjakın "Yeni dünyadan" Simfoniyasını bəstələməsinə təsir etdi. Hill mahnısının məşhurlaşmasından çox əvvəl 1916-cı ildə İllinoys ştatının Çikaqo şəhərində vəfat etdi, . Kentukki ştatındakı Luisvill şəhərindəki Keyv Hill qəbiristanlığında bacısı ilə birlikdə dəfn edilmişdir.
Mildrid Ceyn Hill
Mildrid Ceyn Hill (27 iyun 1859, Luisvill, Kentukki – 5 iyun 1916, Çikaqo, İllinoys) — "Good Morning to All"( "Hamınızın sabahı xeyir") mahnısını bəstələyən, sonradan bütün dünyada məşhur "Happy birthday to you" (Doğum günün mübarək) melodiyasının Amerikalı müəllifi və musiqişünası. == Həyatı == Kentukki ştatının Luisvill (Kentukki) şəhərində anadan olan Mildred Ceyn Hill üç bacının: Mildred, Peti və Cessikanın ən böyüyü idi. Musiqini atası,Kalvin Kodi və Adolf Veydiqdən öyrənmişdi. Mildrid Hilldə kiçik bacısı Peti kimi bir uşaq bağçasında müəllimə idi. Professor Robert Brauneis, Hill ailəsini geniş araşdırdıqdan sonra onun uşaq bağçasında müəllimə olmadığı qənaətinə gəldi. Zenci ruhani müziqisinə həvəs göstərən Mildrid musiqiyə, tədrisə, bəstələməyə, ifa etməyə və bu sahədə ixtisaslaşmağa doğru irəlilədi. Hill və bacısı eksperimental uşaq bağçasında,Luisvill Eksperimental Uşaq Bağçası Məktəbində mütərəqqi təhsil proqramındakı işlərinə görə Chicago World Fair-də (1893) mükafatlandırıldı. Cohann Tonsor təxəllüsünü istifadə edərək musiqi haqqında yazdı və 1892-cü ildə yazdığı "Zənci Musiqisi" adlı məqaləsində, mövcud zənci musiqisinin fərqli bir Amerika musiqi üslubunun əsası olacağını təklif etdi; Antonin Dvorjakın "Yeni dünyadan" Simfoniyasını bəstələməsinə təsir etdi. Hill mahnısının məşhurlaşmasından çox əvvəl 1916-cı ildə İllinoys ştatının Çikaqo şəhərində vəfat etdi, . Kentukki ştatındakı Luisvill şəhərindəki Keyv Hill qəbiristanlığında bacısı ilə birlikdə dəfn edilmişdir.
Silent Hill: Homecoming
Silent Hill: Homecoming — "Double Helix Games" tərəfindən hazırlanmış və "Konami" tərəfindən buraxılmış qorxu oyunu. Seriyanın altıncı oyunudur və 2008-ci ildə işıq üzü görüb. Oyunda müharibədən qayıdan Alex Shepherd-dən bəhs edilir. Doğma qəsəbəsinə qayıdan Alex buranın qarışıqlıq içində olduğunu və qardaşının itkin düşdüyünü öyrənir. Qardaşını axtararkən o, müxtəlif şeylər haqqında, gizli təriqətlər və qəsəbənin tarixi haqqında bilmədiklərini öyrənir.
Silent Hill 2
Silent Hill 2 — "Team Silent" tərəfindən hazırlanan və "Konami" tərəfindən buraxılan qorxu oyunu. Oyun 2001-ci ildə PlayStation 2 oyun platformasında, daha sonra isə Windows və Xbox üçün də çıxmışdır. Məşhur oyunlar seriyasından sayca 2-ci olan bu oyunda oyunun baş qəhrəmanı Ceyms adlı şəxsdir. Son vaxtlar o 3 il əvvəl ölmüş arvadından məktublar almağa başlayır. Arvadı onu "Silent Hill" adlı dumanlı şəhərciyə gəlməyini istəyir. Lakin Ceyms şəhərə gəldikdə hər şeyin dəyişdiyini anlayır. Qəribə məxluqlar, qatı duman və itmiş insanlar...
Silent Hill 3
Silent Hill 3 — "Team Silent" tərəfindən hazırlanmış və "Konami" tərəfindən yayımlanmış 2003-cü il qorxu oyunu. Oyun "Silent Hill 2" kimi böyük uğur qazanmasa da, bir çox gamer tərəfindən müsbət qiymətləndirilmişdir.
Silent Hill 4
Silent Hill 4: The Room (azərb. Sakit təpə 4: Otaq‎) — 2004-cü ildə Konami tərəfindən hazırlanmış survival horror janrında olan oyun. == Giriş == == Məzmun == Silent Hill The room digər Silent Hill oyunlarından fərqlənir. Ən əsas fərqlərdən biri hadisələrin Silent Hill şəhərində yox, Eşfild şəhərində cərəyan etməsidir. Oyunun baş qəhrəmanı Henri Touşland adlı gəncdir. O, Eşfild şəhərinin cənubunda yerləşən sakit səmtə köcür. Burada 302 nömrəli evdə yaşamağa başlayır. İlk günlər hər şey qaydasında getsədə, bir anda vəziyyət dəyişir. Bir gün Henri yuxudan ayılanda evdə baş verən qəribəliklərdən şüphələnir. Evin bayır qapısı açılmır, onun üzərində qanla yazılmış bayıra çıxma!
Siqnal Hill döyüşü
Siqnal Hill (Sent-Cons) uğrunda döyüş (ing. Battle of Signal Hill) — 12 sentyabr 1762-ci ildə baş vermiş və Yeddiillik müharibənin Şimali Amerika səhnəsindəki yekun döyüşü sayılır. == Tarixçə == 1762-ci ildə Britaniya və Fransa artıq təxminən 7 il idi ki müharibə edirdilər və münaqişənin hər iki tərəfi sülhə meylli idi. Fransanın Atlantik okean sahillərinin britaniyalılar tərəfindən mühasirəyə alınması Fransa iqtisadiyyatını sarsıtmış, həmçinin müstəmləkə qoşunlarına hərbi yardım imkanlarını istisna edərək fransız qarnizonlarının təhvil verilməsinə və xeyli saylı əsirlərə səbəb olmuşdu. Nyufaundlend o zamanlar Avropadan Şimali Amerikaya gedən yolda vacib strateji forpost sayılırdı. Fransızlar gələcəkdə sülh müqavilələrinin imzalanması ümidi ilə müqəddis İoanna fortunu Sent-Cons şəhəri ilə birlikdə ələ keçirməyi qərara aldılar. == Fransız işğalı == 20 may 1762-ci ildə bir neçə fransız gəmiləri mühasirəni yararaq Brestdən Atlantik okeanına çıxa bildilər. 20 iyunda fransızlar Nyufaundlenda yan aldılar. 27 iyunda fransızlar 750 nəfərlik dəstə ilə güclü müqavimətə rast gəlməyərək Sent-Consu ələ keçirdilər. Sent-Consu tutduqdan sonra fransızlar balıq infrastrukturlarını məhv etməyə başladılar (britaniyalıların sonrakı hesablamalarına görə təxminən 1 milyon funt zərər dəymişdi).
Axill
Axilles — "İliada" poemasının baş qəhrəmanı, yunan ordusunun ən cəsur sərkərdəsi, yunanların qəhrəmanı. Homer İlliadasinin demək olarki baş qəhrəmanı Axillesdir. Axilles (əsli antik Yunan olan Ἀχιλλεύς Akhilleus; Fransızca Achille, oxunuşu Aşıl) ölümlü bir ata olan Peleus ilə bir tanrı olan Fetidanın oğulu olan yarı tanrı bir insandır. Yunan mifologiyasının ən əhəmiyyətli qəhrəmanlarından biridir. Troya müharibəsinin yunan qəhrəmanlarının başında gəlməkdə və Homerin İlliada mifoloji əsərində yunanlarin ən böyük döyüşçüsüdür. Anası Fetida oğulunu ölümsüzlük çayı Styxdə yuyarkən əlini suya dəydirməməsi nəsihət edildiyi üçün, onu sol topuğundan tutub suya batırmışdır. Yalnız oradan vurulsa öləcəyinə inanılır. Əfsanəyə görə, öləcəyini bildiyi halda Axilles Heleni geri gətürmək üçün başlayan və ən böyük döyüş qəbul edilən Troya müharibəsinə adının sonsuza qədər xatırlanması üçün qatılmış və Troyalı şahzadə Paris tərəfindən təsadüfən, sol dabanından zəhərli oxla vurularaq ölmüşdür. Buna görə ayaq dabanında iştirak edən vətərə "Axilles vətəri" adı verilmişdir. İlk böyük qədim Yunan şairi olan Homerosun, Troya müharibəsini izah edən İliada adlı əsərində hətta Axillesin məzarının yeri təsvir edilir.
Baill.
Ernest-Anri Bayon (fr. Henri Ernest Baillon; 30 noyabr 1827[…], Kale – 19 iyul 1895[…], Paris) — Fransa botaniki. == Elmi fəaliyyəti == 4000-dən yuxarı takson təsnif edən Ernest-Anri Bayon toxumlu bitkilər, mamırkimilər, qıjıkimilər, mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Henri Ernest Baillon: Adansonia, recueil périodique d’observations botaniques. Paris, 1866–1870 (10 томов) (fr.) Henri Ernest Baillon: Dictionnaire de botanique. Paris, 1876–1892 (4 тома) (fr.) Henri Ernest Baillon: Étude générale du groupe des Euphorbiacées. 1858 (fr.) Henri Ernest Baillon: Histoire des plantes. 1866–1895 (13 томов) (fr.) Henri Ernest Baillon: Histoire naturelle des plantes de Madagascar. (3 тома) (fr.) Henri Ernest Baillon: Iconographie de la flore française. 1885–1894 (fr.) Henri Ernest Baillon: Recherches organogéniques sur la fleur femelle des Conifères.
Cheel
Edvin Çil (ing. Edwin Cheel; 14 yanvar 1872 – 19 sentyabr 1951, Sidney) — İngiltərə əsilli Avstraliya botaniki və mikoloqu. == Elmi fəaliyyəti == Edvin Çil göbələk və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Edwin Cheel. 1923. Two additional species of leptospermums. 5 pp. Edwin Cheel. 1924. Notes on boronia in the pinnatae section, with a description of a new species.
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslərCəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil XəlilovCəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) == Həmçinin bax == Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Hilal
Hilal (ərəbcə هلال) — yeni doğulmuş Ay. Qəməri təqvimi ilə ayın 1-ci günü hilalın görünməsi ilə hesablanır. Hilalın görünməsi Günəşlə Ayın Yerə nəzərən yerləşməsindən aslıdır. Əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkə kimi, Azərbaycan bayrağında da hilal simvolundan istifadə olunur.
Hillə
Hillə (ərəb. الحلة‎) — İraqın mərkəzində, Fərat çayı üzərində şəhər. Hillə şəhəri Bağdadın 100 kilometr (62 mil) cənubunda yerləşir. 1998-ci ildə siyahı alınmaya görə əhalisi 564.700 nəfərdir. == Tarixi == Hillə şəhəri bir ara şiəliyin mərkəzinə çevrilmişdi. Nəcəf hövzəsində elmi durumun zəifləməsi ilə ibn İdris Hilli Hillə şəhərində fiqhi hərəkata başladı. Beləcə, şiə fiqhinin elmi mərkəzi İraqın Hillə şəhəri oldu. Mühəqqiq Hilli, Əllamə Hilli kimi şöhrətli fəqihlər Şeyx Tusidən sonra şiə fəqihliyinin yeni mərhələsinin bünövrəsini qoyanlardan sayılırdı. Onlar şiə fiqhini mükəmməl vəziyyətə gətirib Şeyx Müfidin xəttini davam etdirdilər. Hillə şəhərindən sonra fəqihlik mərkəzi Cəbəle-Amil və Şam məntəqəsinə köçürüldü.
McGill.
Donald Con Makgillivrey (ing. Donald John McGillivray; 20 avqust 1935 – 17 avqust 2012) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Donald Con Makgillivrey tədqiqatlarını Apatophyllum, Dodonaea, Galium, səhləbkimilər, Conospermum, Grevillea bitki cinsləri üzrə aparmışdır. == Əsərləri == McGillivray D. J. Grevillea: A taxonomic revision. — Carlton, 1993. — 465 p. — ISBN 0522844391. == Şərəfinə adlandırılmış taksonlar == Apatophyllum macgillivrayi Cranfield & Lander, 1992 Grevillea donaldiana Kenneally, 1988 Leptospermum macgillivrayi Joy Thomps., 1989 == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == "McGillivray, Donald John (Don) (1935 - 2012)". Australian National Herbarium. İstifadə tarixi: 2017-11-06.
Kill Kill
Kill Kill — amerikalı müğənni Lana Del Reyin 21 oktyabr 2008-ci ildə Lizzy Grant adı altında buraxdığı ilk mini-albomu (EP). Mini-albom 5 Points Records tərəfindən buraxılıb, üç trek daha sonra 2010-cu ildə buraxılan Lana Del Ray albomunda yer alıb. "Yayo" mahnısı yenidən yazılıb və üçüncü dəfə 2012-ci ildə Paradise mini-albomunda buraxılıb. Mini-albomun tanıtılması üçün bir sinql "Kill Kill" buraxılıb. Trekin musiqi klipi 2008-ci ildə yayımlanıb. == Trek siyahısı == Mahnıların prodüserliyini David Kahne edib.