Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Chilopoda
Dodaqayaqlılar və ya çiyanlar (lat. Chilopoda) — buğumayaqlılar tipinin çoxayaqlılar yarımtipinə aid sinif. == Xarici quruluşu == Dodaqayaqlıların bədəni dartılmış, bel-qarın istiqamətində yastılanmış olub, başa və hər seqmentində bir cüt qaçış ətrafı olan seqmentləşmiş gövdəyə bölünür. Anal-genital sahəni təmsil edən birinci və bir neçə sonuncu seqmentlərdə ətraflar olmur. Başın ön kənarında seqmentləşmiş antenalar (bir cüt) yerləşir. Başın böyürlərində bəzən böyük topalar əmələ gətirən mürəkkəb faset gözə (milçəktutanlarda) bənzəyən gözcüklər yerləşir. Bəzən isə daim torpaqda yaşayan formalarda (geofil və kriptoslarda) gözlər olmur. Ağız hissələri 3 cüt çənə ilə təmsil olunmuşdur. Xilopodların ayaqları çanaqcıq (geofillərdə) reduksiyaya uğramışdır, burma (skolopendrkimilərdə son cüt ayaqlarda reduksiyaya uğramışdır), budönü, bud, baldır və pəncəkdən ibarət olub, buğumlarının sayı 1-2-yə çatır. Son cüt ayaqların arxasında gövdənin buğumlu çıxıntıları – dişi və erkək qonopodiyaları olan genital-anal şöbəsi yerləşmişdir.