Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hopper
Stiven Donald Hopper (ing. Stephen Donald Hopper; 18 iyun 1951) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Stiven Donald Hopper toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Life on the Rocks. 2008. Fremantle Press ISBN 978-1-921361-28-9 Soul of the Desert. 2005.
Edvard Hopper
Edvard Hopper (ing. Edward Hopper, 22 iyul 1882[…] – 15 may 1967[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan realizmi üslubunda işləyən məşhur rəssam və qravür ustasıdır. Daha çox yağlı boya ilə işlənmiş rəsmləri ilə məşhur olmasına baxmayaraq Hopper həmçinin oyma sənətində gözəl qryavurçu və akvarelist idi. Onun ehtiyatla və dəqiqliklə hesablanaraq işlənmiş şəhər və kənd səhnələrində müasir amerikan həyatına rəssamın şəxsi baxışları öz əksini tapmışdır.
Qreys Mürrey Hopper
Qreys Mürrey Hopper (ing. Grace Murray Hopper; 9 dekabr 1906, Nyu-York, Nyu-York ştatı – 1 yanvar 1992, Arlinqton dairəsi, Virciniya[…]) — Amerikalı hərbçi, kontradmiral, proqramçı. Qreys Mürrey Hopper 9 dekabr 1906-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Qreys Mürrey Hopper ilk işləyən kompilyatorun və Cobol proqramlaşdırma dilinin müəllifi, amerikalı hərbçi, kontradmiral, proqramçıdır. Mark I kompüteri üçün proqram təminatını yaratmış Hopperin şərəfinə ABŞ-də mina gəmisi USS Hopper (DDG-70) adlandırılmışdır. O, dünyada ilk mnemonik proqramlaşdırma dili olan Assembler dilinin yaradıcısı, həmçinin "kompilyasiya" və "kompilyator" terminlərinin müəllifidir. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Stiven Donald Hopper
Stiven Donald Hopper (ing. Stephen Donald Hopper; 18 iyun 1951) — Avstraliya botaniki. Stiven Donald Hopper toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. Life on the Rocks. 2008. Fremantle Press ISBN 978-1-921361-28-9 Soul of the Desert. 2005.
Çopper əməliyyatı (Vyetnam)
Çopper əməliyyatı 12 yanvar 1962-ci ildə baş verdi və ABŞ qüvvələri ilk dəfə Vyetnam müharibəsində böyük döyüşlərdə iştirak etdi. Vertolyotlar Vyetnam Respublikası Ordusunun (ARVN) 1,000-dən çox paraşütçüsünü Sayqondan 10 mil (16 km) məsafədə Vyetkonq bazası olduğu düşününlən əraziyə hücum etmək üçün daşımışdır.
Daniel Hopfer
Daniel Hopfer (alm. Daniel Hopfer‎, soyadının digər yazılışı — Hopffer və Hopper; 1470[…], Kaufboyren, Şvabiya dairəsi – 1536[…], Auqsburq) — Şimali İntibah dövrünün alman rəssamı, qravürçü və silahçı. Kleynmeyster. Ofort texnikasını ilk istifadə edənlərdən biridir. Çox sayda ksiloqrafiyanın müəllifidir. == Bioqrafiyası == Rəssam Bartolomey Hopfer və Anna Sendlerin ailəsində 1470-ci ildə anadan olmuşdur. 23 yaşında Auqsburqa köçmüşdür. 1497-ci ildə Kristina Grimm ilə evlənmişdir. Silahların bəzədilməsi ilə məşğul olan Hopfer, rəssamların və nişançıların da daxil olduğu Auqsburq dəmirçilər gildiyasının komitəsinin üzvü olmuşdur. 1590-cı ildə imperator II Rudolfun Daniel Hopferin nəvəsi Qeorqa göndərdiyi məktubun mətnində, Daniel Hopfer nadir üsulun ixtiraçısı olaraq tanındığı yazılmışdır.
Dominic Cooper
Dominik Kuper (2 iyun 1978, Qriniç[d], Böyük London) — İngilis aktyorudur. Londonun Qrinviç şəhərində anadan olub. Bir çox filmlərdə, radioda və teatrda rol alıb. Tarixi oğlanlarda (The History Boys) Dakin obrazını canlandırmışdır. Dracula: Inception filmində, Fateh Məhəmmədi, Mamma Mia! filmində Sky rolunu oynamışdır. 2011-ci il istehsalı olan Şeytanın əkizi filmində Udey Hüseyni oynamışdır. 2012-ci ildə çəkilən Vampire Hunter: Abraham Lincoln (Vampir ovçusu: Abraham Lincoln) filmində Henry rolunu oynamışdır. The Devil's Double (Şeytan Cütlüyü və ya Şeytanın əkizi) filmində iki obrazı canlandırdığı üçün böyük təriflər almışdır. O, həmçinin Captain America: The First Avenger (Kapitan Amerika: İlk Qisasçı) və Agent Carter filmlərində Howard Stark rolunu oynamışdır.
Karl Popper
Ser Karl Raymond Popper (alm. Karl Raimund Popper‎; 28 iyul 1902[…], Vyana – 17 sentyabr 1994[…]) — Avstriya və Britaniya filosofu və sosioloqu. Karl Popper Avstriyanın paytaxtı Vyanada anadan olmuş, 1937-ci ildə isə Yeni Zelandiyaya köçmüş, 1946-cı ildə Londona gələrək həmin ildən 1970-ci illərin ortalarına kimi London İqtisad Məktəbində professor kimi çalışmışdır. 1976-cı ildən Kral Cəmiyyətinin üzvü, 1982-ci ildə isə Şöhrət Ordeni kavaleri olmuşdur. 1945-ci ildə, "Açıq cəmiyyət və onun düşmənləri" əsəri ilə, Popper demokratiya və "Açıq cəmiyyət"in müdafiəsinə çıxır, hakimiyyətin heç bir konflikt olmadan devrilməsindən söz açır. Eləcə də o, insan düşüncəsinin daim inkişafda olduğunu, bununla yeni tələb və narazılıqlar yaratdığını qeyd edir və hakimiyyətin buna uyğunlaşması üçün çox səlis olmasını bildirir. Cəmiyyətin hər zaman müxtəlif mövqelərə malik olduğunu və bu mövqelərin büruzəsi üçün şəraitin labüdlüyündən söz açır. == Həyatı == Karl Raymund Popper 1902-ci ilin 28-i iyulunda Vyanada hüquqçu ailəsində doğulmuşdur. Atası Simon Ziqmund Karl Popper, anasısa Cenni Şifdir. Onun atası Vyana Universitetində hüquq professoru idi, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanırdı, geniş kitabxanası var idi və tez-tez oğlu ilə sosial-siyasi məsələləri müzakirə edirdi.
Keyt Hooper
Keyt Hooper (d. 26 fevral 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Keyt Hooper, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
NLE Choppa
NLE Choppa (əsl adı: Brayson Laşan Potts; 1 noyabr 2002, Memfis, Şelbi[d], Tennessi, ABŞ) — ABŞ repçisi. Tennessinin Memfis şəhərindən olan Choppa 2019-cu ildə buraxdığı "Shotta Flow" sinqlı ilə şöhrət qazandı. Bu mahnı Billboard Hot 100 hit-paradında yuxarı sıralarda qərarlaşdı, sonralar RIAA tərəfindən platin sertifikata layiq görüldü. Mahnı həmçinin onun həmin il yayımladığı "Cottonwood" mini-albomunda yer aldı. NLE Choppa ilk studiya albomu "Top Shotta"nı 2020-ci ilin avqustunda dinləyicilərə təqdim etdi. Albomun "Camelot" və "Walk Em Down" mahnıları Billboard hit-paradında ilk 10-luğa daxil oldu. 2023-cü ildə ikinci studiya albomu "Cottonwood 2"nu buraxmazdan əvvəl "From Dark to Light" və "Me vs. Me" miksteyplərini yayımladı. Albomun ən populyar treki "Slut Me Out" oldu. Brayson Laşan Potts 1 noyabr 2002-ci ildə Tennessinin Memfis şəhərində anadan olub.
Man Research (Clapper)
Man Research (Clapper) — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın öz adını daşıyan debüt studiya albomunda səsləndirilmiş mahnı. Albomun trek siyahısındakı altıncı mahnıdır. == Haqqında == Mahnının musiqisi zəncirbənd vızıltısı ilə müşayiət olunur. Bek-vokallar Nudla səs verən yaponiyalı müğənni Miho Hatoriyə məxsusdur. Mahnı semplinq metoduna dayanan janr olan trip-hop janrındadır, ona görə ki, mahnıda Reymond Skotun "In the Hall Of The Mountain Queen" mahnısından nümunə istifadə olunmuşdur. Sözügedən mahnı müğənninin " Manhattan Research Inc." adlı albomunda yer alırdı.
Yozef Popper-Linkeus
21 fevral 1838-ci ildə avstriyalı mütəfəkkir, alim, yazıçı və ixtiraçı Yosef Popper-Linkeus (Josef Popper-Lynkeus) anadan olmuşdur.Mühəndislik, fizika və fəlsəfə sahəsindəki xidmətlərinə görə Vyanada ömrünün son illərini yaşadığı küçəyə onun adı verilmişdir.Anadan olmasının 150 illiyi münasibətilə Frankfurtda Höte adına Universitetdə PopperLinkeus yaradıcılığının araşdırılması və onun ideyalarının təbliği məqsədilə fond yaradılmışdır.
Karl Popper Bioqrafiya
Ser Karl Raymond Popper (alm. Karl Raimund Popper‎; 28 iyul 1902[…], Vyana – 17 sentyabr 1994[…]) — Avstriya və Britaniya filosofu və sosioloqu. Karl Popper Avstriyanın paytaxtı Vyanada anadan olmuş, 1937-ci ildə isə Yeni Zelandiyaya köçmüş, 1946-cı ildə Londona gələrək həmin ildən 1970-ci illərin ortalarına kimi London İqtisad Məktəbində professor kimi çalışmışdır. 1976-cı ildən Kral Cəmiyyətinin üzvü, 1982-ci ildə isə Şöhrət Ordeni kavaleri olmuşdur. 1945-ci ildə, "Açıq cəmiyyət və onun düşmənləri" əsəri ilə, Popper demokratiya və "Açıq cəmiyyət"in müdafiəsinə çıxır, hakimiyyətin heç bir konflikt olmadan devrilməsindən söz açır. Eləcə də o, insan düşüncəsinin daim inkişafda olduğunu, bununla yeni tələb və narazılıqlar yaratdığını qeyd edir və hakimiyyətin buna uyğunlaşması üçün çox səlis olmasını bildirir. Cəmiyyətin hər zaman müxtəlif mövqelərə malik olduğunu və bu mövqelərin büruzəsi üçün şəraitin labüdlüyündən söz açır. == Həyatı == Karl Raymund Popper 1902-ci ilin 28-i iyulunda Vyanada hüquqçu ailəsində doğulmuşdur. Atası Simon Ziqmund Karl Popper, anasısa Cenni Şifdir. Onun atası Vyana Universitetində hüquq professoru idi, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanırdı, geniş kitabxanası var idi və tez-tez oğlu ilə sosial-siyasi məsələləri müzakirə edirdi.