Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
When Christmas Comes
When Christmas Comes (azərb. Milad gələndə‎) — Meray Kerinin ikinci Milad/on üçüncü studiya albomundan olan mahnı, "Merry Christmas II You". Mahnının söz və bəstəkarı Keri və Ceyms Poyserdir. R&B və soul mahnısının sözləri "sevgi hədiyyəsi" verməkdən ibarətdir. 2011-ci ilin noyabrında Keri daha sonra sinql olaraq buraxılacaq mahnını Con Legend ilə duet şəklində yenidən yazdırdı. Trekin hər iki versiyası Cənubi Koreyada debüt etdi, duet versiyası isə 80.000 nüsxədən çox satışla bir nömrədə debüt etdi. Mahnının klipində Keri və Legend Milad şənliyinə ev sahibliyi edir. Keri mahnını 2010-cu ildə ABC Christmas xüsusi proqramı və 2014-cü ildə The All I Want for Christmas Is You: A Night of Joy və Festivity konsertlərinin bir hissəsi kimi Beacon Teatrında ifa etdi. == Mahnı və bəstə == "When Christmas Comes" mahnısı Meray Keri və James Poyser tərəfindən Mariah Carey'nin ikinci Milad/on üçüncü studiya albomu Merry Christmas II You (2010) üçün yazılmış və bəstələnmişdir. Kerinin vokalları Brayan Qarten tərəfindən Bel Air-də Guardian Angel Studios, Westlake Recording Studios və Hensons Studios-da Los-Ancelesdə və Germano Studios-da qeydə alınıb.
Trel
Trel (it. trillare — cingildəmək) — melizmlərin ən çox işlənilən növlərindən biri olub, əsas səs ilə onun üst qonşu səsinin mümkün qədər tez – tez növbələşməsini göstərir.
Trep
Trep (fr. Trept) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38515. Kommunanın 2006-cı il üçün əhalisi 1785 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Trew
Xristof Yakob Trev (alm. Christoph Jacob Trew‎ və ya alm. Christoph Jakob Trew‎, 16 aprel 1695 — 18 iyul 1769) — alman botaniki, anatomu, həkim, tibb elmləri doktoru, arxiyatr. Karl Linney südləyənkimilər fəsiləsinə aid olan Trewia L. bitki cinsini Xristof Yakob Trevin şərəfinə adlandırmışdır. == Elmi əsərləri == Hortus nitidissimus. 1750—1786. Plantae selectae. 1750—1773. Plantae rariores. 1763.
True
True — L'Arc~en~Ciel qrupunun albomu. Bu qrupun barabançı sakura ilə yazdığı son albomu olub. Albom Oricon çartının birinci yerinə çatıb və satılan nüsxələrin sayı bir millionu ötdüyünə görə RIAJ (Recording Industry Association of Japan) tərəfindən sertifikatlaşdırılıb.
Neoseiulus cree
Neoseiulus cree (lat. Neoseiulus cree) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
TrES-2b
TrES-2b (TrES-2 və ya Kepler −1b) Günəş sistemindən 750 işıq ili uzaqlıqda yerləşən GSC 03549–02811 adlı ulduzun ətrafında dövr edən planetdir . Planet üzərinə düşən işıq şüalarının 1%-dən daha azını əks etdirir, və bu xüsusiyyətinə əsasən planet 2011-ci ildə ən qaranlıq ekzoplanet kimi müəyyən edilib. Planetin kütləsi və radiusu onun Yupiterə bənzər tərkibə malik qaz nəhəngi olduğunu göstərir, lakin Yupiterdən fərqli olaraq, digər ulduzlar ətrafında aşkar edilmiş bir çox planetə bənzəyir, TrES-2b öz ulduzuna çox yaxın yerləşir və isti Yupiterlər kimi tanınan planetlər sinfinə aiddir. Bu sistem Kepler kosmik gəmisinin baxış sahəsində idi . Bu planet digər layihələr tərəfindən hələ də öyrənilməyə davam edir və parametrlər davamlı olaraq təkmilləşdirilir. 2008-ci ildə aparılan bir araşdırma, TrES-2 sisteminin ikili ulduz sistemi olduğu qənaətinə gəldi. == Kəşf == TrES-2b 21 avqust 2006-cı ildə Trans-Atlantik Ekzoplanet Tədqiqatı (Trans-Atlantic Exoplanet Survey, TrES) tərəfindən kəşf edilmişdir. Kəşf WM Keck Rəsədxanası tərəfindən 8 sentyabr 2006-cı ildə TrES-2b-nin yerləşdiyi ulduzun radial sürətinin ölçülməsi ilə təsdiqləndi. == Fırlanma bucağı == 2008-ci ilin avqustunda ana ulduz və planetin orbiti arasındakı əlaqənin daha ətraflı təfərrüatları paylaşıldı. Orbitin ulduz ekvatorundan − 9± 12° əyilmiş olduğu müəyyən edildi.
Treş-metal
Treş-metal (ing. Thrash metal) — sürətli və ən ağır "metal" növüdür. "Thrash Metal"ın kökü 1970-ci illərin sonu 80-ci illərin əvvəllərindən, bəzi metal qruplarının hardkor və pank musiqisinin həddindən artıq sürətləndirməsi ilə, klassik metal melodiyalarının birləşməsindən gəlir. Bu tərzin daha da inkişaf edib tanınmasında Venom və Motorhead qruplarının böyük əməyi olmuşdur. == Ümumi məlumat == Bəziləri 1981-ci ili, Thrash-ın yaranma ili kimi qəbul edir. Bəzilərinə görə isə bu, lap əvvəldən belədir. Black Sabbath-ın "Symptom of the Universe"-də (1975) ilk Tharsh riffi işlədilmişdir. "İnto The Void" və "Children Of The Grave"-i də (hər 2-si 1971) buna aid etmək olar. Speed Metal-ın qabaqcıllarından olan Judas Priest-ın 1978-ci ildəki "Stained Class" adlı işlərində də Thrash-ın izləri var idi. Qrupun bateristi Les Blink-in tempolu ritmi ilə, sürətli gitara rifflərinin birləşdiyi "Tyrant"-ın canlı performansı Thrash-a yaxın idi.
Treş metal
Treş-metal (ing. Thrash metal) — sürətli və ən ağır "metal" növüdür. "Thrash Metal"ın kökü 1970-ci illərin sonu 80-ci illərin əvvəllərindən, bəzi metal qruplarının hardkor və pank musiqisinin həddindən artıq sürətləndirməsi ilə, klassik metal melodiyalarının birləşməsindən gəlir. Bu tərzin daha da inkişaf edib tanınmasında Venom və Motorhead qruplarının böyük əməyi olmuşdur. == Ümumi məlumat == Bəziləri 1981-ci ili, Thrash-ın yaranma ili kimi qəbul edir. Bəzilərinə görə isə bu, lap əvvəldən belədir. Black Sabbath-ın "Symptom of the Universe"-də (1975) ilk Tharsh riffi işlədilmişdir. "İnto The Void" və "Children Of The Grave"-i də (hər 2-si 1971) buna aid etmək olar. Speed Metal-ın qabaqcıllarından olan Judas Priest-ın 1978-ci ildəki "Stained Class" adlı işlərində də Thrash-ın izləri var idi. Qrupun bateristi Les Blink-in tempolu ritmi ilə, sürətli gitara rifflərinin birləşdiyi "Tyrant"-ın canlı performansı Thrash-a yaxın idi.
Amblyseius tee
Bahh Tee
Bahh Tee (tam adı: Bəxtiyar Əliyev 5 oktyabr 1988, Moskva) — Azərbaycan əsilli Rusiya repçisi. == Həyatı == Bahh Tee 1988-ci il oktyabr ayının 5-də Moskvada dünyaya gəlmişdir. === Şəxsi həyatı === == Diskoqrafiya == Bahh Tee-nin diskoqrafiyasına 2 studiya albomu daxildir.
Ben Tre
Bençe — Vyetnamın cənubunda, Mekonq deltası sahəsində yerləşən şəhər, Bençe vilayətinin mərkəzi və bələdiyyəsi. Şəhər 65,75 km2 ərazini əhatə edir və 143 639 nəfər (2009-cu il) əhalisi var.
Tre Cool
Tre Kul (əsl adı Frenk Edvin Rayt III) Green Day qrupunun təbilçisi və qrupun ən cavan üzvüdür. O, 1972-ci ilin 9 dekabrında Frankfurt, Almaniyada anadan olmuşdur. Lakin o, Kaliforniyanın Villits şəhərində atası və 2 böyük bacısı ilə yaşayırdı. Trenin 12 yaşı olanda onun qonşusu - Lourens Livmor onu The Lookout qrupuna dəvət edib Frenkə yeni ləqəb yəni "Tre Coll" ləqəbini verir. Green Day qrupunun 1-ci turnesindən sonra Al Sobrante kollecdə oxumaq üçün qrupu tərk edir. Onun yerinə də Tre gəlir. Trenin Ramona adlı qızı var (1995-ci ilin yanvar ayında anadan olub). Ramona doğulandan 2 ay sonra Tre uşağın anası olan Lize Lions ilə evlənir. Sonra onlar ayrıldılar. 2000-ci ildə Tre Klaudia adlı qadın ilə evlənir.
Tre Kul
Tre Kul (əsl adı Frenk Edvin Rayt III) Green Day qrupunun təbilçisi və qrupun ən cavan üzvüdür. O, 1972-ci ilin 9 dekabrında Frankfurt, Almaniyada anadan olmuşdur. Lakin o, Kaliforniyanın Villits şəhərində atası və 2 böyük bacısı ilə yaşayırdı. Trenin 12 yaşı olanda onun qonşusu - Lourens Livmor onu The Lookout qrupuna dəvət edib Frenkə yeni ləqəb yəni "Tre Coll" ləqəbini verir. Green Day qrupunun 1-ci turnesindən sonra Al Sobrante kollecdə oxumaq üçün qrupu tərk edir. Onun yerinə də Tre gəlir. Trenin Ramona adlı qızı var (1995-ci ilin yanvar ayında anadan olub). Ramona doğulandan 2 ay sonra Tre uşağın anası olan Lize Lions ilə evlənir. Sonra onlar ayrıldılar. 2000-ci ildə Tre Klaudia adlı qadın ilə evlənir.
Tre Vayt
Tre Vayt (20 oktyabr 1993) — Böyük Britaniyalı peşəkar kişi BMX velosipedçisi, BMX üzrə plkə çempionu. Tre Vayt Böyük Britaniyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Tre Vayt 2014-cü ildə Britaniya Velosiped İdmanı üzrə Dünya Çempionatı komandasına seçilmədikdən sonra fərdi çalışmağa başlamışdır. Həmin ildə Vayt 2014 UCI BMX Dünya Çempionatında bürünc medal qazanmışdır. 2015 UCI BMX Dünya Çempionatı 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.942 saniyəlik nəticəsi ilə 72-ci yeri tutdu. 2016-cı ildə Vayt Britaniya Ölkə Çempionu adını qazanıb. Qayda dəyişiklikləri ilə əlaqədar olaraq o, 2016-cı il Dünya Çempionatına qatıla bilməyib. Hal-hazırda fərdi hazırlaşır.
Typhlodromips tee
Typhlodromips tee (lat. Typhlodromips tee) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin typhlodromips cinsinə aid heyvan növü.
Alcohol Is Free
Alcohol Is Free — (Azərbaycanca: Alkoqol Pulsuzdur) Yunanıstanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Free-to-play
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Is It True?
"Is It True?" (ing. Doğrudurmu?) 2009 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı təmsil edən Yohannanın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Óskar Páll Sveinssona aiddir.12 may 2009-cu ildə keçirilmiş I yarımfinalda 174 xalla birinci olmuşdur və finala keçmişdir. Finalda isə 217 xalla ikinci olmuşdur. Bu nəticə 1999-cu ildən bəri İslandiyanın əldə etdiyi ən yaxşı nəticə idi.
Megan Thee Stallion
Meqan Covon Rut Pit (ing. Megan Jovon Ruth Pete; 15 fevral 1995, San Antonio, Texas) — əsasən Megan Thee Stallion ləqəbi ilə tanınan amerikalı müğənni.
Radio Free Europe
"Azadlıq" radiosu (Radio Free Europe/Radio Liberty (RFE/RL)) — ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. Radio Free Europe/Radio Liberty tərəfindən 1950-ci ildə qurulmuş və John Foster Dulles, rəhbərliyindəki qurum CIA tərəfindən Anti-Kommunizm təbliğat etmək məqsədiylə xüsusilə Soyuq Müharibə dövründə sıx şəkildə istifadə edilmişdir. O, Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə yayımlanır. 35 milyondan çox insan hər gün "Azadlıq" radiosunun verlişlərini dinləyir. == Tarixi == 1995-ci ildə Çexiya prezidenti Vatslav Havelin dəvətilə "Azadlıq" radiosu Münhendən Praqaya köçüb. "Azadlıq" radiosu Çexoslovakiya Federal Parlamentinin əvvəlki binasında yerləşən yayım mərkəzindən hər həftə 1000 saatdan çox veriliş yayımlayır. "Azadlıq" radiosunun 23 redaksiyası vardır. Onlar 28 dildə verilişlər hazırlayırlar. Radio dünyanın müxtəlif yerlərindən aktual reportajlar hazırlayan 1400-dən çox ştatdankənar müxbirlə əməkdaşlıq edir. "Azadlıq" radiosu aşağıdakı dillərdə verilişlər yayır: avar, Azərbaycan, alban, ərəb, başqırd, Belarus, Bosniya, erməni, gürcü, dari, qazax, qırğız, Krım-tatar, kürd, makedon, moldovan, fars, puştu, rus, rumın, serb, tacik, tatar, türkmən, özbək, Ukrayna.
Three Days Grace
Three Days Grace – Kanada rok musiqi qrupu. == Haqqında == 1992-ci ildə Ontario, Kanadada yaradılmışdır. Qrupun ilk adı Groundswell olsa da, daha sonra 1995-ci ildə qrupa gitaraçı və vokalçı Adam Qontier, zərb alətləri və köməkçi vokalçı Nil Sanderson və bas gitara Bred Uolst qrupa üzv oldu. 1997-ci ildə isə qrup adını dəyişərək Three Days Grace etdi. Daha sonra qrupun gitaristi Berri Stok gələrək qrup tamamlanmış oldu. Alternativ rok/metal, hard-rok üslubun da ifa etməyə başladı. Qrupun ilk studio albomu 2003-cü ildə "Three Days Grace" adlı albomu olmuşdur. Albomdan sonra qrup həmən ildə iki "I Hate Everything About You" və "Just Like You" sinqllarını çıxartdı. == Dəyişiklik haqqında == Qrupun əsas vokalisti olan Adam Qontier, 2013-cü ildə qrupdan ayrılmaq istədiyini bildirmişdir. O bunu onun sağlamlığı ilə əlaqədar olduğu üçün etmişdir.
Treze-de-Mayo
Treze-de-Mayo (port. Treze de Maio) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 7097 nəfərdir. Ərazisi 161,081 кm²-dir. Əhalinin sıxlığı 44,1 nəfər/кm²-dir. Bələdiyyə 31 dekabr 1911-ci ildə yaradılmışdır.
True Fantasy EP
True Fantasy – Vugarixx-in ilk EP albomu. Albom 13 noyabr 2015 – ci ildə təqdim olunmuşdur. Payız aurasında olan və 300 nüsxədən ibarət xüsusi disk şəklində çıxarılan bu albomdan yalnız 50-si satışda olub. Digər 250 albom isə yaxın insanlara hədiyyə olunmuşdur. Albomdakı mahnıların hazırlanması zamanı Flora Kərimova, Qədir Rüstəmov və Rafiq Babayev-in unudulmaz səs və əsərləri, həmçinin Bəxt Üzüyü, Təhminə filmlərindəki dialoqlardan istifadə olunmuşdur. Albomdan çıxarılmış ilk sinql olan Bir Axşam mahnısı 10 iyul 2015 – ci ildə dinləyicilərə təqdim edilmişdir. Daha sonra 28 sentyabr Bəxt Üzüyü, 30 oktyabr Sən Getdin, 30 noyabr isə Təhminə və Zaur adlı təqdim olunan sinqllar dinləyicilərin böyük marağına sahib olmuşdur. Albomdakı mahnılar 2015-ci ilin iyun ayından, noyabr ayına kimi hazırlanıb. Mahnıların əksəriyyəti FL Studio, bəziləri isə Ableton proqramı vasitəsi ilə işlənilib. Mahnıların səs uzlaşması zamanı Vüsal Həsən tərəfindən bəzi göstərişlər verilib.Mahnılar hazır olduqdan sonra ilk albomunun üz qabığında illüstrasiya olmasını istəyən Vugarixx, bunun üçün Cavid İlham adlı yerli rəssamla görüşür və onlar ideaları birlikdə müzakirə edirlər.
Xristof Yakob Trev
Xristof Yakob Trev (alm. Christoph Jacob Trew‎ və ya alm. Christoph Jakob Trew‎, 16 aprel 1695 — 18 iyul 1769) — alman botaniki, anatomu, həkim, tibb elmləri doktoru, arxiyatr. Karl Linney südləyənkimilər fəsiləsinə aid olan Trewia L. bitki cinsini Xristof Yakob Trevin şərəfinə adlandırmışdır. == Elmi əsərləri == Hortus nitidissimus. 1750—1786. Plantae selectae. 1750—1773. Plantae rariores. 1763.
Tərə
Tərə (lat. Chenopodium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Ambroziyayabənzər tərə
Ambroziyayabənzər disfaniya (lat. Dysphania ambrosioides) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin disfaniya cinsinə aid bitki növü. == Sinonimləri == Ambrina ambrosioides (L.) Spach Ambrina ambrosioides var. anthelmintica (L.) Moldenke Ambrina anthelmintica (L.) Spach Ambrina incisa Moq. Ambrina parvula Phil. Ambrina spathulata Moq. Atriplex ambrosioides (L.) Crantz Atriplex ambrosioides f. minus Aellen Atriplex anthelmintica (L.) Crantz Blitum ambrosioides (L.) Beck Botrys ambrosioides (L.) Nieuwl. Botrys anthelmintica (L.) Nieuwl. Chenopodium album subsp.
Ağımtıl tərə
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Başcıqlı tərə
Başcıqlı tərə (lat. Chenopodium capitatum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü.
Gecikən tərə
Gecikən tərə (lat. Chenopodium serotinum) — tərələr cinsinə aid bitki növü.
Hibrid tərə
Hibrid tərə (lat. Chenopodium hybridum) - tərələr cinsinə aid bitki növü.
Qılçıqlı tərə
Tərə taxtabitisi
Tərə taxtabitisi (lat. Piesma quadrata Fieb. - ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bədəninin rəngi tutqun boz olub, üzərində nizamsız yayılmış qara ləkələr və nisbətən iri açıq rəngli nöqtələr vardır. Başı üçbucaq şəkilindədir. Gözləri yanlara çox çıxmışdır. Bığcıqları 4 buğumludur. Qalxancığı kiçik olub, qurtaracığı açıq rənglidir. Bədəninin uzunluğu 2,5–3,5 mm –dir. Tərə taxtabitisi imaqo halında otların, tökülmüş yarpaqların altında, çəmənlikdə, meşədə və bağlarda, payızlıq əkin sahələrində qışlayır.
İyli tərə
İyli tərə (lat. Chenopodium botris) — tərələr cinsinə aid bitki növü.
Christian Älvestam
Kristian Alvestam (14 aprel 1976) — Vokalçı, bəstəkar, gitaraçı və barabançı. O, ən çox İsveçin ən yaxşı Melodik death metal qrupu Scar Symmetry-in vokalisti kimi tanınıb.Solution .45 və Miseration qruplarının albomlarında da oxumuş, və hazırda bir neçə qruplar da çıxış edir. Bir çox qrupların müxtəlif albom qeydlərin də iştirak edib, amma daha çox öz təmiz vokal diapazonuna və güclü qroul edən birisi olaraq metal aləmdə tanınır. == Çıxış etdiyi qruplar == Scar Symmetry Solution .45 Miseration Incapacity Quest of Aidance Solar Dawn Syconaut The Few Against Many Torchbearer Unmoored Carnalized == Özünün Self 2.0 albomu == Kristian Alvestam 2012-ci ildə özünün proqresiv rok/elektronik üslubunda Self 2.0 albomunu buraxmışdır.
Faze Kristmas
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Christian Science Monitor
Christian Science Monitor (tələffüzü "Krisçen Sayens Monitor") — bazar ertəsindən cümə gününə qədər İnternetdə gündəlik olaraq çap olunan beynəlxalq qəzet. 1908-ci ildə Xristian Elmi Kilsəsinin qurucusu Meri Beyker Eddi tərəfindən qurulmuşdur. Qəzetdə beynəlxalq xəbərlər və ABŞ cəmiyyətində baş verən aktual hadisələri işıqlandırır. KSM-in "Ana Forum" səhifəsində gündəlik dini məqalələr yer alır, lakin onlar dinə dönüş platforması olmadıqlarını bildirilər.28 oktyabr 2008-ci ildə redaktor Con Yemma, Christian Science Monitor veb nəşrinə diqqət ayırmaq üçün çap nəşrlərin dayandırılacağını bildirdi. KSM həftəlik çap nəşri əvəzinə daha çox beynəlxalq xəbərlərə fokuslanan gündəlik xəbərlər dərgisi nəşr edəcək.Christian Science Monitor adına baxmayaraq dini mövzulu qəzet deyil və öz himayəçi kilsəsinin doktrinasını təbliğ etmir. Lakin qurucusu Eddinin istəyi ilə Christian Science Monitor qəzetinin hər sayında gündəlik dini məqalələr yer alır. Eddi həmçinin qəzetin başlığına Xristian Elmi kəlməsininin daxil edilməsini tələbi ilə çıxış etdi, bu da əvvəlcə dini mənsubiyyətə istinadın dünyəvi dinləyiciləri özündən uzaqlaşdıracağına inanan onun bəzi məsləhətçilərinin etirazı ilə qarşılandı. Eddi, Christian Science Monitor-un missiyasının "heç kimə zərər verməmək və bütün insanlığa xeyir-dua vermək" olduğunu açıqladı.Qəzet gurultuluqdan çəkinən və qeyri-isterik jurnalistika markası ilə fərqlənməklə məşhurdur. 1997-ci ildə ABŞ-nin Orta Şərqdəki siyasətini tənqid edən Washington Report on Middle East Affairs jurnalında Christian Science Monitor haqqında İslamı və Orta Şərqi obyektiv və məlumatlandırıcı şəkildə yaydığı üçün tərifləyici bir məqalə yayımlandı.2006-cı ildə qəzetin ştatdankənar qəzet müxbiri Cill Keroll Bağdadda qaçırıldı və 82 gün sonra salamat buraxıldı.
Crex crex
Adi çivdimdik (lat. Crex crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin çivdimdik cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == Təhlükə vəziyyətindədir (EN). Qorunması gücləndirilməsə kritik vəziyyətə düşə bilər. == Qısa təsviri == Ümumi rəngi bozumtul-kürəndir. Beli uzununa naxışlıdır. Qanadları pas kimi kürəndir. Boğazı ağımtıl, döşü və çinədanı isə açıq-bozdur. Bədəninin yanları köndələn ağ zolaqlı açıq-kürəndir.