Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Livilla
Liviya Yuliya (lat. Livia Ivlia), Klavdiya Liviya Yuliya (lat. Claudia Livia Ivlia), Livilla (lat. Livilla Liviyanın əzizlənmə, kiçildilmə forması) (e.ə. 13, Roma – 31, Roma) Neron Klavdi Druz və Gənc Antonianın qızı IV Roma imperatoru Klavdinin bacısi, Seyana qarşı sui-qəsdin iştirakçısı. Xatirənin lənətlənməsi damğası almışlardandır. == Ailə həyatı == === Birinci nikah === İlk dəfə e.ə. 2-ci ildə, 10 yaşında Avqust tərəfindən Aqrippin ölümündən dərhal sonra oğulluğa götürülmüş 17 yaşlı Qay Yuli Sezar Vipsaniana ərə verilmişdir. O zamanlar Qay Yuli Avqust səltənətinin inamlı xələfi sayılırdı. Nikah 6 il sürür.
Katya Chilly
Yekaterina Petrovna Boqolyubova (Kondratenko) (ukr. Катерина Петрівна Боголюбова; 12 iyul 1978, Kiyev) — Katya Chilly səhnə adı altında çıxış edən ukraynalı müğənni, musiqiçi və bəstəkar. Peşəkar karyerasının on üç ilində mətbuatın və ictimaiyyətin diqqətini çəkən dörd albom buraxmışdır. == Bioqrafiya == === Uşaqlıq və gənclik === Kondratenko ilk dəfə 1986-cı ilin yayında televiziya kanallarında görünür. Onun pioner düşərgələrindən birində “Çernobıl uşaqları” konserti zamanı çıxışı sovet televiziyası tərəfindən göstərilib. Bu səkkiz yaşlı müğənninin "33 inək" mahnısını ifa etdiyi ilk ciddi çıxış idi. Kondratenko ümumtəhsil məktəbinin üçüncü sinfində oxuyarkən folklor dərnəyində iştirak edir və “Oryol” uşaq folklor xorunda oxuyur. Musiqi məktəbində fortepiano və violonçel siniflərində oxuyub. VII sinifdə incəsənət məktəbinin folklor şöbəsində təhsil alır. Daha sonra Taras Şevçenko adına Milli Universitetə daxil olan Milli Humanitar Liseydaha oxuyur Taras Şevçenko adına Milli Universitetinin filologiya fakültəsində oxuyarkən ali təhsil alıb.
Villy Tröger
Villi Tröger (alm. Willy Tröger‎; 2 oktyabr 1928, Svikkau[d] – 30 mart 2004) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. O, karyerası boyu ancaq "Vizmut Aue" klubunda çıxış etmişdir və Şərqi Almaniya mill komandası formasıyla 15 oyuna çıxmışdır. Gəncliyində Tröger futbola başlamazdan əvvəl həndbol oynayırdı və əvvəlcə qapıçı kimi çıxış edirdi. Ancaq bu fəaliyyətlərin hər ikisi 1945-ci ildə II Dünya Müharibəsində döyüşərkən əlini itirəndən sonra dayandı. O, müharibənin son illərində Vermaxta çağırıldı və Berlində əl qumbarasından yaralandı. Bununla birlikdə oyuna davam etdi və hücumçu mövqeyinə keçdi, 1951-ci ildə DDR-Oberliqada çıxış edən "Vizmut Aue" klubuna keçməzdən əvvəl Tsvikkau şəhərinin yerli klublarından birində çıxış edirdi. 1954-cü ildə "Vizmut Karl-Marks" olaraq adı dəyişilən klubda o,1962-ci ilə qədər 237 oyunda 114 qol vurmağı bacardı. Bu müddətdə klub üç liqa (1956, 1957 və 1959) və 1955-ci ildə ölkə kubokunu qazandı və Tröger 22 qolla 1954-55 mövsümündə liqanın bombardiri oldu. Onun Şərqi Almaniya futbolunun ən yüksək səviyyəsində vurduğu 114 qol klub rekordudur.
Cıbıllı
Cıbıllı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 67 km cənub-şərqdə yerləşirdi. Kəndin digər adı Cibikli olmuşdur. Toponim cibikli (> cıbıllı) tayfa əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 82 nəfər, 1904 - cü ildə 80 nəfər, 1914 - cü ildə 160 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 53 nəfər, 1931-ci ildə 77 nəfər azərbaycanlı yaşamışdır.
Cıvıxlı
Cıvıxlı, Çəpkut (erməni: Ճապկուտ) - Qaraqoyunlu mahalında kənd. Adı olduğu kimi saxlanılmışdır. Ermənistanın Geqarkunik vilayətində tərk edilmiş bir kənddir. Hazırda bu kənddə Gədəbəyin Başkənd qəsəbəsində yaşamış ermənilər məskunlaşmışdır. == Tarixi == Cıvıxlı kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Çivinli
Çivinli (1991-ci ildən Yeğnacur) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən İrəvan quberniyasının Aleksandropol (Gümrü) qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur. 1915–1916-cı illərdə kənd erməni təcavüzünə məruz qalmış, dağıdılmış, əhalisi Türkiyə ərazisinə sığınmağa məcbur olmuşdur. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kəndi bərpa etmişdir. 1988-ci ildə azərbaycanlı əhali yenidən deportasiya olunmuşdur. Rayon mərkəzindən 27 km şimal-qərbdə, Türkiyənin sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Bizə görə, toponim kəngərli tayfasının bir qolunu təşkil edən cinli (qədim forması "cen"dir) türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Görünür, cinli etnoniminə "iv" səs birləşməsi sonradan əlavə edilərək çivinli formasına düşmüşdür.