Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miyanqala yarımadası
Miyanqala yarımadası (fars. میان‌کاله‎) — Xəzər dənizinin cənub-şərq sahilində İranın Mazandaran ostanı ərazisində yerləşir. Yarımada şərqdən-qərbə doğru 55 km uzanır və Xəzərdə Astrabad körfəzini əmələ gətirir. Minimal eni 800 m, maxsimal eni isə 3,7 km təşkil edir. Miyanqala yarımadası ərazisində Aşurada, Qəzələ-Mehdi və Qəzələ-Samalı kəndləri vardır. Ərazidə qoruq yaradılmışdır. Əsasən bölgədə yaşayan quşlar qorunur. Turistlərin bölgəyə axını quşlar üçün böyük təhlükə hesab edilir. 1668-ci ildə Stepan Razin Miyanqala yarımadasında torpaq və taxtadan divar tikməyi əmr etmişdir. 1669-cu ildə rusların bölgəni tərk etməsi ilə farslar istinadgahı “Orus-qala” olaraq adlandırdılar.