Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qocalar, qocalar... (film, 1982)
== Məzmun == Filmin baş qəhrəmanı qoca çoban Bəhri (Ələddin Abbasov) təqaüdə çoxdan çıxmalı idi, hər halda şəhərə köçmüş, yaxşı vəzifələrdə işləyən, atalarına sakit və rahat həyat arzulayan üç oğul belə düşünür. Lakin Bəhri bütün varlığı ilə doğma dağlara bağlıdır. Buna görə də o, uşaqlarının rahat və isti mənzilində qala bilmir. Doğma dağ kəndinə, həmkəndlilərinin yanına qayıdır. Bəli, onun əsl yeri buradadır, vaxtilə ocağını yandırdığı kəndindədir. Burada o özünü güclü, inamlı hiss edir və başa düşür ki, məhz burada o adamlara lazımdır. Kinolentdə müəlliflər həyatın mənası, Vətənə məhəbbət, düzgün yol seçmək, cəmiyyətə xeyir vermək kimi çox vacib məsələlərə toxunurlar. == Film haqqında == Film rejissor Elxan Qasımovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film aktrisa Firəngiz Mütəllimovanın kinoda ilk işidir. Film yazıçı Əhmədağa Qurbanovun "Çobanbayatı" povestinin motivləri əsasında çəkilmişdir.
Binə Xocavar
Binə Xocavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1150 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi keçmişdə Xocavar (indi mövcud deyil) kəndinin binə yeri olmuşdur. XIX əsrin axırlarında kəndin əhalisi binə yerində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoymuşdur. Toponim "Xocavar kəndinə məxsus binə" mənasındadır. == Tarixi == XIX əsrin əvvəllərində qonşu Böyük Xocavar kəndindən qopan və kəndin indiki ərazisində özlərinə binə salan ailələrdən təşkil olunmuşdur. Kəndin adı Binə Xocavar da elə buradan götürülmüşdür. Sovet dönəmində bu kəndlər bir sovetlikdə, indi isə bir bir bələdiyyə ərazisində yerləşir.[mənbə göstərin] == İqtisadiyyatı == Kənd əhalisi Sovetlər dönəmində əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. İndi isə əhalinin bir hissəsi kənd təsərrüfatı ilə, digər hissəsi isə kiçik sexlər səviyyəsində mebel istehsalı ilə məşğul olur.[mənbə göstərin] == Din == Kənddə Binə Xocavar kənd məscidi dini icması fəaliyyət göstərir.I Qarabağ şəhidi: Nuriyev Bəşir Nuru oğlu – (05. 06.
Böyük Xocavar
Böyük Xocavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Böyük Xocalar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimiyası == Kəndin ilkin adı Xocavar olmuşdur. Kəndin adının Xoca sözündən əmələ gəlməsi ehtimal olunur. Xocavar sözü iki mənada yozulur. Böyük Xocavar kəndi ticarət yollarının kəsişdiyi rahat bir yerdə yerləşdiyindən bura bazarların olduğu, tacirlərin sevdiyi, məskən saldığı yer olmuşdur. Xocavar- xoca, yəni tacir adından əmələ gəlməsi ehtimal olunur. Böyük Xocavar kəndi həm də elmin, təhsilin inkişaf etdiyi yer olmuşdur. Kənddə demək olar hər bir dövrdə bu dövrə uyğun məktəb olmuşdur. Xocavar sözünü xoca, yəni müəllim, elmli, elm adamlarının kəndi kimi ehtimal edənlər də var.
Qocalar (film, 2008)
Qocalar — Azərbaycan filmi. == Məzmun == Film qocalığın doğurduğu psixoloji amillərin insan həyatına təsirindən bəhs edir. Uzun müddət bir yerdə yaşayan ər-arvadın həyatı əks olunur. Təxminən 60-70 yaşında olan bu cütlüyün övladları yoxdur. Kişi meylini ev bitkilərinə salıb, evdə çoxlu bitki saxlayır. Qadın isə evdar qadındır, özünü ev işlərinə həsr edib. Qadın ərindən diqqət gözləyir, çalışır ki, ərini bitkilərdən yayındırıb, özünə cəlb etsin. Amma buna nail ola bilmir. Bir dəfə qadın təsadüfən ərinin dibçəklərindən birini salıb sındırır. Kişi hay-küy salır, isterika yaradır və güllərini öz otağına yığıb, evi bölür.
Qocalar-quldurlar (film, 1971)
Qocalar-quldurlar (rus. Старики-разбойники) — rejissor Eldar Ryazanovun 1971-ci ildə çəkdiyi sovet bədii filmi. == Məzmunu == Tragikomediya janrında olan bu film Nikolay Myaçikov (Yuri Nikulin) başda olmaqla bir qrup qocanın quldurluq fəaliyyətindən bəhs edir. == Rollarda == Yuri Nikulin — Nikolay Sergeyeviç Myaçikov Yevgeni Yevstigneyev — Valentin Petroviç Vorobyev Olqa Aroseva — Anna Pavlovna Suzdalyeva Georgi Burkov — Fyodor Fyodoroviç Fedyaev Andrey Mironov — Yuri Yevgeneviç Proskudin Valentina Vladimirova — Mariya Tixonovna Yuri Belov — Petya (milisioner) Valentina Talızina — katibə Fedyaeva Lev Durov — inkasatorun sürücüsü Yuri Yakovlev — mətnlərin müəllifi == Filmin heyəti == Ssenari müəllifi — Emil Braginski, Eldar Ryazanov Rejissor — Eldar Ryazanov Operator — Henri Abramyan, Nikolay Nemolyaev Quruluşçu rəssam — Mixail Boqdanov Bəstəkar — Andrey Petrov Redaktor — Anatoli Stepanov Dirijor — Vladimir Vasilyev == Xarici keçidlər == «Старики-разбойники» Онлайн энциклопедия Кирилла и Мефодия (rus.) «Старики-разбойники» Arxivləşdirilib 2012-03-08 at the Wayback Machine Энциклопедия отечественного кино Arxivləşdirilib 2007-12-11 at the Wayback Machine «Старики-разбойники» Arxivləşdirilib 2009-06-24 at the Wayback Machine Портал «Кино России» «Старики-разбойники» RUSKINO.RU «Старики-разбойники» — Internet Movie Database saytında.