ŞATIRI

(Ağsu, Cəlilabad, Kürdəmir, Lənkəran, Tərtər)
aşılanmış göndən hazırlanan çarıq. – Qocalar şatırı geyməyi xoşdiyillər (Ağsu); – Şatırı çarıx möhkəm olur (Kürdəmir); – Bağır şatırı çarıx geymişdi (Lənkəran); – O və:də şatırı çarığı varrılar geyərdi (Tərtər)
Şatırı çıxmağ (Salyan) – yorulmaq, əldən düşmək
ŞATIR
ŞATIRRIX