Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buta Palace
Buta Palace — 2006-cı ildə Heydər Əliyev prospektində tikilmiş Buta Palace binası Beynəlxalq Bakı aeroportu yaxınlıqda yerləşir, kiçik və böyük zallardan ibarətdir və 800 avtomobillik avtodayanacağa malikdir. Karvansara üslubunda stilləşdirilmiş böyük zal 1572 kvadrat metr ərazidən ibarətdir və 2000 qonağa qədər yerləşdirmə imkanına malikdir. == Konsertlər == 50 Cent, Pitbull, Akon, Devid Vendetta kimi dünya məşhurlarının konsertləri və beynəlxalq Avroviziya müsabiqəsinin milli seçiminin yarımfinal və final gecələri məhz burada keçirilib.
Mardan Palace
Mardan Palace — Azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində tikilmiş otel. Açılışı 23 may 2009-cu il tarixində keçirilmişdir. Açılışda Monika Belluççi, Şeron Stoun, Riçard Gir, Nursultan Nazarbayev və s. iştirak etmişdir. Hotelin tikintisi 1.4 milyard avroya başa gəlmişdir.
Coffee from Colombia (albom)
Coffee from Colombia (mahnı)
Şamaxı Palace Platinum By Rixos
"Şamaxı Palace Platinum By Rixos" — Azərbaycan Respublikasının Şamaxı rayonunda beşulduzlu otel. Bu otel “Rixos” otellər şəbəkəsinə aiddir. Şamaxı rayonunda tikintisinə 2011-ci ildə başlanmış “Şamaxı Palace Platinum By Rixos” oteli Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Şamaxı Palace Platinum By Rixos” oteli təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır. 43 min 370 kvadratmetr ərazidə inşa olunan oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlər göstərilir. Otel kompleksi maraqlı memarlıq üslubunda inşa edilmişdir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçmişdir və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunmuşlar.
Coffea
Qəhvə ağacı (lat. Coffea) - boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ərəb qəhvə ağacı (Coffea arabica L.) == İstinadlar == Qəhvə ağacı:The Plant List saytında takson barədə məlumat.
Amblyseius coffeae
Amblyseius coffeae (lat. Amblyseius coffeae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius coffeae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Coffea arabica
Ərəb qəhvə ağacı (lat. Coffea arabica) — qəhvə ağacı cinsinə aid bitki növü. Qəhvə bütün dünya xalqları tərəfindən çox qədimdən qida kimi istifadə olunan təbii nemətdir. O, başqa yeyinti məhsullarından fərqli olaraq, insan üçün daha faydalıdır. Onun üstünlüyü orasındadır ki, o, lazımi miqdarda (0,2 q) qəbul etdildikdə, orqanizmin qüvvəti və fəaliyyəti xeyli artırır, eyni zamanda fiziki və zehni yorğunluq götürülür, insanda bir növ yüngüllük, xoş əhvali – ruhiyyə və əmək gümmrahlığı yaranır. Məhz bu xassəsinə görə də qəhvədən çox qədim vaxtlardan bəri bütün dünyada, xoş ətirli və dadlı qida kimi geniş istifadə olunmaqdadır. Çoxlarımızın tanıdığı və istifadə etdiyi qəhvə – poroşok halına salınmış qəhvə ağacının toxumlarıdır. Bu ağacın isə əsil vətəni Həbəşistan və ərəb ölkələridir. Bu ölkələrdə vaxtilə qəhvə ağacları təbii halda çox geniş yayılmışdır. Bu qiymətli bitki çox qədimdən Hindistanda və Yava adalarında geniş becərilir.
Corc Palade
Corc Emil Palade (rum. George Emil Palade; 19 noyabr 1912[…], Yassı – 7 oktyabr 2008[…]) — amerikalı hüceyrə bioloqu. 1974-cü ildə iki həmkarı (Albert Klod və Kristian de Dyuv) ilə birlikdə "hüceyrənin struktur və funksional təşkili ilə bağlı kəşflərinə görə" fiziologiya və ya tibb üzrə Nobel mükafatına layiq görülmüşdür. ABŞ Milli Elmlər Akademiyasının (1961) , Pontifik Elmlər Akademiyasının (1975) , London Kral Cəmiyyətinin əcnəbi üzvü (1984).
Palaye Royale
Palaye Royale 2008-ci ildə Las-Veqasda qurulan Amerikan rok qrupu. 2008-ci ildə 3 qardaş, Reminqton, Sebastian və Emerson tərəfindən qurulmuşdur. Fəaliyyətlərinə "Kropp Circle" adı ilə başlayan qrup 2011-ci ildən sonra adlarını Palaye Royale olaraq dəyişdirdi. == Tarixçə == === Kropp Circle (2008–2011) === Kropp Circle ilk qurulduğu zaman Sebastianın 16, Reminqtonun 14, Emersonun isə 12 yaşı var idi. Onların anası bir dostunun məsləhəti ilə qardaşların məktəbi yarıda buraxmaqlarına və musiqi karyeralarına başlamaqlarına icazə verir. 2011-ci ilin yayında isə qrup adını Palaye Royale olaraq dəyişir və bu adla fəaliyyətini davam etdirir. === Boom Boom Boom (2011–2019) === 2015-ci ilin dekabrında qrup Sumerian Records ilə sözləşmə imzalayır və fəaliyyətlərinə bu leybldə davam edirlər. 24 iyun 2016-cı ildə Boom Boom Boom(Side A) adında ilk albomlarını yayımladılar. Albom, 13 mahnı və 2013-cü ildə yayımlanmış EPdən (Get Higher və White) ibarətdir. 2018-ci ildə isə dünya turundan cəmi 1 həftə öncə Boom Boom Boom(Side B) — ikinci albomlarını yayımladılar.
Ebenezer Place
Ebenezer-pleys (ing. Ebenezer Place) — dünyanın ən kiçik küçəsi; uzunluğunun cəmi 2,06 metrdir və sadəcə bir evin divarını əhatə edir. Ebenezer-leys Böyük Britaniyada, daha dəqiqi Şotlandiyanın kiçik şəhəri olan Uikdə (ing. Wick) yerləşir. Divarını əhatə etdiyi evin inşası başa çatdıqdan sonra, 1883-cü ildə həmin ev heç bir küçəyə aid olunmadığından, bu ev üçün xüsusi olaraq bu küçəni salmışdırlar. Beləliklə də, Ebenezer-pleys ən kiçik küçə adını almışdır. Küçə yalnız 2006-cı ildə dünyanın ən kiçik küçəsi kimi Ginnesin Rekordlar Kitabına daxil ola bilmişdir.
Pennzoil Place
Pennzoil Place - iki 36 mərtəbəli göydələndən təşkil olan kompleks. Binalar Hyuston şəhərində yerləşirlər. Onların tikintisi 1975-ci ildə bitmişdi. Tikintilərin hündürlüyü 151 metrdir.
Place (Reddit)
Place — 2017-ci ilin Ümumdünya Gülüş Günündə başlayan və 2022-ci ilin Ümumdünya Gülüş Günündə beş ildən sonra yenidən canlandırılan sosial şəbəkə saytı Reddit-də təşkil edilən birgə layihə və sosial eksperiment idi. 2017 eksperimenti, r/place adlı subredditdə yerləşən onlayn lövhədən ibarət idi və qeydiyyatdan keçmiş istifadəçilər 16 rəngli palitradan tək bir pikselin rəngini dəyişdirərək lövhəni redaktə edə bilərdilər. Hər piksel yerləşdirildikdən sonra taymer istifadəçiyə 5 ilə 20 dəqiqə arasında dəyişən müddət ərzində daha çox piksel yerləşdirməyə icazə vermədi. Eksperiment ideyası Coş Uordl tərəfindən hazırlanmışdır.
BG Group Place
BG Group Place hündürlüyü 192 m olan Texasın Hyuston şəhərindən yerləşən 46 mərtəbəli binadır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt BG Group Place на Hines Green is the new tall in Houston skylines.
Şoffeye
Şoffeye (fr. Chauffayer, oks. Chaufaier) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Firmen kantonuna daxildir. INSEE kodu — 05039. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 385 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 220 yaş arasında (15–64 yaş arasında) 163 nəfəri iqtisadi cəhətdən fəal, 57 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 74,1%, 1999-cu ildə bu 68,2%). Fəal 163 nəfərdən 153 nəfəri (88 kişi və 65 qadın), 10 nəfəri işsiz (3 kişi və 7 qadın) idi.
Balase
Balase (fr. Balacet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09034. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 19 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 12 nəfər arasında (15-64 yaş) 7 nəfər iqtisadi fəal, 5 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 58,3%, 1999-cu ildə 54.5%). 7 aktiv adamdan 5 nəfər (3 kişi və 2 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. 5 hərəkətsiz 0 nəfər arasında şagird və ya tələbə, 2 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Palmae
Palmakimilər (lat. Arecaceae) — birləpəlilər kladının palmaçiçəklilər sırasına aid bitki fəsiləsi.
Apus caffer
Apus caffer (lat. Apus caffer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Moffen adası
Moffen adası (norv. Moffen) — Şpitsbergen arxipelaqına daxil olan adalardan biri. Viyde-fiord ərazisində yerləşir. Qərbi Şpisbergen adasının şimalında qərarlaşır. Ada ilk dəfə hollan xəritələrində 1655-ci ldə qeyd olunur. == Mənbə == Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press.
Robert Coffri
Robert Coffri (əsl adı və soyadı – Abdulla Caffa Ənvər Bəy Xan, Ənvər Bəy Khan) (24.12.1930, Sietl –25.3.1988, Nyu-York) — Amerika baletartisti, xoreoqraf, pedaqoq. == Həyatı == 1941-ci ildən Sietldə M.E. Uellsdən dərs almışdır. 1950-ci ildən Nyu-Yorkda, Amerika baleti məktəbində A.N. Obuxov və P.N. Vladimirovdan klassik rəqsi, Ali Səhnə Sənəti Məktəbində M. O’Donnel və G. Şurrdan modern rəqsi öyrənmişdir. 1949–50-ci illər -də R. Petinin “Paris baleti”ndə, 1951–53-cü illərdə M. O’Donnelin Amerika truppasında işləmişdir. 1948-ci ildən estradada çıxış etmiş, özü üçün, M. Ramberin şirkəti (1955, London) və b.-ları üçün rəqslər qurmuşdur. == Fəaliyyəti == 1952-ci ildə Nyu-Yorkda “Amerikan balle senter” studiyasını və 1954-cü ildə studiyanın əsasında “Robert Coffri balle konsert” truppasını təşkil etmişdir. C. Fildin musiqisi əsasında “İlahələrin rəqsi” və F. Pulenkin musiqisi əsasında “Bal-maskarad” (hər ikisi 1954), A. Şönberqin musiqisi əsasında “Ay Pyerosu” (1955) tamaşalarını hazırla mışdır. 1956-cı ildə C. Arpino ilə birlikdə “Robert Coffri tietr balle” truppasını yaratmış (truppa bir neçə dəfə adını dəyişmişdir, 1966-cı ildən “Siti senter Coffri balle”, 1977-ci ildən “Coffri balle”; 1982-ci ildən Los-Ancelesdə, 1995-ci ildən Çikaqoda), L. Harrisonun musiqisi əsasında “Qamelan” (1962) baletini, K. Sirkusun musiqisi əsasında “Astarta” (1967) rok-baletini, R. Vaqnerin musiqisi əsasında “Xatirələr” (1973) baletini səhnəyə qoymuşdur. Sonralar baletmeysterlikdən uzaqlaşaraq, pedaqoq və bədii rəhbər işləmiş, müasir xoreoqrafları (T. Tarp, A. Eyli, U. Forsayt) teatra dəvət etmişdir. 1910–30-cu illərin repertuarlardan çıx mış əfsanəvi baletlərinin tamaşaları [K. Yossun (“Yaşıl masa”, F. Koen, 1967), L.F. Myasinin (“Parad”, E. Sati, 1973), V.F. Nijinskinin (“Müqəddəs bahar”, İ.F. Stravinski, 1987) və b.] truppanın ən böyük uğurlarından olmuşdur.
Scolymocephalus caffer
Protea caffra (lat. Protea caffra) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Syncerus caffer
Adi Afrika kəli (lat. Syncerus caffer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin afrika kəli cinsinə aid heyvan növü. Afrikada geniş yayılmışdır. Hazırda Afrika kəli (Syncerus) cinsinin yeganə nümayəndəsidir. Afika kəli müasir iri heyvanlardandır. Fərdləri daha böyük olan yarımnövlərinin yetkin erkəklərinin kütləsi bəzən 1000 kq-ı aşsa da, kütləsi 900 kq olanlarının sayı da az deyil. Nadir hallarda bədəninin uzunluğu 3-3,4 m, kütləsi 1300 kq-a çatan yaşlı fərdlərə də rast gəlinir. Eyni zamanda adi Afrika kəlinin bəzi yarımnövləri nəzərəçarpacaq dərəcədə kiçik ölçülərə malikdir. Bununla yanaşı, meşə kəlləri Savannanın nisbətən kiçik sakinləridir. == Yarımnövləri == S. c.
Palau
Palau — bir Okeaniya ölkəsidir. Papua Yeni Qvineyanın şimalındadır. 1994-cü ildən ABŞ himayəsindən çıxmışdır. Yerli xalq dilində adı Belaudur. Sakit okeanın şimalındadır. 328 adadan ibarətdir, sahəsi 458 km²-dir. 2013-cü il məlumatına görə əhalisi 21 min nəfərdir. Paytaxtı Nqerulmud şəhəridir (Melekeok ştatı). Ölkə 16 ştata bölünür. Balıq ovuna lisenziya verilməsi ilə ölkə xeyli xarici valyuta əldə edir.
Palaz
Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir. Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur. == Ümumi məlumat == Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi.
Alaca
Alaca (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Alaca (cins) — Pulcuqluqanadlılar dəstəsinə aid Kəpənək fəsiləsi.
Adolf İoffe
Adolf Abramoviç İoffe (10 (22) oktyabr 1883, Simferopol – 17 noyabr 1927, Moskva, RSFSR, SSRİ) — komunist inqlabçı, bolşevik siyasətçi, kərami siyasətçi. == Bioqrafiyası == === İnqilabçı karyerası === Adolf İoffe Rusiya İmperiyası dövründə Krımda, Simferopolda varlı ailədə anadan olub. 1900-cü ildə orta məktəb illərində sosial demokrat fikirlərlə tanış oldu və 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü oldu. 1904-cü ildə həbs olunmaması üçün Bakıya göndərildi. Sonra Moskvaya göndərildi, lakin təhlükələrin davam etməsi səbəbilə xaricə getdi. 9 yanvar 1905-ci ildə "qanlı bazar" günü hadisələrindən sonra Rusiyaya qayıtdı və 1905-ci il Rusiya inqilabında fəal iştirak etdi. 1906-cı ildə sürgün edildi və 1906-cı ilin mayında yaşadığı Berlindən qovuldu. İoffü partiyadakı menşevik qrupu ilə hərəkət birgə etdi. Ancaq sonradan 1906-cı ilin mayında Vyanaya getdi və 1908–1912-ci illərdə "Pravda" qəzetində işləyən Lev Trotski ilə birlikdə çalışdı. Bu dövrdə Alfred Adler ilə birlikdə psixoanaliz və tibbi araşdırmalar etdi.
Patavə
Patavə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dena şəhristanının Patavə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,925 nəfər və 377 ailədən ibarət idi.
Qalaça
Qalaça və ya Şamilqala — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qalaça (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Qalaça (Loru) — Loruda kənd. Qalaça — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd.
Apaçe
Apache HTTP Server və ya qısa olaraq Apache Linux, Unix, Windows, Mac, Solaris və digər müasir əməliyyat sistemləri üçün nəzərdə tutulmuş veb serverdir. Hal-hazırda internet saytların əksəriyyəti bu server ilə işləyir. Geniş imkanlara malikdir və elədə də açıq kod olduğundan hamı tərəfindən pulsuz istifadə oluna bilir. Apache veb serveri Apache Software Foundation tərəfindən işlənilir.
Kalaç
Kalaç — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Plоçe
Plоçe (xorv. Ploče) — Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən bir şəhərdir. Bölgə əhəmiyyətli bir limandır. Dуbrоvniçkо-Neretvаnskаya vilayətində yerləşir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,135 nəfərdir.