STIR

stir1

h 1. hərəkət, tərpənmə, tərpətmə, tərpəniş; 2. çalxama, çalxalama, qarışdırma; to give the mixture a few ~s miksturanı bir az qarışdırmaq / çalxalamaq; to give the fire a ~ ocağı qarışdırmaq; 3. qarışıqlıq, çaxnaşma, hərc-mərclik, hay-küy; to cause a ~ hərc-mərclik salmaq

stir2

v (~rr-) 1. qarışdırmaq; to ~ one’s tea / one’s coffee çayını / qəhvəsini qarışdırmaq; 2. tərpətmək; The wind stirred the leaves Külək yarpaqları tərpətdi, 3. tərpənmək; Nothing was stirring around Ətrafda heç nə tərpənmirdi; 4. həyəcanlandırmaq, oyatmaq, coşdurmaq; to ~ smb.’s wrath bir kəsin qəzəbini coşdurmaq; to ~smb.’s passions bir kəsin ehtirasını oyatmaq; to ~ up 1) yaxşı-yaxşı qarışdırmaq; 2) oyatmaq, coşdurmaq (maraq və s. haq.); 3) qızışdırmaq; artırmaq; to ~ up hatred nifrəti qızışdırmaq / artırmaq;

◊ not to ~ a finger heç barmağını tərpətməmək

STIPULATION
STIRRUP
OBASTAN VİKİ
Benzoy stiraksı
Benzoy stiraksı (lat. Styrax benzoin) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin stirakskimilər fəsiləsinin stiraks cinsinə aid bitki növü.
Ceyms Stirlinq
Ceyms Stirlinq (memar) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. Ceyms Stirlinq (riyaziyyatçı) — Şotland riyaziyyatçı.
Ceyms Stirlinq (dəqiqləşdirmə)
Ceyms Stirlinq (memar) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. Ceyms Stirlinq (riyaziyyatçı) — Şotland riyaziyyatçı.
Ceyms Stirlinq (iqtisadiyyatçı)
Ceyms Hatçison Stirlinq (ing. James Hutchison Stirling; 1820–1909) — şotlandiyalı idealist filosof, neohegelçiliyin banilərindən biri. == Bioqrafiyası == Ceyms Stirlinq 22 iyun 1820-ci ildə Qlazqoda anadan olub. Edinburq Universitetinin məzunu; təhsil sahəsi həkimdir. Almaniyada fəlsəfə təhsili alıb. 1865-ci ildə "Hegelin sirri" kitabı ilə o, Böyük Britaniyada fəlsəfənin öyrənilməsinə böyük maraq oyatdı. Bu kitabın nəşri ilə ölkədə neo-hegelçilik yaranır. XIX əsrin sonlarında bu cərəyan geniş vüsət aldı və pozitivizmin və materializmin hökmranlığına cavab kimi qəbul edildi. Onun ingilisdilli ölkələrdəki əsas nümayəndələri Tomas Qrin, Frensis Bredli, Roys Cosayya, Con Mak-Taqqart və Robin Corc Kollinqvud idi. XX əsrin 20-ci illərinin sonlarında Britaniyada inkişaf etmiş analitik fəlsəfə və Amerika praqmatizmi və neorealizmi ilə rəqabətə tab gətirə bilməyən mütləq idealizm məktəbi (anqlosakslar neohegelizmi) öz fəaliyyətini dayandırdı.
Ceyms Stirlinq (memar)
Ceyms Stirlinq (22 aprel 1926[…], Qlazqo – 25 iyun 1992[…], London) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. == Həyatı == II Dünya müharibəsi boyunca əsgərlik edən Sterlinq 1945–1950-ci illəri arasında Liverpul Univesitetində memarlıq təhsili gördü. O, burada karyerasına böyük təsir göstərən Kolin Rouv ilə tanış oldu. Bir müddət universitetdə fəaliyyətini davam etdirən Sterlinq 1956-cı ildə Ceyms Qovan ilə birlikdə öz memarlıq ofisini açdı. Bu dövrdə inşa etdirdiyi ən əhəmiyyətli işi Lester Universitetinin Mühəndislik Fakultəsi olmuşdur. Həmin dövrün digər işləri arasında Kembric Univesitetinin Tarixi Fakultə Kitabxanası və Oksfor Universitetinin Kven Kolleci olmuşdur. 1963-cü ildə Sterlinq Ceyms Qovanla əməkdaşlığını bitirdi və şəxsi ofisini açdı. Daha sonra partneri olacaq Maykl Uilfordu da köməkçi kimi işə aldı. Həmin dövrdə ən məşhur işi Olivetti Mərkəzi idi.
Ceyms Stirlinq (riyaziyyatçı)
Ceyms Stirlinq (ing. James Stirling; may 1692, Stirlinq – 5 dekabr 1770[…], Edinburq) — Şotlandiya riyaziyyatçısı; faktorialların hesablanması üçün sonralar onun adını daşıyan düstur almışdır.
Dərman stiraksı
Dərman stiraksı (lat. Styrax officinalis) - stiraks cinsinə aid bitki növü.
Lindsi Stirlinq
Lindsi Stirlinq (ing. Lindsey Stirling) (21 sentyabr 1986, Santa-Ana, Kaliforniya) — Amerkalı skripqaçı, musiqiçi, rəqqasə, müğənni və bəstəkar. Stirlinq, Koreografik skripka çıxışlarını və mahnı videolarını 2007-ci ildən başlayaraq rəsmi youtube kanalı vasitəsi ilə yayımlayır. Kanalın 9,7 milyondan çox abunəsi və 1.7 milyarddan çox baxış sayı mövcutdur. Həmçinin, 2012-ci ildə yayına başlayan şəxsi YouTube Kanalı vasitəsi ilə mahnı videolarının kamera arxası görüntülərini yayımlayır. Stirlinq, 2010-cu ildə, "America's Got Talent" yarışmasının dördə bir finalisti olmuşdu. 2013-cü ildə "Pentatonix" ilə bərabər "Imagine Dragons"un "Radioactive" mahnısına kover çalışması ilə YouTube Mahnı Mükavatlarından "İlin Çıxışı" mükafatını qazanmışdı. Stirlinq "Hip Hop Skripqaçı" olaraq tanınmaqdadır. == Həyatı == Lindsi Stirlinq, Santa Ana, Kaliforniyada doğuldu. Təvazökar bir uşaqlıq hayatı olmuş və ailəsinin maliyyə məhdudiyyəti səbəbiylə düzənli skripqa dərsi ala bilməmişdir.
Litl-Stirrap-Ki
Litl-Stirrap-Ki (ing. Little Stirrup Cay) — Baham adalarında özəl ada. Karib dənizindəki Berri adaları arxipelaqının bir hissəsidir. Ada "Royal Caribbean International" şirkətinə məxsusdur və ona Koko-Ki də deyilir. Ada qərb-cənub-qərbdən şərq-şimal-şərqə təxminən 1.6 kilometr (0.99 mil) uzanır, onun maksimum eni 450 metrdən çox deyil, dəniz səviyyəsindən maksimum nöqtəsi 11 metrdir. Adanın şərq və mərkəzi hissəsində turistlər üçün tikililər mövcuddur, şimal-şərq hissəsində sərnişin qayıqlarının gəldiyi körfəz yerləşir, adanın qərb hissəsində yaşayış yoxdur. Turistlər adada snorkellinq, üzgüçülük, kayakinq, paraseylinq, dayvinq, voleybol və hidroxizəklə məşğul olmaq imkanı əldə edirlər.
Stiraks
Stiraks (lat. Styrax) — stirakskimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Stiraks:The Plant List saytında takson barədə məlumat.
Stirlinq
Stirlinq (ing. Stirling, şot.kelt Sruighlea) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Stirlinq Moss
Ser Stirlinq Krofard Moss, BİO (ing. Sir Stirling Craufurd Moss, 17 sentyabr 1929, London) — britaniyalı avtoyarışçı, 1951-ci ildən 1961-ci ilə qədər Formula-1 pilotu, 1955 Targo Florio qalibi, 24 saat Le Man pilotu. Formula 1-də öz tarixindəki ən uğursuz pilot hesab olunur: o, tez-tez çempion adı uğrunda mübarizə aparsa da çempion ola bilmir (1955-ci ildən 1958-ci ilədək mütəmadi olaraq ikinci, 1959-cu ildən 1961-ci ilə qədər isə üçüncü olmuşdur). O, Mercedes, Maserati, Vanuoll, Kuper və Lotusun sükanı arxasında 16 qələbə qazanıb.
Stirlinq mühərriki
Stirlinq mühərriki (alm: der Stirlingmotor, ing: Stirling engine) xarici yanma mühərriki olub, porşenli mühərriklər qrupuna aiddir. Bu mühərrik, XIX əsrdə onu ixtira etmiş Stirlinqin adını daşıyır. Stirlinqin ixtira etdiyi mühərrik qızdırılmış hava ilə qapalı olmayan dövrə üzrə işləyirdi. Mühərrik, böyük və ağır olaraq, natamam istilik mübadiləsinə malik idi. Ona görə də o, geniş tətbiq tapa bilməmişdir. Stirlinq mühərriki isti hava mühərriki kimi də tanınır. Xarici yanma mühərriki olan bir istilik mühərriki növüdür. İstilik mübadiləsi prosesi istiliyin mexaniki hərəkətə çevrilməsinin ideal məhsula yaxın olmasına imkan verir. (Carnot dövrünün praktik tətbiqi ilə) == İş prinsipi == Müasir Stirlinq mühərriki bir-birini əvəzləyən iki izotermik və iki izoxorik prosesdən ibarət qapalı dövrə üzrə işləyir. Stirlinq mühərrikinin işləmə prosesi zamanı enerji çevrilməsində iki porşen iştirak edir: sıxışdırıcı və işçi.
Stirol
Stirol (eniletilen, vinilbenzol, etilbenzol) C8H8 — spesifik iyli rəngsiz mayedir. Stirol, demək olar ki, suda həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur, polimerlər üçün yaxşı həlledicidir. == Alınması == İlk dəfə stirol 1831-ci ildə alınmışdır. Ancaq ikinci dünya müharibəsinə qədər stirol və onun polimeri sənayedə tətbiq olunmamışdı.Stirol sənaye miqyasında ilk dəfə Almaniyada 1930-cu ildə alınmışdır. 1933-cü ABŞ -da da ildə stirol istehsalı başlanmış , ancaq sintez olunan polistirol aşağı keyfiyyətə malik idi və daha başa gəlirdi. Ona ancaq toz halında alaraq təziqdə tökmə ücün istifadə edirdilər . Sənayedə stirolu, əsasən (85%-ə qədər), 600-650oC temperaturda, atmosfer təzyiqi altında və qızdırılmış su buxarı əlavə etməklə (3-10 dəfə) etilbenzolun dehidrogenləşməsindən alırlar. Katalizator kimi kalium-karbonat əlavə etməklə dəmir-xrom oksidindən istifadə edilir. Digər sənaye üsulu (qalan 15%-i alırlar) etilbenzolun hidroperoksidindən propilen oksidin alınması prosesində əmələ gələn metilfenilkarbinolun dehidratasiyasından ibarətdir. Etilbenzolun hidroperoksidini etilbenzolun hava ilə qeyri-katalitik oksidləşməsindən alırlar.
Tonkin stiraksı
Tonkin stiraksı (lat. Styrax tonkinensis) — stiraks cinsinə aid bitki növü.