Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Polystachya concreta
Polystachya concreta (lat. Polystachya concreta) — səhləbkimilər fəsiləsinin polystachya cinsinə aid bitki növü.
Erigeron miser
Erigeron miser (lat. Erigeron miser) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Mixel Ştifel
Mixel Ştifel (ing. Michael Stifel; 1487, Esslinqen-na-Nekkare[d], Müqəddəs Roma imperiyası – 19 aprel 1567, Yena, Müqəddəs Roma imperiyası) — Alman riyaziyyatçısı və səyahətçi təbliğatçısıdır; "Tam hesab" kitabının müəllifidir; kitabda onun yazıldığı dövrdə hesab əməlləri, məchul və onun qüvvətlərinin işarələnmələrində aparılan bütün dəyişikliklər öz əksini tapmışdır; kvadrat kökləri işarə etmək üçün simvol daxil etmişdir; ədədi silsiləni mənfi ədədlər obastına genişləndirmiş, həndəsi silsilədə isə mənfi üstlü qüvvət daxil etmişdir. 1487-ci ildə doğulub. 1567-ci ildə vəfat edib.
Senecio miser
Senecio miser (lat. Senecio miser) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Mixək
Mixək ağacı (lat. Syzygium aromaticum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü. 10–15 metr hündürlüyündə hamargövdəli həmişəyaşıl, ətirli ağacdır. Mixək təsərrüfatda da gərəkli olur. Əgər şəkərə qarışqalar daraşıbsa, bankadakı 1 kq şəkərin yanına 8 ədəd mixək qoyun. Mixək güvəyə qarşı da pis vasitə deyil. Qönçələrini cuna kisəyə yığaraq paltar dolabına qoyun. Əgər dayaz boşqaba bir neçə damcı mixək yağını damcıldadaraq masanın üzərinə qoysanız, həmin gün ağcaqanad görməyəcəksiniz. Kulinariyada bu tünd ədviyyatı əsasən quş ətindən hazırlanmış yeməklərə, paştet, qoyun əti və kolbasaya əlavə edirlər. Mixək şoraba və sous, turşuya da qatılır.
Mixək ağacı
Mixək ağacı və ya ətirli siziqium (lat. Syzygium aromaticum) — siziqium cinsinə aid bitki növü.Mixək bu bitkinin qurudulmuş qönçələridir. Əvvəllər bu növ Eugenia cinsinə aid edilirdi. Mixək ağacının vətəni İndoneziyanın Malay arxipelaqında yerləşən Moluks adası hesab olunur. Hazırda bitkini İndoneziya, Malayziya, Hindistan, Seylon, Madaqaskar adası, Moluk adası, Tanzaniya, Zanzibar və Pemba adalarında yetişdirirlər. Tanzaniyada yetişdirilən mixək dünyada yetişdirilənin 90 %-ni təşkil edir. Mixək çox qiyməli efir yağlı bitkidir. Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə, həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən Misirdə, Çində, Romada mixək daha qədimdən istifadə edilir. Məlumdur ki, VI əsrdə Aleksandr Trallianus və digər Roma həkimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər.
Mişər (Baltas)
Mişər (rus. Мищерово, başq. Мишәр) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 164 nəfərdir. Mişər kəndi XVIII əsrdə başqırdlar tərəfindən qurulmuşdur. Kənd, rayon mərkəzindən 7 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 73 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (97%) üstünlük təşkil edir. (Başqırdca) Mişkə // Başqırdıstan Ensiklopediyası. Ufa: Başqırdıstan Elmlər Akademiyası.
Mişər (Şaran)
Mişər (başq. Мишәр), rus. Акбарисово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Akbaris kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 6 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 38 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Marilər (95%) üstünlük təşkil edir.
Aimer
Aimer (エメ, Eme, [eme]) – Sacra Music ilə əməkdaşlıq edən Yaponiya pop müğənnisi və mahnı yazarı. Fransız dilində "aimer" "sevmək" deməkdir. Aimer musiqi karyerasına 2011-ci ildə başlamışdır. Bir çox anime serialı və dorama üçün mahnı bəstələmişdir. İndiyə kimi 6 studiya albom və bir çox sinql buraxmışdır. "Zankyosanka" (2021) mahnısı ilə ilk dəfə Japan Hot 100 çartında birinci yerə yüksəlmişdir. Aimerin atası bir musiqi qrupunda bassçı idi, buna görə də Aimer çox gənc yaşlardan musiqi mühitində böyümüşdür. İbtidai məktəbdə piano çalmağı öyrənməyə başlamış, Rinqo Şiina və Utada Hikarudan nümunə götürmüşdür. Liseydə ikən Avril Lavinə qulaq asandan sonra gitar çalmağa və ingiliscə mahnı sözləri yazmağa başlamışdır. 15 yaşında Aimer vokal ifadan həddən artıq istifadə etdiyinə görə səsini itirmiş və müalicə üçün terapiyaya getməyə başlamışdır.
Cicer
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Diler
Diler (ing. dealer) — birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisidir. Diler — hər hansı bir şirkətin məhsullarını topdan alıb, sonradan pərakəndə və kiçik topdan satılması ilə məşğul olan hüquqi və ya fiziki şəxsdir (məsələn: avtomobil dileri). Dilerlər sırf vasitəçilikdən başqa öz adından (özü üçün) və öz hesabına sonradan satmaq məqsədilə qiymətli kağız almaq hüququna malikdirlər. Onlar həm öz aralarında, həm də brokerlərlə əqdlər bağlaya bilər. Dilerlərin gəliri qiymətli kağızı sərfəli qiymətlə sonradan satmaq hesabına əmələ gəlir, yəni məzənnə fərqi kimi çıxış edir. Demək olar ki, dilerlər birjada möhtəkirliklə məşğuldur. Müasir fond birjası indi də əksər hallarda zahirən hələ keçən əsrlərdə inşa edilmiş, lakin daxilən ən yeni avadanlıqla, xüsusilə də tele- kommunikasiya avadanlığı ilə təchiz edilmiş böyük bir binadır. Birjalar hər iş günü bunun üçün ayrılmış saatlarda işləyir. Fond birjasında mühüm yeri tiker adlanan elektron tablo tutur.
Fişer
Fişer — soyad. Bobbi Fişer — ABŞ şahmatçısı. Emil Fişer — Almaniya kimyaçısı İrvinq Fişer — amerikalı iqtisadçı Ariya Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Makenzi Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu.
Kiker
Kiker (alm.kicker – futbolçu) və ya Fusbol (alm.Fußball – futbol) futbola əsaslanan stolüstü oyun. Habelə kiker – həmin oyunu oynayan adam. İxtiralar Belə hesab edilir ki, stolüstü futbolu ilk dəfə Citroёn firmasının işçilərindən biri Lyusen Rozanqartan (Lucien Rosengarten) icad etmişdir. İlk patenti isə redaktor və şair Qalisialı Alexandro Finnisterre (Alejandro Finisterre) almışdır. Finisterre ispaniya vətəndaş müharibəsi zamanı Madriddə faşist bombardmanı vaxtı yaralanmışdır. Xəstəxanada o, azyaşlı uşaqların futbol oynaya bilmədiklərini görərək stolüstü tennis ideyası haqqında düşünmüşdür. Alexandro öz tanışı bask dülgəri Fransisko Xaver Altunudan xahiş edir ki, onun göstərdiyi formada futbol stolu düzəltsin. İxtira 1937-ci ildə patent alsa da Finisterre patent kağızını fazişmdən Fransaya qaçan zaman fırtınada itirmişdir. Amma bu stolüstü futbolun yaranmsı haqqındakı versiyalardan biridir. XX əsrin əvvəllərində bu işə çoxlu patentlər verilmişsə də, onlardan hansının birinci və bu gün stolüstü tennisə uyğun olduğunu müəyyənləşdirmək mümkün deyil.
Liber
Liber (isp. Llíber) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 21,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1056 nəfərə çatmışdır.
Lider
Lider (ingiliscə "leader" — birinci, aparıcı, qabaqda gedən) — qrupda, kollektivdə hamının aparıcılığını qəbul etdiyi nüfuzlu şəxs. İnsanlar qrupu bu şəxsə ən məsul qərarlar qəbul etməyə səlahiyyət verir, o kollektivin daxili təşkilində və fəaliyyətində əsas rol oynayır. Harri Trumana görə, lider başqalarının etmək istəmədiyi və sevmədiyi işləri onlara etdirmə qabiliyyətinə sahib olan adamdır. Psixologiya elmində liderlərin aşağıdakı təsnifatı vardır: ruhlandıran lider; universal lider; situasiyaya görə lider; işgüzar lider. Liderin xüsusiyyətləri dedikdə bu xüsusiyyətlər 3 qola ayrılır: Özünə inam Aktiv həyat Təşəbbüskarlıq Motivasiya Məsuliyyət Rəhbərlik etmək bacarığı Təşkilati bacarıqlar Fürsət və təhlükələri görmə perspektivi Çeviklik, manevr qabiliyyəti Komanda işini və komanda üzvlərini qorumağa hazır olmaq Ədalət Ardıcıllara özlərini inkişaf etdirmək və təsdiqləmək üçün şərait yaratmaq formal lider — o situasiyaya turduğu vəzifəyə görə təsir edir; qeyri-formal lider — o situasiyaya qabiliyyətinə, məlumatlılığına və ya hansısa xüsusiyyətinə görə təsir edir. Liderlərin fəaliyyət stili aşağıdakı kimi olur: avtoritar - ciddi intizam tətbiq edilir, dəqiq vəzifə bölgüsü olur, onunla mübahisə edilmir, qrupun rəyinə qulaq asılmır, hamı onun qərarına tabe olmalıdır; demokratik - qrup üzvləri ilə məsləhətləşmələr aparılır, qrupun rəyi əsas götürülür, səlahiyyətin bir hissəsi qrupun digər üzvlərinə verilir; anarxik - qrupda intizam yoxdur, qərarlar xaotik qəbul olunur, liderlər tez-tez dəyişir, hər hansı qərar icrasına nəzarət yoxdur. Lider formal, yaxud da qeyri-formal ola bilər. Formal lider təyin edilir, onun qərarları rəsmi lider olduğuna görə yerinə yetirilir. Qeyri-formal lider rəsmi qruplarda qərar qəbulunda birbaşa iştirak etmir. Вununla belə onun rəyi daima bilinir və təsir imkanına malikdir.
Mazer
Mazer — kvant generatorları. Lazerdən fərqli olaraq, mazer sözünün birinci hərfi microwave, yəni mikrodalğa sözünün birinci hərfidir. (NH3) ammiak molekullarından təşkil olunmuş fəal mühitdə işləyən kvant generatorlarını ilk dəfə 1954‐cü ildə rus alimləri N.Q.Basov, A.M.Proxorov və onlardan asılı olmayaraq ABŞ alimi Ç.Tauns ixtira etmişdi. Ammiak əsasında mazerlər hal‐hazırda da istifadə edilir. Mazerlərin iş prinsipi lazerlərə oxşardır. Əsas proses – həyəcanlanmış molekulların məcburi şüalanmasıdır.
Les Concerts en Chine
Les Concerts en Chine 1981-ci ildə yazılmış və 1982-ci ildə Disques Dreyfus tərəfindən buraxılmış Jan Mişel Jarrın canlı konsert albomudur. O, Jarrın 1981-ci ilin payızında Çinə qastrol səfəri zamanı Pekində və Şanxayda verdiyi beş konsertləri zamanı qeydə alınıb. Bu konsertlər həm də Çindəki mədəni inqilabdan sonra qərb dünyasından olan bir sənətçinin Çində verdiyi ilk konsertlər idi. Albomda Çin motivləri və ənənəvi melodiya ilə balanslaşdırılmış qədim kompozisiyalar ("Fishing Junks at Sunset") yer alır. Musiqi canlı yazılar və studiya işi ilə birləşərək tərtib edilib, ən canlı treklər Equinoxe və Magnetic Fields olub.Bu yeni aranjimanlar "Night in Shanghai (Şanxayda gecə)", "Laser harp", "Arpegiator", "Orient Express" və "Souvenir of China (Çin suveniri)"dır.
Emil Fişer
Emil Fişer (9 oktyabr 1852[…] – 15 iyul 1919[…], Berlin, Almaniya Federativ Respublikası) — Almaniya kimyaçısı, 1902-ci il Kimya üzrə Nobel mükafatının laureatı. O, 1852-ci ildə Almaniyanın Oyskirxen şəhərində dünyaya gəlmişdir. Bonn gimnaziyasını fərqlənmə diplomu ilə bitirmiş, oradakı universitetinə daxil olmuşdur. Dövrün məşhur alimləri-Fridrix Kekule, Avqust Kundt və Paul Qrotdan dərs almışdır. Müəllimi Kekulenin təsirilə kimyadan ayrılıb fizika sahəsinə keçsə də, 1872-ci ildə Strasburq Universitetində təhsilini davam etdirərkən Fişer yenidən kimya ilə maraqlanmağa başlamış, keçirdiyi müxtəlif təcrübələr nəticəsində fenilhidrazini (ətirli hidrazinlər qrupuna aiddir) ixtira edərək məşhurlaşmışdır. 22 yaşında elmlər doktoru adına layiq görülmüş və Strasburq Universitetində müəllim kimi fəaliyyətə başlamışdır. Bir müddət burada çalışdıqdan sonra Münhen Universitetinə təyinat almış, burada bir sıra təcrübələr aparmışdır. Üzvi boyaların quruluşunu öyrənən alim onları fenilhidrazinin köməyilə araşdırmışdır. Uzun müddət Münhendə çalışdıqdan sonra Erlangen Universitetində kimya professoru vəzifəsinə keçmişdir. Orada da elmi tədqiqatlarını davam etdirən Fişer kofein, teobromin, quanin və sidik turşusu kimi üzvi birləşmələr üzərində təcrübələr aparmışdır.
Hans Fişer
Hans Fişer (alm. Hans Fischer;‎ 27 iyul 1881[…], Frankfurt-Mayn, Prussiya – 31 mart 1945[…], Münxen) – 1930-cu ildə "Hemin və xlorofilin tərkibi ilə əlaqəli tədqiqatlarına və xüsusilə heminin sintezinə görə" Kimya üzrə Nobel mükafatı laureatı olmuş almaniyalı üzvi kimyaçı. Fişer 1881-ci ildə Frankfurtda anadan olub. Ştutqartda ibtidai məktəbi bitirdikdən sonra orta təhsilini Visbadendəki Humanitar Gimnaziyada aldı. Əvvəlcə Lozanna Universitetində, sonra Marburq Universitetində kimya və tibb üzrə təhsil aldı. 1904-cü ildə kimya ixtisasından məzun oldu, 1908-ci ildə isə tibb üzrə doktorluq dərəcəsi aldı. Əvvəlcə Münhendəki Tibb Klinikasında, daha sonra Emil Fişerin rəhbərliyi altında Birinci Berlin Kimya İnstitutunda çalışdı. 1911-ci ildə yenidən Münhenə qayıtdı. 1913-cü ildə Münhendəki Fizioloji İnstitutda fiziologiya üzrə lektor olaraq işə başladı. 1916-cı ildə İnsbruk Universitetində Tibbi Kimya professoru oldu və 1918-ci ildə Vyana Universitetinə getdi.
Haynz Fişer
Haynz Fişer (9 oktyabr 1938[…], Qrats) — Avstriya Respublikasının prezidenti. Vyana Universitetində hüquq təhsili alıb. Avstriya Sosial Demokrat Partiyasına qatılıb. 1993-cü ildə Innsbruckta hüquq professoru, 2004-cü ildə prezident olub.
Miller-Diker Sindromu
Miller-Diker Sindromu — anadangəlmə qüsurlarla xarakterizə olunan sindromdur. Doğuş qüsurları körpədə doğulanda tapılan fiziki qüsurlardır və beyin, ürək, ağciyər, qaraciyər, sümük və ya bağırsaq daxil olmaqla bədənin bir çox fərqli hissəsini təsir edə bilər. MDS bitişik gen sindromudur, bir-birinə bitişik çoxsaylı gen lokuslarının silinməsi nəticəsində yaranan bir xəstəlikdir. Xəstəlik 17p xromosomun kiçik qolunun bir hissəsinin (LIS1 və 14-3-3 epsilon genlərini əhatə edən) silinməsi səbəbindən meydana gəlir və bu da qismən monosomiya ilə nəticələnir. Balanssız translokasiyalar ola bilər (məsələn, 17q: 17p və ya 12q: 17p) və ya halqanın 17 olması. Bu sindromu, əlaqəsi olmayan nadir bir genetik xəstəlik olan Miller sindromu və ya Guillain-Barré sindromunun bir forması olan Miller-Fisher sindromu ilə qarışdırmaq olmaz. MDS, sindromun xarakterik xüsusiyyəti olan lissensefalidən məsul olan 17-ci xromosomda geninin itkisi ilə əlaqəli sindromdur. 17-ci xromosom bölgəsində başqa bir gen olan YWHAE-nin itirilməsi Miller-Diker sindromlu xəstələrdə lissensefalinin şiddətini artırır. Uzaq bölgədəki əlavə genlərin Miler-Diker sindromunun müxtəlif xüsusiyyətlərinə töhfə vermə ehtimalı böyükdür. Reproduktiv hüceyrələrin əmələ gəlməsi zamanı və ya fetusun inkişafının əvvəllərində və ya xromosom translokasiya adlanan ailənin xromosomal yenidən təşkili nəticəsində təsadüfi bir hadisə ola bilər.
Meyer
Meyer dovşanalması
Milet
Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır. İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir . Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır . E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır . Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür . "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur.
David Miller
David Miller (14 aprel, 1973, San Dieqo, Kaliforniya, ABŞ) — amerikalı tenor və İl Divo qrupunun üzvü. Miller San Dieqoda anadan olsa da, Koloradoda böyüyüb. 1991-ci ildə orta məktəbi qurtarıb. Atasının təkidinə baxmayaraq, o hərbiyə getməyərək Oberlin Musiqi Konservatoriyasına daxil olur. 1995-ci ildə Konservatoriyanı mükəmməl qiymətlərlə və vokal və opera ifaçısı olaraq bitirir. 1996 −1997-ci illərdə Miller Pittsburq Opera Mərkəzinin üzvü idi. 1997-ci ildə Vaşinqtondakı çıxışından sonra diqqət mərkəzinə düşən Millər artıq 6 may 1998-ci ildə Ağ Evdə Bill Klinton qarşısında çıxış edir. Bundan sonrakı illərdə də onun çoxlu uğurlu çıxışları davam edib. 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa fransız pop musiqiçi Sebastien İzambard, ispaniyalı bariton Karlos Marin və isveçrəli tenor Urs Büler yer alırlar.
Doris Miller
Doris Miller (12 oktyabr 1919, Vako[d], Texas – 24 noyabr 1943, Gilbert adaları[d]) — Pyörl-Harbora hücum zamanı göstərdiyi igidliyə görə Donanma Xaçı medalı ilə təltif edilən ilk afroamerikalı. Onun əməlləri qara dərililərin mətbuatında geniş formada təbliğ olunmuşdu və bu onu ABŞ-də afroamerikalılar üçün № 1 qəhrəmana çevirdi. Pörl Harbordan 2 il sonra o, Makin döyüşü zamanı olduğu gəminin yapon sualtı qayığı tərəfindən batırılması nəticəsində həlak olmuşdu. Miller, 1919-cu ilin 12 oktyabrında Texas ştatının Uako şəhərində Konneri və Henrietta Millerlərin ailəsində dünyaya göz açmışdır. O, 4 oğul arasında 3-cüsü idi və həyətyanı əraziyə nəzarət edər, yeməklər bişirər və camaşırla məşğul olar, eləcə də ailəsinə məxsus fermada işləyərdi. Miller yaxşı tələbə idi və Uakodakı A. C. Mur adına Ali Məktəbin futbol komandasında müdafiəçi idi. 1937-ci ilin 25 yanvarında 17 yaşlı Miller 8-ci dərəcədə yenidən iştirak etməyə başladı. Növbəti il təkrarlamağa məcbur oldu və Miller məktəbdən çıxmağı qərara aldı. O, 22 kalibrli tüfənglə dələ ovu üzrə vaxtını doldurdu və qiyabi kursunu başa vurdu. Vətəndaş Konservasiya Korpusuna qoşulmaq üçün çalışdı, lakin onun tələbi qəbul edilmədi.
Echinops meyer
Frank Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Frenk Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Hizer Lancenkamp
Hezer Lencenkemp (17 iyul 1964, Talsa) — ABŞ aktrisasıdır. Ən məşhur filmi "Qarağac küçəsində dəhşət" filmidir. Bu filmdə Nensi Tompson personajının ifa etməsi ilə film səhnəsində böyük populyarlıq qazanmışdır. Hezer Lencenkemp 17 iyul 1964-cü ildə Oklahoma ştatının Talsa şəhərində rəssam Meri Elis və neft maqnatı Dobi Lencenkempin ailəsində dünyaya gəlmişdi. Atası Dobi Karter və Klinton administrasiyasının energetika komissiyasının müavini vəzifəsində işləyirdi. Hezer 1983–1994-cü illər arasında bir çox filmlərə çəkilmişdi. Hezer Lencenkemp Devid Leroem Anderson ilə ailə həyatı qurmuş və ondan iki övladı dünyaya göz açmışdı. Cütlük Kaliforniya ştatının Los Anceles Sahəsinə məxsus Malibu şəhərində yaşayırlar. Hezer Lencenkemp — Internet Movie Database saytında.
Bibər
Bibər (lat. Capsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır. Acı və şirin növləri olan, fərqli rənglərdə tərəvəz və ədviyyat olaraq istifadə edilən bitkilərin ümumi adıdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir. == Faydaları == İştahı açar, mədəni qüvvətləndirər və həzmi asanlaşdırar. Revmatizmə yaxşı gəlir. Qanamaları önləyər. Cinsi arzunu artırar.
Digər
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. Fəlsəfə Şəxsiyyət Təfəkkür Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984–1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Disər
Başkənd (əvvəlki adı: Disər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi dairəsi tərkibindəki Disər kəndi Başkənd adlandırılmışdır. Vənənd çayı sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kəndin adı onun ş.-ində bir-birinə yaxın 300 m. hündürlükdə olan və Disər adlanan iki kiçik dağın adından yaranmışdır. Oronim isə İran dillərindəki dildə (iki) və sər (baş, zirvə) sözlərindən düzəlib, "iki baş, iki zirvə" deməkdir. 2003-cü ildən Başkənd adlandırılmışdır. Əhalisi 427 nəfərdir.
Licər
Licər — Qəbələ rayonu ərazisində dağdır. Bum çayından sağ tərəfdə yerləşir. Keçmişdə maldar ellərin yaylaq yeri olmuşdur. Oronim “su kənarı; səfalı, xarici görünüşcə gözəl” mənasındadır.
Çilər
Çilər (İsp. Chilenos) — Çili milli etnik qruplar. Çilər əksəriyyəti Çili yaşayır baxmayaraq, əhəmiyyətli icmalar çox ölkələrdə, ən xeyli Argentina və ABŞ-də yaradılıb. Digər böyük Çili icmalar Avstraliya, Kanada və İsveç var. sıra kiçik olsa da, Çili xalqı da Antarktida və Falkland adaları daimi əhalisinin böyük hissəsini təşkil edir.